Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə64/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   56   57   58   59   60   61   62   63   64

254 

 



Dərhal deyil. Ancaq çox qəribə bir məqam mənim diqqətimi 

cəlb etdi. Qulluqçu bildirdi ki

guya vaqonda tapılan portsiqar missis Ketterinqin ərinə aldığı hədiyyə 

idi. Onların arasındakı münasibəti nəzərə alaraq, bu, hədsiz dərəcədə 

az  inandırıcı  idi  və  məndə  Ada  Meysonun  ifadəsinin  doğruluğuna 

şübhə oyatdı. Eyni zamanda, onun sahibəsinin yanında cəmi iki aydır 

ki, qulluğa başlaması da şübhəli idi. Düzdür, belə götürəndə, qulluqçu 

Parisdə qatardan düşdüyünə  görə və bundan sonra missis Ketterinqi 

bir neçə nəfər sağ-salamat gördüyü üçün onun cinayətlə heç bir əlaqəsi 

olmamalı idi, amma... 

Puaro  irəliyə  doğru  əyildi  və  şəhadət  barmağını  çoxmənalı  şəkildə 

qaldırdı: 

- Amma mən yaxşı detektivəm, ona görə də hamıdan və hər şeydən 

şübhələnirəm. Mən heç 

vaxt heç kimin sözlərinə inanmıram. Mən öz- özümə sual verdim: Ada 

Meysonun qatardan həqiqətən də Parisdə düşdüyünü haradan bilirik? 

Adama  elə  gəlirdi  ki,  bu  sualın  çox  yaxşı  bir  cavabı  var.  Sizin 

katibinizin  -  tamamilə  kənar  bir  adamın  -  mayor  Naytonun  ifadəsi 

Rutun  bələdçiyə  dediyi  sözlərlə tam üst-üstə düşürdü.  Lakin  ağlıma 

qəribə,  demək  olar  ki,  tamamilə  fantastik  bir  fikir  gəldiyi  üçün 

sonuncunu mən hələlik diqqətə almamağı qərar verdim. Əgər o, doğru 

çıxsaydı, onda bələdçinin ifadəsi heç nəyə dəyməyəcəkdi. 

Mən  nəzəriyyəmdəki  ilk  əngələ  -  mayor  Naytonun  qatar  Parisdən 

getdikdən sonra, guya Ada Meysonu “Rit” oteldə gördüyü ifadəsinə 

diqqətimi yönəltdim. O kifayət qədər inandırıcı 

görünürdü, lakin faktları diqqətlə yoxlayarkən mən iki məqamı aşkar 

etdim. Birincisi, mayor Nayton da sizin yanınızda iki ay idi ki, xidmət 

göstərirdi.  İkincisi,  onun  soyadının  başlanğıc  hərfi  də  “K”-dır, 

downloaded from KitabYurdu.org



255 

 

baxmayaraq  ki,  o,  tələffüz  edilmir71.  Ehtimal  edək  ki,  -  sadəcə 



ehtimal edək - vaqonda tapılan onun portsiqarıdır. Əgər Naytonla Ada 

Meyson  əlbirdirsə,  onda  şərikinin  portsiqarını  qadına  göstərdiyim 

zaman  o,  sakit  qala  bilərdimi?  İlk  öncə,  karıxıb  qaldı,  sonra  da  tez 

missis Ketterinqin ərinə olan hədiyyəsi barədə əhvalat uydurdu. Bien 

entendu72,  bu,  orijinal  deyildi.  Qapazaltı  isə  qraf  de  la  Roşu 

etmişdilər. Baxmayaraq ki, Ada Meyson onu əminliklə tanıya bilmədi, 

çünki hər halda qrafın təkzibedilməz alibisi ola bilərdi. Sonra isə - əgər 

bütün olanları xatırlaya bilərsinizsə, onda bir 

vacib detalı başa düşə biləcəksiniz - Meysonla söhbət edərkən, mən 

ondan gördüyü kişinin qraf de la Roş deyil, Derek olduğu ehtimalını 

soruşdum.  Həmin  an  o,  qərarsız  görünürdü,  lakin  otelə  qayıtdığım 

zaman  siz  mənə  zəng  vurdunuz  və  xəbər  verdiniz  ki,  qulluqçu 

yanınıza gəlib və guya mister Ketterinqi gördüyünü söyləyib. Mən bu 

cür  nəyisə  gözləyirdim.  Qulluqçunun  gözlənilməz  əminliyinin  bir 

izahı ola bilərdi. Sizin oteli tərk edərək, o, kiminləsə məsləhətləşib və 

aldığı  tapşırığa  uyğun  hərəkət  edib.  Bu  tapşırığı  ona  kim  verib?  - 

Mayor Nayton.  Mənasız olmayan, daha doğrusu, çox böyük mənası 

olan daha bir məqam da var idi. Nayton söhbəti əsnasında Yorkşirdəki 

bir evdə qonaq qaldığı zaman orada baş vermiş bir oğurluqdan bəhs 

etmişdi. Ola bilsin, daha bir 

təsadüf idi, amma ola da bilsin ki, zəncirin həlqələrindən biriydi. 

- Amma mən bir şeyi başa düşə bilmirəm, müsyö Puaro. Yəqin mən 

kütbeyinəm, əks halda, bu vaxta qədər başa düşərdim. Parisdə vaqona 

daxil olan o kişi kim olub? Derek Ketterinq, yoxsa qraf de la Roş? 

-  Bu,  çox  sadədir.  Heç  bir  kişi  olmayıb.  Mille  tonnersre73!  Məgər 

bunun  necə  ustalıqla  düşünüldüyünü  anlamırsınızmı?  Kupedə  kişi 

olduğunu  kim  söylədi?  Ancaq  Ada  Meyson.  Bizsə  Ada  Meysona 

downloaded from KitabYurdu.org




256 

 

inandıq, çünki Nayton onun Parisdə qaldığını demişdi. 



- Axı Rutun özü də bələdçiyə deyib ki, qulluqçunu Parisdə qoyub, - 

Van Aidin etirazını bildirdi. 

- Elə  sözümü  ona  gətirirəm.  Bir tərəfdən, missis  Ketterinqin  sözləri 

bunu  təsdiq  edir,  lakin  digər  tərəfdən,  bu,  belə  deyil,  çünki  ölülər 

danışa  bilmir.  Biz  bunu  missis  Ketterinqdən  deyil,  vaqonun 

bələdçisindən eşitmişik, bu isə tamamilə başqa məsələdir. 

- Deməli, siz o adamın yalan söylədiyini - düşünürsünüz? 

-  Elə deyil. O, düzgün nəyi hesab edibsə, onu 

söyləyib. Ancaq qulluqçusunu Parisdə qoyduğunu ona söyləyən qadın 

missis Ketterinq deyilmiş. 

Milyoner heyrət içərisində gözlərini ona zillədi. 

-  Müsyö  Van  Aidin,  Rut  Ketterinq  qatar  Parisin  Lion  stansiyasına 

çatmamış artıq ölü idi. Yemək 

səbətini sifariş edən və bələdçiyə qulluqçusunu guya 

Parisdə  qoyduğunu  söyləyən  qadın  isə  missis  Ketterinqin  paltarını 

geyinmiş Ada Meyson imiş. 

- Ola bilməz! 

- Xeyr, müsyö Van Aidin. Bizim zəmanəmizdə qadınlar bir-birinə o 

qədər oxşayırlar ki,  onları  üzdən deyil, geyimdən ayırd edirlər. Ada 

Meyson  sizin  qızınızla  eyni  boyda  idi.  Bələdçinin  qulluqçunu 

dəbdəbəli xəz paltoda və gözlərinin üstünə kimi çəkilmiş qırmızı laklı 

şapkada  görərək  onu  qızınıza  oxşatması  təəccüblü  deyil.  Yaddan 

çıxarmayın ki, o, daha əvvəllər qızınızla heç danışmamışdı. Düzdür, 

qulluqçu biletləri bələdçiyə verərkən o, qadını görmüşdü, ancaq onun 

yadında qalan qara geyimli arıq qadın 

kölgəsi olub. Əgər o, daha dərrakəli olsaydı, qulluqçu ilə sahibəsinin 

bir-birinə  çox  oxşadığını  görə  bilərdi,  lakin  çətin  ki,  o,  bu  haqda 

downloaded from KitabYurdu.org




257 

 

düşünsün. Unutmayın ki, Ada Meyson,  yaxud da Kitti Kidd aktrisa 



olub  və  xarici  görünüşünü,  hətta  səs  tembrini  də  tezcə  dəyişə  bilir. 

Xeyr,  xeyr,  bələdçinin  sahibəsinin  paltarını  geyinmiş  qulluqçunu 

tanımayacağı  aydın  idi  və  bunda  heç  bir  risk  yox  idi.  Amma  buna 

baxmayaraq,  başqa  bir  təhlükə  mövcud  idi  -  meyiti  aşkar  edərkən 

bələdçi bu qadının bir gün əvvəl söhbət etdiyi qadın olmadığını başa 

düşəcəkdi.  İndi  meyitin  üzünün  tanınmaz  hala  salınmasının  səbəbi 

aydın  olur.  Ada  Meysonun  ən  çox  qorxduğu  məqam  Ketrin  Qreyin 

onun kupesinə gələ bilməsi idi, ona görə də ehtiyat tədbiri görərək 

yemək səbəti sifariş verib və öz kupesinə qapanıb. 

Bəs Rutu kim öldürüb? Nə zaman? 



- Hər şeydən əvvəl cinayətin iki nəfər tərəfindən 

Ada  Meyson  və  Nayton  tərəfindən  düşünüldüyünü  və 



törədildiyini yaddan 

çıxarmayın.  Həmin  gün  Nayton  sizin  işlərinizə  görə  Parisdə  idi.  O, 

haradasa  şəhərətrafı  yolların  birində  qatara  minib.  Yəqin  ki,  onu 

görəndə  missis  Ketterinq  təəccüblənib,  amma  sözsüz  ki,  heç  nədən 

şübhələnməyib.  Ola  bilsin  ki,  Nayton  onun  nəzərlərini  pəncərədə 

nəyəsə  yönəldib  və  o,  üzünü  çevirən  zaman  ipi boğazına  keçirib  və 

hər şey bir neçə saniyə içərisində bitib. Kupenin qapısı bağlı olub və 

cinayətkarlar işə başlayıblar. Naytonla Ada 

Meyson meyitin üst paltarlarını soyundurub şala bürüyüblər və qonşu 

kupedə çamadanların və çantaların yanına qoyublar. Nayton yaqutlar 

olan futlyarı götürərək qatardan hoppanıb düşüb. O bilirdi ki, cinayət 

ancaq  on  iki  saatdan  sonra  aşkar  olunacaq,  ona  görə  də  rahat  idi. 

Bundan başqa da onun ifadəsi və bələdçinin sözləri ilə təsdiq olunan 

saxta missis Ketterinqin ifadəsi onun üçün etibarlı alibini təmin edirdi. 

-  Lion  vağzalında  Ada  Meyson  cəld  missis  Ketterinqin  paltarını 

downloaded from KitabYurdu.org




258 

 

geyinir, qulaqlarına saxta mərcan sırğaları taxır və mümkün qədər öz 



xarici  görünüşünü  dəyişir.  Bələdçi  yatağı  salmaq  üçün  gəldikdə  isə 

Parisdə  qoyduğu  qulluqçu  barədə  əvvəlcədən  uydurub  hazırladığı 

əhvalatı danışır. Bu zaman o, üzü pəncərəyə, kürəyi isə 

qapıya sarı dayanır. Bu, çox ağıllı hərəkət idi, çünki bu zaman miss 

Qrey  kupenin  yanından  keçirmiş  və  missis  Ketterinqi  sağ-salamat 

gördüyünə and içməyə hazır idi. 

- Davam edin, - Van Aidin söylədi. 

- Sonra Ada Meyson rəfin kənarına sahibəsinin paltarlarını səliqə ilə 

qoyur, meyitə gecə köynəyini geyindirir, onu yatağa gətirir. Onu elə 

uzadır  ki,  guya  Rut  üzünü  divara  çevirərək  yatıb,  daha  sonra  kişi 

paltarı  geyinib  və  qatardan  düşməyə  hazırlaşıb.  Derek  Ketterinq 

arvadının  kupesinə  girib  Rutun  yatdığını  düşünəndə  Ada  Meyson 

qonşu  kupedə  qatarın  Lionda  dayanmasını  və  gözə  dəymədən 

qatardan düşməsini gözləyirmiş. Bələdçi Lionda perrona düşən kimi, 

o, guya təmiz hava almaq üçün kişi 

paltarında onun dalınca qatardan enib. Ona heç kimin baxmadığı bir 

anda tez o biri platformaya keçib, ilk qatarla Parisə qayıdıb və “Rit” 

otelinə  gəlib.  Onun  adı  cinayətin  səhəri  gün  qeydiyyat  kitabçasına 

yazılıb. Burada ona rahatca oturub, sizin gəlişinizi gözləməkdən başqa 

heç nə qalmayıb. Cəvahiratlar onun yanında olmayıb, çünki şübhədən 

kənar  olan  sizin  katibiniz  onu  özü  ilə  Nitsaya  gətiribmiş.  Onun 

Papapolousla əvvəlcədən sövdələşdiyi razılaşması olub, Ada Meyson 

isə ancaq daş-qaşı əldən-ələ vermək üçün vasitəçi olub. Ümumilikdə, 

oyunu  Markiz  kimi  mahir  bir  oyunçu  dəqiqliyi  ilə  düşünüb  və 

ustalıqla oynayıb. 

-  Siz,  doğrudan  da,  Naytonun  artıq  neçə  ildir  axtarılan  cinayətkar 

olduğuna inanırsınızım? 

downloaded from KitabYurdu.org




259 

 

Puaro başıyla təsdiq etdi: 



- Markiz adlandırılan centlmenin  əsas xüsusiyyətlərindən biri,  sahib 

olduğu  ədalarıdır.  Siz  özünüz  də  səthi  tanışlıqdan  sonra  Naytonu 

katibiniz kimi işə götürərək onun valehediciliyinin qurbanı oldunuz, 

müsyö Van Aidin. 

-  Mən  and  içə  bilərəm  ki,  Nayton  katibliyi  gözaltılamamışdı!  - 

milyonçu ucadan dedi. 

Bu, çox hiyləgərcəsinə edilmişdi və o, sizin kimi adam tanıyan bir 



şəxsi də aldatmışdı. 

-Axı,  mən  onun  keçmişini  öyrəndim.  Oğlanın  qüsursuz  keçmişi  var 

idi. 



Bəli, bəli, bu, oyunun bir parçası idi. Riçard Nayton olaraq onun 



həyatı həqiqətən də qüsursuz idi. Yaxşı ailəsi, yaxşı əlaqələri, 

qəhrəmansayağı  şücaətləri  vardı,  bir  sözlə,  şübhələnmək  mümkün 

deyildi. Amma buna baxmayaraq, mən sirli Markiz barədə məlumat 

toplayanda  çoxlu  təsadüflər  tapdım.  Nayton  fransızca  fransız  kimi 

danışırdı.  Markiz  pis  əməllərini  törədən  zaman  o  da  Amerikada, 

İngiltərədə və Fransada olmuşdu. Sonuncu dəfə Markizin  İsveçrədə 

cəvahirat  oğurluğu  etdiyi  söylənilirdi.  Axı  siz  də  mayor  Naytonla 

məhz  o  vaxt  orada  qarşılaşmısınız.  Və  çox  güman  ki,  elə  həmin 

görüşdən  öncə  sizin  yaqutları  alacağınız  barədə  söz-söhbətlər  artıq 

yayılıbmış. 

- Axı qətl nə üçündür? - Van Aidin sarsılmış halda gileyləndi. - Axı 

peşəkar oğru əlini qana bulamadan da daş-qaşları oğurlaya bilərdi. 

Puaro başını yellədi: 

- Bu, Markizin törətdiyi ilk qətl deyil. O, təbiətcə qatildir, o, arxasında 

canlı  şahidlər  qoymur.  Ölmüş  kişilər  və  qadınlar  əhvalat  danışa 

bilmirlər. 

downloaded from KitabYurdu.org



260 

 

Markizin  tarixən  məşhur  olan  cəvahiratlara  qarşı  güclü  həvəsi  var 



imiş.  O,  sizin  katibiniz  olmağa  və  qulluqçu  vasitəsilə  vəziyyətə 

nəzarət  etməyə  qərar  verir.  O,  sizin  yaqutları  qızınıza  verəcəyinizi 

təxmin etmişdi. Baxmayaraq ki, plan xırdalığına kimi düşünülmüşdü 

və  çox  etibarlı  idi.  O,  yenə  də  quldurları  sizin  üstünüzə  salmaq 

qəsdindən özünü saxlaya bilməmişdi. Daş-qaşları alandan sonra otelə 

necə qayıtdığınız yadınızdadır? Fikirləşdiyi baş tutmadı, lakin bu, onu 

qətiyyən məyus etmədi. 

Təkrar edirəm, onun planı etibarlı idi. Qüsursuz Riçard Naytondan heç 

kəs şübhələnə bilməzdi. Lakin bütün dahi insanlar kimi - Markiz də 

dahi adam idi - onun da zəif nöqtəsi var idi. O, miss Qreyə aşiq oldu 

və  onun  isə  xoşuna  Derek  Ketterinqin  gəldiyini  düşündüyü  üçün 

çalışdı ki, şübhə Derek Ketterinqə yönəlsin. İndisə, müsyö Van Aidin, 

mən  sizə  çox  qəribə  bir  şey  danışacağam.  Miss  Qreyi  heç  cür 

fantaziyaya  meyilli  bir  insan  adlandırmaq  olmaz,  amma  miss  Qrey 

iddia edir ki, bir dəfə Monte-Karlodakı kazinolardan birinin bağında 

Naytonla  bir  müddət  gəzişdikdən  sonra  sizin  qızınızın  varlığını 

yanında  duyub.  O,  missis  Ketterinqin  ona  nəsə  xəbər  vermək 

istədiyinə  şübhə  etməyib  və  qəfildən  ağlına  bir  fikir  gəlib:  mərhum 

ona bildirmək istəyir ki, onun qatili Naytondur! O 

zaman  bu  fikir  ona  o  qədər  fantastik  gəlib  ki,  o,  bunu  heç  kimlə 

bölüşməyib. Lakin o, bunun doğruluğuna o qədər inanırmış ki, özünün 

düzgün  hesab  etdiyi  kimi  hərəkət  etməyə  başlayıb  -  Naytonun  ona 

qarşı olan pərəstişini rədd etməmiş və özünü elə göstərmişdir ki, guya 

Derekin günahkar olduğuna şübhə etmir. 

- İnanılmazdır! - Van Aidin ucadan söylədi. 

- Bəli, bu, çox qəribədir. Bu cür şeyi izah etmək mümkün deyil. Yeri 

gəlmişkən,  məni  çox  çaşbaş  salan  bir  məqam  vardı.  Katibiniz 

downloaded from KitabYurdu.org




261 

 

müharibə  zamanı  aldığı  güllə  yarası  nəticəsində  əməlli-  başlı 



axsayırdı. Amma Markiz axsamırdı. Lakin miss Lenoks Templin bir 

dəfə bildirdi ki, Naytonun axsaması onu anasının hospitalında müalicə 

edən cərrahı çox təəccübləndirmişdi. 

Bu,  məndə  saxtakarlıq  barədə  fikir  yaratdı.  Londonda  olarkən  mən 

həmin həkimin yanına getdim və mənim haqlı olduğumu təsdiq edən 

bəzi  tibbi  məqamları  aydınlaşdırdım.  Srağagün  mən  Naytonun 

yanında  qəsdən  həmin  cərrahın  adını  çəkdim.  Əgər  o  desəydi  ki, 

müharibə zamanı həmin həkim onu müalicə edib, bu, çox təbii olardı. 

Ancaq  o  susdu  və  bu  da  məni  öz  cinayət  nəzəriyyəmdə  haqlı 

olduğuma  əmin  etdi.  Bundan  başqa  da  miss  Qrey  mənə  Nayton 

hospitalda olan zaman ledi Templinin cavahiratlarının oğurlanması ilə 

bağlı  qəzet  parçası  verdi.  Parisdən  “Rit”  otelindən  mən  madmazelə 

məktub  yazdığım  zaman  mənim  də  onunla  eyni  izlə  getdiyimi  başa 

düşübmüş. 

Araşdırma  zamanı  mənim  başqa  çətinliklərim  də  oldu,  amma  mən, 

nəhayət, istədiyimi ala bildim - Ada Meysonun “Rit” otelinə cinayət 

törədilən  günü  axşam  deyil,  onun  sabahısı  gün  gəldiyinə  dair  sübut 

əldə etdim. 

Uzun bir sükut çökdü. Sonra milyonçu əlini birbaşa masanın üstündən 

Puaroya uzatdı: 

- Zənnimcə, bunun mənim üçün nə demək olduğunu başa düşürsünüz, 

müsyö,  -  o,  xırıltılı  səslə  söylədi.  -  Sabah  səhər  mən  sizə  çek 

göndərəcəyəm,  ancaq  heç  bir  çek  mənə  etdikləriniz  üçün  sizə  qarşı 

duyduğum dərin minnətdarlığı ifadə edə bilməz. Bütün dünyada sizin 

tayınız tapılmaz. 

Detektiv sinəsini gərərək ayağa durdu: 

- Mən, sadəcə, Erkül Puaroyam, - o, təvazökarlıqla söylədi. - Bununla 

downloaded from KitabYurdu.org




262 

 

belə,  mən  öz  sahəmdə  sizin  öz  sahənizdə  olduğunuzdan  əskik 



deyiləm.  Sizə  xidmət  göstərdiyimə  görə  şad  və  xoşbəxtəm.  İndisə 

gərək  gedim  rahatsız  səfərimizin  nəticəsini  aradan  götürüm:  mənim 

yazıq  pencəyim  və  şalvarım!  Çox  heyif  ki,  mənim  sadiq  Corcum 

yanımda deyil! 

Otelin qonaq otağında Puaro müsyö Papapolousa və qızı Ziaya rast 

gəldi. 


- Mən elə bildim ki, siz Nitsanı tərk etmisiniz, müsyö Puaro, - yunan 

detektivin əlini dostyana sıxaraq bildirdi. 

- İşlər məni qayıtmağa məcbur etdi, müsyö Papapolous. 

-İş? 


- Bəli.  Yeri  gəlmişkən,  iş  haqqında  -  ümid  edirəm  ki,  sizin 

səhhətiniz yaxşılaşıb, dostum? 

-  Xeyli yaxşılaşıb. Sabah biz Parisə qayıdırıq. 

Xoş xəbər eşitdiyim üçün şadam. Güman edirəm ki, siz yunan 



eks baş naziri tamamilə 

müflis etməmisiniz? 

- Mən? 

-  Mənim  bildiyimə  görə,  siz  ona  çox  gözəl  bir  yaqut  hədiyyə 



etmisiniz, hansı ki, indi - entre 

nous74 - rəqqasə madmazel Mirel taxır. 

-  Bəli, elədir, - antikvar həvəssiz halda etiraf 

etdi. 


- Məşhur “Alovun qəlbi”nə oxşayan yaqut? 

-  Onların arasında xeyli oxşarlıq var, - yunan 

ehtiyatla cavab verdi. 

-  Sizin  əlləriniz  qızıldır,  müsyö  Papapolous,  sizi  təbrik  edirəm. 

Madmazel  Zia,  Parisə  belə  tez  qayıtdığınız  üçün  çox  kədərlənirəm. 

downloaded from KitabYurdu.org




263 

 

İndi, işimi 



bitirdiyim halda sizinlə görüşməyə ümid edirdim. 

-  Nə iş olduğunu soruşsam ayıb olmaz ki? - 

antikvar xəbər aldı. 

-  Qətiyyən. Mən elə indicə Markizi həbsxanaya 

yollamağa müvəffəq oldum. 

Qocanın sifətində kölgə sezildi: 

-  Markiz... - o, astadan dedi. - Bu söz mənə nədən belə tanış gəlir, 

görəsən? Xeyr, yadıma 

sala bilmirəm. 

-  Təbii ki, xatırlaya bilməzsiniz, - Puaro başı ilə 

təsdiq etdi. - Mən məşhur cinayətkarı və cəvahirat oğrusunu nəzərdə 

tuturdum. Onu ingilis xanımı madam Ketterinqin ölümünə görə həbs 

etdilər. 

- Doğrudan? Necə də maraqlıdır! 

Onlar  nəzakətlə  sağollaşdılar  və  Puaro  getdikdən  sonra  Papapolous 

qızına sarı çevrildi: 

-  Zia, - o, ürəkdən söylədi, - bu adam iblisdir! 

- O, mənim xoşuma gəlir. 

-  Mənim də xoşuma gəlir, - antikvar etiraf etdi. 

-Amma bununla belə, o, əsl iblisdir. 

71 Nayton soyadı ingiliscə “Knighton” yazılır. 72 Təbii ki. 

73 Min lənət! 

74 Öz aramızdır. 

XXXVI 


FƏSİL Dəniz kənarında 

Küsdüm ağacının çiçəkləri, demək olar ki, solmuşdu. İndi onların ətri 

bir  qədər  xoşagəlməz  olmuşdu.  Çəhrayı  ətirşahlar  ledi  Templinin 

villasının  sürahibəndini  bəzəyirdi,  aşağıdakı  çoxsaylı  qərənfillər  isə 

downloaded from KitabYurdu.org



264 

 

şirin ətir saçırdı. Aralıq dənizi maviliyi ilə bərq vururdu. Puaro Lenoks 



Templin ilə terrasda əyləşmişdi. O, iki gün əvvəl Van Aidinə danışdığı 

əhvalatı elə indicə ona danışıb qurtarmışdı. Lenoks qaşlarını çataraq 

ona diqqətlə qulaq asırdı; qızın gözləri kədərli idi. 

-  Bəs Derek? - Puaro susanda o, adi halda 

soruşdu. 

Dünən onu azad etdilər. 



O da çıxıb getdi? Hara? 

- Nitsadan dünən axşam getdi. 

- Sent-Meri-Midə? 

- Bəli, Sent-Meri-Midə. 

Sükut çökdü. 

-  Mən Ketrin barədə yanılmışam, - Lenoks 

dilləndi. 

- Mənə elə gəlirdi ki, o, Dereki sevmir. 

Miss Qrey çox qapalıdır və heç kimə etibar 



etmir. 

-  Mənə isə etibar edə bilərdi, - qız acıqlı halda 

etirazını bildirdi. 

-  Bəli,  edə  bilərdi,  -  Puaro  başı  ilə  təsdiq  etdi.  -  Amma  madmazel 

Ketrin həyatının çox hissəsini 

başqalarına qulaq asaraq keçirib. Dinləməyə adət etmiş insan üçünsə 

özünün  danışması  çətin  gəlir:  onlar  kədərlərini,  sevinclərini  öz 

könüllərində saxlayır, heç kimlə bölüşmürlər. 

Mən axmaq olmuşam, - Lenoks köksünü 



ötürdü. 

-  Mənə elə gəlirdi ki, o, Naytona vurulub. Zənn edirəm ki, mən ona 

görə belə düşünürdüm... 

downloaded from KitabYurdu.org




265 

 

çünki ümid edirdim ki... 



Puaro qızın əlini dostyana sıxdı: 

- Gümrah olun, madmazel, - o, mülayimliklə söylədi. 

Lenoks  dənizə  baxdı,  onun  o  qədər  də  gözəl  olmayan  sifəti  faciəvi 

gözəl bir görkəm aldı. 

Onsuz da heç nə çıxmayacaqdı, - qız, nəhayət, dilləndi. - Derek 



üçün mən çox 

gəncəm, düzdür, o, özü də heç vaxt böyüməyəcək uşağa oxşayır. Ona 

daha çox Madonnaya oxşayan qadınlar uyğun  gəlir.  -  Növbəti uzun 

pauzadan  sonra  Lenoks  birdən  üzünü  Puaroya  tutdu  və  soruşdu:  - 

Amma mən sizə kömək etdim, eləmi, müsyö Puaro? 

- Bəli, madmazel. Siz mənə qatilin həmin qatarla getməsinin vacib 

olmadığını söyləməklə 

mənim  düzgün  izə  tərəf  yönəlməmə  səbəb  oldunuz.  Bu  vaxta  kimi 

mən cinayətin necə işlənildiyindən baş aça bilmirdim. 

Çox şadam ki, heç olmasa nəsə edə bilmişəm. Uzaqdan parovozun fit 

səsi eşidildi. 

- Bu, lənətə gəlmiş Mavi qatardır, - Lenoks dedi. 

Qatarlar yorulmaq bilməyən olur, eləmi, müsyö Puaro? İnsanlar ölür, 

öldürürlər,  onlarsa  öz  yolları  ilə  getməyə  davam  edir.  Mən  boş-boş 

çərənləyirəm, amma siz mənim nə demək istədiyimi başa düşürsünüz. 

- Bəli, başa düşürəm.  Həyat  özü qatara bənzəyir, madmazel.  O, heç 

nəyə məhəl qoymadan davam edir. Və bu, çox yaxşıdır. 

- Niyə? 


Ona  görə  ki,  qatar  əvvəl-axır  səyahətin  son  məqamına  gəlib 

çatır, buna aid, madmazel, sizin 

dildə bir deyim var. 

Səyahət sevgililərin görüşü ilə başa çatır. - 



downloaded from KitabYurdu.org


266 

 

Lenoks güldü. - Bu, mənə aid deyil. 



-  Aiddir,  madmazel.  Siz  çox  gəncsiniz,  düşündüyünüzdən  də 

gəncsiniz.  Qatara  güvənin,  madmazel,  çünki  onu  le  bon  Dieu  idarə 

edir. 

Parovoz yenidən fit çaldı. 



Qatara  güvənin,  madmazel,  -  Puaro  təkrar  etdi,  -  və  Erkül 

Puaroya da güvənin, o, hər şeyi 

bilir. 


downloaded from KitabYurdu.org

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə