Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   2   3   4   5   6   7   8   9   ...   30

10 
 
Azad Masonluq, bu məqsədlərə özünü çatdırmaq istəyən insanların 
səylərini bir araya gətirir. 
Düsturlan - Ümumi qaydalan: 
Azad Masonluq, bütün insanlar üçün ortaq bir insanlıq ideallığınm 
lazımlı  olduğunu  qəbul  edər.  Bu  ideallığın  gerçəkləşməsi  üçün 
Masonluq: 
İnsan şəxsiyyətinə hörməti; 
Bütün insanların yaxşılığına çalışmağı; 
Şəxsin azadlığını və əxlaqı məsuliyyətini (cavabdehliyini); 
İnsanlann haqq və vəzifə bərabərliyini; 
Elmə hörməti 
bir prinsip olaraq mənimsəyər. 
AZADLIQ  -  BƏRABƏRLİK  -  QARDAŞLIQ  -  Masonluğun 
qanunlarıdır. Davamlı təlim mövzularıdır. 
Vəzifəsi: 
Öz cəmiyyətindəki və yer üzündəki Masonlan bir-birilə uzlaşdıran 
bağlan  bütün  insanlara  yaymaqdır.  Nümayəndələrinə:  Masonluq 
sirlərinə  hörmət  göstərməklə  bərabər,  hal  və  hərəkətləri,  sözləri  və 
yazıları  ilə  Masonluq  fikirlərini,  Masonluq  düşüncələrini  yaymağı 
məsləhət görər. Sirr saxlamağa qətiyyətlə riayət edilməsi istənilsə də, 
əslində Masonluğun tarixi, məqsədi, təməl fikirləri sirr deyildir. 
Masonlar  bir-birilərinə  qardaş  deyərlər.  Mason  olan  şəxs,  hər  bir 
işdə qardaşlarına kömək etməyə, onlan işıqlandırmaq, lazım gəldikdə 
himayə  etməyə  və  haqsızlıqlar  qarşısında  müdafiə  etməyə 
cavabdehdirlər.  Ancaq  qardaşlara  qarşı  bu  cavabdehlik,  Mason 
downloaded from KitabYurdu.org


olmayan başqa insanların da zərərinə olmaz. 
İnsan  birliyini  məhv  edən  bütün  məsələləri  diqqətlə  araşdırmaq, 
bunları  asan  yolla  həll  etmək,  əldə  etdiyi  bilikləri  yaymaq 
Masonluğun vəzifələrindəndir. 
Qısacası;  yaxşılıqsevər,  haqqı  tanıyan,  qürurlu,  fədakar,  cəsur, 
ancaq  özündən  razılıq  və  ehtirasdan  -  asılılıqdan  uzaq  olmaq, 
gerifikirli inanclardan kənar durmaq, haqq və həqiqətin 
üstünlüyü üçün çalışmaq, hər bir insan kimi Masonun əsas vəzifəsidir. 
Toxunduğumuz  bu  nüanslar,  Masonluğa  açılan  pəncərədən 
görünən  bəzi  prinsiplərdir.  Əsas  Masonluq  bunları  görüb  bilmək 
deyil,  “tətbiq  etməkdə”dir.  Bunlan  tətbiq  etmək  üçün  hər  hansı  bir 
xüsusi  şəxsiyyətə  (Ş.vəsiqə)  sahib  olmaq  lazım  deyil;  insan  olmaq, 
həm də yetkin bir insan olmaq yetərlidir. 
ı  Melamilik  -  VIII  əsrdə  sasanilər  dövründə  Xorasanda  fəaliyyət 
göstərən sufi birlikdir 

Fütüwət - dini və peşə birliyi, biznes təşkilatı 
3 Esnaf - öz əməyi və sərmayəsini istifadə edən, yanında az sayda 
işçi işlədən, kiçik sərmayə və sənətkarlıq sahibi 
4 Lonca  -  şagird,  usta  köməkçisi,  ustadı  içinə  alan  dərnək, 
korporasiya 

Fütüwətnamə - əxiliyin özəlliklərini daşıyan əsərlər 

Şed bağlamaq - kuşak / belə sarılan uzun və enli parça 

Digər inanc və əqidələrə dözümlü, səbirli yanaşmaq 
GƏNC BİR MASONUN MÜŞAHİDƏSİ 
(Akman GÖYÇAXAN-ın 30 Noyabr 
downloaded from KitabYurdu.org


12 
 
1983-cü il tarixli danışığından xülasə) 
Bir  yolum  vardı  -  gedirdim,  vicdanım  vardı  -  dinləyirdim,  ağlım 
vardı - özüm görə, istifadə edə bilirdim. Yaxşılıqlar, pisliklər vardı - 
insan  olaraq  dəyərləndirirdim.  Ailəm,  yaxınlarım  vardı,  aralannda 
illərdir  ki,  yaşayırdım.  Ancaq  özümün  hansı  nöqtədə  olduğumu  düz-
əməlli  bilmirdim.  Hər  şeyi  rahatca  bölüşə  bildiyim,  dəyərləndirə 
bildiyim ağıllı və inanclı həyat yoldaşım ilə son iyirmi ilimi birlikdə 
dəyərləndirmişdim.  Bu  iyirmi  il  içərisində  istər  iş  mühitimdə,  istərsə 
də şəxsi həyatımın içində bir qrup insanlar vardı ki, onların  müxtəlif 
özəllikləri,  rəftarları  və  davranışları,  fərqli  düşünmə  tərzləri  mövcud 
idi. 
Bu insanları çox vaxt nümunəvi şəxslər və yaxşılıqlar mənzuməsi 
olaraq  görməyə  başlamışdım.  Sonradan  bunların  da  Mason 
olduqlarını öyrəndim, onların dünya görüşündəki 
xüsusiliyin Masonluqlarından qaynaqlandığını anladım. Mən də onlar 
kimi olmalıydım. 
Aralannda özümə ən yaxın hiss etdiyim şəxsə bu arzumu söylədim. 
Sonda,  məni  də  öz  aralarına  aldılar.  Öyrəndim  ki,  yeriməyimi  - 
tələb  edən  yol,  Kainatın  Ulu  Yaradanın  göstərdiyi  yoldur.  Vəzifəm, 
bütün yaxşılıqlara doğru xam daşı yonaraq istənilən şəklə salınmasına 
çalışaraq, insanlara sevgi duymaq və hörmət etməkdir. 
Mənim  Mason  olmağımda  müdaxiləsi,  əməyi,  fikri  olan  hər  kəsə 
minnətdaram.  Bütün  insansevərlərin  də  zamanında  bu  insansevən 
cəmiyyətə qovuşmaqlarını diləyirəm. 
MASONLUĞUN KÖKÜ (MƏNŞƏYİ) 
downloaded from KitabYurdu.org


Araşdırmalarımızda  Mason  Dərnəyinin  1935-ci  ildə  bağlanma 
səbəblərində  Masonluğun  əcnəbi  bir  təşkilat  olduğu  üzərində  də 
dayandıq. Xüsusilə də, Atatürk zamanında Maarif Vəkilliyi etmiş və 
sonra  da  uzun  illər  baş  katiblik  vəzifəsi  ilə  həm  Atatürkə  çox  yaxın 
olmuş,  həm  də  müxtəlif  məsələlərlə  bağlı  olan  iclasların  çoxunda 
iştirak  etmiş  prof.  Hikmət  Bayur,  Mason  Dərnəyinin  bağlanması  ilə 
əlaqədar  olaraq  “Kökü  və  ya  başı  bayırda  bir  təşkilat  olduğu  üçün 
qadağan edilmişdir” deyirŞ. 
1935-ci illərdə yaşanan daxili siyasətin təsiri ilə Mason dərnəyinin 
də  digər  dərnəklərlə  bərabər  bağladılması  bir  həqiqətdir.  O  zamanda 
və bu gün aparılan fərqli təbliğatlarda bu quruluşun kökünün bayırda 
olduğunun irəli sürülməsi də bir həqiqətdir. Ancaq bu günahlandırma 
yanlışdır.  Biz,  araşdırmalarımızda  bu  təşkilatın  qərbli  mahiyyətində 
görün 
məsinə  və  göstərilməsinə  rəğmən,  əslində  şərqli,  şərqdən  gəlmə  və 
türk mənşəli olduğu qənaətindəyik. 
İki  araşdırmamız  var:  Biri  “Masonluq  nədir,  nə  deyildir”  adı 
altındadır. 1971-ci ildə birinci, 1976-cı ildə ikinci nəşri edilmiş, kitab 
köşklərində  sərbəst  satılan  bir  kitabdır.  Bu  kitabın  49-63-cü 
səhifələrində  Masonluğun  həqiqi  mənşəyi  yazılmışdır.  1975-ci  ildə 
nəşr etdiyimiz Fütuwat, Melamilik və Əxiliyi ehtiva edən “Unudulan 
adətlərimiz  və  Loncalar”  adlı  araşdırmamızın  91-95-ci  səhifələrində 
də  yenə  Masonluğun  mənşəyinə  toxunulmuşdur.  Sözügedən 
araşdırmalarımızda  müəyyən  etməyə  çalışdığımız  məsələlər  bizim 
səmimi fikirlərimizdir. 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə