Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə6/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   2   3   4   5   6   7   8   9   ...   64

22 

 

-  Gözəl daşlardır. - Van Aidin məmnun idi. - 



Xoşuna gəldimi? 

-  Xoşuma gəldimi? Bu ki, çox nadir daşlardır! 

Bunları haradan tapmısan? 

-  Bu, mənim sirrimdir. Daşları mən, əlbəttə ki, məxfi əldə etmişəm. 

Onlar çox məşhurdur. 

Ortadakı böyük daşı görürsən? Ola bilsin, onun haqqında eşitmisən. 

Bu, “Alovun qəlbi”dir. 

- “Alovun qəlbi”! - Rut təkrar etdi. 

O, daş-qaşı futlyarından çıxarıb sinəsinə tutdu. 

Ruta baxan zaman milyoner, bu daşları, xüsusən də “Alovun qəlbi”ni 

taxan qadınları və 

onlarla bağlı olan faciələri, iztirabları xatırladı. Lakin, ən azından, Rut 

Ketterinqin möhkəm əlinə düşərək, daşlar öz mənfi və nəhs qüvvəsini 

itirəcək. Bu qərb qadını öz soyuqqanlılığı, özünə hakimliyi ilə sanki 

qızğın ehtirasın, kinin və nifrətin inkarını tərənnüm edirdi. 

Rut  daş-qaşı  qabına  qoydu,  atasına  sarı  qaçdı  və  onun  boynunu 

qucaqladı. 

- Çox sağ ol, çox sağ ol, ata. Onlar son dərəcədə gözəldir. Sən həmişə 

mənə əla hədiyyələr verirsən. 

- Elədir. - Van Aidin qızını qucaqladı. - Axı sən mənim yeganəmsən. 

- Mənimlə nahar edəcəksən? 

- Düşünmürəm. Yəqin sən getməlisən? 

- Mən hamısını təxirə sala bilərəm. Bu, o qədər də vacib deyil. 

-Yox,  planlarını  dəyişmə.  Elə  mənim  də  xeyli  işim  var.  Sabah 

görüşərik,  əzizim.  Sənə  zəng  vuracam.  Biz  Gelbreytlərdə  görüşə 

bilərik. 

Gelbreytlər Van Aidinin londonlu vəkilləri idi. 

downloaded from KitabYurdu.org




23 

 

-  Yaxşı.  -  O,  birdən  susdu.  -  Ümid  edirəm  ki,  bu,  mənə  Riveruya 



getməyə mane olmaz? 

- Nə vaxt getmək istəyirsən? 

- Ayın on dördü. 

-  Aha, hər şey yaxşı olacaq. Bu, az bir zaman tələb edir. Sənin yerinə 

olsaydım, Rut, yaqutları 

özümlə xaricə aparmazdım. Yaxşı olar ki, onları bankda saxlayasan. 

Missis Ketterinq razılaşaraq başını tərpətdi. 

- İstəməzdim ki, “Alovun qəlbi”nə görə səni öldürsünlər, - milyoner 

zarafat etdi. 

-Aha, deməli, buna görə sən onları cibində gəzdirirsənmiş, hə, ata? 

- Hə. 

Atasının səsində duyduğu təlaş onu səksəkəyə saldı. 



- Nə olub, ata? 

- Heç. - O gülümsədi. - Parisdəki kiçik əhvalatı xatırladım. 

- Əhvalat? 

- Hə. Bu, onları  aldığım gecə  baş  verdi.  -  Van Aidin bunu deyərək, 

daş-qaşları göstərdi. 

- Ah, danış! 

-  Danışılası  heç  nə  yoxdur,  Rut.  Hansısa  soyğunçular  mənə  hücum 

etmişdilər. Mən atəş açdım, onlar da qaçdılar. Vəssalam. 

Qız qürurla atasına baxdı. 

- Sən məğlubedilməzsən, ata. 

- Olanı budur, Rut. 

O, qızını öpdü və getdi. “Savoy”a qayıdaraq Naytona tapşırıq verdi: 

-  Qobi  soyadlı  adamı  axtar  tap.  Qoy  sabah  səhər  bura  gəlsin.  Onun 

ünvanını mənim qeyd 

dəftərçəmdə tapacaqsan. Saat onun yarısı burada olmalıdır. 

downloaded from KitabYurdu.org




24 

 

- Bəli, ser. 



-  Mister  Ketterinqi  də  görmək  istəyirəm.  Onunla  əlaqə  saxla.  Onu 

klubda  axtara  bilərsən.  Qoy  sabah  səhər  saat  on  ikiyə  yaxın  burada 

olsun. Onun kimi adamlar tezdən oyanmırlar. 

Katib verilən tapşırıqları qeyd edərək başını tərpətdi. Van Aidin özünü 

qulluqçuların ixtiyarına verdi. Vanna hazır idi və o, isti suya girərək 

qızı ilə olan söhbət barədə fikirləşməyə davam etdi. Nəticə etibarilə o, 

məmnun  idi,  çünki  Rut  boşanmaya  onun  gözlədiyindən  də  asan  - 

razılaşdı. 

Amma  buna  baxmayaraq,  qızının  söylədiklərində  nəsə  onu  qane 

etmirdi.  O,  öz-  özünə  gileyləndi:  “Bəlkə  də  şişirdirəm,  amma  mənə 

elə gəlir ki, o, məndən nəsə gizlədir”. 

FƏSİL Faydalı centlmen 



Nayton otağa daxil olanda Rufus Van Aidin, adətən, səhərlər özünə 

rəva  bildiyi  qəhvə  və  quru  tortdan  ibarət  səhər  yeməyini  təzəcə 

bitirmişdi. 

- Mister Qobi buradadır, ser, qəbulunuzu gözləyir. 

Milyoner saatına baxdı. Onun yarısı - dəqiqəsinəcən dəqiq. 

- Lap yaxşı, - o söylədi. - Qoy gəlsin. 

Bir neçə dəqiqədən sonra mister Qobi otaqda peyda oldu. 

Bu,  nimdaş  geyimli  qoca  kişi  idi.  Onun  diqqətli  gözləri  həmişə 

həmsöhbətinə deyil, kənara baxırdı. 

Sabahınız xeyir, Qobi, əyləşin. 



- Təşəkkür edirəm, Van Aidin. 

Mister  Qobi  əyləşərək  əllərini  dizinə  qoydu  və  maraqla  radiatora 

baxdı. 

- Mənim sizə işim düşüb. 



Bəli, eşidirəm, mister Van Aidin. 

downloaded from KitabYurdu.org



25 

 

- Mənim qızım Derek Ketterinqlə evlidir, əlbəttə, bunu artıq bilirsiniz. 



Mister  Qobi  baxışlarını  radiatordan  çəkərək,  yazı  masasının  sol 

siyirtməsinə  yönəltdi  və  xoşagəlməz  bir  təbəssüm  göstərdi.  Mister 

Qobi çox şey bilirdi, lakin bunu büruzə verməyi sevməzdi. 

- Mənim məsləhətimlə o, boşanma ərizəsi verməyə hazırlaşır. Əlbəttə, 

bu,  vəkillərin  işidir.  Lakin  mən  daha  dolğun  bir  informasiya  əldə 

etmək istərdim. 

Mister Qobi pərvaza baxdı və dedi: 

- Mister Ketterinq barədə? 

- Bəli, mister Ketterinq barədə. 

- Oldu, ser. 

Qobi ayağa durdu. 

- Bunu nə vaxt hazır edəcəksiniz? 

- Siz tələsirsiniz, ser? 

-  Mən  həmişə  tələsirəm,  -  milyoner  cavab  verdi.  Mister  Qobi 

buxarının barmaqlığına gülümsədi: 

Bəlkə bu gün günorta saat ikidə görüşək? 



-  Əla! - milyoner ucadan cavab verdi. - Hələlik, 

Qobi. 


- Xudahafiz, mister Van Aidin. 

- Bu, çox lazımlı adamdı, - Qobi çıxan zaman otağa daxil olan katibinə 

milyoner söylədi. - Öz işinin ustasıdır. 

- Məhz hansı işdə? 

Məlumat  toplamaqda.  Ona  iyirmi  dörd  saat  vaxt  ver  və  o, 



Kenterberin baş yepiskopunun da 

şəxsi həyatını öyrənəcək. 

Doğrudan da lazımlı adamdı, - Nayton 



gülərək qeyd etdi. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə