Downloaded from KitabYurdu org



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/30
tarix29.11.2017
ölçüsü5,01 Kb.
#13168
1   2   3   4   5   6   7   8   9   10   ...   30

26 
 
Riyakarlığı təmsil edər. 
15 Mücəssəm  -  1)  cisim  vəziyyətində  olan;  2)  mücərrəd  anlayışlar 
üçün konkret varlıqda tam olaraq müəyyən olan 
16 Yeddi səyyarədə yeddi fəzilət vardır. Günəş sonsuzluğa duyulan 
inancı,  Ay  ümidi,  Venera  şəfqəti,  Mars  iradə  qüvvətini,  Merkuri 
dürüstlüyü (paklığı), müştəri ədaləti təmsil edər. 
17  Saat, medalyon və. s asmaq üçün olan incə zəncir 
18 İti bucaqları ölçmək və cızmaq üçün lazım, iti üçgən formalı alət 
19 Çox  qüvvə  sərf  etmədən  böyük  yükü  qaldırmağa,  bir  dayanma 
nöqtəsi üzərində hərəkət edə bilən, enib qalxa bilən 
sərt bir çubuq - mexaniki vasitə 
20 Kamal Qaplancalının 1962-ci il Bülletenindən alman Hiram adlı 
şeirinin ilk qitəsi. 
21 
Larousse du Xxe Siecle”de 
MASONLUQDA DÜNYƏVİLİK, QAPALILIQ VƏ SİRR 
Azad  Masonlar  yığıncaqlarda  dayanmadan  həqiqəti  axtarmağa 
çalışırlar.  Onlann  gördüyü  işlər  içərisində  yaşadıqları  cəmiyyətin  və 
bütün  insanlığın  xeyirinədir.  Hikmət,  qüvvət  və  gözəllik  işlərində 
ağıllan  Masonlara  bir  növ  rəhbərlik  edər.  Masonlar  heç  bir  elmin, 
məlumatın  son  olmadığını  bilirlər.  Onlar  bilirlər  ki,  hər  gün  görülən 
işlər  elmi  daha  bir  az  da  irəli  aparır,  hər  gün  aparılan  araşdırmalar 
məlumatları daha bir az həqiqətə yaxınlaşdınr. 
Bu araşdırmaların getdikcə həqiqətə yaxınlaşdığını Mason tarixi ilə 
əlaqələndirə  bilərik.  Bəzi  insanlar  Masonluğun  tarixini  Hz.  Adəm 
dövrünə kimi aparır. Bu uzun bir xilafət dövrü yaşayan fantaziyalarla 
downloaded from KitabYurdu.org


dolu  bir  zamanı  anlatmağa  çalışmaqdır.  Sonra  isə  orta  əsrlər  dövrü 
başlayır. Bu zaman isə həqiqi Masonluğa yaxınlaşan bir dövrdür. Bu 
dövr operativ şəkillənmiş Masonluğun, inşaatçılar birliyinin, 
korporasiyaların  yarandığı  bir  zamandır.  Daha  sonra  bu  günümüzdə 
mövcud  olan  və  1723-cü  illərdə  həqiqi  mahiyyətinə  qovuşan 
Masonluq  meydana  çıxır.  Mason  termini  iki  daşı  üst-  üstə  qoymağa 
başlamaqla  ortaya  çıxmışdır.  Hər  zaman  bilirik  ki,  Mason  fransızca 
bənna  deməkdir.  Ancaq  bu  Masonluğun  bu  günün  Masonluğu  ilə 
əlaqəsi yalnız ad bənzərliyindən ibarətdir. 
“Masonluq  nədir,  nə  deyildir”  adlı  birinci  kitabımızda  az  da  olsa 
Masonluğun  tarixindən  söz  açdığımız  üçün  burada  təkrarən  uzun-
uzun tarixi məlumatlara baş vurmayacağıq. 
“Larousse  Du  XX-e  Siecle”  adlı  böyük  fransız  ensiklopediyası 
Masonluq üçün xülasə olaraq belə deyir: 
“İctimai  həyatın  idealını  gerçəkləşdirmək  üçün  çalışan  insansevər 
bir  müəssisədir.  İnsanın  həyatını  əxlaqa,  vicdana  əsaslandırmaq 
istəyən,  həqiqəti  axtaran  və  bu  prinsiplərə  əsaslanaraq  əsas  insanlıq 
cəmiyyəti qurmağı əldə edən bir təşkilatdır”. 
İnsansevərlik  geniş  bir  mənada  qəbul  edildiyindən  Masonluğun 
Dünyəviliyi  ortaya  çıxar;  yəni  Masonluq  bir  növ  dünya  təşkilatıdır. 
Masonluğun qayəsi din, təriqət, dil, rəng, 
millət fərqi qoymadan hamını bir tutub qardaş saymaqdan ibarətdir. 
Bununla bərabər,  milli qayələrə  zidd olmadığına görə də bu birlik 
anlayışı  güclüdür.  Milli  maraqlara  gəlincə  isə,  hər  Mason  ancaq  öz 
yurdu üçün faydalısını yerinə yetirər. 
downloaded from KitabYurdu.org


28 
 
Masonluğun  dünyəvi  olmasına  rəğmən,  çoxları  Masonluğun 
kökünün  kənarlarda  olması  fikrini  müdafiə  edir.  Halbuki  hər 
məmləkətin  Masonluğu  millidir.  Dünya  millətlərini  maraqlandıran, 
bir araya toplayan, birinin ehtiyacına birlikdə çarə tapmağa çalışan bir 
çox  Beynəlxalq  təşkilat  vardır.  Qızıl  Aypara,  Qızıl  xaç,  UNESCO, 
İdman  Federasiyalarına  hökm  edən  Fifa  və  ona  oxşar  Birləşmiş 
Millətlər Cəmiyyəti göstərə biləcəyimiz bəzi nümunələrdir. 
Əslində Masonluğun kökü bayırdadır iddiası - Masonluq haqqında 
kifayət qədər  məlumatı olmayanlann öz  mənafeləri üçün və ya fərqli 
dindən  olan  hiyləgər  adamların  bu  insan  birliyinə  qarşı  haqsız 
ittihamlarıdır. 
Masonluğun  qardaşlığı  yalnız  bir  qüvvət  və  idarəçilik  birliyinə 
bağlı deyildir. Bu qardaşlıq birliyi nə siyasətin 
yaranmağına,  nə  də  dini  birliyə  bənzəyər.  Çünki  hər  məmləkətin 
Masonları  öz-özlərini  idarə  edən  lojalarda,  iş  mərkəzlərində 
(atelyelərdə  sənətçilərin  və  ya  rəsm,  heykəl  sənətləri  ilə  məşğul  olan 
şəxslərin  işlədiyi  yer)  birləşirlər.  Bu  özlərinin  daxili  nizamnaməsinə 
görə  idarə  olunan  lojalar  Böyük  Loja  olaraq  birləşir  və  bir  birlik 
yaradırlar. Ancaq bunu ifadə etməyimizi əsaslı bilirik. 
Bir  böyük  Lojanm  qurulması  ən  azı  dörd  müstəqil  lojanm 
mövcudluğu  və  onların  birləşməsi  ilə  mümkün  olur.  Bu  şəkildə 
qurulacaq  böyük  Loja  bundan  sonra  yurdun  hər  hansı  bir  bölgəsində 
yaranacaq Lojalann hakimi olur. 
Bir  məmləkətdə  eyni  gücdə  və  eyni  məqsədlə  birdən  çox  böyük 
Loja  yarana  bilməz.  Aralarında  hər  hansı  bir  fikir  ayrılığı  olmayan 
downloaded from KitabYurdu.org


Lojalar  Böyük  Loja  ətrafında  birləşirlər.  Böyük  Loja  millidir, 
müstəqildir. Bununla yanaşı Lojalar arasında bir anlaşılmazlıq olarsa, 
o  məmləkətdə  yeni bir təşkilat yaradıla bilər. Amma bir şərtlə ki, bu 
nə  mövcud  olan  Böyük  Lojanm  adını  ala  bilər,  nə  də  onu  digər 
məmləkətlərdə fəaliyyətdə olan 
Böyük  Lojalar  tanıyarlar.  Eyni  templə  hər  məmləkətdə  bir  Böyük 
Loja qurula bilər. 
Masonluğa ittihamlardan biri də bu birliyin gizli təşkilat olmasıdır. 
Bir  hüquqi  dövlətdə  gizli  təşkilatı  düşünmək  qədər  əbəs  bir  şey  ola 
bilməz.  Yenə  təkrar  edək  ki,  bu  iddia  qəsdən  və  məqsədli  şəkildə 
ortaya  atılan  xüsusi  bir  məsələdir.  Bir  hüquq  dövləti  içində  mövcud 
hüquq  qanunlarına  uyğun  olaraq  qurulmuş  və  nizamnaməsi  inzibati 
orqanlar tərəfindən təsdiqlənmiş bir dərnək necə gizli ola bilər?!22 
Dəməyin  qurucuları,  nizamnaməsi,  nümayəndələri  müəyyən  olan 
və istənildiyi zaman qanun orqanlarına nəzarət və yoxlanış üçün açıq 
belə 
bir 
dərnəyə, 
gizliliyi 
yaymaq 
məqsədi 
güdmürsə, 
məlumatsızlıqdan  başqa  bir  şey  deyildir.  Ümumilikdə  Mason 
dərnəkləri gizli deyil, qapalı cəmiyyətlərdir.  Elə bu da anladılmayan, 
anlaşılmayan  bir  qapalılıqdır.  Mason  dərnəklərinə  üzv  olmayanlar, 
qurulmuş bütün dərnəklərdə olduğu kimi, bu dərnəyə də girə, onlann 
işlərinə qanşa bilməzlər. 
Əslində  kim  üzv  olmadığı  hər  hansı  bir  dərnəyə  əl-qolunu 
sallayaraq  girə  bilər?  Başqa  dərnəklərdə  olduğu  kimi,  bir  Masonun 
yanında  dərnək  üzvü  olmayan  bir  şəxs  qonaq  qismində  Mason 
dərnəyinə girə, bir sıra insanlar ilə tanış  ola bilər. Ancaq yenə bütün 
downloaded from KitabYurdu.org


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə