Draft principles 23. 02. 12 C indd



Yüklə 315,03 Kb.
Pdf görüntüsü
səhifə3/13
tarix14.04.2018
ölçüsü315,03 Kb.
#38498
1   2   3   4   5   6   7   8   9   ...   13

7  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

bütün tədbirlər zamanı onların rəy və düşüncələri hörmətlə qarşılanmalı, dinlənməli və nəzərə 

alınmalıdır. İştirak sırf rəmzi xarakter daşımamalı və onun vasitəsilə uşaqlardan sui-istifadə 

edilməməlidir. 



uşaqların müdafi əsi üçün davranış qaydaları – biznes strukturlarının, öz daxilində çalışan 

və uşaqlarla təmasda olan fi ziki şəxslər üçün müəyyən etdiyi ətrafl ı davranış tələblərini müəyyən 

edən sənəddir. Davranış qaydaları bizneslərin zorakılıq, istismar və sui-istifadə hallarına qarşı 

sıfır tolerantlıq siyasətini həyata keçirir. Bu sənəd Uşaq Hüquqları Konvensiyası və onun Fakülta-

tiv Protokollarından öz çərçivə sənədi kimi istifadə edir və ümumilikdə uşaqları zorakılıq, istismar 

və sui-istifadə hallarından müdafi ə etmək məqsədi daşıyır. 



uşaq və ya uşaqlar – Uşaq Hüquqları Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir insan 

18 yaşına çatanadək uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tərtib edilə bilən qanuna 

görə o, yetkinlik yaşına daha əvvəl çatmamış olsun.

layiqli iş – səmərəli və uyğun gəlir gətirən iş imkanları ilə bağlıdır. Layiqli iş, iş yerində 

təhlükəsizliyi və ailələrin sosial müdafi əsini, iş yerində hüquqların yerinə yetirilməsini, sosial 

dialoqu, o cümlədən şəxsi inkişaf və sosial inteqrasiya üçün daha yaxşı perspektivlərlə təmin 

etməlidir. Müəyyən bir işlə məşğul olmaq yaşında olan gənclər də olmaqla, insanlar qayğılarını 

ifadə etmək və onların həyatlarına təsir göstərə biləcək qərarların qəbul edilməsində iştirak 

etməkdə sərbəst olmalı, eləcə də bərabər imkanlar və rəftar hüququna sahib olmalıdırlar.



fövqəladə hallar – silahlı münaqişə, geniş yayılmış zorakılıq, epidemiya, aclıq, təbii fəlakət, və 

yaxud sosial və hüquqi quruluşun pozulması nəticəsində həyatların, fi ziki və əqli rifahın, və ya 

uşaqlar üçün inkişaf imkanlarının təhlükə altında qaldığı vəziyyətlərdir. 

insan hüquqları ilə bağlı lazımi ehtiyatlılıq – buraya BMT-nin İnsan Hüquqları Şurası 

tərəfi ndən qəbul edilmiş Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərdə

1

 müəyyən edildiyi 



kimi, biznes strukturunun onun uşaqların hüquqları da daxil olmaqla, insan hüquqlarına hazırkı 

və potensial təsirini qiymətləndirməsini, bunun nəticələrini bir araya gətirərək onlara əsasən 

tədbirlər görməsini, cavab tədbirlərini izləməsini və bunun həmin təsirə nə dərəcədə cavab 

verməsi haqqında məlumatlandırmasını əhatə edən və davam etməkdə olan əməliyyatları 

daxildir. İnsan hüquqları ilə bağlı lazımi ehtiyatlılıq biznes strukturunun birbaşa olaraq səbəb ola 

biləcəyi və ya öz əməliyyatları vasitəsilə yaranmasına təkan verə biləcəyi və yaxud müəyyən bir 

işgüzar münasibət nəzdində apardığı əməliyyatlar, təmin etdiyi məhsul və xidmətlərlə bağlı yara-

na biləcək mənfi  təsirləri də nəzərə almalıdır. İnsan hüquqları ilə bağlı lazımi ehtiyatlılığı həyata 

keçirmək üçün bütün biznes strukturları:

uşaqların hüquqlarına olan və ya ola biləcək potensial mənfi  təsiri müəyyən etməli və bu-

 



nun qiymətləndirməsini aparmalıdır. Bu zaman insan hüquqları ilə bağlı ekspert rəyindən 



faydalanmalı, o cümlədən uşaqlar və təsirə məruz qalmış digər potensial qrup və 

əlaqədar tərəfl ərlə hərtərəfl i məsləhətləşmələr aparılmalıdır. Bu zaman həmçinin nəzərə 

alınmalıdır ki, qızlar və oğlanlar fərqli risklərlə üzləşə bilərlər.          

1

 ‘Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər: BMT-nin “Qoru, Hörmətlə yanaş et və Bərpa et” Çərçivə Sənədinin icra edilməsi’ - BMT Baş Katibinin 



Transmilli Korporasiyaların və digər Biznes Müəssisələrinin İnsan Hüquqları məsələsi üzrə Xüsusi Nümayəndəsinin Hesabatına əlavə edildiyi kimi, A/HRC/17/31, 

BMT, 21 mart 2011-ci il, www.ohchr.org/documents/issues/business/A.HRC.17.31.pdf, A/HRC/RES/17/4-də BMT-nin İnsan Hüquqları Şurası tərəfi ndən təsdiq 

edilmişdir. 



8  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

təsirin qiymətləndirilməsi nəticəsində əldə olunan nəticələri uyğun daxili funksiya və 

 



proseslər boyunca inteqrasiya etməli və lazımi təbirləri həyata keçirməlidir (Rəhbər 



Prinsiplərdə müəyyən edildiyi kimi). Biznes strukturu uşaq hüquqlarına mənfi  təsirin 

yaranmasına səbəb olduqda və ya onun yaranmasına töhfə verdikdə və yaxud həmən təsiri 

yarada biləcəyini müəyyən etdikdə, həmən təsiri yaradan fəaliyyəti dayandırmaq və ya onun 

qarşısını almaq üçün lazımi tədbirləri görməli, eləcə də qalan bütün təsiri azaltmaq üçün sa-

hib olduğu rıçaqdan istifadə etməlidir. Biznes strukturu yaranan mənfi  təsirlə qurduğu işgüzar 

münasibət vasitəsilə əlaqəlidirsə, o zaman, həmin biznes strukturu yenidən sahib olduğu 

rıçaqdan istifadə etməli və görülə biləcək uyğun tədbirləri müəyyən etmək üçün digər müna-

sib faktorlar üzərində düşünməlidir.   

Uyğun keyfi yyət və kəmiyyət göstəricilərindən istifadə etməklə və təsirə məruz qalmış 

 



uşaqlar, ailələr və digər tərəfl ər

2

 də daxil olmaqla, daxili və xarici resursların rəyini öyrənərək 



uşaqların hüquqları üzərində yaranmış təsirin aradan qaldırıldığını yoxlamaq məqsədilə tətbiq 

etdiyi cavab tədbirlərinin monitorinqini aparmalı və səmərəliliyini izləməlidir. Bu zaman biznes 

strukturları fəaliyyətin nəticəsi ilə qiymətləndirilən əmək müqavilələri  və fəaliyyətin mütəmadi 

nəzərdən keçirilməsi, o cümlədən sorğu və auditlər (özünü-qiymətləndirmə və müstəqil 

auditlər) kimi mövcud olan digər alətlərdən istifadə etmək haqqında düşünməlidir

3

.



Biznes fəaliyyətinin uşaqların hüquqlarına təsirini aradan qaldırmaq üçün göstərdiyi səylər 

 



barəsində xaricə məlumat verməyə hazır olmalı və bunu təsiri tam şəkildə əks etdirən və 

nəzərdə tutulan kütləyə çatdırılacaq forma və tezlikdə həyata keçirməlidir. Biznes strukturları 

tətbiq etdikləri cavab tədbirlərinin uyğunluğunu dəyərləndirmək üçün kifayət qədər infor-

masiya ilə təmin etməlidir. Bu cür məlumatın ötürülməsi təsirə məruz qalan tərəfl ər və işçi 

heyəti üçün və yaxud kommersiya sirrindən irəli gələn tələblərin qanuniləşdirilməsi yönündə 

risk yaratmamalıdır. 

Bu proseslər biznesin sahib olduğu həcm və onun vəziyyətin ilə, o cümlədən Biznes və İnsan 

Hüquqları üzrə Rəhbər Prinsiplərlə uyğunluq təşkil etməlidir. 



rıçaq – biznes strukturunun insan hüquqlarına mənfi  təsirin yaranmasına səbəb olan və ya buna 

töhfə verən tərəfi n yanlış fəaliyyətlərində dəyişikliyin olmasına təsir göstərə bilmə bacarığıdır. Biznes 

strukturu, birbaşa olaraq onun fəaliyyəti, eləcə də sahib olduğu işgüzar münasibət çərçivəsində 

istehsal edilən məhsullar və ya göstərilən xidmətlərlə bağlı insan hüquqlarına qarşı yaranan mənfi  

təsirlərin qarşını almaq və ya həmən təsirləri azaltmaq üçün uyğun rıçaqlara sahibdirsə, o zaman 

onlardan istifadə etməlidir. Əgər həmən biznes kifayət qədər rıçaqa sahib deyilsə, o zaman onu 

yüksəltmək üçün potensialın yaradılması və ya başqa stimulların təklif edilməsi və yaxud digər 

maraqlı tərəfl ərlə əməkdaşlıq kimi başqa yollardan istifadə etmək olar. Biznes və İnsan Hüquqları 

üzrə Rəhbər Prinsiplər sənədinin 19 saylı prinsipində müəyyən edilən yanaşmanı izləməklə, 

biznes strukturları həmçinin işgüzar münasibətin ümumi biznes fəaliyyəti üçün nə qədər mühüm 

olması, onun təsirinin necə sərt ola biləcəyi, eləcə də həmin münasibətin dayandarılmasının insan 

hüquqları üçün hansı mənfi  nəticələri yarada biləcəyi haqda düşünməlidir.      

2

  İnsan hüquqları ilə bağlı az risk daşıyan kiçik və orta həcmli şirkətlər üçün müəyyən maliyyə, coğrafi  və ya digər məhdudiyyətlər ucbatından təsirə məruz qalmış 



tərəfl ərlə birbaşa konsultasiya həyata keçirmək mümkün olmadıqda, həmin şirkətlər müəssisənin fəaliyyətləri və ya işgüzar münasibətlərinin təsirinə məruz qalmış 

ola biləcək tərəfl ərin görüşlərini qanuni şəkildə çatdıra biləcək və ya çatdırma ehtimalı olan təşkilatlar tərəfi ndən təklif edilən müstəqil xarici ekspert resurslarından 

və digər məqamlardan faydalanmağa çalışmalıdırlar.    

3

  Təchizatçılara gəldikdə isə, davranışlar ilə bağlı gözləntilər barədə aydın şəkildə məlumat verməklə yanaşı, biznes strukturlarının görə biləcəyi tədbirlərə 



potensialın gücləndirilməsi səyləri və əhatə dairəsini artırmaq üçün digər sahibkarlıq fəaliyyətləri ilə əməkdaşlıq da daxildir. Əlavə məlumat üçün BMT-nin Qlobal 

Sazişinin təchizat zəncirinin davamlılığına dair bələdçi sənədə baxa bilərsiniz: 

http://www.unglobalcompact.org/docs/issues_doc/supply_chain/SupplyChainRep_spread.pdf]



Yüklə 315,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə