Downloaded from KitabYurdu org



Yüklə 1,48 Mb.
səhifə9/64
tarix25.06.2018
ölçüsü1,48 Mb.
#51910
1   ...   5   6   7   8   9   10   11   12   ...   64

34 

 

- Nə deyirsən, ata? Anlamıram. 



Van Aidin ona yaxınlaşdı və biləyindən bərk yapışdı. 

- Mənə bax, Rut, sən yenidən onunla görüşürsən? 

- Kiminlə? 

-  O şəxslə ki, bir neçə il əvvəl biz ona görə bir- 

birimizlə dalaşmışdıq. Özün bilirsən, kimi deyirəm. 

-  Sən... - Onun dili topuq vurdu. - Sən qraf de 

la Roşu nəzərdə tutursan? 

-  Qraf de la Roşl- Van Aidin bağırdı. - O vaxt mən sənə söyləmişdim 

ki, o, dələduzdur. Onda 

sizin münasibətinizin xeyli irəliləməsinə baxmayaraq, mən səni onun 

pəncəsindən qopara bildim. 

-  Sən bunu etdin. - Rut dilxor halda bildirdi. - 

Və mən Derekə ərə getdim. 

-  Sən özün istədin, - milyoner hirslə etirazını 

bildirdi. 

Qız çiyinlərini çəkdi. 

-  Və budur, - Van Aidin sakit səslə dedi, - sən 

onunla  yenidən  görüşürsən. Sənə  bütün söylədiklərimdən sonra!  Bu 

gün  o,  sənin  yanında  idi.  Mən  onunla  küçədə  qarşılaşdım,  amma  o 

dəqiqə tanıya bilmədim. 

Rut Ketterinq sakitləşdi. 

- Sənə bir söz demək istəyirəm, ata. Sən Armand barədə, yəni qraf de 

la Roş barədə səhv fikirdəsən. Bəli, cavanlıqda onun başına bir neçə 

xoşagəlməz əhvalat gəlib, onlar haqda o, özü mənə danışıb, ancaq... 

Ancaq o, mənə görə 

əzab çəkir. Sən Parisdə bizi ayıranda onun qəlbi çox qırılıb, indisə... 

Atasının əsəbi səsi onun sözünü kəsdi: 

downloaded from KitabYurdu.org




35 

 

- Sən də buna inanırsan? Sən, mənim qızım? İlahi! 



- O, əlini havada yellətdi. - Ancaq qadınlar belə səfeh ola bilərlər! 

Rəqqasə  isə  divanda  əyləşmiş  halda  öz-özünə  güldü.  O,  özündən 

məmnun idi. 

Dostum. 



Əzizim. 


Yaxşı oğlan. 

5  Bu, praktiki deyil. 6 İlahi! 

7 Yaxşı, hə. 

8 Lənət şeytana! 

VII FƏSİL Məktub 

“Missis Semuel Harfild miss Qreyi salamlayır və təkid edir ki, miss 

Qrey hazırkı vəziyyətdə...”. 

Missis Harfild əl saxladı, o, öz fikrini kağız üzərində çətin ifadə edən 

insanlar  qrupuna  aid  idi.  Bir  dəqiqə  düşündükdən  sonra  isə  başdan 

başladı. 

“Əzizim miss Qrey, bizim qulağımıza gəlib çatdı ki, Siz əmim qızı 

Emmaya (hansı ki, onun ölümü bizim üçün böyük zərbə idi) qulluq 

etməklə öz 

vəzifə  borcunuzu  yerinə  yetirmisiniz,  mən  də  duymaya  bilmərəm 

ki...”. 


Missis Harfild yenə də dayandı. Yenə də məktub əzildi və kağız üçün 

səbətə atıldı. 

Ancaq dördüncü cəhddən sonra məktub, nəhayət, yazılıb qurtarıldı və 

zərfə  qoyulub  ağzı  bağlanıldı.  Zərfin  üzərindəki  yazıda  göstərilirdi: 

Ketrin  Qrey,  Littl  Krempton,  Sent-Meri-Mid,  Kent”.  Ertəsi  səhər 

həmin  məktub  daha  xoş  görkəmli  mavi  zərfli  digər  məktubla  birgə 

məktub sahibinin masasının üzərində dururdu. 

downloaded from KitabYurdu.org




36 

 

Ketrin Qrey ilk öncə missis Harfildin məktubunu açdı və oxudu: 



“Əzizim miss Qrey. Ərim və mən bizim yazıq Emmaya göstərdiyiniz 

köməyə görə Sizə 

minnətdarlığımızı  bildirmək  istəyirik.  Onunla  uzun  müddətdir 

görüşmədiyimizə  baxmayaraq,  Emmanın  ölümü  bizim  üçün  böyük 

zərbə  oldu.  Mən  anladım  ki,  onun  sonuncu  vəsiyyəti  özünəməxsus 

xarakter  daşıyır  və  heç  bir  məhkəmə  tərəfindən  ciddi  qəbul  edilə 

bilməz.  Şübhə  etmirəm  ki,  əsilzadəliyinizlə  Siz  artıq  bunu  dərk 

etmisiniz. Bu məsələni biz layiqli qaydada həll etsək, daha yaxşı olar 

- mənim ərim belə hesab edir. Biz Sizə zəmanət məktubu verməyə çox 

şad  olacağıq  və  ümid  edirik  ki,  Siz  kiçik  hədiyyəmizi  də  qəbul 

edəcəksiniz. Mənə güvənin, əziz miss Qrey. Sizin səmimi Meri Enn 

Harfild”. 

Ketrin Qrey məktubu gülümsəyərək oxudu. Sonra onu yenidən təkrar 

oxudu. Nəhayət, 

məktubu  yerə  qoyan  zaman  onun  sifətində  istehzalı  ifadə  yarandı. 

Sonra o, ikinci məktubu götürüb oxumağa başladı. 

Təbəssüm  onun  üzündən  silindi.  Onun  nə  barədə  düşündüyünü 

tapmaq çətin idi. 

Ketrin Qreyin otuz üç yaşı var idi. O, yaxşı ailədə doğulmuşdu, lakin 

atası  müflis  olmuşdu  və  gənc  Ketrin  erkən  yaşlarından  işləmək 

məcburiyyətində qalmışdı. Qoca missis Harfildin kompanyonu olanda 

onun düz iyirmi üç yaşı var idi. 

Missis  Harfildin  çətin  adam  olduğunu  hamı  bilirdi.  Onun 

kompanyonları ildırım sürətilə gəlir və yox olurdular. Onlar, adətən, 

böyük ümidlərlə gəlir və tamamilə göz yaşları içində çıxıb gedirdilər. 

Bununla belə, on il əvvəl Littl 

Kremptona  Ketrin  Qreyin  gəlişindən  sonra  burada  əmin-amanlıq 

downloaded from KitabYurdu.org




37 

 

hökm sürməyə başladı. 



Bunun  necə  baş  verdiyini  heç  kim  bilmirdi.  İnsanlar  söyləyirlər  ki, 

valehetmə  anadangəlmə  xüsusiyyətdir,  sonradan  qazanılma  deyil. 

Ketrin  Qrey  qoca  şıltaq  lediləri,  itləri  və  balaca  oğlanları 

sakitləşdirmək  üçün  dünyaya  gəlib  və  o,  bunu  adi  hal  kimi  yerinə 

yetirirdi. 

Ketrin Qrey iyirmi üç yaşında gözəl gözlü, təmkinli bir qız idi. Otuz 

üç  yaşında  da  o,  həmin  gözəl,  parlayan,  geniş  dünyagörüşlü  və 

dünyanın  xoş  üzünü  görən  gözlərə  malik  qadın  idi.  Bundan  əlavə, 

onun çox gözəl anadangəlmə yumor hissi vardı. 

Qapının aramsız döyülməsi ilə müşayiət olunan qapı zəngi çalınanda 

o, hələ də masa arxasında 

əyləşmiş və fikrə getmişdi. Otağa balacaboylu qulluqçu daxil oldu və 

şən tərzdə bildirdi: 

- Həkim Harrison. 

Yekəpər, orta yaşlı həkim otağa elə iti addımlarla daxil oldu ki, həmin 

dəqiqə qapını onun döydüyü agah oldu. 

- Sabahınız xeyir, miss Qrey! 

- Sabahınız xeyir, mister Harrison! 

- Mən tezdən gəlmişəm, - həkim sözə başladı. 

-  Qorxdum  ki,  siz  Harfildin  əmisi  qızından  məktub  almış  olarsınız. 

Missis Semuel, necə ki, o, özünü adlandırır, çox ziyanverici şəxsdir. 

Ketrin  sakitcə  məktubu  həkimə  sarı  uzatdı.  Oxuduğu  müddətdə 

həkimin qaşlarının necə çatıldığını gördükdə o, təəccüblənmədi. 

- Zəhlətökən məxluqdur, - o söylədi. - Narahat olma, əzizim. Bütün 

bunlar boş sözlərdir. Missis Harfild sizin, mənim kimi ağlı başındadır 

və heç kim bunun əksini söyləməyə cəhd etməz. Onlar heç bir iddia 

irəli  sürə  bilməzlər  və  bunu  da  dərk  edirlər.  Məhkəmə  barəsindəki 

downloaded from KitabYurdu.org




Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə