Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə12/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   154

35 

 

bədənində istilik var. 



Empedokl  yanmaqda  olan  bir  parça  oduna  baxmış  ola  bilərdi. 

Yandıqca  ondan  nələrsə  ayrılır.  Biz  odunun  cızıldadığını  və 

çaqqıldadığını  eşidirik  ki,  bu,  “su”dur.  Nə  isə  tüstülənir  ki,  bu, 

“hava”dır.  “Od”u  alova  baxarkən  aydın  görürük.  Odun  yanıb 

qurtarandan sonra yerdə nə isə qalır ki, bu da kül və ya “torpaq”dır. 

Empedokl təbiətdəki dəyişiklikləri dörd “kök”ün birləşib ayrılması 

kimi izah edib aydınlaşdırandan sonra yenə də nə isə 

izah olunmamış qalırdı. Necə olur ki, bu dörd ünsür birləşir, yeni həyat 

ortaya çıxır. Və bu “qarışığı”, tutalım, bir gülü yenidən parçalanmağa 

nə vadar edir? 

Empedokla  görə,  təbiətdə  “sevgi  və  ixtilaf  adlandırırdığı  iki  fərqli 

fəal qüvvə var. O, “substansiya” ilə bu qüvvələr arasına fərq qoyurdu. 

Bu  diqqətəlayiq  məsələdir.  Hətta  bu  gün  də  alimlər  ünsürlərlə  təbiət 

qüvvələrini  bir-birindən  fərqləndirirlər.  Müasir  elm  bəyan  edir  ki, 

bütün  təbii  proseslər  müxtəlif  ünsürlər  və  müxtəlif  təbiət  qüvvələri 

arasında qarşılıqlı əlaqə kimi izah oluna bilər. 

Bundan başqa, Empedokl duyğu prosesinin necə baş verməsinə dair 

məsələ qaldırırdı. Məsələn, mən necə olur ki, hər hansı bir gülü “görə” 

bilirəm? Bu zaman nə baş verir? Heç bu barədə fikirləşmisən, Sofi? 

Empedokl inanırdı ki, gözlər də təbiətdəki hər şey kimi torpaq, hava, 

od və sudan ibarətdir. Beləcə, gözümdəki “torpaq” ətrafımda torpaqdan 

olan nə varsa, onları sezir, gözümdəki “hava” ətrafımda içərisində hava 

olan  nə  varsa  onları,  gözümdəki  “od”  oddan  olanları  və  gözümdəki 

“su” 


sudan şəkillənmiş nə varsa, onları qavrayır. Gözlərimdə dörd ünsürün 

hər hansı biri olmasaydı, təbiəti tam görə bilməzdim. 

Hər şeydə hərşeydən nəsə var 

Anaksaqor (e.ə. 500 - 428) xüsusi bir ilkin substansiyanın  - suyun 

dünyada  gördüyümüz  hər  şeyə  çevrilə  bilməsini  rədd  edən  növbəti 

filosofdur. Anaksaqor torpaq, hava, od və suyun qana və sümüyə çevilə 

bilməsini də qəbul etmirdi. 

Anaksaqor  bu  fikirdə  idi  ki,  təbiət  gözlə  görünməyən  saysız  xırda 

downloaded from KitabYurdu.org



36 

 

zərrəciklərdən  ibarətdir.  Hər  şey  özündən  kiçik  zərrəciklərə  bölünə 



bilər, lakin hətta ən kiçik zərrəcikdə də bütün başqa şeylərin parçaları 

vardır.  Əgər  dəri  və  sümük  başqa  bir  şeyin  çevrilməsi  deyillərsə, 

Anaksaqorun fikrincə, içdiyimiz süddə və yediyimiz yeməkdə də dəri 

və sümük var. 

Bir neçə müasir nümunə var ki, onlar müəyyən qədər Anaksaqorun 

fikir  xəttini  təsvir  edə  bilər.  Müasir  lazer  texnologiyası  holoqramlar 

göstərə bilir. Bu holoqramlardan biri, məsələn, maşın təsvir edirsə və 

holoqram hissələrə ayrılsa, biz 

maşının  bütöv  şəklini  holoqramın  ayrı-ayrı  fraqmentlərində  görə 

bilirik. Bütöv subyekt hər bir xırda hissədə əks olunur. 

Müəyyən mənada bizim bədənimiz də eyni cürdür. Barma- ğımdakı 

dəri  hüceyrəsini  çözsəm,  görərəm  ki,  həmin  hüceyrənin  nüvəsi  təkcə 

dərimin  səciyyəvi  xüsusiyyətlərini  ehtiva  etmir;  həmin  hüceyrə 

həmçinin gözlərimin necə olduğunu, saçlarımın rəngini, barmaqlarımın 

sayını, formasını və s. üzə çıxarmağa qadirdir. 

İnsan bədəninin hər bir hüceyrəsi onun bütün digər hüceyrələrinin 

necə  qurulduğunun  təsvirini  verə  bilər.  Beləliklə,  hər  bir  hüceyrədə 

“hər şeydən nəsə” var və tam hissədə mövcuddur. 

Anaksaqor  hər  şey  haqda  məlumatlı  olan  bu  xırda  zərrəcikləri 

toxumlar adlandırır. 

Yadına  gəlirsə,  Empedokl  ünsürləri  bütöv  bədənlərdə  birləşdirən 

şeyin  “sevgi”  olduğunu  demişdi.  Anaksaqor  da  heyvanları,  bitkiləri 

yaradan  qüvvə  kimi  “düzüm”  haqda  fərziyyə  yürütmüşdü.  O,  bu 

qüvvəni “ağıl” və ya “zəka” (nous) adlandırırdı. 

Anaksaqor  bizim  üçün  həm  də  ona  görə  maraqlıdır  ki,  haqqında 

məlumat aldığımız - Afinada yaşamış ilk filosofdur. 

O, Kiçik Asiyada dünyaya gəlmişdi, qırx yaşında Afinaya köçmüşdü. 

Sonradan  o,  ateistlikdə  təqsirləndirilmiş  və  şəhərdən  qovulmuşdu. 

Digər məsələlərlə yanaşı, Anaksaqor belə bir fikrilə də tarixdə qalıb: o 

deyib ki, Günəş Tanrı deyil, qırmızı isti bir daşdır və bütün Peloneziya 

yarımadasından böyükdür. 

Anaksaqor  astronomiya  ilə  çox  maraqlanırdı.  Bütün  səma 

downloaded from KitabYurdu.org



37 

 

cisimlərinin  Yerlə  eyni  bir  substansiyadan  düzəldildiyinə  inanırdı. 



Meteoritlər  haqda  eşidəndən  sonra  bu  fikrə  gəlmişdi.  Ondan  belə  bir 

nəticə  çıxarmışdı  ki,  ola  bilsin,  özgə  planetlərdə  də  insan  həyatı  var. 

Deyirdi ki, Ayın öz işığı yoxdur - işıq onun üstünə Yerdən düşür. O, 

həmçinin gün tutulmasının da izahını düşünüb tapmışdı. 

Diqqətinə görə çox sağ ol, Sofi. Ola bilsin ki, bu fəsli dərindən başa 

düşmək üçün iki-üç dəfə oxuyacaqsan. 

Anlamaq həmişə bir qədər əmək istəyir. Heç bir zəhmət 

çəkmədən  hər  şeyə  nail  olan  hər  hansı  dostunu  yəqin  sən  heç 

bəyənməzdin. 

İlkin substansiya və təbiətdəki çevrilmələr üçün ən yaxşı izah sabaha 

- sən Demokritlə tanış olana qədər gözləsin. Hələlik bu qədər”. 

Sofi başını koğuşdan çıxardı, ağacların arasından bağa baxdı. Bütün 

bu  oxuduqlarından  sonra  yaranmış  fikirlərini  özü  üçün 

aydınlaşdırmalıydı. 

Gün kimi aydın idi ki, adi su buzdan və buxardan başqa, heç nəyə 

çevrilə bilməz. Su heç qarpıza da çevrilə bilməz, çünki qarpızda sudan 

başqa da nə isə var. Lakin Sofi buna əmin idi, çünki bunu öyrənmişdi. 

Əgər  bunu  oxuyub  öyrənməsəydi,  buzun  vur-tut  su  olduğunu  bilə 

bilərdimi?  Suyun  donaraq  buza,  sonra  əriyərək  yenidən  suya 

çevrildiyini ən azı görməliydi. 

Sofi  başqalarından  öyrəndiyini  deyil,  öz  ağlını  işlədərək,  baş 

çıxarmağa cəhd etdi. 

Parmenid hər hansı formada dəyişiklik ideyasını rədd edirdi. Sofi bu 

haqda düşündükcə daha çox əmin oldu ki, o, müəyyən mənada haqlı 

olub. Onun ağlı “nəyinsə” qəfildən “tam başqa bir şeyə” çevrilməsini 

qəbul etmirdi. Bunu demək üçün bir qədər cəsarət lazım idi, çünki bu, 

insanların  öz  gözlərilə  görə  bildikləri  təbii  dəyişikliyi  inkar  etmək 

demək idi. Yəqin o vaxt çoxları ona gülüb. 

Empedokl da kifayət qədər ağıllı olub ki, dünyanın bir deyil, çoxlu 

substansiyalardan  ibarət  olduğunu  isbat  edib.  Bu,  təbiətdəki  hər  cür 

çevrilməni əslində hər hansı dəyişilmə olmadan mümkün edirdi. 

Qədim  yunan  filosofu  bunu  yalnız  ağıl  gücünə  üzə  çıxarmışdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə