Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə10/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   154

29 

 

hər  hansı  bir  şey  substansiya  olduğu  halda  canlı  bir  varlığa  necə 



çevrilir? 

İlk  filosofların  hamısı  bütün  dəyişikliklərin  kökündə  ilkin  bir 

substansiya olmasında həmfikir idilər. Bu qərara necə 

gəlmişdilər,  bax,  bunu  demək  çətindir.  Biz  yalnız  onu  bilirik  ki, 

təbiətdəki  bütün  dəyişikliklərin  gizli  səbəbi  olan  ilkin  substansiya 

haqda  anlayış  tədricən  dolğunlaşıb.  Onların  fikrincə,  elə  bir  şey 

mövcuddur ki, hər şey ondan yaranıb və ona da geri dönür. 

Bizcə, əsas məsələ bu erkən filosofların hansı nəticələrə varmaları 

deyil,  əslində  nə  kimi  suallar  qaldırmaları,  nə  kimi  cavablar 

axtarmalarıdır.  Bizə  onların  nə  düşünməsindən  daha  çox  necə 

düşünmələri maraqlıdır. 

Bildiyimiz  kimi,  onlar  fiziki  aləmdə  müşahidə  etdikləri 

dəyişikliklərlə bağlı suallar qaldırıblar. Onlar təbiətin arxasında duran 

qanunları axtarıblar. Onlar qədim miflərə üz tutmadan ətraflarında nə 

baş verdiyini anlamaq istəyiblər. Ən önəmlisi, təbiəti öyrənməklə əsl 

prosesləri  başa  düşməyə  çalışıblar.  Bu,  ildırımı,  şimşəyi,  qışı,  yazı 

tanrılar  haqda  rəvayətlər  danışmaqla  izah  etməkdən  tamamilə 

fərqlənirdi. 

Beləliklə,  fəlsəfə  tədricən  özünü  dindən  ayırdı.  Təbiət  filosofları 

demək  olar  ki,  elmi  təfəkkür  istiqamətində  ilk  addımı  atdılar,  elmin 

əcdadları oldular. 

Təbiət  filosoflarının  dedikləri  və  yazdıqlarından  əlimizə  yalnız 

fraqmentlər  gəlib  çatıb.  Bildiyimiz  cüzi  məlumatlar  iki  əsr  onlardan 

sonra  yaşamış  Aristotelin  əsərlərində  tapılıb.  O,  yalnız  həmin 

filosofların  gəldikləri  nəticələrə  istinad  edir.  Odur  ki,  onların  hansı 

yolla  bu  nəticələrə  çatdıqlarını  biz  heç  də  həmişə  bilmirik.  Lakin 

əlimizdə  olan  məlumatlar  deməyə  əsas  verir  ki,  erkən  yunan 

filosoflarının  layihələri  ilkin  yaradıcı  substansiya  və  təbiətdəki 

dəyişikliklər məsələsinə həsr olunmuşdu. 

Miletli üç filosof 

Yunanıstanın Kiçik Asiyadakı müstəmləkəsi Miletdə anadan olmuş 

Fales tanıdığımız birinci filosofdur. O, çox ölkələr gəzmişdi. Gəzdiyi 

downloaded from KitabYurdu.org



30 

 

ölkələrdən  biri  Misir  idi.  Deyirlər,  Misirdə  olanda  piramidanın 



hündürlüyünü  ölçübmüş.  Bunun  üçün  öz  kölgəsinin  uzunluğu  ilə  öz 

boyunun ölçüsü bir-birinə tam bərabər olan vaxt piramidanın kölgəsini 

ölçüb.  Belə  bir  məlumat  da  var  ki,  o,  eramızdan  əvvəl  585-ci  ildə 

qabaqcadan gün tutulmasını dəqiqliklə xəbər verib. 

Falesə görə, hər şey sudan yaranıb. Biz bilmirik ki, o, bununla dəqiq 

nəyi nəzərdə tutub, ola bilsin, onu nəzərdə tutub ki, həyat sudan əmələ 

gəlir və yenidən əriyərək suya dönür. 

Çox  güman  ki,  Misirə  səfərləri  vaxtı  Nil  çayının  daşqınları  Nil 

Deltasındakı  ərazilərdən  çəkilən  kimi  məhsulun  necə  yetişməsini 

müşahidə  etmişdi.  Ehtimal  ki,  yağışdan  dərhal  sonra  qurdların  və 

qurbağaların da peyda olmasını görmüşdü. 

Görünür, Fales suyun buza, yaxud buxara - və yenidən suya dönməsi 

səpkisində fikir yürüdürdü. 

Belə  bir  fikrin  də  Falesə  məxsus  olduğu  güman  edilir:  “Şeylər 

tanrılarla doludur”. Bununla nəyi nəzərdə tutduğunu yalnız güman edə 

bilərik.  Çox  güman  ki,  qara  torpağın  çiçəklərdən,  meyvələrdən 

həşəratlara qədər hər şeyin mənbəyi olduğunu görərkən Fales təsəvvür 

edib ki, torpaq xırda gözəgörünməz “həyat mikroblarıyla” doludur. Bir 

şey  dəqiqdir  ki,  o,  bu  fikrində  qətiyyən  Flomerin  tanrılarını  nəzərdə 

tutmayıb. 

Haqqında məlumat aldığımız növbəti filosofun adı Anaksi- mander 

olub. O da Miletdə, Faleslə təxminən eyni vaxtda yaşayıb. O düşünürdü 

ki, bizim yaşadığımız dünya əngin bir 

şeyin içərisində yaranan və məhv olan çoxlu dünyalardan yalnız biridir. 

“Əngin” deyərkən nəyi nəzərdə tutduğunu izah etmək asan deyil, amma 

aydın görünür ki, o, Falesin ehtimal etdiyi üsulla məlum bir substansiya 

haqda düşünmürdü. Bəlkə də o, fikirləşirdi ki, bütün şeylərin mənbəyi 

olan substansiya yaradılmışlardan nə isə fərqli bir şey olmalıdır. Bütün 

yaradılmış şeylər sonlu, məhdud olduğundan, onlardan əvvəl və sonra 

gələn şey “ənginlik” olmalıdır. Buradan isə aydın olur ki, o ilkin maddə 

su kimi adi bir şey ola bilməz. 

Miletdən  olan  üçüncü  filosof  Anaksimen  (e.ə.  570  -  526)  idi.  O, 

downloaded from KitabYurdu.org



31 

 

bütün şeylərin mənbəyini hava və ya buxar hesab edirdi. Anaksimen, 



əlbəttə ki, Falesin su nəzəriyyəsi ilə tanış idi. Bəs su özü nədən yaranıb? 

Anaksimenə  görə,  su  sıxılmış  havadır.  Biz  müşahidə  edirik  ki,  yağış 

yağanda  hava  sıxılaraq  suya  çevrilir.  Onun  fikrincə,  su  bir  qədər  də 

sıxılsa  torpağa  dönər.  Yəqin  ki,  o,  əriyən  buzdan  torpaq  və  qum 

çıxdığını  görmüşdü.  O,  həmçinin  bu  fakirdəydi  ki,  od  -  seyrəlmiş 

havadır.  Beləcə,  Anaksimenə  görə,  hava  -  torpağın,  suyun  və  odun 

mənbəyidir. 

Bununla  da  su  ilə  torpağın  bəhəri  arasında  elə  də  böyük  fərq 

qalmırdı.  Ehtimal  ki,  Anaksimen  torpaq,  hava,  od  və  suyun  həyatın 

yaradılışında zəruri olduğunu, lakin bütün şeylərin mənbəyinin hava, 

yaxud buxar olduğunu düşünürdü. Beləliklə, Fales kimi o da təbiətdəki 

dəyişikliyin mənbəyi, hər şeyin əsası olan bir substansiyanın varlığını 

qəbul edirdi. 

Heçlikdən heçlik törəyər 

Bu üç Miletli filosof hər şeyin əsası kimi vahid ilkin substansiyanın 

mövcudluğuna inanıb.  Amma bir substansiya birdən-birə  necə  başqa 

bir şeyə çevrilə bilər? Gəl, bunu “çevrilmə problemi” adlandıraq. 

Eramızdan  əvvəl  500-cü  ildən  başlayaraq,  yunanların  Cənubi 

İtaliyadakı  Eley  müstəmləkəsində  bir  qrup  filosof  yaşayırdı.  Həmin 

Eleylilər məhz, bu məsələylə çox maraqlanırdılar. 

Bu  filosofların  ən  önəmlisi  Parmenid  (e.ə.  540-480)  sayılırdı. 

Parmenid hesab edirdi ki, indi mövcud olan hər şey 

elə həmişə mövcud olub. Bu ideya yunanlara yad deyildi. Onlar qəbul 

edirdilər ki, dünyada mövcud olan hər şey əbədi olub. Heçlikdən heç 

nə törəyə bilməz. Lakin Parmenid bu ideyanı daha irəli apardı. O, belə 

bir fikir yürütdü ki, faktiki dəyişiklik yoxdur. Heç bir şey olduğundan 

fərqli bir şeyə çevrilə bilməz. 

Əlbəttə, Parmenid bilirdi ki, təbiət daimi hərəkətdədir. O, şeylərin 

dəyişməsini  hislərilə  qavrayırdı.  Lakin  bunu  ağlının  ona  dediyi  ilə 

uzlaşdıra bilmirdi. Hisslərinə, yoxsa ağlına güvənmək arasında seçim 

etməli olarkən ağlına üstünlük verirdi. 

Belə  bir  deyim  var:  “Görməsəm,  inanmaram”.  Parmenid  isə  hətta 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə