Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə2/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   154

 

burnum çox balaca, ağzım həddən artıq yekə olduğuna görə belə deyir. 



Onun qulaqları gözlərinə çox yaxındı. Hamısından betəri də saçlarının 

hədsiz  codluğuydu,  bunun  öhdəsindən  heç  cür  gələ  bilmirdi.  Hərdən 

atası onun saçlarını sığallayaraq, Klod Debüsinin mahnısının sözlərilə, 

Sofiyə “kətan saçlı qız” deyirdi. Atasını qınamaq olmazdı, axı 

bu  cod  saçlar  onun  bəxtinə  düşməmişdi!  Cürbəcür  şampunlar,  gellər 

Sofinin saçlarına yumşaqlıq verə bilmirdi. Hərdən Sofi özünü o qədər 

çirkin sayırdı ki, anadangəlmə eybəcər olduğunu düşünürdü. Anası isə, 

elə  həmişəki  kimi,  Sofi  bu  cür  fikirlərə  qərq  olan  vaxtlarda  da,  öz 

işindəydi... 

Amma axı adamın  necə  göründüyünü  müəyyən edən nəsə  bir şey 

olmalıdı, yox? O, kim olduğunu bilmir, qəribədi, elə deyilmi? Adamın 

necə  görünəcəyi  məsələsində  onun  özünə  heç  bir  söz  haqqının 

verilməməsi  məntiqsiz  olmalı...  Sofini  fikir  götürdü.  O,  öz  dostlarını 

seçə bilərdi, özünü isə yox. Bəlkə o, heç insan olmaq istəmir! 

İnsan nədir? 

Sofi yenidən güzgüdəki qıza baxdı. 

“Gedim yuxarı, biologiyadan tapşırığımı eləyim”, - küskün bir səslə 

dedi. Otaqdan çıxanda isə fikrini dəyişdi: “Ondansa, bağa gedim”. 

“Piş-piş-piş!” 

Sofi pişiyi çağırıb kandara çıxartdı və onun dalınca qapını örtdü. 

Bayıra  çıxıb  çınqıllı  cığırda  dayanan  kimi  onu  çox  qəribə  fikirlər 

bürüdü. Özünü qəflətən, sehrli çubuğun tərpənməsilə dünyaya gəlmiş 

gəlincik kimi hiss elədi. 

Möcüzələrlə dolu aləm! Əcəb maraqlıdı! 

Şerekan  cığırdan  astaca  tullanıb  qırmızı  quşüzümü  kollarının 

arasında  gözdən  itdi.  Ağ  bığlarından  yumşaq  bədəninin  sonundakı 

oynaq quyruğuna qədər enerjili, həyat dolu pişik. O da bu bağda idi, 

amma bağ haqda çətin ki, Sofi kimi düşünürdü. 

Sofi  həyat  haqda  fikrə  daldı.  Düşündü  ki,  bir  gün  öləcək;  -  indi 

dünyadayam, amma bir gün mən burada olmayacam. 

Ölümdən sonra həyat varmı? Bu, bəxtəvər pişiyin xəbərsiz olduğu 

növbəti sual idi. 

downloaded from KitabYurdu.org



 

Bir müddət bundan əvvəl Sofinin nənəsi vəfat etmişdi. Yarım ildən 



çox  Sofi  hər  gün  onun  üçün  darıxdı.  Həyatın  sona  çatması  necə  də 

ədalətsizdi! 

Sofi çınqıllı cığırda durub fikrə getmişdi. O, həyat haqda çox inadla 

düşünməyə  çalışdı,  istədi  bir  gün  öləcəyini  fikrindən  çıxarsın.  Lakin 

bu, mümkün olmadı. İndi sağ olduğuna fikrini 

cəmləşdirən  kimi  ölüm  düşüncəsi  də  özünü  yetirirdi.  Əksini 

fikirləşəndə də eyni şey: bir gün öləcəyini düşünürdü, bu fikir özüylə 

yaşamağın necə də gözəl olduğu fikrini gətirirdi. Bir qəpiyin iki üzü 

kimiydi,  gah  bu,  gah  o  biri  tərəf  çevrilirdi.  Bir  tərəf  necə  böyük  və 

parlaq olurdusa, o biri tərəf də elə olurdu. Onda Sofi qərara gəldi ki, nə 

ölməli olduğunu düşünmədən yaşamaq, nə də yaşamağı düşünmədən 

ölümü anmaq mümkündü. 

Sofi  əziz  nənəsinin  buna  bənzər  bir  sözünü  xatırladı.  Həkim  ona 

xəstə  olduğunu  deyəndə  o:  “Heyif,  indiyəcən  həyatın  bu  qədər  şirin 

olduğunu bilməmişəm”,- söyləmişdi. 

Əksər  insanların  həyatın,  sağlamlığın  böyük  bəxtiyarlıq  olduğunu 

anlamadan  xəstələnmələri  necə  də  faciəvidi.  Bəlkə  də  onlar  öz  poçt 

qutularında sehrli məktub tapmalıdırlar! 

Bəlkə indi o gedib poçt qutusuna baxsın, görsün yenə ona məktub 

varmı? Sofi darvazaya tələsdi. Yaşıl poçt qutusunun içinə boylandı və 

çaşıb qaldı! Eynilə birinci məktub kimi bir ağ zərf vardı. O, birinci zərfi 

götürəndən sonra baxmışdı, qutu boş idi! Bu zərfin də üzərində Sofinin 

adı yazılmışdı. Durmadan 

açdı. İçində  eynilə  birinci  kağız boyda bir kağız vardı: “Dünya necə 

yaranıb?” 

“Bilmirəm”, - Sofi fikirləşdi. Yəqin heç kəs də bilmir. Amma yaxşı 

sualdı.  Həyatında  ilk  dəfə  Sofi  ən  azı  necə  yarandığı  barədə  sual 

vermədiyimiz dünyada yaşamağın düzgün olmadığını duydu. 

Sehrli məktublardan Sofinin başı gicəlləndi. Qərara gəldi ki, gedib 

öz koğuşunda otursun. Ora Sofinin ən xəlvəti yeriydi. Çox hirsli, çox 

pərişan, ya da çox xoşbəxt olanda gedib oturardı. Bu günsə o, sadəcə 

fikirliydi, dolaşığa düşmüşdü. 

downloaded from KitabYurdu.org



 

Qırmızı  ev  çoxlu  çiçəklər,  cürbəcür  meyvə  kolları  və  ağaclarıyla 



dolu,  geniş  çəmənli  bağla  əhatə  olunmuşdu.  Bağda  motorsuz  planer 

təyyarəsi  və  evin  damında  kiçik  külafirəngi  də  vardı.  Onu  Sofinin 

babası doğulandan bir neçə həftə sonra ölmüş ilk körpələrinin dərdini 

unutdurmaqdan  ötrü  nənəsi  üçün  tikmişdi.  Körpənin  adını  Meri 

qoymuşdular. Onun məzar daşında bu sözlər yazılmışdı: “Balaca Meri 

bizə gəldi, salam verdi və getdi”. 

Bağın  uzaq  bir  küncündə,  moruq  kollarının  arxasında  çox  sıx  bir 

ağaclıq  vardı,  orada  nə  güllər,  nə  də  meyvələr  bitərdi.  Əslində  bu, 

qədimi  çəpər  idi,  nə  vaxtsa  meşəylə  bağın  sərhədini  bildirmək  üçün 

düzəldilmişdi,  amma  axır  iyirmi  ildə  budanmadığından,  çox  qarışıq, 

girilməz, keçilməz kol-kosa, cəngəlliyə çevrilmişdi. Sofinin nənəsi sağ 

olanda  deyərdi  ki,  müharibə  vaxtı  cücələr  bağda  gəzişirdi,  tülkülər 

çəpərin  sıxlığından  keçib  onları  tuta  bilmirdi.  Bura  Sofidən  başqa 

hamıya bağın o biri ucundakı dovşan qəfəsi qədər lazımsız görünürdü. 

Onlar Sofinin sirrindən xəbərsiz idilər. 

Sofi bu sıx ağaclıqdakı koğuşu çoxdan kəşf etmişdi, ağlı kəsəndən 

onun yerini bilirdi. Bu kolların, ağacların arasıyla iməkləyəndə iri bir 

oyuq görmüşdü. Bura Sofinin balaca evi kimiydi. Bilirdi ki, onu burada 

heç kəs tapa bilməz. 

İndi də hər iki zərfi əlində möhkəm tutaraq bağ boyu yüyürdü, əlləri 

üstə  yerə  çöməldi,  çəpərin  içilə,  öz  tanış  yoluyla  qıvrılaraq  koğuşa 

yaxınlaşdı. Koğuş Sofiyə boy verəcək qədər idi, amma o, bir qucaq kol-

kos  və  budaq  yığıb  üstündə  oturdu.  Yarpaqların  arasındakı  kiçik 

gözlüklərdən baxdı. Sıx 

ağaclıqdakı bu “gözlüklərdən, balaca qəpik boyda olsa da, bütün bağı 

yaxşıca görmək olurdu. Sofi balaca olanda bağda onu axtaran atasını, 

anasını buradan - ağacların arasından o qədər süzüb əylənmişdi ki. 

O, həmişə fikirləşirdi ki, bağ özü də bir dünyadı. Hər dəfə İncildəki 

Cənnət  haqda  eşidəndə  oturduğu  bu  xəlvəti  koğuşdan  öz  kiçik 

cənnətinə tamaşa etməsi düşürdü yadına. 

Dünya necə yaranıb? Ağlına heç nə gəlmirdi. Sofi bilirdi ki, dünya 

fəzada kiçik bir planetdi. Bəs fəza haradan əmələ gəlib? 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə