Draft confidential


Borclarla bağlı vəziyyətin sabitliyi



Yüklə 1,13 Mb.
səhifə8/25
tarix26.03.2018
ölçüsü1,13 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

Borclarla bağlı vəziyyətin sabitliyi


  1. Dünya Bankının Borclar barədə Hesabat Sisteminə (DRS) 2005-ci ilin yekunu üzrə daxil edilmiş məlumata əsasən Azərbaycanın xarici borcunun təxminən 50 faizi güzəştli kreditlərdir və borcun sabit qalacağı gözlənilir. Eyni məlumata görə xarici borc ölkənin ÜDM-in təxminən 15 faizini təşkil edir və borca xidmət ödənişləri mal və xidmətlərin ixracının 2,6 faizinə bərabərdir ki, bu da kiçik rəqəmdir. Hər iki göstəricinin daha da azalacağı gözlənilir. Azərbaycanın BİA qarşısında qalan borcu 525 milyon dollar təşkil edir və BİA kreditləri üzrə borca xidmətin ixraca nisbəti 0,1 faiz təşkil edir. BİA-nın kreditlərinə xidmət 2005-ci ildə bütün dövlət borcuna xidmətin 4,9 faizini təşkil etmişdir və bu rəqəmin 2008-ci ildə 7,3 faizə çatacağı gözlənilir. 2005-ci ilin noyabrında Fitch Azərbaycanın həm xarici, həm də yerli valyuta ilə uzunmüddətli öhdəliklər üzrə suveren reytinqini “BB-“ dan “BB”-dək artırmışdır. Qısamüddətli xarici valyuta üzrə reytinq B səviyyəsində qalmışdır. Reytinqin uzunmüddətli proqnozu “sabitdir”. 2006-cı ilin sentyabrında Moody’s Azərbaycana xarici və yerli valyutanın buraxılması üzrə “Ba1” reytinqini vermişdir.


Haşiyə 1: Qeyri-neft sektorunun Rəqabətliyi

Azərbaycanda keçid prosesi başlayandan real faktiki mübadilə məzənnəsinin (RFMM) seriyalarından üç ayrı-ayrı dövr seçilə bilər:



  • RFMM-nin 46 faiz kəskin artması, yanvar 1995 - sentyabr 1998 dövrdə.

  • Rusiyada böhrandan həmən sonra RFMM azalmaya başladı. Bu da 2004-cü ilin iyul ayına qədər davam etmişdir. Nəticədə, məzənnə 1998 ilin sentyabrındakı zirvəsi ilə müqayisədə 36 faiz və 1995-ci ilin yanvarındakı zirvəsi ilə müqayisədə 7 faiz aşağı olmuşdur.

  • İyul 2004 – noyabr 2005 dövrü arası RFMM 14 faiz qalxmış, lakin tam zirvəsindən 27 faiz aşağı qalmaqda idi.

2001-ci ildən bəri Azərbaycan RFMM ən çox azalmaya meylli olaraq qalmaqda idi.

Fundamental faktorlar çox güman ki, mühüm real artım təzyiqini göstərəcək. Faktiki, (i) 2006-09 dövr ərzində neft ixracının 45 faiz artıb onilliyin sonuna 60 milyon tona çatması proqnozlaşdırılır; (ii) xarici mühitin əlverişli olması gözlənilir; (iii) Azərbaycanın bazar iqtisadiyyatına keçid şəraitini nəzərə alaraq investisiya axınının davam etməsi gözlənilir; (iv) hökumətin yüksək məsrəflərin tələbat və inflyasiya təzyiqlərinə gətirib çıxarması ehtimal olunur; və (v) hökumət tərəfindən minimal əmək haqının artırılması nəticəsində əmək haqqının xeyli artması da xərclərin təzyiqlərini davam etdirəcək. [Buna baxmayaraq] Azərbaycanda əmək haqqı səviyyəsi regionda digər ölkələrdə orta səviyyə ilə müqayisədə aşağı olaraq qalmaqdadır.



Mənbə: Azərbaycan Respublikası - Seçilmiş məsələlər, BVF, Mart 2006.



IV.Hökumətin yoxsulluğun azaldılması sahəsində strategiyası

Yoxsulluğun Azaldılması üzrə Strategiya Sənədi (2003–05)


  1. YAİİDP-də inkişaf templərinin qorunub saxlanılmasında və sosial xidmətlərinin göstərilməsində özəl sektorunun vacib rol oynadığı etiraf olunur. Yoxsulluğun azaldılması və həyat şəraitinin yaxşılaşdırılması üçün üçün əsas strategiyalara dövlət xərclərinin idarə edilməsinin təkmilləşdirilməsi və maliyyə və kommunal sektorların gücləndirilməsi daxildir.



  1. 2003-cü ilin mayında direktorlar Şurasında təqdim edilmiş sənədin əməkdaşlar tərəfindən birgə qiymətləndirilməsində belə bir nəticə qeyd olunmuşdur ki, YAİİDP etibarlı yoxsulluğun azaldılması strategiyasıdır və Bankın və Fondun güzəştli yardımı üçün möhkəm bazanı təşkil edir. Lakin eyni zamanda qeyd edilmişdir ki, zəif idarəçilik və aşağı icra potensialı çətinlik yarada bilər.




  1. YAİİDP-in İkinci İllik İcra Hesabatı barədə əməkdaşların birgə qiymətləndirmə qeydində göstərilmişdir ki, ölkədə yoxsulluq səviyyəsi azalmaqda davam etmişdir və güclü artım meylləri mövcud olmuşdur. Eyni zamanda davamlı diqqət tələb edən digər sahələr, məsələn yoxsulluğun diaqnostikasının gücləndirilməsi, makroiqtisadi siyasətlərin əlaqələndirilməsi, inflyasiyanın tək rəqəmli səviyyəyədək azaldılması, sosial xidmətlərin maliyyələşdirilməsinin və səmərəliliyinin artırılması, enerji subsidiyalarının azaldılması, gömrük sisteminin islah olunması, maliyyə vasitəçiliyinin gücləndirilməsi, idarəçiliyin təkmilləşdirilməsi, özəl sektorun inkişaf qarşısında duran maneələrin aradan qaldırılması ehtiyacı, habelə infrastrukturun lazımi səviyyədə inkişaf etməməsi də qeyd olunmuşdur.

Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Dövlət Proqramı (2006–15)


  1. YADİDP də analoji strategi məqsədlərə nail olunmasını nəzərdə tutacaq: iqtisadi artımın və makroiqtisadi sabitliyin təmin olunması; gəlir əldə etməyə imkan verən fəaliyyətlər üçün, xüsusilə də qeyri-neft sektorunda regionlarda və kənd yerlərində, əlverişli şəraitin yaradılması; baza səhiyyə və təhsil xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması və onlardan istifadə imkanlarının genişləndirilməsi; dövlət idarəçiliyinin və yaxşı idarəetmənin təkmilləşdirilməsi; ictimai infrastrukturun təkmilləşdirilməsi; zəif müdafiə olunan qrupları, xüsusilə də uşaqları daha yaxşı müdafiə etmək üçün sosial müdafiə sisteminin islah olunması; qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması; bütün sektorlarda hökumət siyasətlərinin və proqramlarının gender bərabərliyini təşviq etməsinin təmin edilməsi; bütün iqtisadi inkişaf siyasətlərinin, proqramlarının və əlaqəli qanunvericiliyin ekoloji davamlılıq prinsiplərini nəzərə almasının təmin edilməsi.




  1. YADİDP minilliyin inkişaf məqsədləri və Azərbaycandakı digər proqramlarla uzlaşdırılmışdır. O, həm ümumi, həm də konkret hədəfləri müəyyənləşdirir. Onun, orta müddətli iqtisadi planlar, dövlət investisiya proqramı və dövlət büdcəsi prosesləri ilə uyğunlaşdırılması nəzərdə tutulub, və, o, və hökumətin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin cəlb olunmasını nəzərdə tutan geniş iştirak prosesinə əsaslanır. Proqram icra prosesinin monitorinqi və tədbirlərin həya şəraitinə təsirinin qiymətləndirilməsi sisteminə malikdir. Proqramda gender, gənclər, ekoloji və digər ümumi problematika öz əksini tapmışdır.






Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə