189
dığırlandığının görə bildi, çünki o, taxtada iz qoyurdu.
Kürəciyin qoyduğu xətti görürsən?
Yay kimidir. Yarım çevrəyə oxşayır.
Əla.
Sonra qaşlarını qaldıraraq:
Amma tam da yarımçevrə deyil, bu fiqura parabola deyirlər.
Başa düşdüm.
Yaxşı, bəs kürəcik niyə məhz belə getdi?
Sofi fikrə getdi və sonra dedi:
Çünki taxta mailidir, yersə cazibə qüvvəsinə görə kürəciyi özünə
çəkir.
Bəli, bəli! Əsl sensasiyadı. On beş yaşlı bir qızı çardağıma gətirirəm
və Qalileyin bir eksperimentdən sonra gəldiyi nəticəyə eynilə o da
gəlir!
O, əl çaldı. Sofi bir anlıq onun dəli olduğunu sanıb qorxdu. Alberto
danışmağa davam etdi:
Sən iki qüvvənin bir cismə eyni zamanda təsir etdiyini gördün.
Qaliley eyni şeyin məsələn, top mərmisinə də aid oluğunu kəşf etmişdi.
O, havaya atılır, fırlana-fırlana qalxır, bir müddət uçub məlum maili
xətt üzrə yerə enir, yer onu özünə çəkir. Beləliklə, mərmi də havada bu
kürəciyin maili müstəvidə keçdiyi cığıra uyğun trayektoriya cızacaq.
Bu, Qalileyin dövründə həqiqətən də yeni bir kəşf idi. Aristotel havaya
atılan top gülləsinin əvvəl bir qədər əyri hərəkət edəcəyini, sonra isə
şaquli şəkildə yerə düşəcəyini deyirdi. Bu, belə deyil, amma Qalileyin
etdiyi kimi, nümayiş etdirmədən heç kəs Aristotelin səhv etdiyini
bilmirdi.
Məncə, hava çox gözəldir. Amma bunun nəyi vacib kəşfdir ki?
Bütün bunların nə mənası var?
Mənası? Əlbəttə var! Bunun kosmik əhəmiyyəti var. Bəşər
tarixindəki bütün elmi kəşflərin ən vaciblərindən biridir.
Onda niyəsini də de.
Qalileydən sonra 1642-1727-ci illərdə yaşamış ingilis həkimi İsaak
Nyuton Günəş sistemi və planetlərin hərəkətinin son təsvirini verən ilk
downloaded from KitabYurdu.org
190
adam olub. O, yalnız planetlərin Günəş ətrafında necə dövr etdiyini
deyil, onların niyə belə etdiklərini də açıqlaya bilmişdi. Bunu “Qaliley
dinamikası” adlandırılan kəşfə əsasən etmişdi.
Yəni planetlər maili müstəvidəki kürəcik kimi hərəkət edirlər?
Elə bir şeydi, bəli. Amma bir az gözlə, Sofi.
Baş üstə.
Kepler artıq göstərmişdi ki, səma cisimlərinin bir-birini cəlb
etməsinə təsir edən qüvvə var. Məsələn, planetləri hərəkət etdikləri
orbitlərində saxlayan Günəş qüvvəsi kimi bir şey var. Belə bir qüvvə
planetlərin Günəşdən aralandıqca daha yavaş dövr etdiklərini də izah
edə bilərdi. Kepler suyun qabarması və
çəkilməsi,- suyun səviyyəsinin artıb azalmasının da Ay qüvvəsinin
nəticəsi olduğunu bildirirdi.
Bu, doğrudur.
Bəli. Lakin Qaliley bu baxışı inkar etmişdi. O, Ayın dənizi idarə
etməsi ideyasını təsdiq etdiyinə görə, Kepleri ələ də salmışdı. Ona görə
ki, Qaliley cazibə qüvvəsinin böyük məsafələr arasında, habelə səma
cisimləri arasında ola biləcəyini inkar edirdi.
Burda yanılırdı.
Bəli. Təkcə bu məqamda yanılırdı. Bu qəribədir, çünki o, Yerin
cazibə qüvvəsi, cisimlərin düşməsi məsələləri ilə çox maraqlanırdı. O,
hətta birdən artıq qüvvənin bir cismin hərəkətini necə idarə edəcəyinə
diqqət çəkmişdi.
Bayaq Nyutondan danışmağa başlamışdın.
Hə, Qalileydən sonra Nyuton gəldi. O, ümumdünya cazibə
qanununu formalaşdırdı. Bu qanuna görə, hər bir cisim digər cismi cəzb
edir və bu cazibə cisimlərin ölçüsünə düz, aralarındakı məsafəyə tərs
mütənasibdir.
Aydın oldu. Məsələn, iki fil arasındakı cazibə iki siçan arasındakı
cazibədən, eyni zooparkdakı iki fil arasında olan cazibə Hindistandakı
hind fili ilə Afrikadakı afrikalı fil arasındakı cazibədən böyükdü.
Deməli, başa düşmüsən. İndi isə əsas məsələ gəlir.
Nyuton bu cazibənin universal olduğunu bəyan etdi. Yəni bu cazibə hər
downloaded from KitabYurdu.org
191
yerdə, həmçinin fəzadakı səma cisimləri arasında da baş verir. Deyirlər,
bu ideya onun ağlına alma ağacının altında oturanda gəlib. Almanın
ağacdan düşdüyünü görəndə Ayı Yerə çəkən və beləliklə, Ayın
fasiləsiz yerin ətrafında fırlanmasını təmin edən qüvvənin almanı yerə
çəkən qüvvəylə eyni şey olub-olmadığını soruşub özündən.
Ağıllı fikirdi. Amma o qədər də yox.
Niyə ki?
Əgər Ayı Yerə almanı yerə çəkən qüvvə kimi bir qüvvə çəksəydi,
Ay da Yerin ətrafında daim fırlanmaz, Yerə düşüb dağılardı.
Deməli, Nyutonun planetar orbitlər haqda qanunundan danışmağın
vaxtı çatdı. Yerin Ayı necə cəzb etməsi
məsələsində dediklərinin əlli faizi düzgün, əlli faizi səhvdi. Ay niyə
Yerə düşmür, Sofi? Çünki doğrudan da Yerin Ayı cəzbetmə qüvvəsi
çox böyükdü. Dənizin qabarması üçün lazım olan qüvvənin
böyüklüyünü bir təsəvvür et!
Deyəsən, başa düşmədim.
Qalileyin maili müstəvisini yadına sal. Mən kürəciyi maili müstəvi
üzərində dığırladanda nə olmuşdu?
Aya da iki ayrı qüvvənin təsir etdiyini demək istəyirsən?
Bəli. Nə vaxtsa Günəş sistemi əmələ gələndə Ay nəhəng bir qüvvə
ilə Yerdən fəzaya atılıb. Bu qüvvə daim Ayın üzərində olacaq, çünki
Ay havasız məkanda - vakuumda hər hansı bir müqavimətə rast
gəlmədən hərəkət etməkdədir.
Lakin Yer də öz cazibə qüvvəsilə onu özünə çəkir, elə deyil?
Bəli. Hər iki qüvvə sabitdi və hər iki qüvvə Aya eyni zamanda təsir
göstərməkdədi. Ona görə də Ay Yerin orbitində dövr etməkdə davam
edir.
Doğrudan, bu qədər sadədi?
Bəli, bu qədər sadədi və həmin bu sadəlik Nyutonun əsas məsələsidi.
Bütün kainatda bir neçə təbiət qanunu qüvvədədi, vəssalam. Planetlərin
hərəkətini də Qalileyin ondan əvvəl kəşf etdiyi iki qanunla izah edirdi.
Bunlardan biri Ətalət qanunu idi ki, Nyuton onu belə ifadə edirdi: “Bir
cisim hər hansı kənar qüvvənin təsiri olmayanda sükunətdə qalmağa və
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |