Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə4/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   2   3   4   5   6   7   8   9   ...   64

14 

 

Van Aidin astaca başını tərpətdi. O, çox nadir hallarda tərif, yaxud da 



məzəmmət söyləyərdi. Ona tabe olanlarla ünsiyyəti tamamilə sadə idi: 

onları  çətin  sınaqlara  çəkir  və  ancaq  bunun  öhdəsindən  gələnləri 

yanında  saxlayırdı.  Adamları  qeyri-ənənəvi  yolla  seçirdi.  Məsələn, 

Naytona  Van  Aidin  iki  ay  əvvəl  İsveçrə  sanatoriyalarının  birində 

təsadüfən  rast  gəlmişdi.  Ona  diqqət  yetirmiş,  xidmət  dəftərçəsi  ilə 

tanış  olmuş  və  oradan  yüngül  axsaqlığının  müharibə  zamanı 

yaralanmasının nəticəsi olduğunu öyrənmişdi. Nayton iş axtardığını 

gizləməmiş və milyonerdən ona yaxşı bir vəzifə üçün məsləhət verə 

bilərmi, deyə soruşmuşdu. 

Van Aidin təkəbbürlü təbəssümlə gənc oğlanın katib vəzifəsi təklifini 

aldığı zaman onun keçirdiyi şoku xatırladı. 

-  Amma  belə  işlər  üçün  mənim  təcrübəm  yoxdur,  -  oğlan  utanaraq 

söyləmişdi. 

- Bu, vacib deyil! Bu cür işlər üçün mənim daha üç katibim də var. 

Lakin mən İngiltərəyə getməyə hazırlaşıram və mənə həmin ölkənin 

həyat tərzini bilən geniş əlaqəli bir adam lazımdır. 

Hələlik Van Aidin öz seçiminə görə peşman olmamışdı. 

Nayton çalışqan, ağıllı və dərrakəli, eyni zamanda valehedici  ədaya 

sahib bir adam idi. 

Katib üç-dörd məktubu göstərdi. 

Təxirə salmadan bunlarla tanış olsanız, pis olmazdı. Ən əsası, 



Kolton razılaşması barədə... 

Lakin Van Aidin etirazedici işarə etdi. 

- Onları bu gecə oxuyan deyiləm. Sabaha qədər gözləyərlər. Hamısı, 

yalnız bundan başqa. - O, əlində tutduğu məktuba işarə etdi. 

Riçard Nayton anlayışla güldü. 

Missis Ketterinq? O, dünən və bu gün zəng vurmuşdu. Deyəsən, 



downloaded from KitabYurdu.org


15 

 

sizi təcili görmək istəyir



ser. 

- Təcili? 

Təbəssüm  milyonerin  üzündən  silindi.  O,  zərfi  açdı  və  məktubu 

oxumağa başladı. Onun üzü getdikcə qaraldı, dodaqlarını isə əsəbdən 

Uoll- stritin yaxşı bələd olduğu tərzdə bir-birinə sıxdı. 

Nayton  ədəblə  üzünü  çevirib,  korrespondensiyaları  açmağa  və 

çeşidləməyə davam etdi. Milyoner qəzəblə əlini masaya çırpdı. 

- “Buna dözə bilmərəm, - o öz-özünə söylədi. - Yazıq qız! Eybi yox, 

yaxşı ki, onu müdafiə etməyi bacaran qoca atası var”. 

O, bir neçə dəqiqə otaqda qaşqabaqlı halda  gəzişdi. Nayton  hələ  də 

masanın arxasında oturmuşdu. Gözlənilmədən Van Aidin dayandı və 

stulun kürəkliyinə atdığı paltosunu götürdü. 

- Siz gedirsiniz, ser? 

- Hə, qızımgilə gedirəm. 

- Əgər Koltonun adamları zəng vursa... 

-  Deyərsən ki, cəhənnəm olsunlar! - Van Aidin 

qışqırdı. 

- Yaxşı, - Nayton sakit dilləndi. 

Van  Aidin  artıq  paltosunu  geyinmişdi  və  şlyapasını  başına  qoyaraq 

qapıya tərəf getdi. Qapıdan çıxmadan öncə ayaq saxladı. 

-  Sən yaxşı oğlansan, Nayton! Mən özümdən 

çıxanda sən məni təngə gətirmirsən. 

Nayton sakitcə gülümsədi. 

Rut mənim yeganə övladımdır, - Van Aidin sözünə davam etdi, - 



və onun mənim üçün nə 

qədər dəyərli olduğunu heç kim bilmir. 

Xoş bir təbəssüm onun üzünü işıqlandırdı. O, əlini cibinə saldı. 

downloaded from KitabYurdu.org




16 

 



İstəyirsən sənə bir şey göstərim, Nayton? 

O,  yenidən katibə  yaxınlaşdı  və  cibindən kağıza səliqəsiz bükülmüş 

bir qutu çıxardı. Qutunun içində olan, üzərində tac və inisiallar  əks 

olunmuş qırmızı məxmər futlyarı açdı və bu an katib nəfəsini tutdu. 

Bir qədər saralmış ağ astarın üstündə qan kimi qıpqırmızı daş-qaşlar 

alovlanırdı. 

İlahi! - Nayton ucadan söylədi. - Onlar - 



həqiqidirlərmi? 

Van Aidin məmnun halda güldü: 

- Sualın məni təəccübləndirmir. Bu yaqutlardan üçü dünyanın  ən iri 

yaqutlarıdır. Onları 

İmperatriçə Yekaterina taxıb, Nayton. Mərkəzdə olan “Alovun qəlbi” 

adlanır. O, çox gözəldir, doğrusu, söz ola bilməz. 

- Yəqin ki, bunlar bir sərvət dəyərindədir, - katib mızıldandı. 

Dörd, ya da beş yüz min dollar, - Van Aidin 



saymazyana söylədi. - Əlbəttə, onların qədimiliyini nəzərə almasaq. 

Siz də bunu beləcə cibinizdə gəzdirirsiniz? 



Van Aidin həzz alaraq güldü: 

- Düz deyirsən. Bu, mənim Ruta balaca hədiyyəmdir. 

Katib özünü saxlayaraq sadəcə gülümsədi. 

- Missis Ketterinqin zəng edərkən nəyə görə belə təlaşlı olduğunu indi 

anlayıram. 

- Bax, burada isə  yanılırsan. - Van Aidin başını yellədi. - Onun heç 

nədən xəbəri yoxdur, bu, sürprizdir. 

O, futlyarı bağladı və yenidən qablaşdırmağa başladı. 

- Bir bilsən, Nayton, bu, necə də çətindir. Sevdiklərimiz üçün necə də 

az şey edə bilirik. Mən Rut üçün böyük bir torpaq sahəsi ala bilərəm, 

amma bunun ona heç bir faydası olmayacaq. Bu daşları onun boynuna 

downloaded from KitabYurdu.org




17 

 

taxa və bununla da ona, ola bilsin, dünyaları, yaxud daha çox sevinc 



bəxş edə bilərəm, ancaq... 

O, başını yellədi. 

- Qadın öz evində xoşbəxt olmayanda... 

Van  Aidin  cümləsini  bitirmədi.  Katib  həmrəylik  göstərərək  başı  ilə 

onun sözlərini təsdiq etdi. Derek Ketterinqin necə ad-san çıxardığını 

o,  hamıdan  yaxşı  bilirdi.  Van  Aidin  bağlamanı  cibinə  qoydu  və 

Naytonla xudahafizləşib otaqdan çıxdı. 

1 Burada: qəbul otağı. 

IV 

FƏSİL Kerzon-stritdə 



Missis Ketterinq Kerzon-stritdə yaşayırdı. Qapıçı qapını açdı və Van 

Aidini  görən  kimi  tanıdı.  Gülümsəyərək  kənara  çəkilib,  onu  içəri 

buraxdı və qonaq otağına apardı. 

-  Nə  olub,  ata,  nə  məsələdir?  -  Pəncərənin  qarşısında  əyləşən  qadın 

yerindən hoppandı. - Mən bütün günü mayor Naytona zəng vuraraq 

səni  tutmağa  çalışmışam,  amma  o,  sənin  nə  vaxt  qayıdacağından 

xəbərsiz idi. 

Rut Ketterinqin iyirmi səkkiz yaşı vardı. Onu gözəl və ya gözəgəlimli 

adlandırmaq çətin idi, lakin o, maraqlı qadın idi. Van Aidin gənclikdə 

qızılı-kürən  imiş,  Rutun  da  saçları  qızılı-şabalıdı  rəngdəydi,  demək 

olar  ki,  kürən  idi.  Tünd  rəngli  gözləri  və  qapqara  kirpikləri  (çox 

ehtimal ki, boyanmış) vardı. Rut hündür, qamətli və zərif idi. 

Sifətinin  qayğısız  ifadəsi  ilk  baxışdan  onu  Rafaelin  Madonnasının 

sifətinə bənzədirdi. Ancaq diqqətlə nəzər yetirəndə, görmək olardı ki, 

çevrəsi  haşiyələnmiş  dodaqları  və  ağır  qətiyyətli  çənəsi  eynən 

atasında olduğu kimidir. Bu, kişi üçün yaxşıdır, lakin qadın üçün yox. 

Rut uşaqlıqdan öz seçdiyi yolla getməyə alışmışdı və yolunu kəsmək 

istəyən  hər  bir  kəs  anlayırdı  ki,  Rufus  Van  Aidinin  qızı  güzəştə 

downloaded from KitabYurdu.org



Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə