20
daha nə narkotik, nə də ağ dovşan barədə söhbət açmadılar.
MİFLƏR
...xeyir və şər qüvvələr arasında qeyri-müəyyən tarazlıq...
Ertəsi gün Sofiyə məktub yox idi. Məktəbdə vaxt elə gec keçdi ki,
qızın ürəyi sıxıldı, lap bezdi. Tənəffüslərdə Coanna ilə mümkün qədər
mülayim davranmağa çalışdı. Yolboyu onlar meşəyə gedib düşərgə
salmaq barədə söhbət etdilər, çünki meşələr artıq qurumuş, rütubət
kifayət qədər çəkilmişdi.
Ona əbədiyyət qədər uzun görünən vaxt nəhayət bitdi və budur, o,
yenidən poçt qutusunun yanındadı. Əvvəlcə Meksikada markalanmış
məktub gəldi əlinə, açdı. Atasından idi. Ev üçün necə çox
darıxdığından, ilk dəfə şahmatda zabitlərini udmasından yazırdı.
Bundan başqa, qışda özüylə gəmiyə apardığı kitabları artıq oxuyub
bitirdiyini deyirdi.
Bu məktubdan sonra Sofi qutuda - üzərində adı yazılmış qəhvəyi
zərfi gördü! Çantasını və məktubların qalanını evə qoyub xəlvəti
guşəsinə qaçdı. Yeni vərəqləri çıxarıb oxumağa başladı:
“Dünyanın mifik mənzərəsi
Salam, Sofi! İşimiz çoxdur, ona görə də yubanmadan başlamalıyıq.
Fəlsəfə deyəndə biz eramızdan altı yüz il əvvəl Yunanıstanda
meydana gəlmiş yeni düşüncə tərzini nəzərdə tuturuq. O vaxta qədər
insanlar bütün suallarına cürbəcür dinlərdə cavab tapırdılar. Bu dini
izahlar miflər şəklində nəsildən-nəslə keçirdi. Mif - həyatın nədən bu
cür olmasını izah etmək üçün fərz olunan tanrılar haqda rəvayətlərdir.
Fəlsəfi sualların mifik izahları min il boyu bütün dünyaya
yayılmışdı. Yunan filosofları bu izahların dürüst olmadığını sübut
etməkdən ötrü qollarını çırmaladılar.
İlkin filosofların necə fikir yürütdüyünü bilmək üçün biz dünyanın
o zamankı mifoloji mənzərəsinin necə olduğunu
bilməliyik. Uzağa getməyə ehtiyac yoxdur, bir neçə Skandinaviya
mifini götürək.
Norveçdə Xristianlıqdan əvvəl insanlar inanırdılar ki, Tor iki keçinin
qoşulduğu arabayla səmadan keçir. O öz çəkicini havada yellədəndə
downloaded from KitabYurdu.org
21
ildırım çaxır. İldırım sözü Norveç dilində “thordon” - Torun yolu
mənasını verir. İsveç dilində ildırımı ifadə edən söz “aska”dır, bu sözün
orijinalı belədir: “as - aka”, mənası isə səmalarda “tanrının
səyahəti”dir.
İldırım çaxanda, havada şimşəklər oynayanda yağış da yağır. Yağış
vikinq fermerləri üçün olduqca vacib idi. Bununla da Tora bərəkət
tanrısı kimi ibadət edir, tapınırdılar.
Beləliklə, yağışın mifoloji izahı Torun öz çəkicini havada yellətməsi
idi. Yağış yağanda taxıl yetişirdi, tarlalar çiçəklənirdi. Tarlada bitkilər
necə yetişə, məhsul verə bilər, - məlum deyildi. Buna görə də hamı
inanırdı ki, yağışla Torun əlaqəsi var, o, tanrıların ən hörmətlilərindən
idi.
Torun hörmətli olmasının bir səbəbi də var, bu səbəb dünya düzəni
ilə bağlıdır.
Vikinqlər inanırdılar ki, insanların yaşadığı dünya daimi kənar
təhlükələr altında olan bir adadır. Onlar dünyanın bu hissəsinə Midqard
adı vermişdilər, bu, mərkəzdə krallıq deməkdir. Midqardın içində
tanrıların malikanəsi olan Asqard yerləşir.
Midqardın kənarında dünyanı dağıtmaq üçün hər cür hiyləgərliyə
qadir olan xain divlər diyarı - Utqard krallığı var. Belə şər divlərinə
“xaos qüvvələri” də deyirlər. Təkcə Norveç mifologiyasında deyil,
demək olar ki, bütün mədəniyyətlərdə şər və xeyir qüvvələr arasında
qeyri-müəyyən tarazlığa inam var.
Şər divlərin Midqardı dağıtmaq üsullarından biri bərəkət ilahəsi
Freyjanı oğurlamaqdır. Amma onlar bunu edə bilsələr, tarlalar məhsul,
qadınlar uşaq verə bilməz. Ona görə də bədheybət divləri nəzarətdə
saxlamaq həyati önəm daşıyır.
Tor divlərlə bu döyüşdə mərkəzi fiqur sayılır. Onun çəkici təkcə
yağış yağdırmır, həm də xaosun təhlükəli qüvvələrinə qarşı mübarizədə
əsas silahdır. Həmin çəkic ona sonsuz güc verir. Məsələn, çəkici
qorxunc divlərin başı üstündə fırlatmaqla
onları qanlarına qəltan edə bilər. Çəkicin itməsindən isə heç vaxt
narahat olmamalıdır, çünki çəkic həmişə sahibi olan Toraya qayıdır.
downloaded from KitabYurdu.org
22
Bu, təbiətdə tarazlığın necə saxlanması və niyə daim xeyir və şər
arasında mübarizə getməsinə dair mifoloji izah idi. Filosoflar məhz
belə izahları rədd edirdilər.
Lakin təkcə izahlarla məsələ bitmir.
İnsanlar quraqlıq, vəba kimi fəlakətlərdə əllərini əllərinin üstünə
qoyub tanrıların müdaxilə etməsini gözləyə bilməzdilər. Onlar şərlə
mübarizədə özləri də iştirak etməliydilər. Bunu isə onlar cürbəcür dini
mərasimlər və ayinlərlə etməyə çalışırdılar.
Norveçdə ən vacib dini mərasim qurbanvermə idi. İnanırdılar ki,
tanrıya qurban verilməsi həmin tanrının gücünün artmasına təsir
göstərir. Tanrılara qurban verirdilər ki, şər qüvvələrlə savaşda daha
güclü olsunlar. Qurban adətən hər hansı heyvan olurdu. Tor tanrıya
adətən keçi, Odin tanrıya isə bəzən insan da qurban verilirdi.
Bu mif haqda Skandinaviya ölkələrində geniş yayılmış “Srim
şərqisi” poemasında söz açılır. Orada deyilir ki, bir dəfə
Tor yuxudan oyanıb çəkicini yerində görmür. Elə hirslənir ki, əlləri
əsir, saqqallı çənəsi titrəyir. Köməkçisi Loki ilə birlikdə yollanır
Freyjanın yanına. Loki Freyjadan soruşur ki, qanadlarını ona borc verə
bilərmi. Həmin qanadlarla o, bədheybət divlərin Jotunheym diyarına
uçmalı və Torun çəkicini onların oğurlayıb-oğurlamadığını üzə
çıxarmalıdır.
Jotunheym vilayətində Loki divlər kralı Srimlə tanış olur. Srim
qürrələnir ki, o, çəkici yerin yeddi qat dərinliyində gizlədib. Əgər
tanrılar çəkici geri almaq istəyirlərsə, Freyja ona ərə getməlidir.
Təsəvvür edirsənmi, Sofi? Yaxşı tanrılar birdən-birə özlərini
mürəkkəb bir hadisənin ortasında görürlər. Divlər tanrıların həyat
əhəmiyyətli silahını ələ keçiriblər. Bu qəti qəbulolunmaz bir
vəziyyətdir. Nə qədər ki, Torun çəkici divlərdədir, tanrılar və insanlar
üzərində nəzarət onların əlindədir. Çəkicin əvəzinə Freyjanı tələb
edirlər. Amma bu da qəbulolunmazdır. Tanrılar həyatı qoruyan bərəkət
ilahələrini güzəştə getsələr, çöllərdə yaşıl otlar quruyacaq, tanrılar və
insanlar öləcək. Vəziyyət çıxılmazdır.
Loki Asqarda qayıdır. Mif davam edir və deyilir: Freyja əfsuslar
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |