Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə6/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   154

17 

 

Bütün bunlar vərdiş məsələsidir. (Bunu yadda saxla!) Ana öyrənib 



ki, insan uça bilməz. Tomas isə yox. O, hələ insanın bu dünyada nəyi 

eləyə biləcəyi və nəyi eləyəmməyəcəyini bilmir. 

Bəs dünya necə, Sofi? Dünyamız da fəzada beləcə, fırlanır. 

Kədərlisi  odur  ki,  bu,  təkcə  bizim  böyüdükcə  öyrəndiyimiz  kimi, 

cazibə qüvvəsi səbəbindən deyil. Dünya özü bir anda vərdişə çevrilir. 

Elə  çıxır  ki,  böyümə  prosesində  biz  dünyaya  heyrətlənmək 

qabiliyyətimizi  itiririk.  Və  belə  etdikcə,  özəkdəki  bir  şeyi  itiririk, 

filosoflar isə məhz o şeyi bərpa etmək istəyirlər. Daxilimizdə hansısa 

bir  qüvvə  bizə  deyir  ki,  həyat  nəhəng  bir  sehrdir.  Biz  düşünməyi 

öyrənməzdən əvvəl bu sehrin içinə düşmüşük. 

Daha  dəqiq  desək:  fəlsəfi  sualların  bizim  hamımıza  aid  olmasına 

baxmayaraq,  hamımız  filosof  olmuruq.  Cürbəcür  səbəblərdən  əksər 

insanlar  gündəlik  məsələlərə  elə  aludə  olurlar  ki,  dünyaya 

heyrətlənmək arxa plana sıxışmış olur. 

(Onlar dovşanın tüklərinin diblərinə gedir, orada rahatca xumarlanır və 

qalan həyatlarını orada keçirirlər.) 

Uşaqlar üçün dünya və  hər şey  yenidir, heyrətlənməyə  əsas verir. 

Böyüklər  üçün  belə  deyil.  Əksər  böyüklər  dünyanı  adi  bir  şey  kimi 

qəbul edirlər. 

Bu, filosofların istisna olduğu vacib bir nöqtədir. Filosof dünyaya 

heç  vaxt  alışmır.  Onun  üçün  dünya  həmişə  bir  qədər  ağlasığmaz, 

heyrətləndirici, bilməcə kimi görünməkdə davam edir. 

Beləcə, filosoflarla balaca uşaqların önəmli bir ortaq qabiliyyəti var. 

Elə bil, filosof həyatı boyu uşaq kimi sadəlövh qalır. 

Odur  ki,  Sofi,  sən  seçim  etməlisən.  Hələ  həyatdan  bezməmiş  bir 

uşaq  olmağı  seçirsənmi?  O  böyüklər  kimi  olmayan  filosofluğu 

seçirsənmi? 

Özünü  nə  uşaq,  nə  də  filosofun  yerində  görmürsənsə,  deməli,  sən 

dünyaya  elə  alışmısan  ki,  o,  artıq  səni  heyrətləndirmir.  Diqqətli  ol! 

Nazik bir buzun üzərindəsən. Hər halda elə ona görə bu fəlsəfə kursunu 

alırsan. Mən sənin və 

insanların biganə olmasına izn verməyəcəyəm. Mən istəyirəm ki, sənin 

downloaded from KitabYurdu.org



18 

 

araşdıran bir təfəkkürün olsun. 



Tam  kurs  pulsuzdur.  Kursu  dayandırmaq  istəyirsənsə,  sərbəstsən. 

Bu  halda  poçt  qutusuna  mənim  üçün  məktub  qoymalısan.  Diri  bir 

qurbağa  qoysan,  kifayətdir.  Ya  da  nəsə  yaşıl  bir  şey  olsun,  yoxsa 

poçtalyon qorxa bilər. 

Yekunlaşdırsaq: ağ dovşan sehrbazın şlyapasından çıxarılır. Bu, çox 

böyük dovşan olduğundan, nömrə milyonlarla il çəkir. Bütün insanlar 

dovşanın  tüklərinin  ucunda  doğulur,  o  yerdə  ki,  onlar  sehrbaz 

nömrəsinə heyrət etmək imkanına malikdirlər. Lakin onlar böyüdükcə 

tüklərin dibinə tərəf yuvarlanırlar. Orada da qalırlar. Orada onlar üçün 

elə rahat olur ki, incə tüklərdən tutub üzüyuxarı dırmaşmağa heç vaxt 

ürək  etmirlər.  Yalnız  filosoflar  dilin  və  mövcudluğun  uzaq,  ucqar 

hüdudlarına doğru bu riskli səyahəti həyata keçirirlər. Bəziləri yıxılır, 

bəziləri isə ümidsiz də olsa, dırmaşmağa davam edir, dibdə rahat yurd 

salmış, özlərinə dadlı yemək, içmək tədarükü görməkdə olan insanlara 

hayqırırlar.  “Xanımlar  və  bəylər,  biz  fəzada  süzürük!”  Lakin  kimsə 

vecinə almır. “Qoymazlar 

oturaq,” - deyirlər. Öz söhbətlərinə davam edirlər: “Çörək ver, zəhmət 

olmasa. Bu gün azuqəmiz nə qədər artıb? Tomat neçəyədir? Bilmirsiz, 

Şahzadənin nəyi olacaq?” 

Axşamüstü anası evə qayıdanda Sofi hələ də heyrət içindəydi. İçində 

sirli filosofdan gələn məktublar olan şirniyyatqabını xəlvəti guşəsində 

yaxşıca  gizlətmişdi.  Ev  tapşırıqlarını  hazırlamağa  çalışan  Sofi 

məktubları düşünə- düşünə oturdu. 

Əvvəllər heç vaxt bu qədər gərgin fikirləşməmiş, baş sındırmamışdı. 

O, daha uşaq deyildi - lakin böyüməmişdi də. Sofi başa düşdü ki, o, 

artıq kainatın sehrli şlyapasından çıxarılmış dovşanın xəzində tüklərin 

diblərinə doğru enməyə başlayıb. Lakin filosof onu dayandırmışdı. O 

kişi və ya o qadın Sofinin boynunun arxasından əlilə tutub onu yenidən 

bir  vaxt  uşaq  tək  oynadığı  tüklərin  ucuna  qoymuşdu.  Və  burada  - 

tüklərin ucunda Sofi dünyanı sanki ilk dəfəymiş kimi görürdü. 

Filosof onu xilas etmişdi. Buna şübhə yox idi. Məktubların naməlum 

müəllifi onu gündəlik həyatın bozluğundan qurtarmışdı. 

downloaded from KitabYurdu.org



19 

 

Anası saat beşdə evə çatanda Sofi onu qonaq otağına çəkib kresloya 



oturtdu. 

Ana, səncə, yaşamaq heyrətamiz bir şey deyil? - deyə sözə başladı. 

Qadın  elə  təəccübləndi  ki,  əvvəlcə  cavab  vermədi.  Adətən  o  evə 

gələn vaxt Sofi dərslərini öyrənirdi. 

Hərdən heyrətlənirəm, - anası dedi. 

Hərdən? Yaxşı, bəs səncə dünyanın mövcud olması özü heyrətamiz 

deyil? 

Qurtar bu söhbəti. 



Niyə? Bəlkə sən fikirləşirsən ki, dünya çox normaldır? 

Elə deyil ki? Elədir də. 

Sofi gördü ki, filosof haqlıdı. Böyüklər dünyanı adi qəbul eləyirlər. 

Onlar öz monoton həyatlarında bir dəfə və həmişəlik bihuşedici yuxuya 

qərq olunmalarına izn veriblər. 

Sən  elə  böyümüsən  ki,  dünyaya  öyrəşmisən,  daha  səni  heç  nə 

təəccübləndirmir. 

Bu nədi danışırsan? 

Hər  şeyə  bu  qədər  alışmış  səndən  danışıram,  səndən.  Demək 

istəyirəm, lap qaranlıqdasan. 

Adam anasıyla belə danışmaz, Sofi. 

Yaxşı,  onda  qoy  başqa  cür  deyim.  Kainatın  silindr  şlyapasından 

çıxarılan ağ dovşanın tüklərinin dibində özünə rahat yer eləmisən. İndi 

kartof qızartmağa başlayacaqsan, sonra qəzet oxuyacaqsan, saat yarım 

mürgü vuracaqsan, sonra televizorda xəbərlərə baxacaqsan!” 

Anasının sifəti tutuldu. Sofinin dediyi kimi,  mətbəxə  gedib  kartof 

qızartmağa başladı. Bir azdan otağa qayıtdı, bu dəfə o Sofini kresloya 

oturtdu. 

Sənə sözüm var, - deyib başladı. Belə səslə o, yalnız ciddi məsələlər 

barədə danışardı. 

Özünü narkotikə bulaşdırmamısan, hə, mənim balam? 

Sofi  az  qala  şaqqanaq  çəkib  güləcəkdi,  amma  söhbətin  niyə  bu 

məcraya gəldiyini anladı. 

Dəli olmusan? Səni yalnız o belə gic-gic danışdıra bilər! O axşam 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə