121
Nuru paĢa bu məğlubiyyətdən sonra Azərbaycanlı türklərdən ibarət hərbi
qüvvələrin komandanı general Əlağa ġıxlinski və 5-ci Qafqaz piyada diviziyası
qərargah rəisi RüĢtü bəy ilə birlikdə 18 iyun 1918-ci ildə Gəncədən cəbhəyə
hərəkət edərək Müsüslü stansiyasına çatdılar.
17
Orada Qafqaz Ġslam Ordusu
qərargah rəisi Nazim bəy və Veysəllidəki 29-cu tabor komandirindən Qaraməryəm
savaĢı haqqında bilgi aldılar. Nuru paĢa və yanındakılar Müsüslüdən Göyçaya
keçdilər. Burada 10-cu Qafqaz alayı komandiri yarbay Osman bəy ilə apardıqları
görüĢmədə savaĢın gediĢi haqqında vəziyyəti dəyərləndirdilər. Türk kurmay heyəti
200 Ģəhid və 156 yaralı ilə 2 topun itkisini ciddi bir hadisə olaraq dəyərləndirdi.
Nuru paĢa və yanındakılar cəbhə xəttini və hərbi qüvvələrin nizamını vaxt
itirmədən yenidən qurdular. Ətrafdan gələn kəĢfiyyat bilgilərini də hamısı birlikdə
analiz etdilər.
18
Bu bilgilərə görə bolĢevik Qızıl Ordu hərbi qüvvələri Bakıdan
Qaraməryəmə gedərkən ətrafdakı 50-dən artıq kəndi yandırmıĢ, bölgədə yaĢayan
türkləri acımadan öldürmüĢdülər. At, araba və baĢqa tapa bildikləri vasitələrlə və
ya piyada evlərini, ocaqlarını tərk edənlər, canlarını qurtara bilənlər isə Göyçay və
ətrafındakı qəsəbə və kəndlərə sığınmıĢdılar. ġamaxı, Ġsmayıllı və ətrafdakı qəsəbə
və kəndlərdən qaçaraq, Göyçay, AğdaĢ və Yevlax ətrafına sığınan türklərin sayı bir
həftə içində 400 mini keçmiĢdi.
19
Qızıl Ordu qüvvələri ətrafdakı erməni və rusların da qatılması ilə 30 min
nəfərlik bir heyətə sahib olmuĢdu. Sayca bu qədər üstün, silah baxımından yaxĢı
təchiz olunmuĢ, yemək və su təmini baxımından bir sıxıntı çəkməyən düĢmənə
qarĢı yalnız 5-ci Qafqaz piyada diviziyasının qarĢı gəlməsi imkansızdı. Üstəlik 5-ci
Qafqaz piyada diviziyasının bütün qüvvələri də hələ Gəncəyə çata bilməmiĢdi.
Nuru paĢa Qafqaz Ġslam Ordusunun qurulması əsnasında Azərbaycanlı
türklərdən böyük qatılım olacağını düĢünmüĢdü. Ancaq bu gözləntilər boĢa
çıxmıĢdı. Orduya qatılan az sayda milislərdən də umulan fayda təmin edilə
bilməmiĢdi. Nuru paĢa bu təsbitlərdən sonra Göyçayda xalqa xitabən tənbeh dolu
bir çıxıĢ etdi. Osmanlı dövlətinin, öz vətəninin ehtiyacı olmasına rəğmən qardaĢ
Azərbaycanı və burada yaĢayan türkləri düĢmən çəkməsindən qurtarmaq üçün
Qafqaza əsgər göndərdiyini anlatdı. Bu orduya hər kəsin könüllü olaraq qatılması
və can-baĢla xidmət etməsi lazım gəldiyini, ancaq bunu hələ görə bilmədiyini
bildirdi. PaĢa çıxıĢında Mehmetçiyin yandırıcı istidə düĢmənə qarĢı var gücü ilə
savaĢdığını bildirərək:
"Bu Ģiddətli istidə savaĢan əsgərlərimizdən bir çoxu susuzluqdan ölmüĢdür.
Madam ki, könüllü olaraq orduya qatılmırsınız, heç olmazsa bu əsgərə yemək və su
daĢıyaraq yardım etməniz lazımdır" dedi.
20
Nuru paĢanın Göyçay ilə ətraf qəsəbə və kəndlərdə yaĢayan ağsaqqal və
ağıllı adamlarla apardığı görüĢmələrin nəticəsində Azərbaycan türklərindən
122
könüllülər toplanmağa baĢladı. Göyçay, AğdaĢ, Yevlax, hətta Bərdə ətrafından
toplanan gənclər və əli silah tutanlar qısa müddətdə cəbhə xəttindəki yerlərini
almaq üçün hərbi təlimə cəlb olundu.
21
Ġstər Nuru paĢa və istərsə ġərq Orduları Komandanlığı tərəfindən Ġstanbula
göndərilən raportlarda bolĢeviklərin bölgədə ciddi bir hərbi qüvvə yerləĢdirdiyi,
buna qarĢılıq olaraq Azərbaycan türklərinin Qafqaz Ġslam Ordusunda önəmli bir
güc təĢkil edə bilməyəcəyinin anlaĢıldığı bildirilərək, bu Ģərtlər altında 5-ci Qafqaz
piyada diviziyasının bölgədə heç bir varlıq göstərə bilməyəcəyi qeyd edildi.
22
Nuru paĢanın Göycayda xalqa xitabən dediyi sözlərdən də məlum olduğu
kimi, Azərbaycan türklərinin Qafqaz Ġslam Ordusuna girməyə istəkli olmadıqları
gerçəyi türk kurmay heyətində ruh düĢkünlüyü yaratmıĢdı. Vətən düĢmən iĢğalı
altında ikən, erməni quldurları tərəfindən kəndlər, qəsəbələr yandırılarkən uĢaq,
qadın, yaĢlı demədən qarĢılarına çıxan türklər acımadan öldürülərkən bu canilərə
qarĢı silaha sarılmamaq türk zabitlərinə olduqca qəribə təsir bağıĢlayırdı.
Həmçinin Nuru paĢa və ġərq Orduları Komandanlığı tərəfindən 27 iyun və
1 iyul 1918-ci ildə Ġstanbula göndərilən raportlarda Azərbaycandakı durum acı bir
Ģəkildə ortaya qoyulur və belə deyilirdi:
"Yeni qurulmağa çalıĢılan Qafqaz Ġslam Ordusu çalıĢmalarından bir nəticə
əldə edilmir. Buradakı türk gənclərindən silah altına ən az 30 min nəfərin
toplanacağını ümid edirdik. Buna qarĢılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu
Ģərtlər altında Bakı məsələsini öz baĢımıza həll edə bilmək üçün Qafqaza daha bir
diviziya göndərilməsi uyğun olacaqdır. Buradakı müsəlmanlar çox söz söyləyir, az
iĢ görürlər. Kef çəkən və pulu çox sevən insanlardır. Yardım və fədakarlıqlarını
çox az görürük. Orduya qatılan yox deyəcək qədər azdır. Bu Ģərtlər altında
Azərbaycanın və Bakının qurtuluĢunu təmin etmək, Osmanlı dövlətinin xalq
nəzərindəki etibarını qorumaq üçün daha çox gərəkli hala gəlmiĢdir. 5-ci
diviziyanın təcili gücləndirilməyə ehtiyacı var. Əks halda durumumuz heç də yaxĢı
deyildir."
Türk və Qızıl Ordu qüvvələri, Göyçay-Qaraməryəm cəbhə xəttində bir
müddət qarĢılıqlı müdafiədə qaldılar. Türk Qafqaz Ġslam Ordusu Komandanlığı
Qərargahı və Nuru paĢa bolĢeviklərə qarĢı hücumun 28 iyunda aparılmasına qərar
verdi. Nuru paĢa 5-ci Qafqaz piyada diviziyası komandiri Mürsəl bəyə 22 iyunda
göndərdiyi əmrdə belə deyirdi:
"Vətənindən uzaqda ağır bir vəzifə daĢıyan Osmanlı zabitlərinin üstün
düĢmən qüvvələri qarĢısında uğursuzluğa uğrama təhlükəsi mövcuddur. Bütün
ümidimiz ordumuzun baĢlayacağı hərbi hərəkatda bolĢevik qüvvələri əzməsinə
bağlıdır. Zaman, gözləməyə müsaid deyildir və arxadan təzə gücləndirici qüvvə
göndəriləcəyinə dair bir iĢarə də yoxdur. Bu baxımdan zabit və əsgərlərimizin
üzərinə düĢən vəzifə son dərəcə ağırdır, ancaq bu vəzifənin də yerinə yetirilməsi