Draft principles 23. 02. 12 C indd



Yüklə 315,03 Kb.
Pdf görüntüsü
səhifə4/13
tarix14.04.2018
ölçüsü315,03 Kb.
#38498
1   2   3   4   5   6   7   8   9   ...   13

9  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

ayrı-seçkilik qarşısının alınması – Uşaq Hüquqları Konvensiyasının dörd əsas prinsipindən biri 

olub, irqi, dəri rəngi, cinsi, dili, əlillik statusu, dini etiqadı, siyasi və ya başqa əqidəsi; milli, sosial və ya 

yerli mənşəyi; eləcə də əmlak vəziyyəti, doğum və ya başqa statusundan asılı olmayaraq fərdlərə 

qarşı bərabər rəftarı təmin edir. Başqa sözlə desək, bütün uşaqlar hər bir vəziyyətdə, hər zaman və 

hər yerdə tam şəkildə inkişaf etmək üçün eyni hüquqa sahibdir.      

yürüdülən siyasətlə bağlı öhdəlik – Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərdə təsvir 

edildiyi kimi biznes strukturlarının uşaq hüquqları da daxil olmaqla, insan hüquqlarına hörmətlə 

yanaşma məsuliyyətini müəyyən edən bəyanatdır. Yürüdülən siyasətlə bağlı öhdəlik biznes 

strukturlarının ən yüksək səviyyəsində təsdiq edilməli və uyğun ekspert rəyini almalıdır. Bu biznes 

strukturunun öz insan resurslarının, o cümlədən onun fəaliyyəti, məhsul və xidmətləri ilə əlaqəsi 

olan biznes ortaqları və digər tərəfl ərin gözləntiləri qarşısında şərtlər qoymalıdır. Bu öhdəlik 

həmçinin ictimaiyyətə açıq olmalı, daxilə və xaricə ötürülməli, o cümlədən uyğun siyasət və pros-

edurlara daxil edilməlidir. Bununla yanaşı, bu cür öhdəlik biznes strukturlarının insan hüquqlarını 

dəstəkləməsi öhdəliyi ilə bağlı bəyanatını da özündə əks etdirə bilər.

Mənfi  nəticələrin aradan qaldırılması – həm insan hüquqlarına mənfi  təsirlərin aradan 

qaldırılması, həm də mənfi  təsirlər ilə mübarizə apara biləcək və ya mənfi  təsirləri müsbət edəcək 

əhatəli yekun nəticələrin təmin edilməsi proseslərini əhatə edir. Əgər biznes strukturları müəyyən 

edərlərsə ki, onların fəaliyyəti insan hüquqlarına mənfi  təsir edir və ya bu prosesə töhfə verir, həmin 

biznes strukturları qanunvericilik ilə müəyyən edilmiş proses vasitəsilə həmin mənfi  halların aradan 

qaldırılmasını təmin etməli və ya bunun üçün əməkdaşlıq göstərməli, o cümlədən səmərəli işlək 

vəziyyətdə olan şikayətlərin ünvanlandırılması mexanizmlərini və ya münasib olduqda məhkəmə 

vasitəsilə həll mexanizmlərini təmin etməlidir. İşlək səviyyəli mexanizmlər qız və oğlanlar, onların 

ailələri və onların maraqlarını təmsil edən tərəfl ər üçün müyəssər olmalıdır və Biznes Fəaliyyətləri 

və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər sənədinin 31 saylı prinsipində müəyyən edilmiş qeyri-

məhkəmə üsullu şikayətlərin həlli mexanizmləri ilə bağlı eff ektivlik meyarlarına cavab verməlidir. 

həyatda qalıb yaşamaq və inkişaf etmək – Uşaq Hüquqları Konvensiyasının dörd əsas 

prinsipindən biri olub, uşaqlıq dövrü üçün münasib şərtlərin mövcud olmasını təsdiq edir. Sosial 

təhlükəsizlik, sağlamlıq, adekvat qidalanma, həyat səviyyəsinin olması, sağlam və təhlükəsiz ətraf 

mühit, təhsil, asudə vaxtının olması və oyun oynama kimi hüquqlar hər bir uşağın sağlam inkişafının 

təmin edilməsi üçün şərait yaradır. Bununla yanaşı, uşaqların zorakılıq və istismardan qorunması da 

onların yaşaması və inkişafı üçün həyati önəm daşıyır.  



dəyər zənciri – biznes strukturlarının dəyər zənciri yatırılan sərmayələri onlara dəyər əlavə 

etməklə nəticəyə çevirən fəaliyyətləri əhatə edir. Buna şirkətin birbaşa və ya dolayı yolla biznes 

münasibətinin olduğu müəssisələr daxildir ki, bunlar da ya a) həmən şirkətin öz məhsulları və 

xidmətlərinə töhfə verən məhsul və xidmətlərlə təmin edir, ya da b) həmin şirkətin məhsul və 

xidmətlərini qəbul edir.

gənc çalışan – işləmək üçün minimum qanuni yaş həddini keçmiş və müəyyən bir iqtisadi 

fəaliyyətlə məşğul olan uşağa deyilir. Bu elə bir yaş qrupudur ki, bu zaman iş və çalışma şərtləri 

təhlükəli sayılarsa, o zaman bu uşaq əməyi kimi tərif edilir.



10  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

“Biz problemlərin yaranma səbəbi deyilik; biz həmin problemlərin həll edilməsi 

üçün lazım olan resurslarıq. Biz məsrəf deyilik; biz yatırılan sərmayələrik. 

Biz sadəcə gənc insanlar deyilik; biz həm də bu dünyanın insanları və 

vətəndaşlarıyıq.” 

‘Bizə uyğun dünya’, Uşaqların Forumundan İsmarış, 5-7 may 2012-ci il, BMT-nin Uşaqlara həsr olunmuş Xüsusi Sessiyasından. 



Faktlarla uşaqlar 

•  

Dünyada 18 yaşına çatmamış 2.2 milyard uşaq yaşayır – bu isə təqribən dünya 

əhalisinin üçdə birini təşkil edir.

•  

10-19 yaş arasında olan yeniyetmələr ümumi əhalinin 18 faizini təmsil edir.

•  

1 milyard uşaq həyatda qalıb yaşamaq və inkişaf etmək üçün zəruri olan bir və ya 

daha çox xidmətdən məhrumdur.

•  dünyada 15 yaşına çatmamış 2 milyon uşaq İİV ilə yaşayır.

•  215 milyon uşaq, uşaq əməyi ilə məşğul olur.

•  101 milyon uşaq ibtidai məktəbə getmir.

•  51 milyon uşaq doğum zamanı qeydiyyata alınmır.

Uşaqlarla bağlı daha çox statistika üçün baxın: http://www.childinfo.org/index.html 

©

 U



N

IC

E



F

/NYH


Q

2

0



0

9-

1



4

8

1



/H

O

L



T


11  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

1

2

3

4

5

6

7

8

9

10

BÜTÜN 

BİZNES

STRUKTURLAR

 

Uşaqların hüquqlarına hörmətlə yanaşma 

məsuliyyətlərini yerinə yetirməli və uşaqların insan 

hüquqlarını dəstəkləməyə çalışmalı

Bütün işgüzar fəaliyyətləri və münasibətlərində də 

olmaqla, uşaq əməyinin aradan qaldırılmasına 

töhfə verməli

Gənc çalışanlar, valideynlər və qayğı 

göstərən digər şəxsləri layiqli işlə təmin etməli

Bütün işgüzar fəaliyyətləri və müəssisələrində 



uşaqların müdafi əsi və təhlükəsizliyini təmin 

etməli


Məhsul və xidmətlərin təhlükəsiz olduğundan 

əmin olmalı və onların vasitəsilə uşaq hüquqlarına 

dəstək verməyə çalışmalı

Uşaq hüquqlarını dəstəkləyən marketinq və 



reklam vasitələrindən istifadə etməli

Ətraf mühitlə bağlı, o cümlədən torpaqların 

alınması və istifadəsi zamanı uşaq hüquqlarına 

hörmətlə yanaşmalı və onları dəstəkləməli

Təhlükəsizlik tədbirlərinin təşkili zamanı 

uşaq hüquqlarına hörmətlə yanaşmalı və onları 

dəstəkləməli

Fövqəladə halların təsirinə məruz qalan 

uşaqların müdafi əsinə yardım etməli

Uşaqların hüquqlarının müdafi əsi və yerinə 

yetirilməsi üçün icma və hökumət səylərini 

dəstəkləməlidir.



Yüklə 315,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə