Draft principles 23. 02. 12 C indd



Yüklə 315,03 Kb.
Pdf görüntüsü
səhifə2/13
tarix14.04.2018
ölçüsü315,03 Kb.
#38498
1   2   3   4   5   6   7   8   9   ...   13

4  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

©

 U



N

IC

E



F

/NYH


Q

2

0



1

1

-1



4

04

/P



A

G

E



Uşaq Hüquqları  

Biznes Prinsipləri 


5  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

Uşaq hüquqları və Biznes Prinsipləri uşaq hüquqlarına hörmət və dəstəyin təmin 

edilməsi məqsədilə biznes strukturları tərəfi ndən görülə biləcək tədbirləri müəyyən 

edir. Uşaq hüquqları, Uşaq Hüquqları Konvensiyası, o cümlədən Beynəlxalq Əmək 

Təşkilatının Minimum Yaş Həddi haqqında 138 və Uşaq Əməyinin ən Pis Formaları 

haqqında 182 nömrəli Konvensiyaları tərəfi ndən təsvir edilir. Uşaq Hüquqları 

Konvensiyasının 3-cü maddəsi müəyyən edir ki, “uşaqlar barəsində görülən bütün 

tədbirlərdə ..... ilk növbədə uşağın ən ümdə maraqlarına diqqət yetirilir.” 

Bu Prinsiplərin məqsədinə əsasən bütün biznes strukturları üçün nəzərdə tutulan 

fəaliyyətlərə daxildir:



HÖRMƏTLƏ YANAŞMAQ MƏQSƏDİLƏ KORPORATİV MƏSULİYYƏT – 

buraya uşaqlar da daxil olmaqla, başqalarının insan hüquqlarının pozulmasına yol 

verilməməsi və yaranmasında biznes strukturlarının payı olduğu insan hüquqlarına 

istənilən mənfi  təsirin aradan qaldırılması daxildir. Hörmətlə yanaşmaq məqsədilə ko-

rporativ məsuliyyət həmin biznes strukturunun öz fəaliyyətlərinə, o cümlədən onun öz 

fəaliyyəti, məhsul və xidmətləri ilə əlaqədar yaranan işgüzar əlaqələrinə şamil edilir.



DƏSTƏK MƏQSƏDİLƏ KORPORATİV ÖHDƏLİK – insan hüquqlarına hörmətlə 

yanaşmağa əlavə olaraq, buraya əsas biznes fəaliyyətləri, strateji sosial yönümlü 

sərmayələrin yatırılması və xeyriyyəçilik, təşviqat yönümlü və ictimai-siyasi məşğuliyyət, 

eləcə də tərəfdaşlıq və digər bu kimi kollektiv fəaliyyət tərkibində çalışmaq yolu ilə, 

uşaq hüquqları da daxil olmaqla, insan hüquqlarının inkişaf etdirilməsi məqsədini 

daşıyan könüllülük xarakterli tədbirlər daxildir. 

Bu sənəddə uşaq hüquqları ifadəsi uşaqların hüquqları ifadəsi ilə eyni məna daşıyır.   



6  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

Lüğət 

Uşaq/uşaqlar və biznes ifadələri istisna olmaqla, aşağıda tərifi  verilən terminlər hər yerdə 

kursivlə yazılmışdır.   

uşaqların ən ümdə maraqları – Uşaq Hüquqları Konvensiyasının dörd əsas prinsipindən 

bir olub, uşaqlarla bağlı görülən bütün tədbirləri və qəbul edilən qərarları əhatə edir və onların 

hüquqlarına hörmətlə yanaşmağa, onların uşaqlar kimi həyatda qalıb yaşamasını, inkişafını və 

rifahını irəlilətməyə, eləcə də uşaqların hüquqlarının yerinə yetirilməsi üçün gündəlik olaraq 

məsuliyyət daşıyan valideynlər və digər əlaqədar şəxsləri dəstəkləyərək onlara yardım etməyə 

yönəlik tədbirlərin həyata keçirilməsinə səsləyir. 



biznes – bir kommersiya müəssisəsi 

işgüzar münasibət – buna biznes strukturunun öz biznes ortaqları, təchizat zəncirinə daxil 

olan müəssisələr, eləcə də onun öz biznes fəaliyyəti, məhsul və xidmətləri ilə birbaşa əlaqəli 

olan istənilən bir dövlət və ya qeyri-dövlət (hökumət və ya qeyri-hökumət) müəssisəsi ilə olan 

münasibətləri daxildir.

 

uşaq əməyi – uşaqları öz uşaqlıq dövrlərində sahib olduqları potensial və ləyaqətdən məhrum 

edən iş olub, həm fi ziki, həm də əqli inkişaf üçün çox zərərlidir. Buna uşaqlar üçün əqli, fi ziki, 

sosial və mənəvi baxımdan zərərli olan iş; onların məktəbə getməsinə mane olan iş; eləcə 

də milli qanunvericilik və beynəlxalq standartlar tərəfi ndən müəyyən edilən minimum yaş 

həddinə çatmamış uşaqların işlə məşğul olması daxildir. 18 yaşına çatmamış heç bir uşaq 

təhlükəli işlə (onların səhhətinə, təhlükəsizliyinə və ya əxlaq normalarına zərər verə biləcək 

iş) məşğul olmağa və ya insan alveri, cinsi istismar, borc asılılığı, məcburi əmək və yetkinlik 

yaşına çatmamış uşaqların təhlükəsizlik və ya hərbi məqsədlər üçün işə götürülməsi daxil 

olmaqla məcburi əməyin digər formalarına cəld edilməməlidir. Qızların məişət işləri və cinsi 

istismar fəaliyyətlərinə cəlb edilmə ehtimalının yüksək olmasını nəzərə alsaq, bu uşaq əməyinin 

gender ölçülərinə də diqqətin yönəldilməsini tələb edir. Əlavə məlumat üçün, Beynəlxalq 

Əmək Təşkilatının (BƏT) Uşaq Əməyinin ən Pis Formaları haqqında 182 və Minimum Yaş 

Həddi haqqında 138 nömrəli Konvensiyalarına; o cümlədən Uşaq Hüquqları Konvensiyasının 

uşaqlarla ticarət, uşaq fahişəliyi, uşaq pornoqrafi yası ilə əlaqədar Fakültativ Protokoluna; və 

həmin Konvensiyanın Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakültativ Protokoluna 

baxa bilərsiniz.



uşaqların iştirakı – Uşaq Hüquqları Konvensiyasının əsas dörd prinsipindən biri olub, uşaqları 

onlara təsir edən məsələlərlə bağlı öz görüş və düşüncələrini azad şəkildə ifadə edərək 

digər insanlara çatdırmağa təşviq edən və bunun üçün onlara imkan yaradan prosesləri 

əhatə edir. Buna, həmçinin, ifadə azadlığını təşviq edən mühitdə qarşılıqlı hörmət əsasında 

uşaqlar və yetkinlər arasında məlumat mübadiləsi və dialoqun yaradılması da daxildir. Bu cür 

proseslər həqiqi, inklüziv və mənalı şəkildə baş tutmalı, eləcə də uşaqların inkişaf etməkdə 

olan potensialını nəzərə alaraq, onlara ətraf aləmə təsir etməyin konstruktiv yollarını öyrənmək 

imkanı verməlidir. Qızlar və oğlanlar, ən çox təcrid edilmiş, həssas və müxtəlif yaş və bacarıqlara 

sahib uşaqlar da daxil olmaqla, uşaqların rəylərinin nəzərə alınması ilə bağlı müəyyən bir 

öhdəlik olmalıdır. Onların həyatlarına təsir göstərən bütün qərarların qəbul edilməsi və görülən 




Yüklə 315,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə