Draft confidential


III-cü İstiqamət: Sosial Xidmətlərin və İnfrastrukturun İnkişaf Etdirilməsi



Yüklə 1,13 Mb.
səhifə20/25
tarix26.03.2018
ölçüsü1,13 Mb.
#34694
1   ...   17   18   19   20   21   22   23   24   25

III-cü İstiqamət: Sosial Xidmətlərin və İnfrastrukturun İnkişaf Etdirilməsi
Azərbaycan Minilliyin İnkişaf Məqsədlərinin (MİM) bir çoxuna çatmaq yolundadır. CAS dövrü ərzində MİM-lər YAİİDP-ə inteqrasiya olunmuşdur. (bax əlavə 4-ə) Bank onlara nail olmaq üçün müqayisə və tərəqqinin monitorinqi məqsədi ilə statistik bazanın təkmilləşdirilməsini həyata keçirmişdir. Proqramatik Yoxsulluğun Qiymətləndirilməsi vasitəsi ilə yaxından tərəfdaşlıq Azərbaycanın yoxsulluğun təhlili potensialını gücləndirib.
Bu tərəqqiyə baxmayaraq analitik boşluqlar qalmaqdadır, xüsusi ilə də əmək bazarının mütəmadi müayinəsi və məcburi köçkünlərin iqtisadi durumunun yarımçıq anlaşılması sahəsində. Səhiyyə sahəsində dövlətin statistikası və aparılan müayinələrin nəticələri arasındakı fərq 5 yaşdan aşağı uşaqlar və analar arasındakı ölüm səviyyəsinin azaldılmasındakı tərəqqinin olub-olmamasını müəyyən etməyə imkan vermir. Ətraf mühitin dayanıqlılığının təmin olunması üzrə MİM-lərə nail olmaq üçün Azərbaycan xüsusi ilə də kənd yerlərində içməli su mənbələrinin inkişafına daha çox diqqət yetirməlidir.
Pulsuz dərsliklərlə təmin edilmə və şagird qiymətləndirilməsinin pilotlaşdırılması təhsil sisteminin keyfiyyəti və ona çıxışın inkişafı üzrə atılan addımlar sırasında olaraq yaxşı tərəqqi ilə nəticələnmişdir. İbtidai təhsilə qəbulun ümumi faizi 2001-ci ildə 98.6%-ən 2003-cü ildə

102.4%-ə, orta məktəbin daha yuxarı pillələrinə qəbul 2001-ci ildə 43.2%-dən 2003-cü ildə 70.5 %-ə yüksəlmişdir. Ali təhsildə qəbul səviyyəsi 2001-ci ildəki 13.4%-dən tədricən enərək 2003-cü ildəki 12.2 % -ə çatmışdır.


CAS hədəflərinə geniş şəkildə nail olunsa da, konservativlik, çatışmazlıqlar və qeyri-qanuni ödəmələr təhsil sisteminin inkişafının qarşısını alır. Hökumət ətraflı islahat proqramı qəbul etmiş və Təhsil Komisiyasına gündəliyin həyata keçirilməsindəki tərəqqini sürətləndirməyi tapşırmışdır.
Bank bu prosesə yardım etməyə davam edıir. CAS dövründə Təhsil Sahəsi Qeydi tərəfindən dəstəklənmiş (MA 03) Təhsil Sektorunda İnkişaf UKP-ı qəbul edilmişdir. İbtidai təhsildə bərəbərliyi inkişaf etdirmək üçün Bank 1-5-ci siniflər üçün pulsuz dərslik paylanması cəhdini dəstəkləmişdir. (Hökumətin məlumatlarına əsasən bu məqsədə 2003-2004-cü illərdə nail olunmuşdur.) Şagirdlərin Nailiyyətlərinin Qiymətləndirilməsi Komitəsi 2004-cü ildə təsis olunmuş və 5-ci sinifdə oxuyan 1900 uşaq üçün riyaziyyat və Azərbaycan dili üzrə pilot qiymətləndirilmə aparmışdır. Institusional Quruculuğa Texniki Yardım-2 çərçivəsində təhsilin maliyyələşdirilməsi, dövlət təhsilinin xərcləri və təhsil prioritetləri araşdırmaları hazırlanmış və xərclərin təhlili üzrə treninq təmin olunmuşdur.
Cədvəl A3.5 Azərbaycanda Əsas Sosial Göstəricilər ,Key Social Indicators in Azerbaijan, 2001–03

Göstərici

2001

2002

2003

Doğuşda ömür uzunluğu

71.9

72.2

72.3

İbtidai təhsilə ümumi qəbulun səviyyəsi (faiz)

98.6

98.8

102.4

Orta təhsilə ümumi qəbulun səviyyəsi (faiz)

43.2

63.4

70.5

Ali təhsilə ümumi qəbulun səviyyəsi (faiz)

13.4

12.5

12.2

Ana ölümü səviyyəsi (hər 100,000 diri doğuşa)

25.4

19.9

18.5

Körpələrin ölüm səviyyəsi (hər bir 1,000 diri doğuşa)

12.5

12.8

12.8

Mənbə: Azərbaycan Hökuməti, YAİİDP Tərəqqi Hesabatı, 2005.
İlkin tibbi xidmət göstərilməsi seçilmiş ərazilərdə inkişaf etdirilsə də, bütün sistem çərçivəsində islahatlara hələ də ehtiyac var. Azərbaycan DOTS-un əhatəsini genişləmndirməklə vərəmin yayılmasının qarşısını alan addımlar atmış və Qlobal Fond tərəfindən maliyyələşmiş HİV/AIDS-qrantı təsdiq edilmişdir.
Geniş islahat gündəliyinə və idarəçilik məsələlərinə məhdud hökümət öhdəliyi səbəbindən Bankın CAS dövrü üzrə səhiyyə sektorundakı məqsədləri pilot rayonlarda səhiyyə xidmətlərinin yaxşılaşdırılması ilə məhdudlaşmışdır.
Səhiyyə İslahtı ÖİK 5 rayonda tibbi yardım xidmətlərinə çıxışın yaxşılaşdırmaqla uğulu olmuşdur. Hədəf seçilmiş rayonlardakı təkmilləşdirilmiş ilkin tibbi yardım qurumlarında xəstələrin sayı 65%, xəstələrin məmnunluğu isə 34%-dən 61%-ə artmışdır. Lakin, layihə əsas iştirakçıları daha geniş miqyasda islahatlar keçirməyə inadıra bilməmişdir. Səhiyyə xərcləri dövlət xərclərinin 5.3%-dən 5.8%-nə artmışdır, lakin xəstəxanaların sayının düzgün müəyyən edilməsi də daxil olmaqla xərclərin səmərəsi az olmuşdur. Kifayət qədər texnika və işçi heyətlə təmin olunmasına baxmayaraq, xüsusilə də kasıblar arasında xəstəxanalardan istifadə aşağı səviyyədədir. Səhiyyə sektorundakı bu günədək olan təcrübə göstərir ki, nəzərə çarpacaq idarəetmə çərçivəsi, siyasi iradə və əsas müəssisələrin iştirakı olmadan da kiçik islahatlar baş 2005-ci ildə Səhiyyə Nazirliyində rəhbərlik dəyişiləndən sonra Bank hazır idi. Ətraflı Səhiyyə Sektorunun İcmalı (2005 maliyyə ili) ətraflı islahat proqramının əsas elementlərini müəyyən edib, hansılar ki, hal-hazırda 2006 maliyyə ilində Səhiyyə Sektorunun İslahatı Layihəsi vasitəsilə həyata keçirilir.
Sosial sığortanın transfer səviyyəsi artmış və sistemli islahatlar qaçınılmazdır. CAS dövründə Pensiya və Sosial Yardım Layihəsi (PSYL), Kommunal Xidmətlərin Qiymətlərindəki Dəyişkliyin PSYL-sı, və kasıblığın statistikası və xəritələnməsi üzrə intensiv iş tərəfindən dəstəklənən sosial sığorta islahatı sahəsində dialoq nəzərə çarpacaq dərəcədə irəliləmişdir.

Həm pensiyalar həm də sosial yardım ödənişləri vaxtında ödənilir və ödəmələrdə nəzərə çarpan qalıqlar yoxdur. Prezident siyasət və idarəetmə çatışmazlıqlarını tənzimləyən pensiya islahatları gündəliyini qəbul etmişdir. Pensiyaçılara dair kompüterləşdirilmiş fərdi uçot sistemi yaradılmaqdadır və 1 yanvar 2005-ci ildən etibarən minimum pensiya məbləği minimum əmək haqqına uyğun olaraq aylıq 125,000 manata artırılmışdır. Sosial müavinətlər də artırılmışdır. Ünvanlı ailə müavinəti 2006-cı ilin iyun ayında tətbiq edilməyə başlayıb. Bu həm də planlaşdırılmış gələcək kommunal xidmətlərin qiymətlərinin artımını kompensasiya etməyə kömək edəcəkdir.


Hökumətin məcburi köçkünlərə münasibətdə olan strategiyası “qısamüddətli” həllər kimi deyil, uzunmüddətli davamlı inkişafa istiqamətləndirilmişdir. Hökümət məcburi köçkünlərin həyat şəraitini davamlı olaraq yaxşılaşdırmaq üçün bunu təşviq edən proqramlar təşəbbüsü ilə çıxış edir. DNF qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ayrılan vəsaitin həcmini nəzərə çarpacaq dərəcədə artırıb. (2004-cü ildə 47 milyon ABŞ dolları). Məcburi köçkünlərin adambaşına gəliri ümumi əhalinin orta göstəricisini bir az üstələmişdir. (cədvəl A3.3). Bankın müharibədən zərər çəkmiş ərazilərdə nəqliyyat və enerji ötürülməsi və digər infrastrukturun tikintisi işi 1995-ci ildən etibarən Pilot Yenidənqurma Layihəsi vasitəsi ilə hayata keçirilir, hansı ki, bu 36000 məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasına imkan verir. Bu həmçinin 160 000 benefisiar üçün hər birinin orta dəyəri 35 000 ABŞ dolları olan 190 mikro-layihəni maliyyələşdirmiş ünvanlı sosial fondun əsasını qoymuşdur. Ölkə göstəricilərinin inkişafı səbəbindən BİA-nın əlavə resurslarının mövcud olması fonunda, Bank Mİ05-də məcburi köçkünlərin İqtisadi İnkişafına Dəstək Layihəsinin davamına qərar vermişdir ki, bu da sosial fondun vəsaitlərini artırmışdır. Lakin məcburi köçkünlərin məsələrinin ümumi yoxsulluq təhlilinə və sahələr üzrə proqramlara daha yaxşı inteqrasiyasına və bu sahədə tərəqqini daha aydın müəyən etmək üçün məlumatların təkmilləşdirməsinə ehtiyac vardır
Cədvəl A3.6 Qaçqınların və məcburi köçkünlərin aylıq gəlir və istehlak xərcləri (adambaşı manatla)

Mənbə

2002

2003

2004

Faizlə dəyişiklik, 2002–04

Gəlir













Qaçqınlar / məcburi köçkünlər

185,772

199,076

217,127

16.9

Cəmi

179,107

187,880

207,558

15.9

İstehlak













Qaçqınlar / məcburi köçkünlər

163,350

172,071

217,358

33.1

Cəmi

164,788

175,863

215,595

30.8

Mənbə: Dünya Bankı /Azərbaycan Hökuməti ETS
Nəqliyyat sektorunun idarə edilməsi gücləndirilib və yol şəbəkəsi sürətlə inkişaf etməkdədir. Hökumət qeyri-neft sektorunun inkişafına mane olan əsas problemləri həll etmək üçün və Bakıdan kənar ərazilərdə iqtisadi imkanların təkmilləşdirilməsi və sosial xidmətləri əldə etmək imkanlarının artırılması üçün nəqliyyat sektorunda ambisioz investisiya strategiyasını qəbul edib. Yolların inkişafına büdcədən əhəmiyyətli dərəcədə vəsait ayrılıb və ciddi donor yardımı ilə tamamlanır. Bank Nəqliyyat Nazirliyi, YNSD və nəqliyyat sektoru üzər çalışan digər qurumların institusional gücləndirilməsinə yardım göstərib. Yolların saxlanılmasına büdcədən ayrılan vəsaitin artımı il üzrə hədəfi 10% ötüb və təchizatçılar və podratçılar arasında rəqabət artıb. Yol şəbəkəsinin funksional təsnifatı başa çatdırılıb və yol layihələrinin təhlili və prioritetləşdirilməsi məqsədilə yaradılmış Yol Örtüyünün İdarə edilməsi Sistemi 2005-ci ilin yanvar ayndan işləməyə başlayıb. Yol Layihəsi çərçivəsində Şərq-Qərb yolunun müəyyən hissələrinin bərpası həyata keçirilməkdədir və bir sıra kənd yollarının saxlanılması üzrə müqavilələr yerinə yetirilib. Proqram aşağıdakılar münasibətdə tarazlaşdırılmış yanaşmanı təmin edir: əsas magistralların dörd zolaqlı magistrallara çevrilməsi; müəyyən ölkə əhəmiyyətli və regional yolların bərpası; və ikinci-dərəcələ və yerli şəbəkənin müəyyən hissəsinin bərpası. Şimai-Cənub tranzit dəhlizi üzrə ikinci Yol Layihəsi 2006 maliyyə ilində təsdiq edilib. Yollara münasibətdə əhəmiyyətli tərəqqi əldə edilsə də, iri həcmli investisiyalara və yolların saxlanılmasına ehtiyac var, çünki əsas yolların 81% bərbad vəziyyətdədir. Bundan əlavə, dəniz nəqliyyatı, dəmiryol, hava nəqliyyatı, və o cümlədən də, gömrük daxil olmaqla, digər nəqliyyat sektorlarında da çoxlu iş görülməlidir. 2006-cı il üzrə BEEPS-də göstərilir ki, nəqliyyat probleminin sahibkarlıq fəaliyyətinə maneə hesab edən şirkətlərin sayı 2002-ci illə müqayisədə artıb. Nəqliyyatın asanlaşdırılması üzrə dialoq vasitəsilə, Bank, ticarət və nəqliyyat məsələləri üzrə dövlət və özəl sektorlar arasında dialoqun inkişaf etdirilməsində, və o cümlədən qonşu Gürcüstan ilə həmin məsələlər üzrə əməkdaşlığın artırılmasında müəyyən tərəqqini əldə etməyə kömək edib.28 Daha yüksək regional əməkdaşlıq siyasi amillər ilə məhdudlaşdırılır, lakin.

Enerji subsidiyalarının azaldılmasına, kommunal haqlarının artırılmasına və Bakıda su təchizatının yaxşılaşdırılmasına dair müəyyən addımlar atılıb, lakin kommunal sektorda islahat proqramı geniş olaraq qalır. Enerji və digər kommunal xidmətlərdə, Bank struktur islahatlara, idarəetmənin və maliyyə effektivliyinin artırılmasına, subsidiyaların azaldılmasına, xidmətlərin təhlükəsizliyi və etibarlılığının artırılmasına xüsusi diqqət yetirib. 2006-cı il üzrə BEEPS-ə uyğun olaraq, telekommunikasiya və enerji təchizatını sahibkarlıq fəaliyyətinin həyata keçirilməsində maneə hesab edən firmaların sayı 2002-ci ildə 9% və 30% ilə müqayisədə 2005-ci ildə müvafiq olaraq 5% və 25% səviyyəsinə enib. Gizli enerji subsidiyalarının azaldılmasında, həm yığımın artırılması, həm də büdcə prosesi ilə dolayı subsidiyaların əyani edilməsi vasitəsilə, tərəqqi əldə edilib. Enerji ilə bağlı subsidiyaların ümumi səviyyəsi 2002-ci ildə qeyri-neft ÜDM-ün 7.7% səviyyəsindən 2004-cü ildə 6.5% səviyyəsinə enib, 2005-ci ildə onların 4.7% səviyyəsinədək daha da enməsi proqnozlaşdırılır. Məsrəflərin çıxarılması səviyyəsinə daha da yaxınlaşmaq üçün qaz haqqı 2004-cü ildə 4 dəfə və su haqqı 2 dəfə qaldırılıb. Bakı üzrə sorğu məlumatları göstərir ki, içməli suyun keyfiyyəti artıb, lakin ölkənin digər ərazilərində ciddi problem olaraq qalır. Bakıda Su Təchizatı Layihəsi çərçivəsində əsas su təmizləyici stansiyanın bərpası demək olar ki, başa çatdırılıb, bu da mənbədə suyun keyfiyyətini artırır.
Lakin, kommunal xidmətlərin aşağı səviyyəsi, sayğaclaşdırmanın çatışmazlığı, və həddindən yüksək normativlər xidmət haqlarının yığılmasına maneədir və şirkətlərin maliyyə vəziyyətinin davamlılığı şübhə altındadır. Kommunal sektorun maliyyə vəziyyəti zəifdir və kommersiya nöqteyi-nəzərdən səmərəli olmaq üçün elektrik enerji, qaz və su təchizatı müəssisələri sayğaclaşdırmanın artırılmasına və tənzimləyici çərçivənin təkmilləşdirilməsinə ehtiyac duyur. Kommunal müəssisələrin özəlləşdirilməsi və ya özəl sektorun iştirakının artırılması sahəsində tərəqqi gözləniləndən aşağı olub. Məlumatların məhdud olması su və enerji sektorunda xidmətlərin göstərilməsi səviyyəsinin yüksəlməsini dəqiq qiymətləndirməyə imkan vermir. 2002-ci ildə bütün ölkə miqyasında baş vermiş qəza təkrar baş verməyib, lakin tez-tez baş verən lokal qəzalarla və geniş səviyyədə sistemin sıradan çıxması ilə, sistemin etibarlılığı zəif olaraq qalır.
İstiqamət 4: Neft potensialının reallaşdırılması
4-cü istiqatmətin məqsədi neft və qaz inkişafının dəstəklənməsi və maliyyələşdirilməsi, və layihələrin sosial və ekoloji təsirlərinin azaldılmasının təmin edilməsidir. Azərbaycanın neft sektoru, 2002-2005-ci illər ərzində 8 milyard ABŞ dolları həcmində investisiyalar ilə dəstəklənərək, qrafikə uyğun inkişaf edir. AÇQ Faza 1 işlənmə və hasilat layihəsində 2005-ci ilin fevral ayında ilk neft alınıb və hal-hazırda layihədə gündəlik neft hasilatı 136 min barrel xam neft təşkil edir. Müxtəlif amillər BTC boru kəmərinin həddindən artıq mürəkkəb tikinti prosesinin başa çatdırılmasına bir ildən çox ləngiməsinə təsir göstərib. BTC Şirkəti Azərbaycandan boru kəməri vasitəsilə xam neftin nəql edilməsinə 2005-ci ilin may ayında başlayıb. Neft Ceyhana 2006-cı ilin may ayında çatıb. Şahdəniz qaz yatağının işlənməsinin birinci fazası üzər işlər qrafikə uyğun gedir və Cənubi Qafqaz boru kəmərinin tikilməsi ilə 2006-cı ildə qaz ixrac edilməsi gözlənilir. Bu hadisələr ilə, 2005-2007-ci ildə neft sektorunda illik artımın 60% olması proqnozlaşdırılır. 2007-ci ildən sonra artımın surəti tədricən azalmağa başlayacaq, və orta müddətdən uzun müddətə qədər artım azalmağa başlayacaq.
Bank Qrupu neft potensialının reallaşdırılmasına kömək etməkdə katalitik rol oynayıb. Bank Qrupu neft potensialının reallaşdırılmasında kömək etməkdə aparıcı rol oynayıb, və həmin köməklik yalnız neft yatağı layihəsi və BTC boru kəmərinin tikintisi üçün maliyyənin əldə edilməsindən deyil, həmçinin, ən yüksək sosial, ətraf mühit və təhlükəsizlik standartlarının təmin edilməsində aparıcı rol oynamaqdan ibarət idi. Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda AÇQ Faza 1 neft yatağının işlənməsinin ikinci fazasını və 2004 maliyyə ilində BTC boru kəmərinə dəstək göstərib, və bu məqsədlə öz vəsaiti hesabına 61.43 milyon ABŞ dolları həcmində kredit və birgə kredit vasitəsilə 31 milyon ABŞ dolları ayırıb. BMK, həmçinin, ölkədə bir çox tərəfdaşın iclaslarının keçirilməsində, yerli əhalinin, qeyri-hökumət təşkilatlarının və digər tərəflərin BTC boru kəmərinin marşrutu haqqında narahatlıq doğuran məsələlər ilə tanış olmağa çağırılmasında faydalı rol oynayıb. Azərbaycanda QHT qrupları və BMK-nin ətraf mühit və sosial məsələlər üzrə əməkdaşları daxil olmaqla, bir çox müstəqil qurumlar tərəfindən layihənin davamlı monitorinqi həyata keçirilməkdədir. BTC boru kəmərinin inşası zamanı, BMK əməkdaşları ətraf mühit üzrə (ildə dörd dəfə) və sosial missiyalarda (ildə iki dəfə) iştirak etmişdi. BMK, həmçinin, kreditorlar qrupu adından fəaliyyət göstərən layihələndirmə üzrə müşavirlərlə, və BP şirkətinə regiondakı fəaliyyəti ilə bağlı məsləhət göstərən Xəzər İnkişaf Müşavirə Şurası ilə müntəzəm olaraq əlaqə saxlayır. Birinci istiqamət üzrə müzakirə edildiyi kimi, Neft Fondu, büdcə sistemləri, OMXP və DİP diqqət mərkəzində olmaqla, BİA Azərbaycana gəlirlərin izlənilməsi və istifadə edilməsi sahəsində şəffaflığın təmin edilməsi üçün lazımi qurumların yaradılmasında mühüm rol oynayıb. Həmin institusional islahatlar beynəlxalq neft şirkətləri və banklar üçün layihə üçün daha uzun müddətli və iri maliyyənin ayrılması üçün şərait yaradan idarəetmə çərçivəsinin yaradılmasında xüsusi rol oynayıb.
Ətraflı monitorinq çərçivəsi meydana çıxan məsələlərin erkən müəyyən edilməsinə gətirib, və kreditorlar vətəndaşlıq cəmiyyəti ilə onların həll olunması üzrə birgə çalışıb. BMK həmçinin BTC-ni vətəndaşlıq cəmiyyətini monitorinq çərçivəsinə daxil etməyə həvəsləndirib, və BTC Azərbaycanda bu işi səmərəli həyata keçirə bilib. BMK rüb ərzində əldə edilmiş tərəqqini nəzərdən keçirən Rəhbər Komitənin üzvüdür. Bundan əlavə, BMK-nin Bakıda AÇQ/BTC/KOM (kiçik və orta müəssisələr) Əlaqələndirmə Proqramı çərçivəsində əlaqələndirmə layihələrinin identifikasiyası və monitorinqi üzrə çalışan əməkdaşları var. Bu günədək, həmin əlaqələrə BP Müəssisə Mərkəzi vasitəsilə işgüzar xidmətləri və müəssisələr üçün uzun-müddətli sifarişləri əldə etmək imkanını yaradan təchizat şəbəkəsi üzrə texniki yardım və enerjinin qənaət edilməsi və alternativ enerji texnologiyaları haqqında məlumatın yayılması üçün Energy Bus sistemi (nümayişlərdə 4 486 ev təsərrüfatı iştirak edib) daxil olub. Proqram BMK-nin kiçik yerli müəssisələr üçün daha çox imkanların yaradılması üzrə səylərini nümayiş etdirir. BMK-nin Korporativ Vətəndaşlıq qurumu, həmçinin, sponsorlara regionda vətəndaşlıq cəmiyyətinin potensialının artırılmasında kömək etmək üçün birgə-maliyyələşdirmə şəklində 200 min ABŞ dolları ayırıb.

5. Nəticələrin qiymətləndirilməsi və nəticələrə töhfə
Nəticə: qənaətbəxş
CAS müddəti bütün dörd strateji istiqamət üzrə əhəmiyyətli tərəqqi göstərib. Xüsusilə mühüm nəticələr birinci və dördüncü istiqamət üzrə müşahidə olunub: neft bumunun idarə edilməsi və neft potensialının reallaşdırılmasına yardım. Son dörd il ərzində ÜDM artımı ildə 11% təşkil edib, və qeyri-neft ÜDM-un artımı ildə təxminən 13% təşkil edib; BTC boru kəmərinin tikintisi başa çatmaq üzrədir; neft yataqlarının işlənməsi və digər boru kəmərlərinin inşası cədvələ uyğun həyata keçirilir; Neft Fondu fəaliyyət göstərir, büdcə çərçivəsi icra olunur, və Hökumətin enerji gəlirlərinin istifadə edilməsində şəffaflığın və idarə edilməsinin yüksək standartlara cavab verməsinin təmin edilməsi üzrə öhdəliyinə sadiqliyi onun, 2003 və 2004-cü illər üçün yeganə ölkə olaraq, EİTİ-yə (Hasilat Sənayelərinin Şəffaflıq Təşəbbüsü) qoşulmasından ibarət olan mühüm addımı ilə nümayiş etdirilib. İkinci və üçüncü məqsədin əldə edilməsində də yaxşı tərəqqi əldə edilib, baxmayaq ki, müəyyən vacib sahələrdə tərəqqi daha aşağı idi. Davamlı artım qeyri-neft sektorunda müşahidə olunub və bank rəqabəti, torpaq bazarı, kənd təsərrüfatının kreditləşdirilməsi, suvarma, və ətraf mühit kimi Bankın dəstəklədiyi əksər sahələrdə tərəqqi əldə edilib.

Cədvəl A3.7. CAS Nəticələrin Qiymətləndirilməsi, Məqsədlər üzrə bölgü ilə

Məqsəd

Nəticə

İzahat

İstiqamət I: Neft bumunun idarə edilməsi


Qənaətbəxş


Tərifə layiq makroiqtisadi idarəetmə; neft gəlirlərinin şəffaf idarə edilməsi üçün tələb olunan qurumlar sahəsində əhəmiyyətli tərəqqi. Lakin həmin qurumların real olaraq sınaqdan keçirilməsi, iri həcmli neft gəlirləri başlananda, növbəti ÖTS dövrünə düşəcək.

İstiqamət II: İş yerlərinin yaradılması və qeyri-neft sektorunda artım



Qənaətbəxş


Qeyri-neft sektorunun davamlı inkişafı; Bankın dəstəklədiyi əksər sahələrdə, o cümlədən bank rəqabətində, torpaq bazarında, kənd təsərrüfatının kreditləşdirilməsində, suvarma və ətraf mühit sahəsində yaxşı tərəqqi. Lakin kiçik və orta müəssisələr üçün işgüzar mühitin yaxşılaşdırılması üçün daha ciddi tərəqqiyə ehtiyac var.

İstiqamət III: İnfrastrukturun və sosial xidmətlərin təkmilləşdirilməsi

Orta qənaətbəxş


Azərbaycan əksər MİM-lərin əldə edilməsi üçün doğru yoldadır. Bankın təhsil, sosial müdafiə islahatı, və ünvanlı səhiyyə sahəsində müdaxilələr üzrə yaxşı tərəqqi müşahidə olunur. Lakin, səhiyyə sektorunda sistem islahatlara ehtiyac var. Yol sektorunun inkişafı sürətlidir, enerji və kommunal sektorunda islahatlar həyata keçirilir, baxmayaraq ki, icranın sürəti gözləniləndən daha aşağı olub.

İstiqamət IV: Neft potensialının reallaşdırılması



Qənaətbəxş


Neft sektoruna yüksək investisiyalar cəlb olunub; bütün iri layihələr başa çatmaq üzrədir; neft sektorunda artımın səviyyəsi növbəti bir neçə il ərzində illik 60% səviyyəsində planlaşdırılıb.

Lakin, qeyri-neft sektorunun artım potensialı və iş yerlərinin yaradılması potensialını tam reallaşdırmaq üçün, işgüzar mühitin yaxşılaşdırılması, bank sektorunda rəqabətin artırılması, və korrupsiyanın aradan qaldırılması sahəsində hələ də çoxlu işlər görülməlidir. Sosial sektorlarda, BİA-nın pensiya və sosial yardım üzrə dialoq vasitəsilə əhəmiyyətli təsiri var, və hərtərəfli islahatlar həyata keçirilməkdədir. Hökumət həmçinin məcburi köçkünlər münasibətdə qayğısını artırıb və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və iqtisadi imkanların artırılması üçün davamlı həlləri axtarmağa başlayıb. Təhsil sektorunda yeni kurrikulumun hazırlanmasında, pulsuz dərsliklərin paylanmasında, və təhsil nəticələrinin monitorinqində tərəqqi əldə edilib. Su və enerji təchizatı sektorlarında restrukturizasiya davam etməkdədir, lakin özəl sektorun iştirakının artırılmasında məhdud tərəqqi əldə edilib. Səhiyyə sektoru ciddi narahatlıq doğuran sahə olaraq qalır və Bank dialoq vasitəsilə siyasət islahatı, İSİ, və kiçik investisiya layihələri istiqamətində mövqelərin dəyişilməsi üzrə çalışır.



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə