Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   2   3   4   5   6   7   8   9   ...   30

14 
 
Bilirsiniz, son illərdə Kırşehir-də “Beynəlxalq Əxi-Kainat, Biznes, 
Sənət  və  Folklor  Festivalı”  təşkil  edilir.  Bu  məsələdə,  1979-cu  ildə 
edilən simpoziuma bir məlumat göndərmişik; 
Masonluğun  mənşəyini  aydınlaşdırmaq  səbəbilə  bu  məlumatı 
oxuyucularımıza təqdim edirik: 
Qərbdə Şərq Mənşəli Bir Təşkilat: 
Əxilik və Masonluq 
Yüz  illər  boyu  Türk  sosial  həyatında  çox  önəmli  bir  yer  alan 
Əxilik,  az  da  olsa  Anadolunun  bir  çox  yerlərində  hələ  də  öz  izlərini 
qoruyur. 
Miladi  təqvimi  üzrə  6ıo-cu  ildə  yaranan  İslamın  Xəlifə  Rəşid  ilə 
Əməvi  və  Abbasi  xəlifələri  zamanındakı  Fütüwat  və  ticarət 
araşdırmalarından  Əxilik  haqqında  yetərli  məlumat  almaq  mümkün 
deyildir. 
Əxiliyin harada və nə zaman, kimin tərəfindən yaradıldığı - aydın 
məlum  deyildir.  Məlum  olan  Əxiliyin  insani  bir  məqsədlə  qurulmuş 
olduğu və hər insanın bu ölçülər daxilində yetişməsinə çalışmağıdır. 
İslam  yaranandan  sonra,  onun  yayılması  üçün  Əməvi  Ərəbləri 
(610-670)  Asiyaya,  türk  ölkələrinə  yayıldılar.  Bu  yayılma  zamanı 
müsəlman  ərəblər,  Tann  buyruğunu  əsas  bilib  yayarkən,  getdikləri 
yerlərin  sosial  və  iqtisadi  nizamını  pozdular.  Bundan  əlavə  işğal 
olunan  yerlərdə  irəli  gələnlər,  mal  və  canlarını  qorumaq  üçün  işsiz 
qalan gəncləri bir araya toplayaraq bir təşkilat qurdular. Qoruyuculuq 
xüsusiyyətinə malik olan bu təşkilata Qaziyan adı verilir. Bu gənc və 
cəsur 
downloaded from KitabYurdu.org


insanlar  qanunsuzluğu  aradan  qaldırmağı,  yurdu,  haqları  qorumağı 
bacardılar.  Nizamlıhq  yaranana  qədər,  hər  kəs  yenidən  öz  peşələrini 
icra  etdi.  Ancaq  təşkilatın  yaradılmasının  faydasını  görənlər  bu 
səfərdə  öz  aralannda  Biznes  təşkilatı  yaratdılar.  Bu  hərəkət  Türk 
Əxiliyinin  yaranmasına  səbəb  oldu.  O  zamanda  bu  təşkilatlar  həm 
sənət mərkəzidir, həm mədəniyyət mərkəzi, həm də bir idman klubu. 
Əslində bunlar gələcəyin Əxi təkkələridir. 
Orta Asiyada və türk ölkələrində yayılan, oralarda yerləşib inkişaf 
edən  Əxilik  getdikcə  sevilən  və  sayılan  bir  təşkilata  çevrilmişdir. 
Şərqdə inkişaf edən bu təşkilat, qısa bir zamanda qərbə yönəlmişdir. 
Xorasandan  çıxan  bir  qol  Anadoluya  gəlmiş,  xüsusilə  də  Ankara, 
Dənizli,  Kayseri,  Konya,  Sivas  ətraflarında yayılmış və yerləşmişdir. 
Əxilərin əvvəlcə ərəb yarımadasına getdikləri, Misirdə Müsəlman bir 
dövlət  qurmuş  Səlahəddin  Əyyubinin  (1171-ci  il)  öz  qorumasını, 
saray gözətçiliyini bu türk gənclərdən ibarət Əxi izdihamı (dəstəsi) ilə 
təmin etdiyini görməklə anlayırıq. 
Bilirsiniz,  bizdə  konstitusiya  yaranandan  bu  yana,  sonsuz  dərəcə 
qərb  heyranlığı  meydana  gəlmişdir.  Bir  zaman  bizim  olanları 
unutmuş, yeni əlamətlər kimi çox şeyi kənardan almışıq: 
-  Montesquieu  1748-ci  ildə  (L  Esprit  des  lois)  adlı  əsərində 
Millətlər  layiq  olduqları  hökumətlə  idarə  edilirlər  deyər  Hz. 
Məhəmməd.  O  miladi  təqvimi  üzrə  632-ci  ildə  dünyasını  dəyişdi. 
Daha öncə (Kema Tekuneva yuli aleykum) demişdir: 
Bu əsas əmriniz olduğunuz vəziyyətə görə olur. Olduğunuz vəziyyətə 
görə  idarə  olunursunuz  deməkdir.  Bunu  Hz.  Məhəmmədin  ölümünə 
downloaded from KitabYurdu.org


16 
 
yaxın  söylədiyini  qəbul  etsək,  o  bu  fikrini  Montesquieu-dan  ən  az 
1116 il əvvəl söyləmiş olur. 
Lakin çox az adam bunu Hz. Məhəmmədin dediyi kimi bilir. Bütün 
dünya və bizdən çoxumuz isə onu Montesquieunun dediyini bilirik. 
-  Qərbin  (Sciene  Poli  -  Technique)  məktəblərinin  atası  bizim  I 
Murad  zamanında,  XIV  əsrdə  təməli  qoyulan  və  üç  qitədə  hökmran 
olan imperatorluğun dövlət adamlarını 
yetişdirən ENDERUN-dur.9 Amma  biz bunu qərbdən Mülk  məktəbi 
olaraq aldıq.ıo 
-  Qiymətə  nəzarət,  turfandarlıq  (turfanda  meyvə  və  ya  səbzə 
yetişdirilən  tarla)  müddəti,  keyfiyyət  və  miqdarın  təyin  edilməsi  ilə 
standartın təsbitini II Sultan Bəyazidin zamanında, XV əsrdə qüvvəyə 
minmiş  (Qanunnamə-ni  İhtisabı  Bursa)  Bursa  Bələdiyyə  qanununda 
görürük. Avropada Standartlaşma XVIII əsrdə başlar. 11 
-  Bizdə,  4  Səfər  1180-ci  il  tarixli  bir  İstehkam  Hücrətimiz  vardır. 
Bu  Kütahyada  imzalanan  bir  neçə  müqaviləni  göstərir.  Dünyada  ilk 
birlik müqaviləsi yuxanda adını verdiyimiz sənəddən anlaşıldığı kimi 
bizdə, Kütahyada imzalanmışdır. 12 
-  Rəhmətlik Heydər Rüfətin “Farmasonluq” əsərində belə bir keçid 
vardır: 
“Yox,  Yox”  yüz  illər  əvvəl  Qaziantəpə  və  ətraflarda  uşaqlann 
bildiyi  və  oynadığı  bir  oyundur.  Amerikalı  bir  missioner  (bir  dini 
yaymağa  çalışan  vəzifəli  şəxs)  bunu  görür,  bəyənir  və  Amerikaya 
aparır.  Amerikalılar  bunun  müxtəlif  rəngli  maddələrdən  (daşdan, 
taxtadan, plastikdən, hətta fil 
downloaded from KitabYurdu.org


dişindən)  fərqli  növlərini  hazırlar,  yayarlar.  Oradan  da  Avropaya 
keçər, avropalılardan vaqonlar dolusu Türkiyəyə dönər, bir qərb fikri 
olaraq Anadoluya yayılar. 
- Bu gün qərb mənşəli bir təşkilat kimi görünən və bu görünüşü ilə 
də davamlı olaraq tənqid olunub, irəliləyən bir quruluş var. 
Bu quruluş Masonluq dediyimiz təşkilatdır. Üzərində ıoo % əcnəbi 
patentii3  daşıyır.  Halbuki  bu  təşkilat  şərqdə,  şərqdən  də  Türkiyəyə 
keçərək,  qərbdə  yayılmışdır,  sonra  oradan  aldığı  fərqli  ad  altında 
təkrarən bizə gəlmişdir. Bu Əxilikdir. 
Hər  zaman  bilirik  ki,  inkişaf  edən  Müsəlmanlıq  Xristianlığı  kənar 
etmiş,  əllərindən  gedən  müqəddəs  yerləri  qurtarmaq  həvəsi  Xristian 
aləmini  daim  Müsəlmanlara  hücumlara  sövq  etmişdir.  Buna  Əhli-
Salib, Xaçlı Səfərləri deyilir. 
3.  Əhli  Salib,  Papa  3.  elementinin  himayəsində  hazırlanmışdır 
(1187-1191).  Bu  səfərə  Fransa  və  İngiltərə  kralları  ilə  Almaniya 
imperatoru da qatılmışdır. 
Bunlar  Akkanı  alsalar  da,  çox  itki  verdilər.  Misirdə  qurulmuş  bir 
İslam Dövlətinin hökmdarı olan Səlahəddin 
Əyyubiyə məğlub olmuşdular.14 
Məğlubiyyətə  uğrayan  Xaçlılar  arasında  yer  alan  müxtəlif 
millətlərin  orduları  bölgədən  ayrılarkən,  yalnız  Arslan  Riçard 
dirənərək  qalmaq  istəmişdir.  Sonda  o  da,  qılıncını  buraxıb  siyasi 
yollara müraciət etmiş, Səlahəddin ilə müzakirəyə girişmişdir (1192). 
Bu  gedişlə,  İngiltərə  kralı  aslan  ürəkli  Riçard  ilə  Səlahəddin 
Eyyubinin  dostcasına  inkişaf  edən  münasibətləri  olmuşdur.  Bu 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə