Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə7/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   154

20 

 

daha nə narkotik, nə də ağ dovşan barədə söhbət açmadılar. 



MİFLƏR 

...xeyir və şər qüvvələr arasında qeyri-müəyyən tarazlıq... 

Ertəsi gün Sofiyə məktub yox idi. Məktəbdə vaxt elə gec keçdi ki, 

qızın ürəyi sıxıldı, lap bezdi. Tənəffüslərdə Coanna ilə mümkün qədər 

mülayim  davranmağa  çalışdı.  Yolboyu  onlar  meşəyə  gedib  düşərgə 

salmaq  barədə  söhbət  etdilər,  çünki  meşələr  artıq  qurumuş,  rütubət 

kifayət qədər çəkilmişdi. 

Ona əbədiyyət qədər uzun görünən vaxt nəhayət bitdi və budur, o, 

yenidən  poçt  qutusunun  yanındadı. Əvvəlcə  Meksikada  markalanmış 

məktub  gəldi  əlinə,  açdı.  Atasından  idi.  Ev  üçün  necə  çox 

darıxdığından,  ilk  dəfə  şahmatda  zabitlərini  udmasından  yazırdı. 

Bundan  başqa,  qışda  özüylə  gəmiyə  apardığı  kitabları  artıq  oxuyub 

bitirdiyini deyirdi. 

Bu  məktubdan  sonra  Sofi  qutuda  -  üzərində  adı  yazılmış  qəhvəyi 

zərfi  gördü!  Çantasını  və  məktubların  qalanını  evə  qoyub  xəlvəti 

guşəsinə qaçdı. Yeni vərəqləri çıxarıb oxumağa başladı: 

“Dünyanın mifik mənzərəsi 

Salam, Sofi! İşimiz çoxdur, ona görə də yubanmadan başlamalıyıq. 

Fəlsəfə  deyəndə  biz  eramızdan  altı  yüz  il  əvvəl  Yunanıstanda 

meydana gəlmiş yeni düşüncə tərzini nəzərdə tuturuq. O vaxta qədər 

insanlar  bütün  suallarına  cürbəcür  dinlərdə  cavab  tapırdılar.  Bu  dini 

izahlar miflər şəklində nəsildən-nəslə keçirdi. Mif - həyatın nədən bu 

cür olmasını izah etmək üçün fərz olunan tanrılar haqda rəvayətlərdir. 

Fəlsəfi  sualların  mifik  izahları  min  il  boyu  bütün  dünyaya 

yayılmışdı.  Yunan  filosofları  bu  izahların  dürüst  olmadığını  sübut 

etməkdən ötrü qollarını çırmaladılar. 

İlkin filosofların necə fikir yürütdüyünü bilmək üçün biz dünyanın 

o zamankı mifoloji mənzərəsinin necə olduğunu 

bilməliyik.  Uzağa  getməyə  ehtiyac  yoxdur,  bir  neçə  Skandinaviya 

mifini götürək. 

Norveçdə Xristianlıqdan əvvəl insanlar inanırdılar ki, Tor iki keçinin 

qoşulduğu arabayla səmadan keçir.  O öz çəkicini havada yellədəndə 

downloaded from KitabYurdu.org



21 

 

ildırım  çaxır.  İldırım  sözü  Norveç  dilində  “thordon”  -  Torun  yolu 



mənasını verir. İsveç dilində ildırımı ifadə edən söz “aska”dır, bu sözün 

orijinalı  belədir:  “as  -  aka”,  mənası  isə  səmalarda  “tanrının 

səyahəti”dir. 

İldırım çaxanda, havada şimşəklər oynayanda yağış da yağır. Yağış 

vikinq  fermerləri  üçün  olduqca  vacib  idi.  Bununla  da  Tora  bərəkət 

tanrısı kimi ibadət edir, tapınırdılar. 

Beləliklə, yağışın mifoloji izahı Torun öz çəkicini havada yellətməsi 

idi. Yağış yağanda taxıl yetişirdi, tarlalar çiçəklənirdi. Tarlada bitkilər 

necə  yetişə,  məhsul  verə  bilər,  -  məlum  deyildi.  Buna  görə  də  hamı 

inanırdı ki, yağışla Torun əlaqəsi var, o, tanrıların ən hörmətlilərindən 

idi. 

Torun hörmətli olmasının bir səbəbi də var, bu səbəb dünya düzəni 



ilə bağlıdır. 

Vikinqlər  inanırdılar  ki,  insanların  yaşadığı  dünya  daimi  kənar 

təhlükələr altında olan bir adadır. Onlar dünyanın bu hissəsinə Midqard 

adı  vermişdilər,  bu,  mərkəzdə  krallıq  deməkdir.  Midqardın  içində 

tanrıların malikanəsi olan Asqard yerləşir. 

Midqardın  kənarında  dünyanı  dağıtmaq  üçün  hər  cür  hiyləgərliyə 

qadir  olan  xain  divlər  diyarı  -  Utqard  krallığı  var.  Belə  şər  divlərinə 

“xaos  qüvvələri”  də  deyirlər.  Təkcə  Norveç  mifologiyasında  deyil, 

demək olar ki, bütün  mədəniyyətlərdə şər və xeyir qüvvələr arasında 

qeyri-müəyyən tarazlığa inam var. 

Şər  divlərin  Midqardı  dağıtmaq  üsullarından  biri  bərəkət  ilahəsi 

Freyjanı oğurlamaqdır. Amma onlar bunu edə bilsələr, tarlalar məhsul, 

qadınlar  uşaq  verə  bilməz.  Ona  görə  də  bədheybət  divləri  nəzarətdə 

saxlamaq həyati önəm daşıyır. 

Tor  divlərlə  bu  döyüşdə  mərkəzi  fiqur  sayılır.  Onun  çəkici  təkcə 

yağış yağdırmır, həm də xaosun təhlükəli qüvvələrinə qarşı mübarizədə 

əsas  silahdır.  Həmin  çəkic  ona  sonsuz  güc  verir.  Məsələn,  çəkici 

qorxunc divlərin başı üstündə fırlatmaqla 

onları  qanlarına  qəltan  edə  bilər.  Çəkicin  itməsindən  isə  heç  vaxt 

narahat olmamalıdır, çünki çəkic həmişə sahibi olan Toraya qayıdır. 

downloaded from KitabYurdu.org



22 

 

Bu,  təbiətdə  tarazlığın  necə  saxlanması  və  niyə  daim  xeyir  və  şər 



arasında  mübarizə  getməsinə  dair  mifoloji  izah  idi.  Filosoflar  məhz 

belə izahları rədd edirdilər. 

Lakin təkcə izahlarla məsələ bitmir. 

İnsanlar  quraqlıq,  vəba  kimi  fəlakətlərdə  əllərini  əllərinin  üstünə 

qoyub  tanrıların  müdaxilə  etməsini  gözləyə  bilməzdilər.  Onlar  şərlə 

mübarizədə özləri də iştirak etməliydilər. Bunu isə onlar cürbəcür dini 

mərasimlər və ayinlərlə etməyə çalışırdılar. 

Norveçdə  ən  vacib  dini  mərasim  qurbanvermə  idi.  İnanırdılar  ki, 

tanrıya  qurban  verilməsi  həmin  tanrının  gücünün  artmasına  təsir 

göstərir.  Tanrılara  qurban  verirdilər  ki,  şər  qüvvələrlə  savaşda  daha 

güclü  olsunlar.  Qurban  adətən  hər  hansı  heyvan  olurdu.  Tor  tanrıya 

adətən keçi, Odin tanrıya isə bəzən insan da qurban verilirdi. 

Bu  mif  haqda  Skandinaviya  ölkələrində  geniş  yayılmış  “Srim 

şərqisi” poemasında söz açılır. Orada deyilir ki, bir dəfə 

Tor  yuxudan  oyanıb  çəkicini  yerində  görmür.  Elə  hirslənir  ki,  əlləri 

əsir,  saqqallı  çənəsi  titrəyir.  Köməkçisi  Loki  ilə  birlikdə  yollanır 

Freyjanın yanına. Loki Freyjadan soruşur ki, qanadlarını ona borc verə 

bilərmi.  Həmin  qanadlarla  o,  bədheybət  divlərin  Jotunheym  diyarına 

uçmalı  və  Torun  çəkicini  onların  oğurlayıb-oğurlamadığını  üzə 

çıxarmalıdır. 

Jotunheym  vilayətində  Loki  divlər  kralı  Srimlə  tanış  olur.  Srim 

qürrələnir  ki,  o,  çəkici  yerin  yeddi  qat  dərinliyində  gizlədib.  Əgər 

tanrılar çəkici geri almaq istəyirlərsə, Freyja ona ərə getməlidir. 

Təsəvvür  edirsənmi,  Sofi?  Yaxşı  tanrılar  birdən-birə  özlərini 

mürəkkəb  bir  hadisənin  ortasında  görürlər.  Divlər  tanrıların  həyat 

əhəmiyyətli  silahını  ələ  keçiriblər.  Bu  qəti  qəbulolunmaz  bir 

vəziyyətdir. Nə qədər ki, Torun çəkici divlərdədir, tanrılar və insanlar 

üzərində  nəzarət  onların  əlindədir.  Çəkicin  əvəzinə  Freyjanı  tələb 

edirlər. Amma bu da qəbulolunmazdır. Tanrılar həyatı qoruyan bərəkət 

ilahələrini güzəştə getsələr, çöllərdə yaşıl otlar quruyacaq, tanrılar və 

insanlar öləcək. Vəziyyət çıxılmazdır. 

Loki  Asqarda  qayıdır.  Mif  davam  edir  və  deyilir:  Freyja  əfsuslar 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə