26
ağaclar ona baxıb elə təsirlənirlər ki, qarlar göz yaşına dönür. Sonra
Günəş çıxır və göz yaşlarını qurudur. Quşlar Sikitanın nəğmələrini
təqlid edirlər, gözəl
şahzadə qızılı hörüklərini açanda saçından bir neçə tel torpağa düşür və
çöllərdə zanbaqlara çevrilir...
Sofinin öz gözəl hekayətindən xoşu gəldi. Qərara gəldi ki, əgər o,
fəsillərin dəyişməsinin başqa heç bir izahını bilməsəydi, əvvəl-axır öz
hekayətinə inanardı.
İnsanların həmişə təbiətdəki proseslərdən baş açmaq üçün izah
etmək ehtiyacı hiss etdiklərini başa düşdü. Bəlkə də onlar belə izahlar
olmadan yaşaya bilməzdilər. Beləcə, o mifləri elm olmayan vaxtlarda
yaradıblar.
TƏBİƏT FİLOSOFLARI
...heç nə yoxdan var ola bilməz...
Günortadan sonra anası işdən gələndə Sofi planer təyyarədə
oturmuşdu, fəlsəfə kursu ilə atasından ad günü təbrikini ala bilməyən
Hilde Moller Knaq arasında əlaqə axtarırdı.
Anası bağın o biri başından səsləndi: “Sofi! Sənə məktub
var!”
Nəfəsi təntidi. Poçt qutusunu bayaq boşaltmışdı, deməli, filosofdan
məktub var. Anası soruşsa, nə desin?
Poçtalyon gətirənə oxşamır, üstündə marka yoxdur. Yəqin eşq
məktubudu!
Sofi məktubu götürdü.
Açmaq istəmirsən?
Sofi tez bəhanə fikirləşməli idi.
Sən heç eşq məktubunu çiyninin üstündən baxan anasıyla birlikdə
açan bir adam görüb-eşitmisən?
Qoy anası elə bilsin ki, eşq məktubudu. Düzdü, bu, adamı utandırır,
amma anası onun yad bir adamla, onunla gizlən-qaç oynayan filosofla
yazışdığını bilsə, lap pis olacaq.
Bu məktub əvvəlkilər kimi kiçik ağ zərfdə idi. Sofi pilləkənlə
otağına qalxıb onu açanda üç yeni sual gördü:
downloaded from KitabYurdu.org
27
Bütün hər şeyin ondan yaradıldığı ilkin bir substansiya varmı?
Su şəraba dönə bilərmi?
Torpaq və sudan qurbağa necə əmələ gələ bilər?
Suallar Sofiyə çox mənasız göründü, buna baxmayaraq, onlar bütün
axşamı qızcığazın qulaqlarında səslənib durdu. Səhərisi məktəbdə də o
suallar haqda düşündü, onların üzərində bir-bir dayandı.
Elə bir “ilkin substansiya” varmı ki, hər şey ondan yaradılıb? Əgər
belə substansiya varsa, o, birdən-birə çiçəyə, yaxud filə çevrilə bilərmi?
Eyni şey suyun şəraba dönməsinə də aiddi. Sofi İsa Məsihin suyu
şəraba çevirməsi haqda rəvayəti eşitmişdi, amma heç vaxt bunu ciddi
sanmamışdı. İsa Məsih doğrudan da suyu şəraba çevirmişdisə, bu bir
möcüzə idi, normal halda yapılacaq bir şey deyildi. Sofi bilirdi ki, təkcə
şərab deyil, ətrafdakı bütün çoxalan, böyüyən şeylərdə su olur. Lakin
xiyarın doxsan beş faizi sudursa belə, onun içində başqa bir şey də
olmalıdı, məhz o şeyin sayəsində xiyar su deyil, məhz xiyar olur.
Nəhayət, qurbağa haqda sual. Qəribə sual göndərmişdi fəlsəfə
müəllimi.
Sofi qurbağanın torpaq və sudan ibarət olduğunu o halda qəbul edə
bilərdi ki, torpaq bir növ deyil, daha çox substansiyadan ibarət olsun.
Əgər torpaq cürbəcür substansiyalardan ibarət olsaydı, aydındı ki,
torpaq və sudan qurbağa əmələ gələ bilərdi. Yəni əgər torpaq və su da
öz növbəsində qurbağa yumurtaları və başaqlarından əmələ gəlibsə!
Çünki tutalım, bir parça kələmə nə qədər su tökürsən tök, ondan
qurbağa alına bilməz.
Həmin gün məktəbdən qayıdanda poçt qutusunda qalın bir zərf onu
gözləyirdi. Əvvəlki günlərdə olduğu kimi, Sofi yenə də xəlvəti
guşəsinə çəkildi.
“Filosof layihəsi
Yenə xoş gördük! Ağ dovşan və bu kimi şeylərlə başını çox
qatmadan birbaşa bugünkü dərsimizə keçid alaq.
Qədim yunanlardan bugünədək insanların fəlsəfə haqda düşüncə
tərzlərini ümumi şəkildə təsvir edəcəyəm. Lakin sırayla.
Bəzi filosoflar müxtəlif dövrlərdə və bizimkindən tam fərqli
downloaded from KitabYurdu.org
28
mədəniyyətlərdə yaşadıqlarından yaxşı olardı ki, hər bir filosofun
layihəsinin nə olduğuna diqqət yetirək. Layihə deyərkən mən hər bir
filosofun xüsusi olaraq, nəyi araşdırmağa meyilli olduğunu nəzərdə
tuturam. Bəzi filosoflar bitkilərin və heyvanların necə əmələ gəlməsini
bilmək istəyirdilər. Digərləri “Tanrı və ya ölməz ruh varmı” sualı ilə
məşğul idilər.
Heç bir filosof özünü bütün fəlsəfəyə həsr etməyib, ona görə də hər
bir filosofun konkret layihəsinin nə olduğunu müəyyənləşdirsək, o
kişilərin fikir yolunu izləmək asan olacaq.
Kişilərin fikir yolu - dedim, çünki keçmişdə qadınlar həm qadın,
həm də düşünən varlıq kimi boyun əyməyə məruz qalmışdılar, bu çox
kədərlidir, axı nəticə etibarilə, çoxlu önəmli təcrübələr, fikirlər
əlimizdən çıxıb, itib. Əsrimizə qədər qadının fəlsəfə tarixində iz
qoyması mümkün deyildi.
Sənə hər hansı bir ev tapşırığı vermək fikrim yoxdur. Nə çətin riyazi
suallar və bu kimi şeylər, nə də ingilis dilinin eyniköklü felləri mənim
maraq dairəmə daxildir. Amma hər halda vaxtaşırı sənə qısa tapşırığım
olacaq.
Bu şərtlərlə razısansa, başlayaq.
Təbiət filosofları
Erkən yunan filosoflarına bəzən təbiət filosofları da deyirlər, çünki
onlar əsasən təbiət və onda gedən proseslərlə məşğul idilər.
Artıq özümüzə sual vermişik ki, aləm necə əmələ gəlib? Günümüzdə
bir çox insanlar fərz edirlər ki, nə vaxtsa “nə isə” heçlikdən əmələ gəlib.
Yunanlar arasında bu fikir o qədər də yayılmış deyildi. Bu və ya digər
səbəbdən onlar hesab edirdilər ki, “nə isə” həmişə mövcud olub.
Heçlikdən “nə isə” necə yarana bilərdi - bu, mühüm sual deyildi.
Yunanlar bu məsələnin digər tərəfilə maraqlanırdılar; balıq sudan,
nəhəng ağaclar və rəngarəng təravətli çiçəklər qara torpaqdan necə
əmələ gələ bilər? Hələ heç “uşaq insandan necə əmələ gələ bilər”
məsələsini demirik.
Filosoflar öz gözlərilə müşahidə edirdilər ki, təbiət daimi
dəyişmədədir. Bəs bu dəyişiklik necə olur ki, baş verə bilir? Məsələn,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |