Draft confidential


Ətraf mühitin təmizlənməsi



Yüklə 1,13 Mb.
səhifə6/25
tarix26.03.2018
ölçüsü1,13 Mb.
#34694
1   2   3   4   5   6   7   8   9   ...   25

Ətraf mühitin təmizlənməsi


  1. Abşeron yarımadasında, Bakı ətrafında, 130 illik neft hasilatı təxminən 33 000 hektar ərazinin neftlə çirklənməsi ilə nəticələnmişdir. Bu, Xəzər dənizinə də öz təsirini göstərmişdir. Çirklənmənin əsas hissəsi hazırda mövcud olmayan Sover dövrünün müəssisələri tərəfindən törədilmişdir, lakin 1991-ci ildə ARDNŞ yarandıqdan sonra da bu davam etmişdir. Düzgün olmayan ekoloji praktikanın nümunəsi kimi neft tullantılarının və tullantı sularının mədənlərin ərazilərinə axıdılmasını göstərmək olar. Çirklənmi. ərazilərin bir qismi Bakının lap yaxınlığındadır və vətəndaşlar və tikinti şirkətləri onların üzərində ev və mənzillər tikirlər. Bu sağlamlıq üçün ciddi risk mənbəyidir və potensial olaraq yanğın və partlayış törədə bilər.



  1. Bu yaxınlarda ölkə Prezidenti çirklənmiş ərazinin təmizlənməsi barədə göstəriş vermişdir. Bu əraziyə tullanmış təminən 700 milyon barrel neftin xeyli hissəsini toplamaq olar ki, bu da kifayət qədər böyük dəyərə malikdir. Çirklənmiş torpaqların xeyli hissəsi təmizləndikdən sonra yaşayış və kommersiya məqsədli tikinti üçün potensial dəyərə malikdir. Lakin çirklənmiş torpasqların kimə məxsusluğu ilə bağlı məsələ qalmaqdadır. Bundan başqa neft sahəsindəki bütün cari əməliyyatların qabaqcıl beynəlxalq ekoloji və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi vacibdir.




  1. Xəzər dənizindəki köhnə yataqlarda qazın havaya buraxılması baş verir. Təkcə bir yataqda səmt qazının yandırılması avadanlığına və ya qazın borulara vurulması imkanına malik olmayan quyulardan gündə təxminən 1 milyon kub metr qaz havaya buraxılır. Yeni boru kəmərlərinə və kompressor stansiyalarına investisiyalar qoyulmazsa bu qazın həcminin 3 milyon kub metrə çata biləcəyi ehtimal olunur. Bu, Karbon Maliyyələşdirməsi mexanizmi üçün bir imkandır.




  1. Bakının kanalizasiya sisteminin təcili yenidənqurulmasına rhtiyac var. Burada və bir sıra digər yerlərdə təmizlənməmiş məişət və sənaye tullantı suları çaylara və Xəzər dənizinə axıdılaraq onları çirkləndirir. Yenə də bu sağlamlığa təhlükədir. Bundan başqa nərə populyasiyası da təhlükə altındadır.




  1. Azərbaycanın üç bioçoğrafi regionun (Avropa, Mərkəzi və Kiçik Asiya) qovşağında yerləşməsi onun yüksək biomüxtəlifliyi ilə nəticələnmişdir. Qafqaz dağları dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən “Global 200 Ecoregion”-dan biri kimi, “Conservation International” tərəfindən isə biomüxtəlifliyin 25 “qaynar nöqtəsindən” biri kimi müəyyənləşdirilmişdir. Qafqaz ekosisteminin problemləri sırasında meşəsizləşmə, həttən artıq otarma və ovçuluq daxildir ki, bunlar da biomüxtəlifliyi birbaşa təhlükələrdəndir. Bunun səbəbləri sırasında kənd yerlərində yoxsulluğu, digər ölkələrdən ağac idxalının dayandırılması, təbii qaz təchizatı sistemlərinin dağılması, siyasi fəsadlar və çoxlu sayda məcburi köçkünlər ordusunun olmasını qeyd etmək olar. Bankın yardımı ilə hökumət təbii resursların idarə edilməsini təkmilləşdirir və Azərbaycanın iki dağ regionunda daha davamlı iqtisadi fəaliyyəti tətbiq edir. Bu fəaliyyətin məqsədi yüksəkliklərdə yerləşən meşə və otlaqların keyfiyyət və məhsuldarlığını artırmaqdan ibarətdir.



  1. Azərbaycan yüksək seysmik fəallıq zonasındadır. Ölkə həmçinin öz topoqrafik quruluşuna və Xəzər dənizinin səviyyəsinin dəyişkənliyinə görə güclü subasmalara da meyllidir. Yüksək yağıntı zamanlarında torpaq sürüşmələri riski artır ki, bu da insan məskənlərinə, sənayeyə, təsərrüfatlara və yollara ciddi zərər vurur. İldə 1,4 milyard dollardan artıq iqtisadi zərərin baş verməsi ehtimalı 0,5 faizdir. İldə 90 milyon dollardan artıq zərərin vaş vermə ehtimalı isə təxminən 5 faizdir.10



III.Makroiqtisadi çərçivə

Son inkişaf meylləri


  1. 1990-cı illərin sonundan başlayaraq Azərbaycan sürətli inkişaf tempi nümayiş etdirmişdir (xüsuilə də qeyri-neft sektorunda) (cədvəl 2).11 Son beş il ərzində qeyri-neft sektorunun artım tempi neft sektorunadan üstün olmuşdur və ildə orta hesabla 12 faizə bərabər olmuşdur. Qeyri-neft sektoru hazırda ÜDM-in 60 faizini və məşğulluğun 99 faizini təmin edir. 1995-ci ildən etibarən kənd təsərrüfatı, ticarət və sosial sektorlarda istehsal demək olar ki iki dəfə, qeyri-neft sənaye istehsalı 3 dəfə, nəqliyyat və rabitə sahəsində 4 dəfə, tikinti sektorunda isə 13 dəfə artmışdır. 12



  1. Cədvəl 2: Əsas göstəricilərin xülasəsi


    (başqa vahid göstərilməyibsə rəqəmlər ÜDM-də payı göstərir)




    2001

    2002

    2003

    2004

    2005*

    ÜDM-in real artımı (faiz)

    9.9

    10.6

    11.2

    10.2

    26.4

    Qeyri-neft ÜDM-in real artımı (faiz)

    10.4

    12.3

    15.5

    13.4

    8.4

    İnflyasiya (İQİ, dövr üzrə orta, faiz)

    1.5

    2.8

    2.2

    6.7

    9.7

    Adambaşına ÜMG (US$ Atlas)

    660

    720

    820

    950

    1240

    Cari hesablar balansı

    -0.9

    -12.3

    -27.8

    -29.8

    1.3

    Xalis xarici birbaşa investisiyalar (US$ mln)

    227

    1,067

    2,352

    2,351

    459

    Real effektiv müdadilə məzənnəsi
    (faiz, “-“ ucuzlaşma)

    -6.1

    -7.1

    -10.8

    -3.5

    7.5

    İcmal fiskal balans

    -0.4

    -0.5

    -0.8

    1.0

    2.7

    İcmal fiskal balans (Neft Fondu istisna olmaqla)

    -1.4

    -4.3

    -4.2

    -2.5

    -2.3

    İcmal büdcə gəlirləri

    18.7

    27.3

    26.8

    26.8

    26.5

    Ümumi kapital investisiyaları

    22.9

    34.1

    52.9

    57.7

    44.1

    Qalan xarici borc

    22.8

    24.0

    24.0

    22.8

    15.0

    Xarici borcun xidmətin ixraca nisbəti (faiz)

    5.3

    5.9

    6.6

    5.3

    2.6

    Xam neftin qiyməti (US$ barrel)

    24.4

    24.9

    28.9

    37.7

    53.4

    Mənbə: DSK, Bank və Fondun əməkdaşlarının hesablamaları. *2005-ci il məlumatları təxminlərdir
    Xalis xarici birbaşa investisiyaların fonunda Azərbaycan möhkəm makroiqtisadi idarəetməni həyata keçirmişdir. Neft gəlirlərinin sterilizasiyası, ciddi fislak siyasətlə birlikdə 1995-ci ildən bəri keçən dövr ərzində inflyasiyanın və real effektiv mübadilə məzənnəsinin bahalaşmasının qarşısının alınmasına imkan vermişdir. 2003 və 2004-cü illərdə cari xarici hesabların iri həcmli kəsiri neft sektorunun BTC və CQB-in tikintisi və neft layihələrinin icrası ilə əlaqədar iri idxalları ilə bağlı olmuşdur. Bu kəsir tam şəkildə beynəlxalq neft konsorsiumlarının XBİ-ləri hesabına maliyyələşdirilmişdir və ümumi tədiyyə balansı müsbət saldo göstərmişdir. 2005-ci ildə cari hesab kiçik müsbət saldo göstərib (ÜDM-un 1.3%), çünki BTC əsasən başa çatdırılıb və yüksək neft qiymətləri ixrac gəlirlərini qaldırmağa başlayıb. 2005-ci ildə BTC-nin əsas etibarı ilə tamamlanmasının və yüksək neft qiymətlərinin ixrac gəlirlərini artırması fonunda bu kəsir ÜDM-in 5,2 faizinədək enmişdir. Neft və qaz sektoruna investisiyaların repatriasiyası başlandıqdan sonra 2003-cü ildə ÜDM-in 32 faizini təşkil edən xalis XBİ-nin ölkəyə axını, 2005-ci ildə ÜDM-in təxminən 4% səviyyəsinə enib və onun 2006-09-cı illər üçün iri xalis kənar axınlara çevrilməsi planlaşdırılır.




  1. Hökumətin icmalı kəsiri (Neft Fondu xaric) 1990-cı illərin əvvəllərindəki son dərəcə yüksək səviyyədən 2001-ci ildə ÜDM-in 3 faizinə enmişdir.13 Lakin 90-cı illərdəki sərt maliyyə siyasəti bir çox xərclərin, xüsusilə də sosial sektorlarda, kəskin ixtisarını tələb etmişdir ki, bu da qeyri-optimal səhiyyə və təhsil xidmətlərinə gətirib çıxarımışdır. 2005-ci ilin büdcəsindən başlamaqla Hökumət sosial sektorlar üçün daha adekvat büdcə ayırmağa başlamışdır.




  1. Holland sindromuna yol verməmək üçün 1999-cu ildə hökumət xarici valyuta axınlarının əsas sterilizasiya mexanizmi kimi ARDNF-i yaratmışdır. Hökumət gözlənilən neft və qaz gəlirlərinin istifadəsi sahəsində ehtiyatlı yanaşmaya və bu gəlirlərin bütün vətəndaşlara və gələcək nəsillərə fayda verməsi məqsədilə sadiq olaraq qalır.



  1. 2005-ci ilin əvvəllərində ölkədə inflyasiyanın artması meylləri baş qaldırmışdır (2005-ci ilin martına illik 12,5 faiz). Bunun səbəbi qismən qismən dövlət xərclərinin artması, qismən də dövlət müəssisələrinin yüksək neft qiymətlərindən faydalanması (ARDNŞ) və kreditlərdən istifadə etməsi nəticəsində xərclərin artması olmuşdur. Qida məhsullarının qiyjmətinin müvəqqəti artması da inflyasiyanın artmasına təsir göstərmişdir. Habelə manatın ABŞ dollarına bağlanması nəticəsində pul kütləsinin artması başlanmışdır. Milli Bankın cavabı manatın nominal effektiv kursunun təxminən 10 faiz bahalaşmasına imkan verilməsi və mərkəzləşdirilmiş kredit dərəcəsinin qaldırılmasından ibarət olmuşdur. Likvidliyi absorbsiya etmək üçün Maliyyə Nazirliyi xəzinədarlıq istiqrazlarının buraxılmasını artırımışdır. 2005-ci ilin payızında inflyasiya tək rəqəmə qayıtmış və 2006-cı ilin sentyabr ayında illik inflyasiya 10,3% təşkil edib.

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə