Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə130/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   126   127   128   129   130   131   132   133   ...   154

392 

 

ikincisi, atmosfer Yer kürəsini fəzadan gələn ziyanlı şüalardan qoruya 



bildi.  Çünki  Yer  üzündə  ilk  canlının  yarana  bilməsini  təmin  edən  bu 

şüalar müxtəlif növ canlıların yaşaması üçün böyük təhlükə idi. 

- Amma  atmosfer  bir  gecədə  formalaşmadı  ki!  İlk  canlılar 

atmosfersiz yerdə necə yaşaya bildilər? 

- Həyat əvvəlcə dənizlərdə, “kiçik, isti şorba”da əmələ gəldi. Burada 

canlılar ziyanlı şüalardan qoruna bilirdilər. Dənizdəki canlılar atmosfer 

formalaşdı randan sonra suda- quruda yaşayan ilk canlılar quruya çıxa 

bildilər. Qalanını artıq 

danışdıq. Biz də indi burada, meşənin içindəki evdə oturub üç- dörd 

milyard il çəkmiş bir prosesdən danışırıq. 

- Yəqin bütün bunların təsadüfən baş verməsinə inanmırsan, hə? 

- Belə  bir  şey  deməmişəm.  Bu  lövhədəki  rəsm  təkamülün  bir 

istiqaməti  olduğunu  göstərir.  Milyonlarca  il  boyu  heyvanlarda  daha 

mürəkkəb sinir sistemi, getdikcə daha böyük beyin formalaşdı. Şəxsən 

mən bunun sırf təsadüf olmasına inanmıram. Bəs sən? 

- İnsanın  gözünün  olması  tam  təsadüf  ola  bilməz.  Ətrafımızdakı 

şeyləri görə bilməyimizin bir mənası olmalıdı. Doğru demirəm? 

- Gözün inkişafı da Darvini karıxdırırdı. Göz qədər gözəl və həssas 

bir  şeyin  sırf  təsadüfdən,  təbii  seçmədən  əmələ  gəlməsilə  barışa 

bilmirdi. 

Sofi  Albertoya  baxa-baxa  qaldı.  Bir  daha  indi  həyatda  olmasının, 

yalnız bir dəfə  yaşayacağının, bir də  həyata gəlməyəcəyinin necə  də 

qəribə olmasını düşündü. Qəfildən dilindən bir nida qopdu: 

“Nədəndir bu məqsədsiz yaradılış, 



Yox olacaqsa əgər bir gün hər yaradılmış?” 

Alberto Sofiyə hiddətlə baxdı: 

- Belə danışmamalısan, mənim balam. Bunlar İblisin sözləridi. 

İblisin? 



- Və ya Hötenin “Faust” əsərindəki Mefistofelin. “Was soll uns denn 

das ew’ge Schaffen! Geschaffens zu nichts hinvvegzuraffenl”. 

Nə deməkdi? 



- Faust öləndə bütün həyatı gözlərinin qabağından keçir və qalibanə 

downloaded from KitabYurdu.org




393 

 

bir ədayla deyir: 



“Dur gözəl an, qal bir az! 

Min il də silə bilməz həyatımdakı izləri 

Əvvəlcədən görürəm hər şeyi böyük bir səadətlə və dadına varıram indi 

bu böyük anın”. 

Amma  sonra  növbə  İblisə  gəlir.  Faust  sözlərini  bitirən  kimi  o, 

başlayır: 

“Keçmiş! Nə sarsaq sözdür. 

Keçmişlə heç olmamış eyni şeydir 

Heç yaşanmayıb elə bil 

Ən yaxşısı məncə boşluq”. 

Nə bədbin sözlərdi. Mən Faustun sözlərini bəyəndim. Həyatı sona 

çatsa da, Faust keçmişindəki izlərdə məna görür. 

Bu da Darvinin təkamül nəzəriyyəsinin ardı deyilmi ki, hər bir kiçik 

canlının bu böyük rəsmdə bir mənası var və biz böyük əhatəli bir şeyin 

hissələriyik? Biz canlı planetik, Sofi. 

Kainatdakı alovlu günəşin ətrafında üzən nəhəng gəmiyik. Hər birimiz 

eyni zamanda bu gəminin içində üzən, genlərlə yüklü kiçik gəmilərik. 

Yükümüzü  növbəti  limana  təhvil  veririksə,  deməli,  boş  yerə 

yaşamamışıq. 

Sözüm bitdi, yalnız bunu deyə bilərəm: Abzas! 

Boşla bu ironiyanı! 

«Abzas” dedim. Dedimsə, etməliyəm! 

Freyd 

...onda yaranan eqoist fikirlər... 



Hilde  əlindəki  qalın  qovluq,  çarpayısından  tullandı.  Qovluğu  yazı 

masasının üstünə qoyub paltarlarını çıxardı, vanna otağına qaçdı. İki 

dəqiqə  duşun  altında  dayanandan  sonra  tez  geyinib  qaça-qaça  aşağı 

düşdü. 


Yeməyə gəlirsən, Hilde? 

Əvvəlcə gedib bir az qayıqda gəzməliyəm. 



Hil-de! 


Evdən qaça-qaça çıxıb bağça boyu yüyürdü. Qayığa çatıb onu suya 

downloaded from KitabYurdu.org




394 

 

itələdi. İçinə tullanıb avarları əvvəlcə sürətlə, sonra yavaş, sakit-sakit 



çəkməyə başladı. 

“Biz canlı planetik, Sofi. Kainatdakı alovlu günəşin ətrafında üzən 

nəhəng gəmiyik. Hər birimiz eyni zamanda bu 

gəminin  içində  üzən,  genlərlə  yüklü  kiçik  gəmilərik.  Yükümüzü 

növbəti limana təhvil veririksə, deməli, boş yerə yaşamamışıq”. 

Hamısı əzbərində idi. Əslində bütün bunlar ona yazılmışdı. Sofiyə 

deyil, məhz ona. 

Qovluqdakı hər şey atasının Hildeyə böyük bir məktubu idi. Avarları 

qayığın  içinə  qoydu.  Beləcə,  qayıq  bir  müddət  suda  dayandı.  Kiçik 

dalğalar qayığı xəfifcə oxşayırdı. Bu kiçik qayıq Lillesanddakı kiçik bir 

körfəzin  səthində  üzdüyü  kimi,  o  da  Yerin  üzərində  kiçik  bir  fındıq 

qabığı kimidi. Burada Sofiylə Albertonun yeri nə idi bəs? Bəli, harada 

idi Alberto və Sofi? 

Onların yalnız atasının ağlındakı “elektromaqnit dalğalar” olmasına 

inanmırdı. Onların yalnız atasının səyahət makinasından çıxma, kağız 

üzərindəki yazılar olmasını qəbul edə bilmirdi. Buna inanmaq özünün 

də bir vaxtlar “kiçik, isti bir şorba”da yaranmış protein mübadiləsindən 

başqa  bir  şey  olmadığına  inanmaq  demək  idi.  Halbuki,  o,  xüsusi  bir 

insan idi. O, Hilde Moller Knaq idi. 

Sözsüz  ki,  qovluq  əla  bir  ad  günü  hədiyyəsi  idi.  Sözsüz  ki,  atası 

hədiyyəsinin Hildenin xoşuna gəlməsinə nail olmuşdu. Amma yenə də 

atasının Sofi və Albertodan danışarkən işlətdiyi çoxbilmiş tondan xoşu 

gəlmirdi. 

Atası  evə  çatmamış  ona  kiçik  bir  dərs  verəcəkdi.  Bunu  Sofiylə 

Albertoya  borclu  idi.  Hilde  atasnın  Kastrup  hava  limanındakı 

vəziyyətini, dəli kimi ora-bura qaçacağını gözünün qarşısına gətirirdi. 

Bir  müddət  keçdi.  Hilde  xeyli  sakitləşmişdi.  Daldalı  avar  çəkərək 

qayığı shailə çatdırdı, dirəyə bağladı. Sonra gedib anasıyla yemək yedi. 

“Yumurta əla idi, amma bir az bərk bişirsəydin, daha yaxşı olardı”, - 

demək kimi adi məsələlərdən danışmaq xoşuna gəldi. 

Qovluğu yenidən əlinə götürəndə axşam olmuşdu. Həm 

də kitabın bitməsinə çox qalmamışdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə