Draft principles 23. 02. 12 C indd



Yüklə 315,03 Kb.
Pdf görüntüsü
səhifə5/13
tarix14.04.2018
ölçüsü315,03 Kb.
#38498
1   2   3   4   5   6   7   8   9   ...   13

12  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

Ön Söz

Bütün uşaqlar hər yerdə və hər zaman hüquqlara sahibdir.

4

  Uşaqların bütün hüquqları 



eyni dərəcədə önəmli və bir-birləri ilə əlaqəlidir. Uşaq Hüquqları və Biznes Prinsipləri 

(Prinsiplər) biznes strukturlarını öz işgüzar fəaliyyətləri və işgüzar münasibətləri 

çərçivəsində iş və ticarət yeri, icma və müəyyən mühit də daxil olmaqla, hər yerdə 

uşaqların hüquqlarına hörmətlə yanaşmağa və bu hüquqları dəstəkləməyə səsləyir. 

Prinsiplər bütün biznes strukturlarının uşaqların insan hüquqlarına istənilən əks təsirin 

qarşısını almaq və onu aradan qaldırmaq, eləcə də uşaq hüquqlarını irəliyə götürməyə 

kömək etmək üçün tətbiq edə biləcəkləri tədbirləri müəyyən edir. Prinsiplər biznes və 

uşaqlarla bağlı mövcud və gələcək könüllülük fəaliyyətləri və digər bu kimi təşəbbüslər 

üçün əsas istinad mənbəyi olmağa, eləcə də çoxtərəfl i əməkdaşlığı təşviq etməyə çalışır. 

Bu prinsiplər həcmindən, fəaliyyət sahəsindən, yerləşdiyi yerdən, mülkiyyət və struktur 

formasından asılı olmayaraq, transmilli və digər biznes növləri də daxil olmaqla, bütün 

işgüzar fəaliyyətlər üçün hazırlanmışdır. Bununla yanaşı, prinsiplər, həmçinin, biznes 

strukturları ilə münasibətlərində özünüidarəetmə orqanları və vətəndaş cəmiyyəti kimi 

digər sosial quruluşları da məlumatlandırmağa çalışır. 

Sürətli şəkildə baş verən fi ziki və psixoloji inkişafl arı nəticəsində uşaqlar yaşamaq və 

inkişafl a bağlı yetkin insanların sahib olduqlarından daha fərqli ehtiyaclara sahib olur-

lar. Uşaqlar, xüsusilə fövqəladə hallar zamanı olmaqla, zorakılıq, istismar və sui-istifadə 

hallarına qarşı daha çox həssasdırlar. İqlim dəyişikliyi və çirklənmənin uşaqlar üzərindəki 

təsiri də yetkinlərlə müqayisədə daha ciddi və uzun-müddətli ola bilər. Unutmamalıyıq 

ki, uşaqlar həm də yaşadıqları ev təsərrüfatlarına, icma və cəmiyyətlərə önəmli töhfələr 

verirlər. İstehlakçı, gələcək çalışan və biznes liderləri, o cümlədən biznes strukturlarının 

fəaliyyət göstərdiyi icma və quruluşların üzvləri kimi uşaqlar biznesin əsas tərəfl əri 

arasında yer alırlar. Uşaqlar, Uşaq Hüquqları Konvensiyasında qeyd edildiyi kimi, 

uşaqların iştirakı prinsipinə uyğun olaraq onların həyatlarına təsir edən qərarların qəbul 

edilməsində öz sözlərini deyə bilmələri üçün təşviq edilməlidirlər. 

Prinsiplər beynəlxalq miqyasda tanınan uşaq hüquqlarını əsas götürür və beynəlxalq 

miqyaslı heç bir yeni qanuni öhdəlik yaratmır. Prinsiplər, xüsusilə, Uşaq Hüquqları 

Konvensiyası və onun Fakültativ Protokollarına əsasən hazırlanmışdır. Bu Konvensiya isə 

indiyədək ən geniş şəkildə ratifi kasiya edilmiş sazişdir və, hal-hazırda, İştirakçı tərəfl ərinin 

sayı 193 ölkədir (Konvensiyanı imzalamış və ratifi kasiya etmiş hökumətlər). Bununla 

yanaşı, Prinsiplər Beynəlxalq Əmək Təşkilatının Uşaq Əməyinin ən Pis Formaları haqqında 

182 və Minimum Yaş Həddi haqqında 138 nömrəli Konvensiyalarını da əsas götürür.

5

  

Prinsiplər, həmçinin, BMT-nin İnsan Hüquqları Şurası tərəfi ndən təsdiq edilmiş BMT-nin 



4

  Uşaq Hüquqları Konvensiyasına əsasən hər bir insan 18 yaşına çatanadək uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tərtib edilə bilən qanuna görə o, 

yetkinlik yaşına daha əvvəl çatmamış olsun.

5

  Uyğun müddəalara sahib digər beynəlxalq standartlara Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (1979), Əlilliyi olan 



İnsanların Hüquqları haqqında Konvensiya (2006) və  BMT-nin Yerli Əhalinin Hüquqları barəsində Bəyannaməsi (2007) daxildir. BMT-nin Uşaqlara qarşı Zorakılıq 

halları ilə bağlı Dünya Hesabatı (2006) da digər əsas istinad sənədidir.    




13  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

© S


A

V

E T



H

E C


H

IL

D



R

E

N



Qlobal Sazişinin ‘On Prinsipi

6

’ , eləcə də Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər 



kimi biznes strukturları ilə bağlı digər mövcud standartlar üzərində durur.  

Bütün səviyyələrdə Hökumətlərin uşaqların hüquqlarını müdafi ə etmək, bu hüqu-

qlara hörmətlə yanaşmaq və onları yerinə yetirmək vəzifəsi vardır. Bununla belə, biznes 

strukturları da daxil olmaqla, digər sosial quruluşlar da uşaq hüquqları ilə bağlı müvafi q milli 

qanunvericiliklə uyğunluq təşkil etməli və beynəlxalq standartlara hörmətlə yanaşmalıdır. 

Beynəlxalq cəmiyyətin uşaqlara uyğun dünyanın qurulmasına kömək edəcək qlobal bir 

hərəkatda birləşmək çağırışına cavab olaraq, Prinsiplər uşaqların hüquqlarına hörmətlə 

yanaşmaq və bu hüquqları dəstəkləməkdə biznes strukturlarının rolunu dəqiq şəkildə göz 

önünə qoymağa çalışır.

7

  Prinsiplərdə göstərilən heç bir məqamdan müəyyən bir ölkədə 



qüvvədə olan və ya beynəlxalq qanuna əsasən daha aşağı səviyyəli olan standartların 

tətbiq edilməsini əsaslandırmaq üçün istifadə edilməməlidir. Prinsiplər uşaqlar, biznes 

strukturları, sərmayədarlar, həmkarlar ittifaqları, milli insan hüquqları təsisatları, vətəndaş 

cəmiyyəti, hökumətlər, elmi işçilər, BMT-nin təsisatları, eləcə də uşaq hüquqları və biznes 

mütəxəssisləri ilə məsləhətləşmələr əsasında hazırlanmışdır.  

6

  Baxın; www.unglobalcompact.org 



7

  A World Fit for Children (2002). Həmçinin baxın, A World Fit for Children Plus 5 (2007).




14  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

1

©

 U



N

IC

E



F

/NYH


Q

2

0



1

1

-1



1

5

7



/H

O

L



T

“Bizdən istifadə etməyin; 

biz sizdən məsuliyyətli 

olmağınızı istəyirik. Bizi 

bizlərə yazığınız gəldiyi 

üçün dəstəkləməyə 

çalışmayım; əksinə bizi o 

dəstəyə layiq olduğumuz 

üçün dəstəkləyin. Biz 

sizin məhsullarınızı alır 

və xidmətlərinizdən 

yararlanırıq, amma biz də 

sizdən bizim inkişafımıza 

sərmayə yatırmağınızı 

istəyirik. Biz sizdən bizə 

hədiyyələr verməyinizi 

istəmirik; biz sizin 

bizlərə qarşı məsuliyyətli 

olmağınızı istəyirik.”

 

Peruda yaşayan gənc, 

‘Uşaqların Korporativ Sosial 

Məsuliyyətdə (KSM) iştirakı’, 

2010, Save the Children

BÜTÜN BİZNES

STRUKTURLARI 

 

Buna əsasən bütün biznes strukturları üçün görülə biləcək tədbirlərə daxildir:

a.  Uşaq hüquqlarını dəstəkləyən əsas prinsiplərin tanınması

Uşaq hüquqları Konvensiyası heç bir ayrı-seçkilik olmadan bütün uşaqlara aid edilən 

əsas hüquqları və azadlıqları müəyyən edir, və hökumətlər, valideynlər, icma və 

ya özəl sektor tərəfi ndən həyata keçirilməsindən asılı olmayaraq, uşaqlarla bağlı 

istənilən fəaliyyəti dəstəkləyən 4 əsas prinsipə sahibdir. Bu dörd prinsipə daxildir; 

uşaqların ən ümdə maraqları; ayrı-seçkiliyin qarşısının alınması; uşaqların iştirakı; 

yaşamaq və inkişaf etmək.

b.  Uşaqların hüquqlarına hörmətlə yanaşma məsuliyyətinin yerinə yetirilməsi

Bu uşaq hüquqlarının pozulmasının qarşısının alınması və yaranmasında biznes 

strukturunun da rolunun olduğu uşaq hüquqlarına mənfi  təsirin aradan qaldırılmasını 

tələb edir. Hörmətlə yanaşmaq məqsədilə korporativ məsuliyyət biznes struktu-

runun sonrakı Prinsiplərdə müəyyən edilən işgüzar fəaliyyətlər və münasibətlərlə 

məhdudlaşmayan işgüzar fəaliyyətlərini və öz işgüzar münasibətlərini əhatə edir. 

Bu məsuliyyətini yerinə yetirmək üçün bütün biznes strukturları BMT-nin İnan 

Hüquqları Şurası tərəfi ndən təsdiq edilmiş Biznes və İnsan Hüquqları üzrə Rəhbər 

Prinsiplərdə

8

  müəyyən edilən uyğun siyasət və prosesləri izləməlidir.



Bunlara daxildir:

i. 


 yürüdülən siyasətlə bağlı öhdəlik – Biznes və İnsan Hüquqları üzrə Rəhbər 

Prinsiplərdə təsvir edildiyi kimi biznes strukturlarının uşaq hüquqları da daxil 

olmaqla, insan hüquqlarına hörmətlə yanaşma məsuliyyətini müəyyən edən 

bəyanatdır. Yürüdülən siyasətlə bağlı öhdəlik biznes strukturlarının ən yüksək 

səviyyəsində təsdiq edilməli və uyğun ekspert rəyini almalıdır. Bu biznes struk-

turunun öz insan resursları, biznes ortaqları və onun fəaliyyəti, məhsul və 

xidmətləri ilə əlaqəsi olan digər tərəfl ər qarşısında şərtlər qoymalıdır. Bu öhdəlik 

həmçinin ictimaiyyətə açıq olmalı, daxilə və xaricə ötürülməli, eləcə də uyğun 

siyasət və prosedurlara daxil edilməlidir. Bununla yanaşı, bu cür öhdəlik biznes 

strukturlarının insan hüquqlarını dəstəkləməsi öhdəliyi ilə bağlı bəyanatını da 

özündə əks etdirə bilər.

ii. 


İnsan hüquqları ilə bağlı lazımi ehtiyatlılıq – biznes strukturunun onun 

uşaqların hüquqları da daxil olmaqla, insan hüquqlarına hazırkı və potensial 

təsirini qiymətləndirməsini, bunun nəticələrini bir araya gətirərək onlara əsasən 

tədbirlər görməsini, cavab tədbirlərini izləməsini və bunun həmin təsirə nə 

dərəcədə cavab verməsi haqqında məlumatlandırmasını əhatə edən və davam 

etməkdə olan əməliyyatlarını təşkil edir. İnsan hüquqları ilə bağlı lazımi ehtiyatlılıq 

8

  ‘Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplər: BMT-nin “Qoru, Hörmətlə yanaş et və Bərpa et” Çərçivə Sənədinin icra edilməsi’ - BMT Baş Katibinin 



Transmilli Korporasiyaların və digər Biznes Müəssisələrinin İnsan Hüquqları məsələsi üzrə Xüsusi Nümayəndəsinin Hesabatına əlavə edildiyi kimi, A/HRC/17/31, 

BMT, 21 mart 2011-ci il, www.ohchr.org/documents/issues/business/A.HRC.17.31.pdf, A/HRC/RES/17/4-də BMT-nin İnsan Hüquqları Şurası tərəfi ndən təsdiq 

edilmişdir.



Yüklə 315,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə