Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə3/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   154

 

Ola  bilsin  ki,  fəza  həmişə  mövcud  olub,  bu  halda  onun  haradan 



əmələ gəldiyini götür-qoy etməyə ehtiyac qalmırdı. 

Bəs ola bilərmi ki, nə isə həmişə mövcud olsun? Sofinin daxilindən bir 

səs bu fikrə qarşı çıxırdı. Deməli, mövcud olan hər şeyin bir başlanğıcı 

olmalıdı? Belə çıxır ki, fəzanı da nə vaxtsa nə isə başqa bir şey yaradıb. 

Amma  əgər  fəza  nə  isə  başqa  bir  şeydən  əmələ  gəlibsə,  həmin  o 

başqa bir şey də nədənsə əmələ gəlməliydi. Sofi hiss etdi ki, o yalnız 

problemi  uzadır.  Ona  görə  də  ümumiləşdirib  bir  nəticə  çıxarmağa 

çalışdı. “Nə isə” heç nədən əmələ gəlmiş 

olmalıdı.  Amma  bu  mümkündümü?  Bu  fikir  də  dünyanın 

yaradılmadan,  elə  həmişə  mövcud  olması  fikri  kimi  mümkünsüz 

deyilmi? 

Məktəbdə onlara öyrətmişdilər ki, dünyanı Tanrı yaradıb. Sofi özünə 

təsəlli verməyə çalışdı, fikirləşdi ki, yəqin elə bu, məsələnin ən yaxşı 

həllidi. Amma sonra yenidən fikirləşməyə başladı. O, qəbul edə bilərdi 

ki, dünyanı Tanrı yaradıb; yaxşı, bəs Tanrının özü necə? O özü-özünü 

heçlikdən yaradıb? Sofinin içindən yenə bir səs qarşı çıxdı. Hətta bütün 

hər  şeyi  Tanrı  yaradıbsa  belə,  çətin  ki  özünü  yarada  biləydi,  çünki 

yaratmaqdan ötrü əvvəl “özü”nə ehtiyac olacaqdı. 

Onda bir yol qalır: Tanrı həmişə mövcud olub. Amma Sofi artıq bu 

imkan barədə fikirləşib və onu rədd edib! Mövcud olan hər şeyin bir 

başlanğıcı olmalıdı. 

Off! 


Sofi yenidən o iki zərfi açdı. 

Sən kimsən? 

Dünya necə yaranıb? 

Nə zəhlətökən suallardı! Yaxşı, bəs axı bu məktublar hardandı? Bu 

da bilinmirdi. 

Sofini  hərgünkü  həyatından  ayıran,  onu  qəfildən  kainatın  böyük 

müəmmalarıyla üz-üzə qoyan kim idi belə? 

Üçüncü  dəfə  poçt  qutusunun  yanına  getdi.  Poçtalyon  bugünkü 

məktubları təzəcə gətirmişdi. Sofi bir yığın gərəksiz məktub, dərgilər 

və  anasına  gələn  məktubları  gördü.  Aralarında  tropik  bir  çimərliyin 

downloaded from KitabYurdu.org



 

açıqcası da vardı. Arxasına baxdı. Üzərində Norveç möhürü və “BMT 



batalyonu” markası gördü. Atasından ola bilərmi? Axı o, indi tam başqa 

bir yerdə olmalıdı!? Heç xətt də onun deyil. 

Açıqcanın  kimə  ünvanlandığını  görəndə  Sofinin  ürəyi  çırpındı: 

“Hilde  Moller  Knaq,  Sofi  Amundsenə.  Böyük  mülklər  küçəsi,  3...” 

Ünvanın ardı düz idi. Açıqcada yazılmışdı: 

“Əziz Hilde, 

15  yaşın  mübarək!  Sənə  böyüməyinə  kömək  edəcək  bir  hədiyyə 

vermək istəyirəm, əminəm, başa düşəcəksən. Bağışla ki, açıqcanı sənə 

Sofi vasitəsilə çatdırıram. Bu, ən asan üsul idi. 

Səni sevən atan”. 

Sofi evə qalxıb mətbəxə girdi. Başı qazan kimi qaynayırdı. Bu Hilde 

kim ola? Ondan cəmi bir ay qabaq doğum günü olan bu qız kimdi axı? 

Telefon kitabçasını əlinə aldı. Orada Moller soyadlı çoxlu, Knag adlı 

bir neçə adam vardı, amma bütöv adı Moller Knaq olan heç kəs yox idi. 

Sofi qəribə açıqcanı bir də yoxladı. Saxta deyildi. Üzərində möhür 

və marka olan əsil poçt açıqcası idi. Açıq-aşkar başqa yerə göndərilməli 

olan bu məktubu hansısa bir ata nəyə görə Sofinin ünvanına göndərsin 

ki? O, necə atadı ki, öz qzının doğum günündə onunla bu cür əylənir, 

qızına  yazdığı  məktubu  qəsdən  başqa  ünvana  göndərir?  Belə  də  “ən 

asan üsul” olar? Hər şey bir  yana,  Sofi indi bu Hildeni necə  tapsın? 

Beləcə, indi Sofini başqa problem narahat etməyə başladı. Fikirlərini 

sahmana salmağa çalışdı: 

Günorta,  iki  saatın  içində  o,  düz  üç  problemlə  baş-başa  qalmışdı. 

Birinci problem bu idi ki, iki ağ zərfi poçt qutusuna kim qoyub. İkinci 

problem həmin məktublardakı iki çətin sual

üçüncü problemsə bu idi ki, Hilde Moller Knaq kim ola bilər və nəyə 

görə  onun  ad  günü  açıqcası  Sofiyə  göndərilib?  Əmin  idi  ki,  bu  üç 

problem arasında nə isə bir bağlılıq var. Var, çünki Sofi indiyə kimi adi 

sakit bir həyat yaşamışdı... 

SİLİNDR ŞLYAPA 

...yaxşı filosof olmaq üçün heyrətlənmək qabiliyyəti gərək... 

Sofinin ürəyinə dammışdı ki, bu anonim məktubları göndərən adam 

downloaded from KitabYurdu.org



10 

 

yenə də yazacaq. Qərara gəldi ki, hələlik məktublar haqqında heç kəsə 



bir söz deməsin. 

Məktəbdə fikrini müəllimlərin dediklərinə cəmləşdirmək onun üçün 

çətinləşdi. Onların danışıqları Sofiyə çox maraqsız görünməyə başladı. 

Fikirləşirdi ki, əhəmiyyətsiz şeylərdən 

danışırlar. Axı niyə onlar “insan nədir” sualından danışmırlar, yaxud 

niyə demirlər ki, dünya nədi, necə olub ki, əmələ gəlib? 

Əvvəlcə yalnız məktəbdə hiss etdiyi bu maraqsızlıq tədricən hər yerə 

yayıldı; adamlar hər yerdə boş-boş söhbətlər edirlər. Əsas məsələlər isə 

həllini gözləyə-gözləyə qalır. 

Kiminsə bu suallara cavabı vardımı? Sofi hiss edirdi ki, onlar haqda 

düşünmək qaydasız felləri əzbərləməkdən daha vacibdi. 

Sonuncu  zəngi  vurulan  kimi  Sofi  məktəbdən  elə  sürətlə  çıxdı  ki, 

Coanna qaça-qaça özünü ona çatdıra bildi. 

Bir az gedəndən sonra Coanna soruşdu: 

Axşam kart oynayaq? 

Sofi çiyinlərini çəkdi: 

Daha kart oynamaqdan xoşum gəlmir. 

Coanna təəccübləndi: 

Xoşun gəlmir? Onda badminton oynayarıq. 

Sofi gözlərini asfalta dikdi, sonra başını qaldırıb dostunun sifətinə 

baxdı: 

Heç badmintondan da xoşum gəlmir. 



Yaxşı görək, zarafat eləmə. 

Sofi Coannanın səsində bir az inciklik hiss etdi: 

Birdən-birə nə oldu ki? Nə baş verdi? 

Sofi başını tərpətdi. 

Bu... sirrdi. 

Aha! Sən yəqin aşiq olmusan! 

İki qız bir müddət bir-birinə heç nə demədən addımladılar. Futbol 

meydançasına çatanda Coanna dilləndi: 

Burdan gedəcəm. 

Meydançadan! Bu, Coannagilə ən kəsə yol idi, amma o, yalnız çox 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə