Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə137/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   133   134   135   136   137   138   139   140   ...   154

413 

 

Rəngləri,  şəkillərilə  canlı  biryuxuydu...  Yuxuda  atasının  Livandan 



qayıtmasını  görmüşdü.  Sanki  bu  yuxu  Sofinin  xaçlı  boyunbağını 

tapdığı yuxunun davamı idi. Yuxusunda eynilə, Sofinin yuxusundakı 

kimi, sahildə oturmuşdu. Qulağına kimsə astaca “Salam, mənim adım 

Sofidir” demişdi.  Hilde səsin haradan gəldiyini kəsdirməyə  çalışırdı. 

Sofi pıçıldamağa davam edirdi: “Kar və korsan, deyəsən” - deyirdi. Bu 

vaxt atası BMT əsgəri geyimində bağa girdi, “Hilde!” çağırdı. Hilde 

qalxıb qaça-qaça özünü atasının boynuna atdı. Yuxu burada bitdi. 

Yadına Arnulf Överlandın bir şeirindən bu misralar gəldi: “Qəribə 

bir yuxudan oyandım bir gecə, 

Bir səs mənimlə danışırdı elə bil, 

Yerin altından axan su kimi uzaq idi səs, 

Qalxdım, dedim: “Nədir istədiyin məndən?” 

Pəncərənin qarşısında dayananda anası gəldi. 

Aa... Oyanmısan? 



Bilmirəm... 

Həmişəki kimi, axşam dörd ərəfəsində gələcəyəm. 



Oldu. 


Sağ ol, Hilde. 

Sən də sağ ol! 



Anası qapını örtüb çıxan kimi Hilde yenidən yerinə girdi və qovluğu 

açdı. 


“...  Mayorun  şüuraltına  dala  bilərəm,  Sofi.  Səninlə  yenidən 

görüşənədək orada qala bilərəm”. 

Hə, burada qalmışdı. Qaldığı yerdən oxumağa davam etdi. 

Artıq əlilə bir neçə səhifə qaldığını hiss edirdi. 

*** 

Sofi  mayorun  evindən  çıxanda  gölün  kənarındakı  Disney 



qəhrəmanları hələ oradaydılar. Amma sanki Sofi yaxınlaşdıqca 

onların  cizgiləri  qeyb  olurdu.  Axırda  tam  yox  oldular.  Qayıqda  avar 

çəkərkən də, qayığı sahilə çəkərkən də qollarını çoxlu- çoxlu yellətdi. 

Məqsədi  mayorun  diqqətini  çəkmək,  Albertonun  rahat-rahat  planını 

götür-qoy etməsinə kömək olmaq idi. 

downloaded from KitabYurdu.org




414 

 

Cığırboyu  tullanıb-düşərək  qaçdı.  Gəzən  kuklanı  təqlid  edərək 



yeridi.  Mayor  darıxıb  fikrini  başqa  yerə  çevirməsin  deyə,  mahnı  da 

oxudu. Bir müddət oturub Albertonun planını düşünməyə başlamışdı. 

Sonra  nə  haqda  düşünməsinin  fərqinə  varıb  utandı,  tez  bir  ağaca 

dırmaşdı.  Dırmaşdıqca  dırmaşdı.  Ağacın  lap  başına  çatanda  yenidən 

aşağı enməyin mümkünsüz olduğunu gördü. Bir az dincəlib sonra aşağı 

enməyə  cəhd  etmək  istədi,  amma  bu  müddətdə  də  hərəkətsiz 

qalmamalıydı.  Yoxsa  mayorun  diqqəti  qaçar,  Albertonu  izləməyə 

başlayardı. 

Sofi  qollarını  yellətdi,  bir  neçə  dəfə  xoruz  kimi  banladı,  axırda 

qədim bir xalq mahnısı oxumağa başladı. 15 illik həyatında ilk dəfə idi 

ki, bu mahnını oxuyurdu. Belə baxanda, heç də pis oxumurdu. 

Yenidən aşağı enməyə cəhd etdi, amma olduğu yerdən tərpənməsi 

mümkünsüz  görünürdü.  Bu  vaxt  haradansa  böyük  bir  qaz  gəldi  və 

budağa qondu. Gördüyü o qədər Disney qəhrəmanlarından sonra Sofi 

qazın danışmağa başlamasına heç təəccüblənmədi. 

- Mənim  adım  Mortendi,  -  qaz  dedi.  -  Əslində  ev  qazıyam,  amma 

xüsusə  səbəbdən  Livandan  bura  gələn  vəhşi  qaz  dəstəsinə  qoşulub 

gəlmişəm. Görürəm, ağacdan düşmək üçün köməyə ehtiyacın var. 

Sən balacasan, mənə kömək edə bilməzsən, - Sofi dedi. 



- Belə tez nəticə çıxarma, xanım qız. Bəlkə də mən balaca deyiləm, 

sən böyüksən. 

Nə fərqi var, ikisi də birdi! 



- Bəli, amma bil ki, mən sən yaşdakı bir kəndli oğlanı bütün İsveçin 

üzərindən daşıyaraq keçirmişəm. Onun adı Nils Holgersson idi. 

Mənim on beş yaşım var. 



- Nilsin on dörd yaşı var idi. Daşıyanda bir yaşın fərqi olmur. 

Onu necə qaldıra bildin? 



Qanadımla onu xəfifcə vurdum, özündən getdi. 

Oyananda baş barmaq boyda idi. 

- Məni  də  qanadınla  xəfifcə  vura  bilərsən,  zəhmət  olmasa?  Yoxsa 

ömrümün axırına qədər burada qalmalı olacağam. Üstəlik, şənbə günü 

fəlsəfi bir bağ şənliyində sahibəlik etməliyəm. 

downloaded from KitabYurdu.org



415 

 

- Maraqlıdı. Onda bu, fəlsəfə kitabı olmalıdı. Nilslə İsveçin üstündən 



uçanda Varmlandda Maarbaka adlı bir yerdə dincəlmişdik. Nils orada 

məktəb  uşaqarı  üçün  İsveçdən  danışan  bir  kitab  yazmaq  niyyətində 

olan bir qadınla tanış oldu. Qadın kitabın həm maarifləndirici, həm də 

hər şeyi olduğu kimi danışan kitab olmasını istəyirdi. Nils ona mənim 

belimdə  uçmağından,  gördüklərindən  danışanda  qadın  kitabında 

bunları yazmaq qərarına gəldi. 

Çox qəribədi. 



- Hə, düzünü desəm, çox ironik idi, çünki biz də həmin kitabın içində 

idik. 


Qəfildən  Sofi  yanağında  xəfifcə  şapalaq  hiss  etdi.  Bir  an  sonra 

balacalaşdı. Üstündə olduğu ağac böyük bir meşə, qaz isə böyük at kimi 

görünürdü. 

Gəl, gəl, - qaz dedi. 

Sofi budağın üzəriylə addımlayıb qazın belinə dırmaşdı. Tükləri çox 

yumşaq  idi,  amma  indi  Sofi  kiçik  olduğundan,  tüklər  onu 

qıdıqlamaqdan çox tikan kimi bədəninə batırdı. 

Nəhayət, yerini bərkidəndə qaz uçmağa başladı. Qaz ağacların başı 

üstdən uçurdu. Sofi aşağı baxanda gölü və mayorun evini gördü. Yəqin 

ki, indi Alberto orada oturub planıyla məşğul olurdu. 

Bu qısa mənzərəli gəzinti bugünlük bəsdir, - qaz qanadlarını çırpa-

çırpa dedi. 

Beləcə, Sofi bir az əvvəl dırmaşmağa başladığı ağacın altına enməyə 

başladı. Qaz yerə qonanda Sofi onun belindən yerə yuvarlandı. Bir az 

başı gicəlləndi, amma tezliklə özünə gəldi. Qəribəsi o idi ki, yenidən 

böyüyüb əvvəlki kimi olmuşdu. 

Qaz Sofinin ətrafında bir neçə dəfə dövrə vurdu. 

- Çox sağ ol! - Sofi dedi. 

- Xırda şeydi, dəyməz. Doğrudan, sən fəlsəfə kitabı demişdin? 

Bunu mən yox, sən demişdin. 



- Nə  fərqi  var,  ikisi  də  birdi.  Mənə  qalsa,  səni  də  Nilsi  İsveçin 

üzərində uçurduğum kimi, fəlsəfə tarixinin üzərində uçurardım. Milet, 

Afina,  Qüds,  İsgəndəriyyə,  Roma,  Florensiya,  London,  Paris, 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə