Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə14/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   154

41 

 

gördüyümüz hər şeyi əmələ gətirmək üçün birləşə bilirlər. 



İndi  artıq  leqo  konstruktorlarından  söz  açarkən  nəyi  nəzərdə 

tutduğumu  bilirsən.  Onların  ölçüləri  təqribən  Demokritin  atomları 

təsvir  etdiyi  kimidir.  Kiçik-kiçik  olduqlarına  görə,  onlardan  nə  isə 

düzəltmək  adamı  əyləndirir.  Əsas  budur  ki,  onlar  bölünməzdirlər. 

İkincisi,  onlar  müxtəlif  forma  və  ölçülərə  malikdirlər.  Möhkəm  və 

sukeçirməzdirlər. Girintili- 

çıxıntılı  olduqlarından  onları  hər  ağlımıza  gələn  fiqur  formasında 

yığmaq  mümkündür.  Sonra  bu  yığılmış  fiqurları  parçalamaq,  həmin 

hissələrdən yeni fiqurlar quraşdırmaq olar. 

Məhz  təkrar-təkrar  istifadə  oluna  bilməsi  leqonu  bu  qədər 

məşhurlaşdırıb.  Hər  bir  leqo  hissəsi  bu  gün  yük  maşınının,  sabahı 

qüllənin  bir  hissəsi  ola  bilər.  Leqo  hissələrinin  “əbədi”  olduğunu  da 

demək mümkündür. Bugünkü uşaqlar vaxtilə valideynlərinin uşaq ikən 

oynadıqları leqolarla oynaya bilərlər. 

Biz gildən də şeylər düzəldə bilərik, amma gil, plastilin təkrar-təkrar 

istifadə etdilə bilməz, çünki getdikcə ovula, daha kiçik hissələrə ayrıla 

bilir.  Həmin  kiçik  hissəcikləri  isə  tam  başqa  bir  şey  düzəltmək  üçün 

birləşdirmək olmur. 

Bu  gün  biz  Demokritin  atom  nəzəriyyəsini  az  və  ya  çox  dərəcədə 

doğru  hesab  edə  bilərik.  Təbiət  həqiqətən  də  birləşən  və  ayrılan 

müxtəlif  “atomlardan  yaradılıb.  Mənim  burnumun  ucunda  yerləşən 

hüceyrədəki  hidrogen  atomu  nə  vaxtsa  filin  xortumunda  olub.  Ürək 

əzələmdəki karbon atomu isə haçansa bir dinozavrın quyruğundaymış. 

Lakin  bu  gün  alimlər  atomların  daha  kiçik  elementar  hissəciklərə 

parçalandığını  kəşf  ediblər.  Biz  bu  elementar  hissəcikləri  protonlar, 

neytronlar və elektronlar adlandırırıq. 

Çox  güman  ki,  onlar  bir  gün  daha  kiçik  hissəciklərə  bölünəcəklər. 

Lakin fiziklər bu qənaətdədirlər ki, haradasa qarşıya bir məhdudiyyət 

çıxacaq.  Onların  fikrincə,  təbiəti  əmələ  gətirən  ən,  ən,  ən  kiçik 

hissəciklər var. 

Demokritin  əlində bizim  müasir elektron qurğularımızdan yox idi. 

Onun  yeganə  cihazı  düşüncəsi  idi.  Lakin  təfəkkürü  onünçün  heç  bir 

downloaded from KitabYurdu.org



42 

 

gerçək  seçim  qoymurdu.  Bir  dəfə  qəbul  etmişdi  ki,  heç  nə  dəyişə 



bilməz, heçlikdən heç nə yarana bilməz, heç nə yox olmur, buradan da 

təbiətin  birləşən  və  ayrılan  çox  kiçik  hissəciklərdən  ibarət  olduğu 

qərarını çıxarmışdı. 

Demokrit  təbii  proseslərə  müdaxilə  edən  hər  hansı  “qüvvə”  və  ya 

“ruh”a inanmırdı. Onun fikrincə, mövcud olan yeganə şey atomlar və 

boşluq idi. Maddi aləmdən başqa heç nəyə  inanmadığından, biz onu 

materialist adlandırırıq. 

Demokrit hesab edirdi ki, atomların hərəkətini nizamlayan bir şüur 

yoxdur. Təbiətdə hər şey mexaniki baş verir. Bu o demək deyil ki, hər 

şey təsadüfdür, əksinə, hər şey qaçılmaz zərurət qanunlarına tabedir. 

Baş  verən  hər  bir  şeyin  səbəbi  var,  həmin  səbəb  şeyin  öz  təbiətinə 

xasdır. 


Demokrit bir dəfə deyib ki, İran şahı olmaqdansa, təbiətin yeni bir 

səbəbindən agah olmaq istərdi. 

Demokritin  fikrincə,  atom  nəzəriyyəsi  həmçinin  bizim  hissi 

qavrayışımızı izah edir. Biz atomların fəzadakı hərəkəti sayəsində nə 

isə duyuruq. Biz Ayı ona görə görürük ki, “Ay atomları” gəlib bizim 

gözlərimizə  “girir”.  İnsan  öləndə  ruh  atomları  hər  tərəfə  yayılır  və 

sonra yeni ruh formalaşarkən onun hissəciyi olur. 

Bu o demək idi ki, insanın ölməz ruhu yoxdur. Bu fikirlə də bu gün 

bir çoxları razıdır. Onlar da Demokrit kimi inanırlar ki, “ruh” bədənlə 

bağlıdır və  beyin  parçalanıb dağılandan sonra biz hər  hansı  formada 

şüura malik ola bilmərik. 

Demokritin  atom  nəzəriyyəsi  bu  gün  yunan  təbiət  fəlsəfəsinin 

yekunu kimi qiymətləndirilir. O, təbiətdəki hər şeyin 

“axması” fikrində  Heraklitlə  həmfikir idi. Lakin bütün axan şeylərin 

arxasında  axmayan,  dəyişməz  və  əbədi  şeylər  durduğuna  inanırdı. 

Demokrit onlara atomlar deyirdi”. 

Sofi məktubu oxuya-oxuya poçt qutusuna yaxınlaşacaq sirli filosofu 

görmək  üçün  bir  neçə  dəfə  pəncərədən  bayıra  baxdı.  İndi  isə  yalnız 

gözlərini  cığıra  zilləyib  oturmuş,  oxuduğu  məsələlər  haqda  fikirlərə 

qərq olmuşdu. 

downloaded from KitabYurdu.org



43 

 

Demokritin  ideyaları  ona  çox  sadə  və  buna  baxmayaraq,  ağıllı 



görünmüşdü. O, “ilkin substansiya” və “çevrilmə” problemlərinin əsl 

həllini  tapmışdı.  Bu  problem  o  qədər  mürəkkəb  idi  ki,  filosoflar 

nəsildən-nəslə onun üzərində baş sındırmışdılar. Və sonda Demokrit öz 

zəkasından istifadə etməklə problemi həll etmişdi. 

Sofi özünü gülümsəməkdən zorla saxladı. “Deməli, təbiət heç vaxt 

dəyişməyən kiçik hissəciklərdən yaradılıb”, - öz-özünə 

dedi.  Eyni  zamanda  Heraklit  də  təbiətdəki  bütün  şeylərin  “axdığı”nı 

düşünməkdə haqlı idi. Çünki insan ölür, heyvan ölür, hətta dağ silsiləsi 

tədricən  parçalanıb  dağılır.  Sən  demə,  məsələ  dağ  silsiləsinin  kiçik 

bölünməz hissəciklərdən ibarət olmasında imiş. 

Demokrit başqa, yeni suallar da qaldırmışdı. Məsələn, o, hər şeyin 

mexaniki  baş  verdiyini  deyirdi.  Həyatda  ruhi  qüvvə  olmasını  qəbul 

etmirdi,  Empedokl  və  Anaksaqordan  fərqli  olaraq,  Demokrit  insanın 

ölməz ruha malik olmadığına inanırdı. 

Bəs Sofi buna əmin ola bilərdimi? 

Bilmirdi. Lakin onda Sofi fəlsəfə kursuna hələ təzə-təzə başlayırdı. 

TALE 

...falçı  əslində  qabaqcadan  görünməsi  mümkün  olmayanları 



görməyə çalışır... 

Sofi Demokrit haqda oxuyanda bir gözü poçt qutusundaydı. Ora heç 

kəs  yaxınlaşmamışdı.  Amma  hər  halda  Sofi  darvazanın  yanına  enib 

oralara baxmaq istədi. 

Küçə  qapısını  açanda  kandarda  balaca  bir  zərf  gördü.  Əlbəttə  ki, 

məktub Sofi Amundsenə idi. 

Deməli, o, Sofinin başını aldadıb! Sofi poçt qutusunu belə diqqətlə 

güddüyü  halda  sirli  adam  evə  başqa  tərəfdən  yaxınlaşıb,  gizlincə 

məktubu kandara qoyub və yenidən meşəyə çəkilib. İşə bax! 

Axı o, necə bilib ki, Sofi bu gün poçt qutusunu güdür? Bəlkə onu 

pəncərənin  qabağında  görüb?  Hər  halda,  Sofi  məktubu  anasından 

qabaq tapdığına görə şad idi. 

Otağına qayıtdı. Məktubu açdı. Ağ zərfin kənarları bir az nəmdi və 

üstündə  iki  deşik  vardı.  Görəsən  niyə?  Axı  neçə  gündü  ki,  hava 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə