Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə4/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   154

11 

 

tələsəndə, evdə qonaqları olanda, diş həkiminə getməli olanda yolunu 



buradan salardı. 

Sofi  onun  xətrinə  dəydiyinə  görə,  peşman  oldu.  Amma  ona  nə 

deyəydi? Deyəydi ki, birdən-birə kim olduğu, dünyanın necə yaranması 

düşüncəsinə qapılıb, buna görə də badminton oynamağa vaxtı yoxdu? 

Coanna onu başa düşərdimi? 

Niyə ən həyati, bir yandan da bütün sualların ən təbiisinə qərq olmaq 

belə çətin idi? 

Poçt  qutusunu  açan  kimi  ürəyinin  şiddətlə  vurduğunu  hiss  etdi. 

Əvvəlcə  cəmi  bir,  o  da  bankdan  gələn  məktub,  sonra  anası  üçün  bir 

neçə qəhvəyi iri zərf gördü. Eh! Qərara gəldi ki, naməlum müəllifdən 

növbəti məktubu gözləsin. 

Darvazanı arxasınca bağlayan kimi böyük zərflərdən birinin üstündə 

öz  adı  gözünə  sataşdı.  Çevirib  arxasına  baxdı.  Yazılmışdı:  “Fəlsəfə 

kursu. Diqqətlə oxu”. 

Sofi  çınqıllı  cığırı  adlayıb  keçdi,  çantasını  pilləkənin  üstünə  atdı. 

Ayaqaltını  qaldırıb  başqa  məktubları  ora  qoydu.  Arxa  bağçaya,  sıx 

ağaclıqdakı xəlvəti guşəsinə tələsdi. Bura böyük məktubu açmaq üçün 

yeganə münasib yer idi. Şerekan onun dalınca düşdü, amma Sofi onu 

gəlməyə qoymadı, yoxsa məktubu oxuyanda pişik mane olacaqdı. 

Zərfin içərisində makinada yazılmış, yuxarıdan bir-birinə tikilmiş üç 

vərəq vardı. Sofi oxumağa başladı. 

“Fəlsəfə nədir? 

Əziz Sofi, 

Adamların  çoxunun  hobbisi  olur.  Bəziləri  qədimi  sikkə,  bəziləri 

marka  yığır,  kimi  tikiş  tikir,  kimi  də  asudə  vaxtının  çoxunu  hansısa 

idmana ayırır. 

Çox adam oxumaqdan zövq alır. Amma oxu zövqləri də bir-birindən 

çox fərqlənir. Bəziləri yalnız qəzet, bəziləri gülməcə oxuyur, biri roman 

xoşlayır,  biriləri  isə  astronomiya,  vəhşi  təbiət  və  ya  texniki  ixtiralar 

haqda kitabları üstün tuturlar. 

Əgər  mən  atlar,  yaxud  da  qiymətli  daşlar  haqda  oxumağı 

xoşlayıramsa, heç də hamı mənim bu həvəsimlə şərik olmalı deyil. Mən 

downloaded from KitabYurdu.org



12 

 

televiziyadakı  hər  cür  idman  verilişlərinə  böyük  həvəslə  baxıramsa, 



başqalarının idmanı darıxdırıcı saymasıyla da razılaşmalıyam. 

Bəs  bizim  hamımızı  maraqlandıran  eyni  bir  şey  yoxdurmu?  Kim 

olmasından və dünyanın harasında yaşamasından asılı olmayaraq, biz 

insanların  hamısına  aid  olan  bir  şey  varmı?  Var,  əziz  Sofi,  var.  Elə 

suallar var ki, hər bir insanı maraqlandırır. Bu kurs da məhz o suallar 

haqqındadır. 

Həyatda  ən  başlıca  şey  nədir?  Aclıq  həddində  yaşayan  hər  hansı 

adamdan bu sualı soruşsaq, cavab verər ki, yemək. 

Soyuqdan ölməkdə olan adam deyər - istilik. Bu sualı təcrid olunmuş 

bir yerdə tənha ömür sürən birisindən soruşsaq, yəqin ki, cavab insanlar 

arasında, başqalarıyla birgə yaşamaq olacaq. 

Bəs bu zəruri ehtiyaclar ödəndikdən sonra, elə bir şey olacaqmı ki, 

ona  hər  kəsin,  hamının  ehtiyacı  var?  Filosofların  fikrincə,  hə!  Onlar 

inanır  ki,  insan  təkcə  çörəklə  yaşaya  bilməz.  Əlbəttə,  qida  hamıya 

lazımdır. Sevgi və şəfqət də. Lakin burada başqa bir şey də var, elə bir 

şey  ki,  onu  anlamağa  hamının  ehtiyacı  var:  biz  kimik  və  niyə 

buradayıq. 

Bu  suallarla  maraqlanmaq  marka  yığmaq  kimi  ötəri  maraq  deyil. 

Belə  suallar  verən  adam  bu  planetdə  insan  mövcud  olandan  bu  yana 

gedən bir dartışmaya qoşulur. “Kainat, Yer kürəsi, həyat necə yaranıb” 

sualı “Olimpiya oyunlarında kim daha çox qızıl medal uddu” sualından 

daha böyük və əhəmiyyətli sualdır. 

Fəlsəfəyə  yaxınlaşmağın  ən  yaxşı  yolu  bir  neçə  fəlsəfi  sual 

verməkdir: Dünya necə yaranıb? Baş verənlərin arxasında hər hansı bir 

iradə və ya məna varmı? Ölümdən sonra həyat 

mövcuddurmu?  Biz  necə  yaşamalıyıq?  İnsanlar  minillər  boyu  bu 

sualları veriblər. Elə bir mədəniyyət yoxdur ki, "insan nədir və dünya 

necə yaranıb” suallarıyla maraqlanmasın. 

Əslində  fəlsəfi  sualların  sayı  elə  də  çox  deyil.  Biz  artıq  bir  neçə 

vacibini yazdıq. Lakin tarix bu sualların hər birinə görə, bizə cürbəcür 

cavablar  təqdim  edir.  Beləliklə,  fəlsəfi  suallar  vermək  onlara  cavab 

verməkdən asandır. 

downloaded from KitabYurdu.org



13 

 

Bu gün hər bir insan bu suallara öz cavabını verməli olur. Tanrının 



və  ya  ölümdən  sonra  həyatın  olub-olmadığını  ensiklopediyaya 

baxmaqla  bilə  bilməzsən.  Ensiklopediya  bizə  necə  yaşamalı 

olduğumuzu da demir. Buna baxmayaraq, başqa insanların bu haqda 

fakirlərini oxumaq həyata öz baxışımızı formalaşdırmaqda kömək ola 

bilər. 

Filosofların  həqiqəti  axtarması  detektiv  hekayələri  xatırladır. 



Bəziləri hesab edirlər ki, qatil Andersendir, bəziləri isə düşünürlər ki, 

bu, Nelsen və ya Censendir. Polislər bəzən cinayət işini həll edə bilirlər. 

Elə də olur ki, cinayətin kökünə gedib çıxa bilmirlər, bunun həlli olsa 

da,  onlar  çözüb  üzə  çıxarmaqda  aciz  qalırlar.  Beləliklə,  suala  cavab 

verməyin 

çətinliyinə baxmayaraq, o cavab - bir və tək bir doğru cavab mövcud 

olur. Ölümdən sonra həyat ya var, ya da yoxdur. 

İndi çoxdankı müəmmaların bir çoxunu elm izah edib. Ayın qaranlıq 

tərəfinin  nə  olması  nə  vaxtsa  mübhəm,  sirlərlə  örtülü  idi.  Bu, 

müzakirəylə  həll  olunası  məsələlərdən  deyildi,  insan  Ayın  nə  olması 

barədə xəyallara dalırdı.  Lakin bu gün biz dəqiq bilirik ki, Ay nədir, 

daha  heç  kəs  Ayda  yaşayan  adama,  yaxud  Ayın  təzə  pendirdən 

düzəldildiyinə “inana” bilməz. 

Günümüzdən  iki  min  ildən  daha  uzaq  bir  vaxtda  yaşamış  yunan 

filosofu  hesab  edirdi  ki,  fəlsəfə  öz  mənşəyini  insanın  təəccüblənmək 

hissindən  götürür.  İnsan  düşünüb  ki,  yaşamaq  necə  də  qəribədir  və 

fəlsəfi suallar beləcə, öz-özünə yaranıb. 

Sehrbaz nömrəsi kimi. Başa düşə bilmirik ki, sehrbaz nəyi necə edir, 

axı necə olur ki, bir neçə ağ ipək şarfı canlı bir dovşana çevirir! Sehrbaz 

indicə  içinin  boş  olduğunu  göstərdiyi  silindr  şlyapadan  qəfildən 

dovşanı çıxaranda tamaşaçılar necə şübhəylə baxırlarsa, bəzi insanlar 

da dünyaya elə baxırlar. 

Dovşan məsələsində biz bilirik ki, sehrbaz nömrə göstərir. Biz onun 

yalnız bunu necə etdiyini bilmək istəyirik. Dünya 

məsələsində isə bu, bir qədər fərqlidir. Biz bilirik ki, dünya aldatmaca

fokus  deyil,  çünki  özümüz  də  onun  içindəyik,  onun  bir  hissəsiyik. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə