Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə17/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   154

50 

 

ikisi Herodot (e.ə. 484-424) və Tasit (e.ə. 460-400) idi. 



Yunanlar xəstəliyi ilahi müdaxilənin boynuna yıxırdılar. İnanırdılar 

ki, qurbanları kəssələr, tanrılar insanları yenidən sağalda bilərlər. 

Bu,  təkcə  yunanlara  xas  deyildi.  Tibb  inkişaf  etməzdən  əvvəl 

xəstəliyin fövqəltəbii qüvvələrin əsəri olması geniş yayılmış baxış idi. 

“Qrip” əslində ulduzların pis təsiri mənasını verirdi. 

Hətta günümüzdə də bir çoxları, tutalım, QİÇS xəstəliyinin - Allahın 

cəzası  olmasına  inanırlar.  Ona  da  inanırlar  ki,  xəstələr  fövqəltəbii 

qüvvələrin köməyi ilə şəfa tapa bilərlər. 

Belə  bir  zamanda  yunan  fəlsəfəsindəki  yeni  istiqamətlərə  paralel 

olaraq, yunan tibb elmi meydana gəldi ki, bu da xəstəliyə, sağlamlığa 

təbii izahlar verməyə səy göstərirdi. Tibb elminin banisi deyilənə görə, 

Hippokrat olub, o, e.ə.460-cı ildə Koz adasında dünyaya gəlmişdi. 

Hippokratın  tibbi  ənənəsinə  görə,  insanı  xəstəlikdən  ən  yaxşı 

qoruyan iki şeydən biri əndazəli yaşamaq, digəri sağlam həyat tərziydi. 

Sağlamlıq  təbii  vəziyyətdir.  İnsan  xəstələnirsə,  fiziki,  yaxud  ruhi 

tarazlığı  pozulursa,  bu,  təbiətin  ahənginin  pozulması  deməkdir. 

Sağlamlığın  yolu  hamı üçün  əndazəli, harmonik yaşayışdan keçir və 

“sağlam bədəndə sağlam ruh olar”. 

Bu gün “tibbi etika” haqda çoxlu söhbətlər gedir, deyilir ki, həkim 

təbabəti  müəyyən  etik  qaydalara  əsasən  tətbiq  etməlidir.  Məsələn, 

həkim  sağlam  insanlara  narkotik  almaq  üçün  resept  verməməlidir. 

Həkim  peşə  sirrinə  sadiq  olmalıdır;  pasientə  onun  xəstəliyi  haqda 

təhlükəli məlumatı açıb deməməlidir. Bu ideyaların kökü Hippokrata 

gedib çıxır. O, tələb edirdi ki, şagirdləri aşağıdakı andı içsinlər: 

“Ağlımla  gücümün  imkan  verdiyi  qədər  xəstələrə  xeyirli  olanı 

edəcək, ziyanlı olandan uzaq duracağam, işimdən heç vaxt pislik üçün 

istifadə etməyəcəyəm. Məndən zəhər istəyənə onu verməyəcəyim kimi, 

belə  bir  hərəkəti  məsləhət  də  görməyəcəyəm.  Eləcə  də  hamilə  bir 

qadına uşağını salması üçün dərman verməyəcəyəm. Hansı evə getsəm, 

xəstəyə yardım etmək üçün gedəcəyəm, istər azad insan olsun, istərsə 

də  qul,  kişilərin  və  qadınların  bədənlərindən  sui-istifadə  etməyəcək, 

bütün  məqsədli  pisliklərdən  çəkinəcəyəm.  İşimlə  bağlı,  kənarda 

downloaded from KitabYurdu.org



51 

 

danışılmamalı olan görüb-eşitdiklərimi sirr saxlayacağam. Nə qədər ki, 



bu pozulmaz andı çiyinlərimdə daşıyıram, qoy həyatdan, sənətdən zövq 

alım, bütün insanlar 

mənə hörmət etsinlər, lakin bu andı pozsam, qoy bunun əksi qismətim 

olsun”. 


* * * 

Sofi  şənbə  səhəri  yeni  həyat  eşqilə  oyandı.  O  filosofu  doğrudan 

görmüşdü, ya yuxuda? Əlini çarpayısının altına uzatdı. Bəli, gecə gələn 

məktub  orada  idi.  Bu,  yuxu  deyildi.  Həqiqət  idi!  Üstəlik,  filosofun 

Sofinin məktubunu götürdüyünü də öz gözlərilə görmüşdü. 

Döşəməyə əyildi, bütün vərəqləri çarpayının altından yığdı. Bəs bu 

nədir? Divarın yanına nə isə qırmızı bir şey düşmüşdü. Şarfdı bəlkə? 

Sofi çarpayıdan əyilib onu götürdü. Qırmızı ipək şarf idi. Özünün 

olmadığı dəqiq idi! 

Şarfı  diqqətlə  incələdi  və  tikiş  yeri  boyunca  mürəkkəblə  yazılmış 

Hilde sözünü görəndə içini çəkdi. 

Hilde! Kimdi Hilde? Onların yolları niyə belə tez-tez kəsişir? 

SOKRAT 

...ən müdrik adam heç nə bilmədiyini bilən adamdır... 



Sofi  sarafanını  geyinib  mətbəxə  düşdü.  Anası  masanın  yanında 

dayanmışdı. Qərara gəldi ki, anasına ipək şarf haqda heç nə deməsin. 

Qəzeti gətirdin? - anası soruşdu və ona tərəf çevrildi: 

Gətirə bilərsən? 

Sofi  cəld  qapıdan  çıxdı,  poçt  qutusunun  üstünü  aldı.  Yalnız  qəzet 

götürəcəkdi.  Belə  tezliklə  cavab  gözləmirdi.  Qəzetin  ön  səhifəsində 

Livandakı Norveç BMT batalyonu haqda yazı vardı. 

BMT  batalyonu...  Hildenin  atasının  göndərdiyi  zərfin  üstündəki 

markada belə yazılmamışdı? Amma möhür Norveçin idi. Bəlkə Norveç 

BMT əsgərlərinin öz poçtu var. 

Qəzet səni tutdu, deyəsən, - Sofi mətbəxə qayıdanda anası ötəri dedi. 

Xoşbəxtlikdən anası poçt qutusundan, məktublardan nə naharda, nə 

də gün ərzində söz açdı. Anası bazara gedəndə Sofi tale haqda məktubu 

götürüb xəlvəti guşəsinə çəkildi. 

downloaded from KitabYurdu.org



52 

 

Sonuncu  dəfə  şirniyyatqabını  bura  qoyub  getmişdi.  Və  indi  qabı 



açanda filosofun başqa məktublarıyla yanaşı bir kiçik ağ zərf gördü və 

özünü itirdi. Sofi dəqiq bilirdi, onu ora özü qoymamışdı. 

Bu  zərfin  də  kənarları  nəm  idi.  Dünənki  məktub  kimi  bunun  da 

üstündə bir neçə dəlik vardı. 

Filosof burada olub? Onun gizli guşəsini tanıyır? Zərf niyə nəmdi? 

Bütün bu suallardan başı gicəlləndi. Məktubu açıb oxumağa başladı. 

“Əziz Sofi, 

Məktubunu  böyük  maraqla  oxudum,  həm  də  bir  qədər 

təəssüfləndim. Heyif ki, dəvət məsələsində səni məyus 

edəcəyəm.  Biz  bir  gün  mütləq  görüşəcəyik,  lakin  mənim  Kapitan 

aşırımına şəxsən gəlməyim bir xeyli çəkəcək. 

Deməliyəm  ki,  bundan  sonra  məktubları  şəxsən  çatdıra 

bilməyəcəyəm.  Bu,  çox  təhlükəli  olardı.  Gələcəkdə  onlar  birbaşa 

bağdakı bu gizli yerə çatdırılacaq. 

İstədiyin vaxt mənimlə əlaqə saxlaya bilərsən. Bunun üçün balaca 

bir  biskvit  və  ya  bir  parça  qəndlə  çəhrayı  zərfi  bura  qoy.  Çapar  onu 

götürüb düz mənə gətirəcək. 

Sözümün  sonunda  demək  istəyirəm  ki,  gənc  xanımın  qəhvə 

dəvətindən imtina etmək mənim üçün xoş deyil, lakin bəzən bu, zəruri 

olur. 


Onu da deyim ki, əgər sən qırmızı şarfı taxıb bayıra çıxsan, çılpaqfən 

ondan muğayat ol. Bəzən şəxsi əşyalar səhv düşür. Xüsusən məktəbdə 

və bu kimi yerlərdə. Bu, fəlsəfə məktəbidir. 

Sənin, Alberto Knoks”. 

Sofinin artıq on beş yaşı vardı və bu gənc ömründə kifayət qədər, ən 

azı Mövlud bayramında, ad günlərində çoxlu məktub almışdı. Lakin bu 

məktub həyatında aldığı ən qəribə məktub idi. 

Üzərində  marka  yox  idi.  Poçt  qutusuna  da  salınmamışdı.  Birbaşa 

Sofinin sıx ağaclıqdakı xəlvəti köşkünə qoyulmuşdu. Onun quru yaz 

havasında nəm olması da başqa bir sirr idi. 

Hər  şeydən  qəribəsi,  əlbəttə  ki,  şarf  idi.  Görünür,  filosofun  başqa 

şagirdi  də  var. Onundu. Həmin şagird qırmızı ipək şarfını itirib. Hə. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə