Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə8/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   4   5   6   7   8   9   10   11   ...   64

30 

 

- Bu, hədə-qorxudur? 



-  Necə istəyirsən, elə də başa düş, - Van Aidin 

qısaca bildirdi. 

Ketterinq  kreslonu  masaya  tərəf  çəkdi.  Düz  milyonerin  qənşərində 

əyləşdi. 

Siz elə bilirsiniz, yalnız sizin rahatlığınız naminə mən hay-küy 



qaldırmayacam? - o 

soruşdu. 

-  Mənim yolumun üstündə dayanmağı ağlından da keçirmə! Axmaq! 

Öz vəkillərini sorğu-suala 

tut, onlar sənə hər şeyi başa salarlar. Sənin macəraların bütün Londona 

məlumdur. 

Nədir, yoxsa Rut Mirelə görə hirslənir? Bu, axmaqlıqdır. Mən ki, 



onun dostluq etdiyi 

adamlara fikir vermirəm. 

Bu sözlərinlə nə demək istəyirsən? - Van 



Aidin acıqla soruşdu. 

- Görürəm, siz heç nə bilmirsiniz, ser. - Derek Ketterinq güldü. - Sizin 

xəbəriniz yoxdur. 

O, şlyapasını və çəliyini götürüb qapıya tərəf getdi. 

- Məsləhət vermək mənim təbiətimə ziddir. - Bir anlıq pauzadan sonra 

əlavə  etdi.  -  Lakin  istərdim  ki,  qızınız  sizinlə  -  öz  atası  ilə  səmimi 

olsun. 

Milyoner  sıçrayaraq  ayağa  duran  anda  Derek  qapını  arxasınca 



bağlayaraq cəld otaqdan çıxdı. 

- O hansı cəhənnəmi nəzərdə tuturdu? - Van Aidin söylənərək yenidən 

kresloya yıxıldı. 

Şübhələr onun daxilində yeni qüvvə ilə baş qaldırdı. Onun sxeminə 

downloaded from KitabYurdu.org



31 

 

nəsə sığmırdı. O, telefonun dəstəyini götürdü və qızı ilə bağlamalarını 



xahiş etdi. 

-  Alo! Alo! Missis Ketterinq evdədir? Yoxdur? Nə vaxt qayıdacaq? 

Bilmirsiniz? Ah, yaxşı, xeyr, 

heç nə çatdırmaq lazım deyil. 

Van  Aidin  fikri  dağınıq  halda  dəstəyi  yerə  qoydu.  Saat  ikidə  o,  öz 

otağına keçdi. Saat üçə on dəqiqə işləmiş Qobi gəldi. 

-  Hə, nə oldu? - Van Aidin səbirsizliklə bağırdı. Lakin balaca mister 

tələsmədi. O, masanın arxasında əyləşdi, çox səliqəsiz olan qeyd 

dəftərçəsini  çıxardı  və  monoton  səslə  oxumağa  başladı.  Milyoner 

diqqətlə  və  get-gedə  artan  məmnunluq  duyğusu  ilə  qulaq  asdı. 

Nəhayət, Qobi oxumağı qurtardı və gözlərini kağız üçün səbətə dikdi. 

- Hm, - Van Aidin dilləndi. - Hər şey tamamilə aydındır. Otel barədə 

olan dəqiqdir? 

-  Tamamilə.  -  Qobi  melanxolik  baxışlarını  kreslonun  dəstəyində 

dayandırdı. 

- O, həqiqətən də çətin vəziyyətdədir. Deyirsiniz, borc etmək istəyir? 

Praktik olaraq, atasının bütün varını göyə sovurub? Boşanma xəbəri 

yayılan kimi, o, nəinki borc, heç bir qəpik də ala bilməyəcək. Onun 

əhatəsini pulla ələ almaq və ona yaxşıca təzyiq göstərmək olar. Biz 

onu  muma  döndərərik,  Qobi,  necə  lazımdırsa,  eləcə  sıxıb  suyunu 

çıxararıq. 

O,  yumruğunu  masaya  çırpdı.  Onun  sifət  ifadəsi  qaşqabaqlı  və 

təkəbbürlü idi. 

-  Məlumat tamdır, - Qobi nazik səslə söylədi. 

-  Mən  indi  Kerzon-stritə  getməliyəm.  Sizə  minnətdaram,  Qobi.  Siz 

mükəmməlsiniz. 

Kiçik adamın üzündə təşəkkürün solğun ifadəsi - göründü. 

downloaded from KitabYurdu.org




32 

 

-  Təşəkkür edirəm, mister Van Aidin. Əlimdən 



gələni əsirgəməməyə çalışıram. 

Van Aidin Kerzon-stritə dərhal getmədi. Əvvəlcə Sitiyə gedib iki ayrı-

ayrı şəxslə onu tamamilə məmnun edən söhbət etdi. Sonra metro ilə 

Daun-stritə getdi. 

O, Kerzon-stritə  çatanda 160 nömrəli evdən bir  nəfər  çıxıb  ona sarı 

gəlirdi. İlk baxışdan Van Aidinə elə gəldi ki, bu, Derekdir- boyu və 

bədən quruluşu eynən onunku idi. Lakin onlar qarşı- qarşıya gələndə 

başa düşdü ki, bu, yad adamdır. 

Amma yox, ona elə gəldi ki, bu simanı haradasa görüb və həmin adam 

hansısa xoşagəlməyən bir hadisəylə bağlıdır. O, yaddaşını işə saldı, 

amma  əbəs  yerə.  Bu  səbəbdən  də  əsəb  onu  bürüdü:  Van  Aidin, 

ümumiyyətlə, müəmmanı sevmirdi. 

Rut Ketterinq atasını gözləyirdi. O, içəri daxil olanda qızı ona tərəf 

qaçdı və yanağından öpdü. 

- Necəsən, ata? 

- Əla, amma sənə bir-iki kəlmə söz deməliyəm. 

O, hiss etdi ki, qızında hissedilməz dərəcədə nəsə dəyişiklik baş verib 

və Rut bir qədər gərginləşib. Atası böyük kresloda əyləşdi. 

- Hə, ata, - qız dilləndi, - mənə nə demək istəyirdin? 

- Bu gün səhər ərini gördüm. 

- Dereki görmüsən? 

- Hə, o, bir çox şey söylədi. Əsasən, boş-boş sözlər. Lakin gedərkən 

mənə  qaranlıq  qalan  bir  şey  dedi.  O,  istədi  ki,  sən  mənimlə  tamam 

səmimi olasan. O, nəyi nəzərdə tuturdu, Rut? 

Missis Ketterinq diksindi. 

- Bilmirəm, ata. Haradan bilim? 

- Çox ehtimal ki, bilirsən, - Van Aidin etiraz etdi. - Onu da dedi ki, 

downloaded from KitabYurdu.org




33 

 

onun öz dostları var və səninkilərlə də maraqlanmır. O, nəyi nəzərdə 



tuturdu? 

- Bilmirəm, - Rut Ketterinq təkrar etdi. 

Van Aidin əyləşdi. Dodaqlarını kədərli ifadə ilə büzdü. 

- Qulaq as, Rut, mən kortəbii surətdə hərəkət edə bilmərəm. Onun sənə 

qarşı nəsə xoşagəlməz bir şey törətməyəcəyindən əmin deyiləm. Onu 

susmağa vadar edə bilərəm, lakin gərək biləm ki, mən nəyi etməliyəm. 

Sənin dostların barədə söyləyərkən, o, nəyi nəzərdə tuturdu? 

Missis Ketterinq çiyinlərini çəkdi. 

- Mənim çox dostum var, - o, inamsız halda dilləndi. 

- Kimi nəzərdə tutduğunu təsəvvür edə bilmirəm. 

-  Düz demirsən! - O, özünün adət etdiyi işgüzar tərzdə söylədi. - Mən 

daha konkret danışacam. 

O kişi kimdir? 

- Kişi? 


-  Kişi.  Derek  məhz  ona  eyham  vururdu,  hansısa  xüsusi  bir  kişiyə, 

sənin dostuna. Narahat olma

mənim əzizim, əminəm ki, bütün bunlar boş şeylərdir, lakin mən gərək 

məhkəməni maraqlandıra biləcək hər şeydən xəbərdar olum. 

Özün  bilirsən  axı,  onlar  hər  xırdalıqları  necə  yoza  bilərlər!  Mən 

bilmək istəyirəm, o kişi kimdir və sən onunla nə dərəcədə dostsan. 

Rut cavab vermədi, amma əllərini əsəbi şəkildə yığdı. 

-  Hə,  əzizim,  -  Van  Aidin  mülayim  səslə  söylədi,  -  yaşlı  atandan 

qorxma.  Məgər  mən  belə  qorxuncam,  məgər  hətta  onda,  Parisdə 

olanda da qorxunc idim? 

Bu anda ildırım vurmuş kimi Van Aidinin dili tutuldu. 

- Hə... mən də deyirəm o kimdi? - deyərək, donquldandı. - Düşünürəm 

ki, mən onu tanıyıram. 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə