Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   ...   22   23   24   25   26   27   28   29   30

118 
 
dayanan düşmənçiliyin qarşısını almaq məqsədi ilə əlbirliyi etmişdir. 
Fəqət o, bir tərəfdən Sionizmin, digər tərəfdən dinsizliyin təsiri altına 
girərək özünə qarşı antipatiya artırdı. 
Uzun  bəzəkli  ipliklə  və  üzərində  bir  yatağan  ucları  ilə  aşağıya 
çevrilmiş  ay-ulduz  işləməli  fəsiöş  geyən  Avropalı,  Amerikalı,  şərqli 
nümayəndələri öz lojalarından artıq əmr almalıdır. 
Sionizm və dinsizlik: 
Bu iki kəlimə çox mənalı, hər ağlı başında olanın diqqətini üzərinə 
çəkən bu ifadələr... 
Biz də bu  məna və anlayışların təsiri altında “Müsbət Mənəviyyat 
Etüdləri” əsərinin yazıçısını axtardıq. 
Hörmətli  M.Sədəddin  Evrimi  tapdığımız  zaman,  özləri  Dini  İşlər 
üzrə  Qurumun  rəis  müavini  idilər.  Özümüzü  tanıtdıq,  Mason 
olduğumuzu da söylədik. 
“Möhtərəm Əfəndim, “Müsbət Mənəviyyat Etüdləri” adlı əsərinizi 
oxudum. ıo və ıı-ci səhifələrində; Bütün fərqli din motivlərinin qayəsi 
tək  Allaha  təvəccöh  etmək.  Ancaq  hər  biri  özünə  ayrıca  bir  yol 
tutdurmuş bu qayəyə çatmaq üçün... 
Yuxanda  ifadə  edildiyinə  görə  inanc  sahiblərini  fərqli  yollardan 
qurtanb  tək  yolda  birləşdirmə  səyi  dinlər  və  millətlərarası 
(beynəlxalq) anlayış və haqsevərlik içində 
Farmasonlar tərəfindən mənimsənmiş  Amma sonra bunlar 
da  bir  tərəfdən  Sionizmin,  digər  tərəfdən  dinsizliyin  təsiri  altına 
girmişlər” buyurursunuz. 
Mən  bir  Masonam.  Həm  millətimi  sevirəm,  həm  də  dinimə 
downloaded from KitabYurdu.org


bağlıyam. Çox şeylər sağda-solda Masonluğun Milliyyətsizlik və 
dinsizliyi  haqqında  açıqca  söylənilir.  Bu  mövzuda  sizin  kimi  bir 
şəxsin  belə  bir  əsərdə  bu  məsələni  müəyyən  etməsi  mənim  sizi 
rahatsız  etməyimə  səbəb  oldu.  Xahiş  edirəm,  belə  bir  mühakiməyə 
necə  çatdığınızı  və  bunun  üçün  hansı  qaynaqlardan  yararlandığınızı 
mənə  lütf  edərdiniz.  Əgər  həqiqət  bu  isə  ya  Masonluqdan  ayrılıram, 
yaxud  da  bilə-bilə,  bu  xüsusiyyətləri  qəbul  edib  “İttihamlara 
üzülməməyə çalışaram” dedik. 
Bir an durdular, düşündülər, bizə  yer göstərdilər və  “mən general 
rütbəsi  ilə,  vəzifəli  olaraq  Amerikaya  getmişdim.  Orada  bərabər 
çalışdığımız  bir  amerikalı  Generalın  Mason  olduğunu  öyrəndim. 
Ondan  bu  məsələdə  (işdə  və  ya  sahədə)  mənə  aydınlıq  gətirməsini 
xahiş etdim. Evinə gedəndə mənə olduqca böyük bir kitab verdi. Bu 
kitabı  vərəqləyərkən,  uzun  bəzəkli  iplik  və  üzərində  bir  yatağan  ilə 
uclan  aşağıya  çevrilmiş,  ay-  ulduzlu  fəsi  gördüm.  Bu  fəsin  başında 
Möhürü  Süleyman  olan  altıguşəli  ulduz  və  üstündə  qılınc  altında 
“Hələb” kəlməsi yazılmışdır. “Bundan anladığım bu oldu” dedilər. 
“Qılınc  gücü  ilə  Osmanlıları  qovub  Hələbə  qədər  sürmək  və 
Süleymanın möhürünü baş tacı etmək”. 
Bu emblemanın mənasının bu şəkildə ifadələndirdiyi kitabın adı nə 
idi  deyə  soruşduğumda;  “Bu  kitabda  yazmırdı,  mən  bu  işarətlərdən 
belə anladım” buyurdular və Masonluq, bunun dinsizliyi ilə bağlı xalq 
arasında ağızdan-ağıza yayılan sözlərdən artıq məlumat tapılmadığını 
söyləyərək məndən soruşdular. 

Bu işarətlər nədir elə isə? 
downloaded from KitabYurdu.org


120 
 
-  Bu  Shrinə  təbir  olunan  yüksək  dərəcəli  Masonların  Amerikada 
32-ci dərəcələrin girdikləri bir qol. Bu qola mənsub olanların belə bir 
emblem  aldıqları,  Amerikansayağı  bir  fantaziyadır.  Bundan,  məncə 
heç  də  buyurduğunuz  mənanı  çıxarmaq  mümkün  deyil.  Amma  mənə 
icazə  verərsinizə,  gedim,  söylədiyiniz  kimi  özəl  bir  mənası  varsa 
öyrənim, təkrar görüşmək ümidi ilə icazənizi xahiş edirəm” dedim və 
onlardan ayrıldım. 
Hər  fürsətdə  bu  emblemin  özəlliyi  haqqında  məlumat  toplamağa 
çalışdım. Çox şükür bunu hörmətli Sədəddin 
Evrimin  izah  etdikləri  şəkildə  bir  mənasına  rast  gəlmədim.  Yetərli 
məlumat  əldə  etdiyimdə  də  vəfat  etdiklərini  öyrəndiyimdən 
ziyarətlərinə gedə bilmədim. 
Çox  səmimi  bir  ifadə  idi.  Hörmətli  Evrimin  emblemi  anlayışı 
haqqındakı yuxanda açıqladığım fikri. 
Bu  fürsətlə  hörmətli  Sədəddin  Evrimin  fikirlərinə  səbəb  olan 
Shrinə emblemi haqqında qısaca məlumat verək. 
Shrinə: (Ord. Prof. Süreyya Aygün); 
Amerika  Birləşmiş  Dövlətlərində  Shrinə  Masonluğun  gizli 
qalmasına qarşı olub. Əslində burada ətraf aləmdə bilinmək istənilən 
məsələlərin  açıqlanmasında  qapalı  deyil,  faydalı  mülahizələr  edərlər. 
Bunlar mühafizəkar mütəasiblər yanında, açıq fikirliliyi sevərlər. 
Masonluqda  32-ci  dərəcəyə  qədər  bütün  məlumat  və  fəlsəfənin 
tədris  edildiyi  və  daha  yaxşı  vəziyyətə  gətirildiyi  qəbul  edilir  və 
dinləyən 32-ci dərəcədəki hər Mason Shrinə ola bilir. 
Belə  ifadə  etmək  mümkündür:  Hər  Shrinə  32  dərəcəli  Masondur, 
downloaded from KitabYurdu.org


fəqət hər 32-ci dərəcəli Mason Shrine deyildir. 
Amerikada  Shrinələr  ayrı  bir  qol  olaraq  çalışırlar.  Hər  il  özlərinə 
görə  mərasimlər  edər  və  önlərində  orkestr  olduğu  halda,  qruplar 
halında çağırışlar edərək küçələrdə  dolaşar və gördükləri işləri xalqa 
tanıdarlar. 
Emblemləri ay-ulduzlu fəs Şərqdən alınmışdır, Xüsusi məqsədli bir 
mənası yoxdur. 
Mən  32-ci  dərəcəli  bir  Masonam.  Türkiyədə  olmadığı  və 
Masonluqda  intizam  içində  sayılmadığından  dolayı  bir  Shrinə-  əm, 
amma bu məlumatlan verməkdə Masonluq adma fayda gördüyümü də 
bildirmək istərəm. 
64  İbadət etmək üçün Müqəddəs yer - kilsə 
65 Fəsi  -  əvvəllər  yurdumuzda  və  bir  çox  İslam  ölkəsində  kepka 
yerinə geyilən, qalın qırmızı çuxadan olan baş geyimi 
ALTIGUŞƏLİ ULDUZ 
(Süleyman Möhürü) 
Bayraq  bir  dövlətin,  millətin  ayırdedici  simvoludur.  66  Orta 
əsrlərdə  Türk  İslam  aləminin  adəti  olduğu  kimi,  Anadolu 
bəyliklərində  istifadə  olunan  şəkil  və  rəng  etiban  ilə  Kölə  (Memluk) 
Moğol və Böyük Səlcuq dövlətinin bayraqlarına bənzəyən bayraqların 
üzərində  bəylərin  adlan  və  ləqəbləri  yazılır.  Candar  oğullarının 
(bəylik) qırmızı yer (zəmin- taban/döşəmə) üzərində sola açılmış, san 
bir  ay  şəkli  olan  bayraqlan  olduğuna  dair  sənəd  vardır. 
Təkəoğullannm da bəyaz yer üzərində qırmızı “Süleyman Möhürü”67 
daşıyan və ucunda iki yaşıl xətt olan bir bayraqlan olduğu deyilir. 
downloaded from KitabYurdu.org


122 
 
ı.  Mahmud  dövründən  sonra  donanmada  yaşıl  bayraq  qəbul 
edilmişdir.  Dəniz  zabitlərinin  bayraqlan  da  yaşıl  yer  (zəmin-tavan-
döşəmə)  üzərində  aypara  (yeni  ay)  və  zülfüqar68  kimi  işarətlər 
daşıyır. III Səlimin dövründə gəmi bayraqlan 
qırmızı  olmuş  və  üzərindəki  aypara  (yeni  ay)  yerinə  səkkizguşəli 
ulduz əlavə edilmişdir. 
Qurani-Kərimin İsra Surəsinin ı-ci ayəsində: 
“Qulu  Məhəmmədi  bir  gecə  Məscidi  Haramdan  ona  bir  qisim 
ayələrimizi  göstərmək  üçün  çevrəsini  mübarək  qıldığımız  Məscidi 
Aksaya aparan Allahın Şanı yüksəkdir.”69 buyrulur. 
Admiral - Rütbəsi general ilə eyni olan dəniz zabiti. 
Forslar  -  Dövlət  başçısının  olduğu  yerlərə,  amirellerin  işlədiyi 
təşkilatlara və ya gəmilərə çəkilən 3-4 guşəli bayraq) 
Aksa Məscidi görünür ki, müsəlmanlar üçün məqbul və müqəddəs 
bir  yerdir.  Belə  olunca  Aksa  Məscidinin  olduğu  yerdən  alman  bəzi 
adlar  və  simvollar,  Masonluğun  pisliyinə,  milliyyətsizliyinə,  Sionist 
xidmətkarlığına necə dəlil ola bilər? 
Altıguşəli  ulduz  Süleyman  peyğəmbərin  möhürüdür.  Süleyman 
möhürü  deyirlər  buna.  Müsəlmanlar  üçün  İslamdan  əvvəlki 
peyğəmbərlər  və  kitablar  müqəddəsdir.  Dinimizin  bizə  öyrətdiyi 
budur. 
“Ön Asiya”7Q adındakı aylıq bir jurnalda görürük ki, bəzi Osmanlı 
pullarında altıguşəli ulduz vardır. 
Eyni jurnalda rəsmi olan (il 4, cild 4, sayı 44, səhifə 8) Ədirnədə, 
memar  Sinanın  əsəri  olan  bir  namazgahın  mehrabında  da  altıguşəli 
downloaded from KitabYurdu.org


ulduz vardır. 
Ancaq  üzülərək  bu  məsələni  əlavə  edək  ki,  yer  (döşəmə-  taban) 
daima  mövzulan  əndazəsindən  çıxaran  fikirlərə  uyğun  hazırlanır. 
Məsələn:  22  iyul  1974-cü  il  tarixli  “Din  qəzeti”nin  Kipr  hərəkəti  ilə 
əlaqədar  olaraq  nəşr  etdiyi  əlavədə  böyük  dənizçi  Barbarosun 
müharibə bayrağı nəşr edildi. Yalnız bu nəşrdə əslində olan altıguşəli 
ulduz çıxarılmış, yerinə əsl olmayan bir aypara, ay qoyulmuşdur. 
Muzeydə  olan  əslindən  fərqli  olan  bu  montaja  nəyə  görə  lüzum 
görüldüyünü  bilmirik.  Amma  Din  qəzetində  bu  bayraq  əsli 
pozulmadan  nəşr  edilsəydi,  altıguşəli  ulduzu  düşmən  simvolu  bilən 
bir çox zehinlər aydınlaşmış olacaqdı. 
Din İşlərinin bir montaj səhvi olaraq etdiyi özəl açıqlama yetərli və 
inandırıcı  olmadığı  kimi,  altıguşəli  ulduza  olan  allergiya  da  burda 
bitmədi. 
28  Avqust  1978-ci  il  tarixli  Milliyyət  qəzetinin  9-cu  səhifəsində 
hörmətli Yılmaz Çetinerin (Xəbəriniz varmı?) 
başlığı altında belə bir yazısına rast gəlirik:7i 
1525-ci ildə Fransa kralı 1. François, İspaniya kralı Charles Quinte 
əsir  düşür.  Özünü  və  Fransanı  xilas  etmək  üçün  bir  yolunu  tapıb 
Osmanlı  İmperatoru  Qanuni  Sultan  Süleymana  baş  vurur.  Özünə 
“tələbiniz  məlum  oldu,  biz  lazım  olanı  edərik,  ürəyinizi  rahat 
saxlayın” deyə cavab verilir. 
O tarixdə Moxaçda, Macarlar və mütəfəkkirləri ilə edilən müharibə 
qazanılır, Françoisin üzərindəki təzyiq qalxır. O, xilas olur. Barbaros 
Xeyrəddin  Paşa  komandasmdakı  donanma  Ağ  dənizə  açılıb, 
downloaded from KitabYurdu.org


124 
 
fransızların  itirdikləri  Nice  və  Cannes  sahillərini  geriyə  alır. 
Barbarosun gəmisində fransız elçisi Polen de Legard da vardır. 
Parisdə,  UNESCO  nəzdində  vəzifədə  olan  səfirimiz  hörmətli  Ağıl 
Aksan  bu  tarixi  hadisənin  məktəb  kitablarında  nəyə  görə  yer 
almadığını  soruşmuşdu.  Bu  zaman  hadisə  barədə  məlumatlılar,  baş 
verənləri  təsdiqləsələr  də,  amma  kitablara  hələlik  belə  bir  bölümün 
əlavə edilməsinin imkan xaricində olduğunu bildirmişdilər.72 
Hörmətli  Aksan  Parisdə  tarix  muzeyini  gəzərkən  orada  heç  ağıla 
gəlməyəcək  ölkələrin  qədim  savaş  gəmilərinin  sərgiləndiyini 
görmüşdür: bu zaman o, Avropanın bu bir nömrəli muzeyində, içində 
Fransız  elçisinin  də  olmadığı  Toulon  səfərini  qazanan  Türk  savaş 
gəmilərindən73 əsər-əlamət belə olmadığının şahidinə çevrilmişdir. 
Hörmətli  Aksan  muzeyin  müdiri  Dəniz  Albayanı  ziyarət  edərək, 
Fransız  tarixində  bu  qədər  önəmli  bir  yer  alan  hadisələrlə  bağlı 
Türklərə  aid  ən  kiçik  bir  şeyin  olmamağınm  səbəbini  soruşmuşdur. 
Muzey müdiri; “əlimizdə hər hansı bir sənəd yox” deyincə, hörmətli 
Aksan  “Biz  bir  türk  gəmisinin  (kadırga)  maketini  hazırlayıb 
göndərsək  muzeyinizdə  yer  verərmisiniz?”  deyincə;  “Əlbəttə, 
məmnuniyyətlə”  cavabını  almışdır.  Hörmətli  Akil  Aksan,  bir  çox 
təşəbbüslərdən sonra Oramiraİ74 hörmətli Bülent xalqının vasitəçiliyi 
və  əmri  ilə  bu  iş  gəmi  (Kadırga)  maketi  hazırlamaqda  şan-söhrət 
qazanmış,  Dəniz  hərbi  məktəbində  əsgər75,  hörmətli  Nurəddin 
Daşçıya tapşırılmışdır. 
Hörmətli, Nurəddin Daşçı hörmətli Akıl Aksana 5,5 aya kimi qısa 
bir  zamanda  Barbarosun,  içində  Fransız  səfir  olduğu  halda,  Toulana 
downloaded from KitabYurdu.org


gedən  gəmisinin  140  santimetrlik  maketinin  Fransaya  göndərilməsi 
üçün təhvil vermişdir. Buraya qədər hər şey gözəl. Ancaq, təəssüf ki, 
bu  maketdə  də  muzeyimizdə  yer  alan  Baştardanın  (gəmi  adı) 
bayrağında yer alan altıguşəli ulduz yerini, yenə bir yarım aya (yeni 
ay-aypara) ayırmışdır. 
Səbəbini  bunda  əməyi  olan  (və  ya  istehsalçı-quran-  düzəldən) 
hörmətli Nürəddin Daşcıdan soruşduq. O, bizə bunları anlatdı: 
-  Bayrağı  əslinə  uyğun  etdim.  Ancaq  gəminin  bayrağında  bu 
altıguşəli  ulduzu  görənlər  “onun  nə  işi  var  burda”  dedilər.  Verilən 
suallar  və  açıqlamalar  məni  bezdirdi.  Bu  arada  Türk  Mədəniyyətini 
Araşdırma  İnstitutunun  etdiyi  və  Türk  Dəniz  Qüvvələrinin  təsis 
etdikləri 1 iyul 1972-ci il tarixli və 117 saylı aylıq jurnal əlimə keçdi. 
Bu  özəl  nömrəni  hazırlayan  prof.  hörmətli  İsmayıl  Kalabalı  ilə 
hörmətli  Cəməndər  Aslanoğlunun  yazıları  arasında  rəsmlənən 
Baştardakı bayraqda da altıguşəli ulduz yerinə yarım ay qoyulmuşdu. 
Davam edən sataşmaları və 
bu özəl vəziyyəti Dəniz Muzeyi müdirimiz hörmətli Albaya ərz etdim. 
Mənə  jurnaldakı  bayrağın  nəyə  görə  əslinə  uyğun  olmadığını 
bilmədiyini  söylədi  və  bir  düşüncənin  arxasında  gizli  saxlanılan  əsl 
düşüncəsi  olanları  ortadan  qaldırmaq  üçün  necə  istərsən  elə  də  et  - 
dedi. Mən də onu jurnala uyğun düzəltdim. 
Prof.  hörmətli  İsmayıl  Kayabalı  ilə  hörmətli  Cəməndər 
Aslanoğluna  məktublar  yazaraq  onlann  da  fikirlərini  bilmək  istədik. 
Amma təəssüflə deyək ki, hər ikisi məktublarımıza cavab vermədilər. 
Apardığımız araşdırmalarda: 
downloaded from KitabYurdu.org


126 
 
- 9.10.1985-ci  il  tarixli  TRT-nin  bir  proqramında,  Bursa  da  Cem 
Sultan  türbəsi  deyə  göstərilən  mədrəsə  rəngli  şüşəsində  altıguşəli 
ulduz vardı. 
-  Dəryaların  Kapitanı  Piyalə  Paşanın  türbəsinin  sağ  və  sol  yan 
tərəflərində lalə ilə bəzənmiş bir altıguşəli ulduz vardır. 
-  2.2.1968-ci il tarixli “Yeni İstanbul” qəzetində yer alan İzmirdəki 
Hisar məscidinin daxili təzniyatmda altıguşəli ulduz vardır. 
-  Fateh  Sultan  Mehmedin  krem  rəngli  yer  üzərində  sarı  pambıq 
iplə 
toxunulmuş  qırmızı-mavi  kompozisiyalı,  dördyö  bulud 
motivləriylə çevrilmiş qızıl pambıq sap və mavi-qırmızı xətlərlə olan 
çox  şüalı  ipək  parçalı  geyiminə  (Kemha  xələti),  forma  baxımından 
Süleyman  Peyğəmbərin  möhürü  deyənlər  vardı.  (Milliyyət  İslam 
Sənəti, 9. Fasikül, səh.67) 
-  Kırşəhərdəki  Hacı  Bektaşı  Vəli  Türbəsindəki  bulaq  üzərində 
altıguşəli ulduz vardır. 
- Ankarada  Hacı  Bayram  Məscidinin  divarlarında  da  altıguşəli 
ulduz vardı. Sonradan nəyə görəsə üzərini bağladılar. 
XVIII əsrdən qalma bir miniatür, altıguşəli ulduzlarla bəzənmişdir. 
Məqsədimiz  altıguşəli  ulduzu  müdafiə  etmək  deyildir.  Dinimizə 
görə  də  məqbul  və  möhtərəm  olan  Hz.  Süleymanın  möhürü  deyə 
tanınan  və  yuxanda  bəzilərini  nümunələrlə  anlatdığımız  tarixi  bir 
varlığın  nəyə  görə  təhrif  edildiyini  axtarmaqdır.  Araşdırmalanmızı 
davam  etdirəcəyik.  Türk  tarixində,  Türk  Dəniz  Qüvvələrində,  Türk 
arxitekturasında yer 
alan  bu  altıguşəli  ulduzun  sanki  lənətlənmiş  olmasının  səbəbi  hər 
downloaded from KitabYurdu.org


halda bu gün İsrail bayrağında yer almış olması deyildir. 
66 
Türk Ensiklopediyası 
67 
Süleyman Möhürü: Altıguşəli ulduzdur. 
68 Hz.Məhəmmədin  Hz.  Əliyə  ərmağan  etdiyi  ucu  ikiyə  ayrılmış 
qılınc 
69 “Qurani-Kərimin  türkcə  tərcüməsi”.  T.C.  Dini  İşlər  üzrə 
Qurumun nəşri 
70 
“Ön Asiya”, İl 5, cild 5, sayı 52, səh. 11 
71 
Xülasə olaraq alınmışdır 
72 Bu krallarının əsir düşmüş olduğunu ifadə etməkdən duyduqları 
utancaqlıqdanmı,  yoxsa  kralları  qurtaran  bir  xaqanma  və  onun 
millətinə  duymaları  gərəkən  minnəti  əsirgəmək  istəməklərindənmi, 
nədəndir bilinməz. 
73 Kadırga  -  həm  yelkənli,  həm  kürəklə,  özilliklə  Ağdənizə  açılan 
savaş gəmisi 
74 
Ən yüksək rütbəli amiral, yəni dəniz zabiti 
75 Astsubay - çavuşdan baş çavuşa qədər rütbəsi olan əsgər 
76 Özündə hər hansı bir şeydən 4 ədəd olan 
BIBLIOQRAFIYA
 
-  S.  Kəmaləddin  APAK  -  Əsas  (ana)  xətti  ilə  Türkiyədə  Masonluq 
tarixi, 1957. 
-  S.  Faruk  Ü1KÜ  -  A.Semih  YAZIÇIOĞLU  -  Dünyada  və 
Türkiyədə Masonluq 
-  S.M. Sədəddin EVRİM - Müsbət mənəviyyat etüdləri, 1959. 
-  Bülleten  d”information  de  la  ligue  universelle  des  Franc- 
downloaded from KitabYurdu.org


128 
 
Maçons. 

S.Heydər Rüfət - Farmasonluq. 

Larousse du XX.siecle 

Türk Mason jurnalı, oktyabr 1953. 

Memar Sinan jurnalları - il 3, sayı 9. 

Yeni qəzet 

Respublika qəzeti, 29.6.1985 

S.Akman GÖKÇAKAN - Gənc bir Masonun müşahidəsi 
-  İnsan haqları və Masonluq. 

S.Ömər Muhib BURTAÇƏNƏ - Masonluq və Fəlsəfə. 

S.Osman Zəki KOYLAN - fərqli konfranslar. 

S.Tayfur TARXAN - Masonluqda tolerantlıq. 

İqtisadiyyat Fakültəsi məcmuəsi, 1-4 sayları. 

Prof. Dr. F. Fuad KÖRPÜLÜ - Əxilik 

Yük.Müh. S. Bedri ÖLÇƏR - Əxilik 

S.Orxan XƏNCƏRLİOĞLU - İnam (etiqad) lüğəti 

S.Dr. Selami IŞINDAĞ - Masonluq bir əxlaq məktəbidir. 
-  S.Dr. Selami IŞINDAĞ - Məlumatın inkişaf etməsində maneələr 
və Masonluq. 

Türk ensiklopediyası. 
-  Kütahya  Muzeyindən:  1180  (1764)  tarixli  istihkam  sənədi 
(dəlili): 
Dünyada və Türkiyədə ilk toplu müqavilə. 
-  Bursa  Cəza  Qanunnaməsi  (1491-ci  il  tarixli  Bursa  Bələdiyyə 
Qanunu), (Türk Standartları İnstitutunun nəşri). 
downloaded from KitabYurdu.org


-  S. Fethi İSFƏNDİYAR - Enderun (Galatasaray Tarixi, cild 1). 

S. Camal QIPÇAQ - Masonluq və tələbləri. 

Ön Asiya jurnalı - 5. Cild, sayı 52 

Respublika  qəzeti  -  28.8.1978  -  Barbarosun  Amiral  gəmisi 
Parisə gedir 
(S. Yılmaz ÇƏTİNƏRİN məqaləsi) 

Mithat GÜRATA - Masonluq nədir - nə deyildir? 

“ ” - Unudulan adətlərimiz və Dərnəklər 

“ ” - Atatürk və Masonlar 

“ ” - Müsəlmanlıq nədir? 
downloaded from KitabYurdu.org

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə