Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə63/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   59   60   61   62   63   64   65   66   ...   175

135 

 

Məzarın  yerləĢdiyi  təpəyə  çatmaq  üçün  dağın  Ģərq  tərəfindəki  dərələr, 



yarıqlar  və  keçidlərdən  keçib,  uzunca  bir  yolu  demək  olar  ki  dırmanaraq  çıxmaq 

lazım  gəlir.  Məzarın  yerləĢdiyi  təpənin  üstündəki  kiçicik  bir  düzlükdən  Göyçay 

ovası  və  Bığır  qəsəbəsinə  doğru  baxınca,  bölgədəki  çətin  təbiət  Ģərtlərini  daha 

yaxĢı  anlamaq  mümkün  olur.  ġəhid  Qədir  əfəndinin  əbədi  yuxuya  getdiyi  yerdən 

aĢağılara baxınca, oradakı müharibənin hansı Ģərtlər altında getdiyi bir daha aydın 

olur. 


Ətraf  kəndlərdə  yaĢayan  türklərdən  biri,  çölün  ortasındakı  təpələrin 

üzərində yatan Qədir əfəndinin məzar yeri itməsin deyə baĢ ucuna bir ağac parçası 

yerləĢdirmiĢdir.  Üzərinə  də  kiril  hərfləri  ilə  "Mərhum  Qədir  əfəndiyə  qara  qızın 

nəvəsi  Ġlhamdan  yadigar"  Ģəklində  yazılı  bir  lövhə  asmıĢdır.  Bir  baĢqa  kəndli  də 

məzarın ətrafını dəmir barmaqlıqlarla hasara almıĢdır. Yerlilərdən biri məzarın baĢ 

hissəsinə bir alça ağacı əkmiĢdir. Alça ağacı indilərdə ġəhid Qədirin məzarındakı 

torpaqdan aldığı qida ilə qıpqırmızı və meyxoĢ meyvələr verməyə davam edir. 

Qafqazdakı  türklər  Qədir  əfəndinin  məzarını  müqəddəs  bir  məkan  halına 

gətirmiĢlər.  Məzarlıq  zamanla  yaxĢı  bir  qismət  gözləyən  gənc  qızların,  sevdiyinə 

qovuĢmaq istəyənlərin, uĢağı olmayanların və baĢqa dilək sahiblərinin ziyarət yeri 

halına  gəlmiĢdir.  Ziyarətçilər  alça  ağacının  budaqlarına  rəngarəng  parçalar 

bağlamıĢlar.  Bu  cür  ənənələr  türk  millətinin  Orta  Asiyada  keçmiĢ  dövrlərdə 

mənsub  olduğu  Göy  Tanrı  inancından  bu  günümüzə  qədər  daĢıdığı  bir  davranıĢ 

formasıdır. Bu ənənə Anadolu, Balkanlar, Qafqaz və Orta Asiya ilə Orta ġərq kimi 

türklərin yaĢadığı bir çox coğrafiyada günümüzdə hələ də yaĢadılmaqdadır. 

Atalarını  daima  hörmətlə  anmaq  və  keçmiĢini  əsla  unutmamaq,  qəhrəman 

Türk  Silahlı  Qüvvələrinin  bir  xüsusiyyətidir.  Bakıdakı  Türk  Silahlı  Qüvvələri 

AttaĢeliyi  qəhrəman  Mehmetçiyin  torpağa  düĢdüyü  yer  olan  Bığır  kəndinin 

təpəsində  Qədir  əfəndinin  əziz  xatirəsini  yaĢatmaq  üçün  məzarını  kəsmə  daĢlarla 

yenidən inĢa etdirərək, kitabəsini də səliqə ilə yerləĢdirmiĢdir. (Foto: Özəl arxiv). 

Qədir əfəndiyə Allahdan rəhmət diləyir və bir baĢqa təpəyə istiqamətlənirik. 

Dərin yarıqları aĢaraq, qarĢıdakı Türk Dağına dırmanırıq. 

Bığır kəndi düz bir ərazidə təpələrin tükəndiyi və düzənliyin baĢladığı yerdə 

qurulub. Yerli əhali Bığırın Ģərqində və arxasındakı bu yüksək və dik təpəyə, orada 

yatan  Mehmetçiyə  görə  Türk  Dağı  adını  vermiĢdir.  Təpənin  hakim  nöqtəsində 

yatan qəhrəmanın adı bilinmədiyi üçün dağa bu adı layiq görmüĢlər. 

Bu  təpələrə  dırmanmaq  olduqca  çətindir.  YoxuĢlar,  cığırlar,  dərə  yataqları 

və  dik  yamacları  dırmanmaq  lazım  gəlir.  Təpənin  ətəklərinə  çatınca  vadidən 

yuxarıya  doğru  baxıldığı  zaman  qəhrəman  Mehmetçiyin  hansı  Ģərtlərdə 

savaĢdığını, Qafqazda yaĢayan türklərin səsini, imdad çığırtısını və bunun mənasını 

daha yaxĢı qavramaq mümkün olur... 



136 

 

Türk Dağındakı məzar, Bığır kəndi ilə qarĢısında uzanan düzlüyü və ovanı 



yuxarıdan aĢağı seyr edir. Daha irəlilərdə Kür çayının suvardığı bərəkətli torpaqlar 

uzanır. Türk Dağında  yatan bu qəhrəmanın  məzarı da  yenə Türk  Silahlı Qüvvələr 

AttaĢeliyi  tərəfindən  kəsmə  daĢlarla  inĢa  edilmiĢdir.  Qədir  əfəndinin  məzarında 

olduğu  kimi,  ətrafı  dəmir  barmaqlıqla  əhatə  olunmuĢdur.  Məzarın  yerləĢdiyi 

əraziyə  girmək  üçün  dəmir  barmaqlıqlı  kiçik  bir  qapı  qoyulması  da  diqqətdən 

yayınmamıĢdır.  Ətrafdakı  məzarların  hamısı  da  eyni  memarlıq  üslubda 

düzəldilmiĢdir... (Özəl arxivimiz). 

Türk  Dağından  uzaqlara  baxınca  göy  üzündə  süzülən  bir  qartal  gözünüzə 

çarpar. Bəllidir ki, ətrafda gəziĢən bir dovĢan, ya da bir baĢqa ov axtarır. Qafqazın 

imdadına  çatan  qəhrəmanlar  da  bu  qartal  kimi  Anadoludan,  Ərciyəsdən, 

Toroslardan,  Palantökənlərdən  çıxmıĢlar,  düĢmənin  üstünə atılmıĢdılar.  DüĢmənin 

qadın və uĢaqları öldürməsinin qarĢısını almıĢdılar. 

Bığır  kəndinin  kənarında  da  bir  Ģəhidlik  var.  Qarabağda  ermənilərə  qarĢı 

savaĢarkən həyatını itirənlər üçün düzəldilmiĢdir. 

Bığır  təpələrindən  Ģərq  istiqamətində  uzaqlara  baxınca,  Bakı-Göyçay 

yolunun  üzərində  yerləĢən  Türk  Ģəhidliyi  görünür...  ġəhidlik  Qədir  əfəndi  ilə 

qucaq-qucağa  yatan,  ancaq  sayı  və  məzar  yeri  belə  bilinməyən  adsız 

qəhrəmanların, Göyçay Ģəhidlərinin xatirəsini yaĢatmaq üçün inĢa edilmiĢdir. 

Göyçayın  Ģərqində  Qaraməryəm  ilə  Bığır  kəndləri  ətrafında  davam  gətirə 

bilməyən  bolĢevik  Qızıl  Ordu  hərbi  qüvvələrinin  bir  qolu  Ģərq  tərəfdə  Ġsmayıllı-

ġamaxı istiqamətində qaçmağa baĢlamıĢdılar. 13-cü Qafqaz alayı isə düĢməni təqib 

etməkdə idi. Qəhrəmanlar gözü dönmüĢ qatillərə nəfəs almağa imkan vermirdi. Bu 

ətrafdakı  təpələrdə,  dik  yamaclarda,  dərələrdə  və  düzlüklərdə  bolĢevik  və 

daĢnakları təqib edir, onlara aman vermirdilər. 

Anadoluda  hər  bir  türkün  evində  uĢaqlara  nağıllar  danıĢılır.  Ağbirçək 

nənələrin  anlatdığı  bu  hekayələrdən  biri  mütləq  Qaf  dağı  haqqında  olur.  13-cü 

alayın qəhrəmanlarından Mustafa ÇavuĢ da, ehtimal ki, Anadoluda hər bir türkün 

evində  danıĢılan  Qaf  dağı nağıllarını  dinləyərək  böyümüĢdü.  Və  tale  onu  1918-ci 

ildə  Türk  Qafqaz  Ġslam  Ordusu  ilə  birlikdə  uĢaqlığındakı  nağıllar  dünyasında 

önəmli  bir  yeri  olan  Qaf  dağına  gətirdi.  Yeyəcək  çörəyi,  içəcək  suyu  da  buraya 

qədərmiĢ.  Erməni  daĢnak-rus  bolĢevik  qüvvələri  ilə  qəhrəmancasına  vuruĢarkən 

Mustafa ÇavuĢa Ģəhadət Ģərbəti içmək burada nəsib olmuĢdur. Yağlı güllə Mustafa 

ÇavuĢu  Mollaishaqlı  kəndi  yaxınlarında  vurmuĢdur.  Ġndi  Bığırdan  Mollaishaqlıya 

uzanan  vadilərdən  birinin  yerləĢdiyi  Ġrəmə  məntəqəsində  yatır.  Məzarı  kiçicik 

təpələrin arasında, bir yoxuĢun döĢündə durur və qarĢısında uzanan bərəkətli ovanı 

seyr edir. 

Ġsmayıllının  Hacıhəsənli  kəndində  yaĢayanlar  da  ermənilərin  təcavüzünə 

məruz  qalmıĢdılar.  Çəkidə  yüngül,  qiymətdə  ağır  nə  varsa  daĢıya  bildikləri 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə