Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə9/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   154

26 

 

ağaclar ona baxıb elə  təsirlənirlər ki, qarlar göz  yaşına dönür. Sonra 



Günəş  çıxır  və  göz  yaşlarını  qurudur.  Quşlar  Sikitanın  nəğmələrini 

təqlid edirlər, gözəl 

şahzadə qızılı hörüklərini açanda saçından bir neçə tel torpağa düşür və 

çöllərdə zanbaqlara çevrilir... 

Sofinin öz gözəl hekayətindən xoşu gəldi. Qərara gəldi ki, əgər o, 

fəsillərin dəyişməsinin başqa heç bir izahını bilməsəydi, əvvəl-axır öz 

hekayətinə inanardı. 

İnsanların  həmişə  təbiətdəki  proseslərdən  baş  açmaq  üçün  izah 

etmək ehtiyacı hiss etdiklərini başa düşdü. Bəlkə də onlar belə izahlar 

olmadan yaşaya bilməzdilər. Beləcə, o mifləri elm olmayan vaxtlarda 

yaradıblar. 

TƏBİƏT FİLOSOFLARI 

...heç nə yoxdan var ola bilməz... 

Günortadan  sonra  anası  işdən  gələndə  Sofi  planer  təyyarədə 

oturmuşdu, fəlsəfə kursu ilə atasından ad günü təbrikini ala bilməyən 

Hilde Moller Knaq arasında əlaqə axtarırdı. 

Anası bağın o biri başından səsləndi: “Sofi! Sənə məktub 

var!” 


Nəfəsi təntidi. Poçt qutusunu bayaq boşaltmışdı, deməli, filosofdan 

məktub var. Anası soruşsa, nə desin? 

Poçtalyon  gətirənə  oxşamır,  üstündə  marka  yoxdur.  Yəqin  eşq 

məktubudu! 

Sofi məktubu götürdü. 

Açmaq istəmirsən? 

Sofi tez bəhanə fikirləşməli idi. 

Sən heç eşq  məktubunu çiyninin üstündən baxan anasıyla birlikdə 

açan bir adam görüb-eşitmisən? 

Qoy anası elə bilsin ki, eşq məktubudu. Düzdü, bu, adamı utandırır, 

amma anası onun yad bir adamla, onunla gizlən-qaç oynayan filosofla 

yazışdığını bilsə, lap pis olacaq. 

Bu  məktub  əvvəlkilər  kimi  kiçik  ağ  zərfdə  idi.  Sofi  pilləkənlə 

otağına qalxıb onu açanda üç yeni sual gördü: 

downloaded from KitabYurdu.org



27 

 

Bütün hər şeyin ondan yaradıldığı ilkin bir substansiya varmı? 



Su şəraba dönə bilərmi? 

Torpaq və sudan qurbağa necə əmələ gələ bilər? 

Suallar Sofiyə çox mənasız göründü, buna baxmayaraq, onlar bütün 

axşamı qızcığazın qulaqlarında səslənib durdu. Səhərisi məktəbdə də o 

suallar haqda düşündü, onların üzərində bir-bir dayandı. 

Elə bir “ilkin substansiya” varmı ki, hər şey ondan yaradılıb? Əgər 

belə substansiya varsa, o, birdən-birə çiçəyə, yaxud filə çevrilə bilərmi? 

Eyni şey suyun şəraba dönməsinə də aiddi. Sofi İsa  Məsihin suyu 

şəraba çevirməsi haqda rəvayəti eşitmişdi, amma heç vaxt bunu ciddi 

sanmamışdı. İsa Məsih doğrudan da suyu şəraba çevirmişdisə, bu bir 

möcüzə idi, normal halda yapılacaq bir şey deyildi. Sofi bilirdi ki, təkcə 

şərab deyil, ətrafdakı bütün çoxalan, böyüyən şeylərdə su olur. Lakin 

xiyarın  doxsan  beş  faizi  sudursa  belə,  onun  içində  başqa  bir  şey  də 

olmalıdı, məhz o şeyin sayəsində xiyar su deyil, məhz xiyar olur. 

Nəhayət,  qurbağa  haqda  sual.  Qəribə  sual  göndərmişdi  fəlsəfə 

müəllimi. 

Sofi qurbağanın torpaq və sudan ibarət olduğunu o halda qəbul edə 

bilərdi ki, torpaq bir növ deyil, daha çox substansiyadan ibarət olsun. 

Əgər  torpaq  cürbəcür  substansiyalardan  ibarət  olsaydı,  aydındı  ki, 

torpaq və sudan qurbağa əmələ gələ bilərdi. Yəni əgər torpaq və su da 

öz  növbəsində  qurbağa  yumurtaları  və  başaqlarından  əmələ  gəlibsə! 

Çünki  tutalım,  bir  parça  kələmə  nə  qədər  su  tökürsən  tök,  ondan 

qurbağa alına bilməz. 

Həmin gün məktəbdən qayıdanda poçt qutusunda qalın bir zərf onu 

gözləyirdi.  Əvvəlki  günlərdə  olduğu  kimi,  Sofi  yenə  də  xəlvəti 

guşəsinə çəkildi. 

“Filosof layihəsi 

Yenə  xoş  gördük!  Ağ  dovşan  və  bu  kimi  şeylərlə  başını  çox 

qatmadan birbaşa bugünkü dərsimizə keçid alaq. 

Qədim  yunanlardan  bugünədək  insanların  fəlsəfə  haqda  düşüncə 

tərzlərini ümumi şəkildə təsvir edəcəyəm. Lakin sırayla. 

Bəzi  filosoflar  müxtəlif  dövrlərdə  və  bizimkindən  tam  fərqli 

downloaded from KitabYurdu.org



28 

 

mədəniyyətlərdə  yaşadıqlarından  yaxşı  olardı  ki,  hər  bir  filosofun 



layihəsinin nə olduğuna diqqət yetirək. Layihə deyərkən  mən hər bir 

filosofun  xüsusi  olaraq,  nəyi  araşdırmağa  meyilli  olduğunu  nəzərdə 

tuturam. Bəzi filosoflar bitkilərin və heyvanların necə əmələ gəlməsini 

bilmək istəyirdilər. Digərləri “Tanrı və ya ölməz ruh varmı” sualı ilə 

məşğul idilər. 

Heç bir filosof özünü bütün fəlsəfəyə həsr etməyib, ona görə də hər 

bir  filosofun  konkret  layihəsinin  nə  olduğunu  müəyyənləşdirsək,  o 

kişilərin fikir yolunu izləmək asan olacaq. 

Kişilərin  fikir  yolu  -  dedim,  çünki  keçmişdə  qadınlar  həm  qadın, 

həm də düşünən varlıq kimi boyun əyməyə məruz qalmışdılar, bu çox 

kədərlidir,  axı  nəticə  etibarilə,  çoxlu  önəmli  təcrübələr,  fikirlər 

əlimizdən  çıxıb,  itib.  Əsrimizə  qədər  qadının  fəlsəfə  tarixində  iz 

qoyması mümkün deyildi. 

Sənə hər hansı bir ev tapşırığı vermək fikrim yoxdur. Nə çətin riyazi 

suallar və bu kimi şeylər, nə də ingilis dilinin eyniköklü felləri mənim 

maraq dairəmə daxildir. Amma hər halda vaxtaşırı sənə qısa tapşırığım 

olacaq. 

Bu şərtlərlə razısansa, başlayaq. 

Təbiət filosofları 

Erkən yunan filosoflarına bəzən təbiət filosofları da deyirlər, çünki 

onlar əsasən təbiət və onda gedən proseslərlə məşğul idilər. 

Artıq özümüzə sual vermişik ki, aləm necə əmələ gəlib? Günümüzdə 

bir çox insanlar fərz edirlər ki, nə vaxtsa “nə isə” heçlikdən əmələ gəlib. 

Yunanlar arasında bu fikir o qədər də yayılmış deyildi. Bu və ya digər 

səbəbdən onlar hesab edirdilər ki, “nə isə” həmişə mövcud olub. 

Heçlikdən  “nə  isə”  necə  yarana  bilərdi  -  bu,  mühüm  sual  deyildi. 

Yunanlar  bu  məsələnin  digər  tərəfilə  maraqlanırdılar;  balıq  sudan, 

nəhəng  ağaclar  və  rəngarəng  təravətli  çiçəklər  qara  torpaqdan  necə 

əmələ  gələ  bilər?  Hələ  heç  “uşaq  insandan  necə  əmələ  gələ  bilər” 

məsələsini demirik. 

Filosoflar  öz  gözlərilə  müşahidə  edirdilər  ki,  təbiət  daimi 

dəyişmədədir. Bəs bu dəyişiklik necə olur ki, baş verə bilir? Məsələn, 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə