Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə154/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   146   147   148   149   150   151   152   153   154

465 

 

Maşın ailənin yemək yediyi yerdən xeyli aralıda idi. Alberto və Sofi 



onların  söhbətlərini  ordan-burdan  eşidirdilər.  Bir  müddət  maşının 

içindən onlara və bağa tamaşa etdilər. 

Bağdakı  fəlsəfi  şənliyin  dramatik  sonluğundan  xırdalıqlarına  qədər 

danışmağa vaxtları oldu. 

Ailə  gecəyarıya  qədər  orada  oturub  qaldı.  Sonra  Hilde  və  atası 

yelləncəyə  tərəf  gəldilər.  Ağ  rəngli  evə  girməkdə  olan  anasına  əl 

elədilər: 

Sən get yat, ana. Bizim söhbətimiz var. 

Böyük partlayış 

...biz də ulduz tozuyuq... 

Hilde yelləncəkdə, atasının yanında yerini rahatladı. Saat 12-yə az 

qalmışdı.  Oturub  körfəzə  baxırdılar,  göy  üzündə  ulduzlar  sayrışırdı. 

Dalğalar limanın altındakı qayalara çırpılırdı. 

Atası sükutu pozdu: 

- Kainatda kiçik bir planetdə yaşadığımızı düşünmək qəribədi. 

Hə... 



- Yer Günəş orbitindəki planetlərdən yalnız biridi. Amma içində həyat 

olan yeganə planet. 

- Bəlkə də bütün kainatda içində həyat olan yeganə planet. 

- Ola bilər. Amma o da ola bilər ki, kainatda başqa həyatiı planet də 

var.  Kainat  elə  nəhəngdi  ki!  Məsafələr  elə  böyükdü  ki,  onu  işıq 

dəqiqələri və işıq illərilə ölçürlər. 

Yəni? 


- Bir işıq dəqiqəsi işığın bir dəqiqədə qət etdiyi məsafədi. Bu, uzun 

yoldu, çünki işıq fəzada bir saniyədə 300.000 kilometr qət edir. Bu o 

deməkdi  ki,  bir  işıq  dəqiqəsi  60  dəfə  300.000  və  ya  18  milyon 

kilometrdi. Bir işıq ili təxminən on trilyon kilometrdi. 

Günəş bizdən nə qədər uzaqdı? 



- Səkkiz  işıq  dəqiqəsindən  bir  az  çox.  Yəni  isti  bir  iyun  günü  bizi 

oxşayan Günəş şüaları bizə çatanadək səkkiz dəqiqə yol gəlir. 

İşə bir bax. 



- Bizim  Günəş  sistemindəki  ən  uzaq  planet  olan  Plutonun  Yerdən 

downloaded from KitabYurdu.org




466 

 

uzaqlığı  təxminən  beş  işıq  saatıdı.  Astronom  teleskopu  ilə  Plutona 



baxanda əslində o andan beş saat əvvəli görür. 

Başqa  sözlə,  Plutonun  görüntüsünün  bizə  çatması  üçün  beş  saat 

keçməlidi. 

- Təsəvvür eləmək bir az çətindi, amma məncə, başa düşdüm. 

- Çox  yaxşı,  Hilde.  Amma  biz  hələ  indi  başlamışıq.  Bizim 

Günəşimiz Süd Yolu adlı qalaktikadakı 400 milyard günəşdən biridi. 

Bu qalaktika bizim Günəşimizin də spiral qollarından birində yerləşdiyi 

böyük bir diski xatırladır. Aydın bir qış gecəsi biz göyə baxanda bir 

qrup ulduz görürük. Çünki biz əslində Süd Yolunun mərkəzinə doğru 

baxmaqdayıq. 

- Deməli, buna görə İsveç dilində Süd Yoluna “Qış küçəsi” deyirlər. 

- Süd Yolundakı ən yaxın qonşumuza dörd işıq ili var. Bəlkə də o 

adanın üstündə görünən odu. O ulduzda bizə, Bjerkliyə tuşlanmış bir 

teleskop  olduğunu  təsəvvür  etsək,  bilməliyik  ki,  o  teleskop  buranın 

dörd  il  əvvəlki  vəziyyətini  görməkdədi.  O,  bu  yelləncəkdə  oturub 

ayaqlarını yellədən on bir yaşlı qızı görə bilər. 

İnanılmazdı! 



- Amma  bu,  ən  yaxın  ulduzdu.  Qalaktika  isə  90.000  işıq  ili 

genişliyindədi. İşıq qalaktikanın bir ucundan digər ucuna çatmaq üçün 

90.000 il yol getməlidi. Süd Yolunda bizim Günəşimizdən 50.000 işıq 

ili uzaqdakı ulduza baxanda zamanca 50.000 il əvvələ baxmış oluruq. 

- Bunu fikirləşmək mənim balaca başımdan çox böyük məsələdi! 

- Yəni  kosmosda  bir  şey  görməyimizin  yeganə  yolu  baxışlarımızı 

zamanca geriyə tuşlamaqdı. Kainatın bu an necə olduğunu yox, yalnız 

əvvəl  necə  olduğunu  bilə  bilərik.  Minlərcə  işıq  ili  aralıdakı  ulduza 

baxanda  əslində  fəzanın  tarixində  minlərcə  il  geriyə  səyahət  etmiş 

oluruq. 


İnanılmazdı, qorxuncdu! 

- Bütün  gördüklərimiz  gözümüzə  işıq  dalğaları  kimi  çatır.  Bu 

dalğalar  fəzada  hərəkət  edəndə  müəyyən  bir  zaman  keçir.  Bunu  göy 

gurultusuna bənzətmək olar. Çox vaxt göy gurultusu şimşək çaxandan 

bir  qədər  sonra  eşidilir.  Bunun  səbəbi  səs  dalğalarının  işıq 

downloaded from KitabYurdu.org



467 

 

dalğalarından daha yavaş hərəkət etməsidi. Eşitdiyimiz göy gurultusu 



bundan bir müddət əvvəl baş vermiş 

bir  şeyin  səsidi.  Bu,  ulduzlara  da  aiddi.  Bizdən  minlərcə  işıq  ili 

aralıdakı ulduza baxanda bundan minlərcə il əvvəl “çaxmış şimşəyi” 

görürəm. 

Aydındı. 



- Amma  indiyə  qədər  yalnız  öz  qalaktikamızdan  danışdıq. 

Astronomlara  görə,  kainatda  bunun  kimi  təxminən  yüz  milyard 

qalaktika və bu qalaktikaların hər birində təxminən yüz milyard dənə 

ulduz var. Süd yoluna ən yaxın qonşu qalaktikaya “Andromeda nebula” 

deyilir.  O  qalaktika  bizim  qalaktikadan  iki  milyon  işıq  ili  uzaqdadı. 

Yəni işığın oradan bizə çatması iki milyon il çəkir. Göydə Andromeda 

nebulaya  baxanda  iki  milyon  il  əvvələ  baxmış  oluruq.  Həmin 

qalaktikada  ağıllı  bir  astronom  varsa  (onun  bu  an  ağıllı  teleskopunu 

Yerə tuşladığını təsəvvür edə bilirəm), bura baxırsa, bizi görə bilməz. 

Görsə, görsə, ibtidai insanları görər. 

Heyrət! 


- Bu gün bildiyimiz qalaktikaların çoxu bizdən təxminən on milyard 

işıq  ili  uzaqdadı.  Yəni  bu  qalaktikalardan  siqnallar  alanda  kainat 

tarixində on milyard il keçmişə getmiş oluruq. Bu, 

bizim  Günəş  sistemimiz  kainatda  mövcud  olandan  bu  yana  keçmiş 

müddətin təxminən iki qatıdı. 

Başım gicəlləndi! 



- Zamanda belə bir geri dönüşün nə demək olduğunu qavramaq çox 

çətindi.  Amma  astronomlar  kainat  haqda  qavrayışımızı  təsirləndirən 

bundan da vacib bir şey kəşf ediblər. 

Danış, danış! 



- Kosmosda heç bir qalaktika sabit deyil. Bütün qalaktikalar qorxunc 

sürətlə  bir-birlərindən  uzaqlaşırlar.  Uzaqlaşdıqca  sürət  daha  da  artır. 

Beləcə, qalaktikalar arasındakı məsafə getdikcə çoxalır. 

Təsəvvür etməyə çalışıram. 



- Bir  şarın  üzərində  qara  nöqtələr  qoyursan.  Şarı  şişirdikcə  bu 

nöqtələr bir-birlərindən uzaqlaşır. Eyni şey qalaktikalara da aiddi. Buna 

downloaded from KitabYurdu.org



468 

 

görə də deyirlər ki, kainat genişlənir. 



Kainat niyə genişlənir? 

- Astronomların  çoxu  bu  mövzuda  ortaq  qənaətdədi:  Bundan 

təqribən 15 milyard il əvvəl kainatı əmələ gətirən 

maddələr  kiçik  bir  sahədə  toplanmışdı.  Bu  materiya  elə  sıxılmlış 

vəziyyətdə  idi  ki,  cazibə  onu  çox  qaynar  edirdi.  Vaxt  keçdikcə  bu 

qaynar  kütlə  elə  sıxıldı  və  qaynarlaşdı  ki,  partladı.  Buna  böyük 

partlayış, yaxud ingiliscə adıyla “the big bang” deyilir. 

Bunu fikirləşəndə belə, titrəyirəm. 



- Həmin böyük partlayışdan sonra bu kütlə parça-parça olub kainata 

səpələndi. Vaxt keçdikcə soyuyan bu parçalar ulduzları, qalaktikaları, 

peykləri, planetləri əmələ gətirdi. 

- Demişdin ki, kainat hələ də genişlənir. 

- Demişdim.  Bu  genişlənmənin  də  səbəbi  milyard  illər  əvvəl  baş 

vermiş  həmin  partlayışdı.  Kainatın  dəyişməz  bir  coğrafiyası  yoxdu. 

Kainat  hərəkətdədi.  Kainat  -  partlayışdı.  Qalaktikalar  hələ  də  böyük 

sürətlə bir-birlərindən ayrılmağa davam edirlər. 

Əbədi belə olacaq? 



- Ola  bilər.  Amma  başqa  bir  ehtimal  da  var.  Albertonun  Sofiyə 

planetlərin Günəşin ətrafında qalmasını təmin edən iki qüvvədən bəhs 

etdiyi yadındadı? 

Cazibə və ətalət? 



Doğrudu, həmin bu qanunlar qalaktikalara da aiddi. 

Çünki kainat genişlənməkdə olsa da, cazibə əks istiqamətdə işləyir. Bir 

vaxt,  bəlkə  bundan  milyardlarca  il  sonra  böyük  partlayışın  təsiri 

azaldıqca göy cismləri cazibənin təsirilə yenidən bir yerə toplanacaqlar. 

Onda genişlənmənin əksinə, “yığılma” yaşanacaq. Lakin məsafələr çox 

uzun olduğuna görə, bu, yavaşıdılmış film kimi baş verəcək. Bunu şarın 

ağzını açanda havanın boşalmasına bənzətmək olar. 

Bütün planetlər yenidən bir sıx nüvəyə yığılacaqlar? 



Bəli, elədi. Onda nə olacaq, səncə? 

- Yenidən  Böyük  Partlayış  olacaq,  kainat  yenidən  genişlənməyə 

başlayacaq. Çünki eyni təbiət qanunları işləyəcək. Beləcə, ortalığa yeni 

downloaded from KitabYurdu.org



469 

 

ulduzlar, yeni qalaktikalar çıxacaq. 



- Mühakimə  qabiliyyətinə  əhsən!  Astronomların  kainatın  gələcəyi 

haqda  iki  ssenariləri  var:  ya  kainat  həmişə  getdikcə  böyüyəcək  və 

qalaktikalar  arasındakı  məsafələr  artacaq,  ya  da  bir  vaxt  gələcək  ki, 

kainat kiçilib sıxılmağa başlayacaq. Bunu 

müəyyən  edən  amil  kainatın  nə  qədər  ağır  və  kütləli  olacağıdı. 

Astronomlar bunu hələ dəqiq bilmirlər. 

- Kainat  çox  ağır  olsa  və  kiçilməyə  başlasa,  onda  bəlkə  də  bu, 

kainatın  indiyə  qədər  bir  çox  dəfə  sıxılıb  bir  çox  dəfə  partladığını 

deməyə əsas verir. 

- Bəli, belə nəticə çıxır. Ola bilər ki, kainatın genişlənməsi yalnız bu 

dəfə baş verir. Kainatın əbədi genişlənəcəyini düşünsək, onda hər şeyin 

necə yaranması sualı daha da kəskinləşir. 

- Bəli. Qəfildən partlayan maddələr kütləsi necə əmələ gəlib? 

- Xristian  üçün  Böyük  Partlayış  elə  yaradılış  anı  deməkdi.  İncildə 

Tanrının “İşıq olsun!” dediyi yazılıb. Albertonun Xristianlığın tarixə 

xətti  baxışı  olması  haqda  dediklərini  yəqin  xatırlayırsan.  Kainatın 

böyüməyə  davam  edəcəyi  fikri  bu  baxımdan  Xristianlığın  baxış 

bucağına uyğundu. 

Eləmi? 


- Şərqdə  isə  tarixə  dairəvi  baxış  hakimdi.  Bu  baxışa  görə,  tarix 

həmişə təkrarlanır. Məsələn, Hindistandakı qədim bir 

nəzəriyyə  kainatın  daim  genişlənib  yığıldığını  deyir,  buna  hindlilər 

“Brahmanın  gündüzü”  və  “Brahmanın  gecəsi”  deyirlər.  Bu  ideya 

şübhəsiz  ki,  kainatın  əbədiyyən  dairəvi  prosesdə  olması  fikrinə 

uyğundu. Bu mənə döyünən böyük bir kosmik ürəyi xatırladır... 

- Məncə,  bu  nəzəriyyələrin  ikisini  də  qavramaq  çətindi,  ikisi  də 

adamı çox həyəcanlandırır. 

- Və  bu,  Sofinin  bağda  oturub  düşündüyü  sonsuzluq  paradoksuna 

bənzəyir: Kainat ya həmişə mövcud olub, ya da bir vaxtlar yoxdan var 

olub... 

Ah! - Hilde əlini alnına çırpdı. 



Nə oldu? 

downloaded from KitabYurdu.org



470 

 

- Deyəsən, alnımı ağcaqanad dişlədi. 



Bəlkə də Sokrat səni xəyallardan gerçəyə qaytarmağa 

çalışır... 

*** 


Sofi ilə Alberto qırmızı maşında oturub mayorun Hildeyə kainatla 

bağlı danışdıqlarını dinləyirdilər. 

Rollar tam dəyişib, fikir verirsən? 

Nə mənada? 

Əvvəllər onlar bizə qulaq asırdılar, amma biz onları görə bilmirdik. 

İndi isə biz onları dinləyirik, onlar bizi görə bilmirlər. 

Bir şey də var. 



Nə? 


- Biz başlayanda Hilde və mayorun içində yaşadığı reallıqdan başqa 

reallıq bilmirdik. İndi isə onlar bizim gerçəkliyimizdən xəbərsizdilər. 

İntiqam şirin şeydi. 



Amma mayor bizim həyatımıza müdaxilə edə bilirdi. 

- Bizim dünyamız onun müdaxiləsindən başqa bir şey deyildi zatən. 

- Mən  bizim  də  onların  dünyasına  müdaxilə  edə  biləcəyimizə 

ümidimi itirməmişəm hələ. 

- Amma  bunun  mümkünsüz  olduğunu  bilirsən.  “Sinderella” 

kafesində  nə  olduğunu  gördün.  Soyuducunu  açıb  Cola  şüşəsi 

götürməyə çalışmağın hələ də gözümün qarşısındadı. 

Sofi susurdu. Mayor Böyük Partlayışdan danışırdı... Bu termin onun 

başında  fikir  qatarını  hərəkətə  gətirirdi.  Maşının  içini  axtarmağa 

başladı. 

- Neynirsən? - Alberto soruşdu. 

- Heç. 

Bir ingilis  açarı tapdı. Maşından çıxıb Hilde və  atasının oturduğu 



yerə  getdi,  düz  onların  qarşısında  dayandı.  Əvvəlcə  Hildenin 

baxışlarını  tutmağa  çalışdı,  amma  bu  faydasız  oldu.  Axırda  əlindəki 

ingilis açarını qaldırıb var gücülə Hildenin başına çırpdı. Hilde “Ayy” 

dedi. Sofi ingilis açarını qaldırıb bu dəfə mayorun alnına çırpdı, amma 

o heç nə hiss etmədi. 

downloaded from KitabYurdu.org




471 

 

- Nə oldu? - atası Hildedən soruşdu. 



- Deyəsən, alnımı ağcaqanad dişlədi. 

- Bəlkə də Sokrat səni xəyallardan gerçəyə qaytarmağa çalışır... 

Sofi əyilib yelləncəyi itələdi. Yelləncək elə bil yerinə mıxlanmışdı. 

Amma deyəsən, axırda bir millimetr də olsa, tərpədə bildi. 

- Deyəsən, külək qalxdı. 

Yox, külək nə gəzir. Hava istidi. 



Təkcə bu deyil. Burada bizdən başqa nəsə də var. 

Burada özümüzük, bir də ilıq yay gecəsi. 



Yox, havada başqa bir şey də var. 

Nə ola bilər ki? 



Alberto və onun gizli planı yadındadı? 

Necə unuda bilərəm?! 



- Şənlikdən  birdən-birə  yox  oldular.  Sanki  yer  aralandı,  içinə 

girdilər... 

Hə, amma... 



“...yerin altına girdilər”. 

- Hekayə  haradasa  bitməlidi.  Mən  də  elə  bir  şey  uydurmuşdum. 

Bunu ciddi sanma. 

-  Hə, amma sən hekayəni elə bitirdin. Davamını yazmadın. Yaxşı, 

bəs sonra nə oldu? Bir fikirləş, bəlkə onlar indi burdadılar... 

Doğrudan, buna inanırsan? 



Mən hiss edirəm, ata. 

*** 

Sofi qaça-qaça maşına qayıtdı. 



Çox təsirlidi, - Sofi əlində ingilis açarı maşına oturanda 

Alberto dedi. - Sənin qeyri-adi qabiliyyətlərin var, Sofi. 

*** 

Mayor qolunu Hildenin boynuna salmışdı. 



Dalğaların bu əsrarəngiz səsini eşidirsən? 

Hə. Sabah kateri suya salmalıyıq. 

Küləyin  qəribə  pıçıltısını  eşidirsən?  Qovaq  yarpaqlarının  necə 

titrəşdiyini görürsən? 

downloaded from KitabYurdu.org



472 

 

Biz  canlı  planetdə  yaşayırıq,  bunu  bilirsən,  Hilde...  Yazmışdın  ki, 



sətirlərin arasında nə isə ola bilər? 

Mən yazmışdım? 

Bəlkə bu bağda da sətirlərin arasında nə isə var. 

Təbiət sirlərlə doludu. Amma indi biz ulduzlardan danışırıq, Hilde 

Bir azdan suda da ulduzlar olacaq. 

Hə. Sən balaca olanda fosfora belə deyərdin. Bir mənada haqlıydın 

da. Çünki fosfor da bütün başqa  maddələr kimi bir vaxt bir ulduzun 

parçası olub. 

Biz də? 

Hə, biz də ulduz tozuyuq. 

Gözəl dedin. 

Radioteleskoplar  milyardlarca  işıq  ili  uzaqdakı  qalaktikalardan 

gələn işıqları alanda əslində kainatın Böyük Partlayışdan dərhal sonrakı 

vəziyyətini  görürlər.  İnsanın  kosmosda  gördüyü  yeganə  şey 

milyonlarca il əvvəlki qalıqlardı. Ulduz falçısının edə biləcəyi yeganə 

şey olsa-olsa, keçmişi tapıb çıxarmaqdı. 

Çünki  ulduzlardan  gələn  işıq  hələ  bizə  çatmamış  planetlər  bir-

birindən ayrılıblar. 

Bundan bir neçə min il əvvəl ulduzların düzəni bugünkündən fərqli 

idi. 


Əvvəllər bunları heç bilmirdim. 

Buludsuz bir gecədə göyə baxanda kosmos tarixində milyonlar, bəli, 

hətta milyardlarca il geriyə gedə bilirik. Bir mənada yuvamıza dönürük. 

Yəni? 


Sən də, mən də Böyük Partlayışla əmələ gəlmişik, çünki kainatdakı 

bütün substansiyalar üzvi birtamdı. Bundan milyardlarca il əvvəl bütün 

maddələr  elə  sıx  kütlə  halında  idi  ki,  iynə  ucu  boyda  bir  sahə 

milyardlarca  ton  ağırlığında  idi.  Bu  “ilk  atom”  son  dərəcə  böyük 

cazibəyə  görə  partlamışdı...  İndi  biz  göyə  baxanda  sanki  o  itən  şeyi, 

özümüzə gedən yolu tapmağa çalışırıq. 

Nə qəribə sözlərdi bunlar. 

Kainatdakı bütün ulduzlar və qalaktikalar eyni maddədən yaranıb. 

downloaded from KitabYurdu.org



473 

 

Bir az burada, bir az orada. Qalaktikalar arasında milyardlarca işıq ili 



məsafə  ola  bilər,  amma  onların  hamısının  mənşəyi  birdi.  Bütün 

ulduzlar, planetlər eyni ailəyə məxsusdu. 

Aydındı. 

Yaxşı bəs bu substansiya nədi? Milyardlarca il əvvəl partlayan şey 

nə idi? O haradan əmələ gəlmişdi? 

- Həə, bax, bu, böyük sualdı. Bu sualın hamımıza dərindən aidiyyatı 

var. Çünki biz də bu maddədənik. Biz milyardlarca il əvvəlki o böyük 

ocaqdan bir qığılcımıq. 

Bu da gözəl fikirdi. 



- Hər halda biz rəqəmlərin əhəmiyyətini şişirtməməliyik. Əlində bir 

daş  tutsan,  kifayətdi.  Kainat  portağal  boyda  bir  daşdan  da  ibarət 

olsaydı, belə bir sual bizi narahat edəcəkdi: 

Bu daş haradan əmələ gəlib? 

*** 

Sofi qəfildən maşının içində ayağa qalxıb barmağını körfəzə uzatdı. 



Qayığa minmək istəyirəm, - dedi. 

- Qayıq  bağlıdır.  Üstəlik,  avarları  çəkməyə  heç  vaxt  gücümüz 

çatmaz. 


Gəl, sınayaq. Axı bu gün Yay bayramıdı. 

Ən azı ora gedə bilərik. 

Onlar  maşından  çıxıb  qaça-qaça  dənizin  sahilinə  gəldilər.  Qayığı 

açmağa çalışdılar. Amma olmadı. 

Sanki bunu çəkiclə aşağı vurublar, - Alberto dedi. 



Eybi yox, vaxtımız çoxdu. 

- Əsl filosof heç vaxt təslim olmamalıdı. Bunu bir... aça bilsək... 

Göydə ulduzlar çoxaldı, - Hilde dedi. 



Hə, əsil yay gecəsidi. 

- Amma qışda ulduzlar daha çox parıldayırlar. Livana getməyindən 

əvvəlki gecəni xatırlayırsan? Yeni ilin ilk günü idi. 

- Sənə fəlsəfə haqda bir kitab yazmaq onda ağlıma gəlmişdi. Çünki 

Kristiansanddakı kitabxanaya getmiş, orada gənclər üçün yazılmış bir 

dənə də fəlsəfə kitabı tapmamışdım. 

downloaded from KitabYurdu.org




474 

 



İndi isə sanki ağ dovşanın tüklərinin lap ucundayıq. 

Görəsən, bu işıq ili gecəsində ətrafda kimsə varmı? 



Qayıq öz-özünə açıldı, suya düşdü!!! 

Aa, hə... 



- Ola bilməz. Sən gəlməzdən əvvəl özüm düşüb yoxlamışdım. 

Doğrudan? 



- Sofinin Albertonun qayığını götürməsi yadıma düşdü. Qayıq gölün 

ortasında yırğalana-yırğalana 

qalmışdı.Yadındadı? 

Mərc gəlirəm, yenə odur. 



- Sən ələ sal. Bütün axşamı burada nə isə qəribəlik hiss etmişəm. 

Birimiz suya girməliyik. 



İkimiz də girək, ata. 

Jostein  Gaarder  -  1952-ci  ildə  Norveçin  paytaxtı  Osloda  doğulub. 

Uzun  müddət  ali  məktəbdə  fəlsəfədən  dərs  deyib.  1986-cı  ildə  kiçik 

hekayələri  nəşr  olunub.  Sonra  “Təkdaş  müəmması”  və  “Sofinin 

dünyası”  adlı  ilk  iki  romanı  işıq  üzü  görüb.  “Sofinin  dünyası” 

indiyədək  50-dən  artıq  dilə  tərcümə  edilib.  Yazıçı,  ailəsilə  birlikdə, 

Osloda yaşayır. 



downloaded from KitabYurdu.org

Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə