Draft principles 23. 02. 12 C indd



Yüklə 315,03 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix14.04.2018
ölçüsü315,03 Kb.
#38498
1   2   3   4   5   6   7   8   9   10   ...   13

17  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

© P


L

A

Y



IN

G F


O

R C


H

A

N



G

E

Uşaqların hüquqlarına hörmətlə yanaşma 



məsuliyyətlərini yerinə yetirməli və uşaqların 

insan hüquqlarını dəstəkləməyə çalışmalıdır

NÜMUNƏVİ 

TƏCRÜBƏ

 

Şikayətlərin 

ünvanlandırılması 

üçün əlçatan 

əlaqə vasitəsinin 

yaradılması

Banqladeşdə fəaliyyət göstərən beynəlxalq geyim şirkəti yerli təchizatçı zavodlar 

üçün şikayətlərin baxılması məntəqəsi yaratmaq məqsədilə uşaq və qadın hüquqları 

üzrə çalışan qeyri-hökumət (QHT) təşkilatı ilə əməkdaşlıq etmişdir. Həmin QHT 

qadın və uşaqlarla iş sahəsində xüsusi səriştəyə sahib olmuş və nəticədə işçilərin öz 

şikayətlərini ünvanlaya biləcəkləri etibarlı məntəqə ilə təmin etmişdir. Bu da işçilərin 

iş yerindəki məsələlərlə bağlı geyim şirkəti ilə əlaqə saxlaya biləcəkləri alternativ və 

təhlükəsiz əlaqə vasitəsi yaratmışdır. Sistem indiyədək işçilərdən dəyərli rəylər almışdır 

və geyim şirkətinin təchizatçı zavodları mənfi  təsirlərin aradan qaldırılması prosesinə 

daxil etməsini asanlaşmışdır. 




18  ❘  Uşaq Hüquqları və Biznes Prinsipləri  

2

© S


A

V

E T



H

E C


H

IL

D



R

E

N



“Biznes strukturlarının 

insan hüquqlarını və 

onların fəaliyyətlərinin 

insanların həyatları 

üzərindəki nəticələrini 

daha yaxşı anlamaları 

üçün çalışması çox 

önəmlidir.”

Paraqvaydan olan gənclər, 

Uşaq Hüquqları və Biznes 

Prinsipləri Təşəbbüsü 

barəsində Uşaqlar arasında 

Məsləhətləşmələr, 2011-ci il 



Hörmətlə yanaşmaq məqsədilə korporativ məsuliyyətə Beynəlxalq Əmək 

Təşkilatının İş yerində Əsas Prinsiplər və Hüquqlar haqqında Bəyannaməsində 

əks olunan hüquqlara hörmətlə yanaşma daxildir. Buna əsasən, bütün biznes 

strukturlarının görə biləcəyi tədbirlər arasında yer alır:

a. Uşaq əməyinin aradan qaldırılması:

Uşaq əməyinin heç bir növündə uşaqları işə götürməyin və ya onlardan istifadə 

etməyin. İşəgötürmə prosesinin bir hissəsi kimi yaşın müəyyən edilməsi üzrə sağlam 

mexanizmlər yaradın və bu mexanizmlərin dəyər zəncirində də istifadə edildiyindən 

əmin olun. Uşaqların iş yerindən uzaqlaşdırılması zamanı təsirə məruz qalmış 

uşaqların müdafi əsini, eləcə də, uyğun olduqda, onların yetkin yaşa çatmış ailə 

üzvlərini layiqli işlə təmin etmək üçün tədbirlər görülməlidir. Təchizatçılar, podratçılar 

və subpodratçılar üzərində sonradan uşaqların hüquqlarının pozulması ilə nəticələnə 

biləcək təzyiq yaratmayın.

b. Gənc çalışanlara qarşı zərərin qarşısının alınması, müəyyən edilməsi 

və azaldılması, o cümlədən onların 18 yaşına çatmamış çalışanlar üçün 

qadağan edilən və ya onların fi ziki və psixoloji potensialını aşan işləri 

görməkdən müdafi ə olunması

Gənc çalışanlara qarşı zərərin qarşısını alın, onu müəyyən edin və azaldın, eləcə 

də onları 18 yaşına çatmamış çalışanlar üçün qadağan edilən və ya onların 

fi ziki və psixoloji potensialını aşan işləri görməkdən qoruyun. Uşaqları onların 

səhhəti, təhlükəsizliyi və mənəvi dəyərlərinə zərər yetirə biləcək təhlükəli işləri 

görməkdən müdafi ə edin. Təhlükəli iş zəminində çalışan uşaqlar dərhal təhlükə 

mənbəyindən uzaqlaşdırılmalı, və bu cür müdaxilələr nəticəsində yarana biləcək 

gəlir itkisinə qarşı müdafi ə olunmalıdırlar. Unutmayın ki, müəyyən bir işlə məşğul 

olma yaşındakı uşaqlar iş yerində yetkin insanların üzləşdiklərindən, qızlar isə 

oğlanların üzləşdiklərindən daha fərqli risklərlə üzləşə bilərlər. Xüsusilə də, uşaqların 

lazımi informasiyaya əlyetərlilik, assosiasiya azadlığı, kollektiv danışıqlar, iştirak, 

ayrı-seçkiliyin qarşısının alınması, şəxsi həyatın qorunması, eləcə də fi ziki, əqli və 

digər alçaldıcı cəzalar, əzab vermə və cinsi sui-istifadə də daxil olmaqla iş yerində 

zorakılığın bütün formalarından qorunmaq hüquqlarına hörmətlə yanaşın.  



Dəstək məqsədilə korporativ öhdəliyin olmasına daxildir:

c. Təhsilin və uşaq əməyinin əsas səbəblərinə qarşı davamlı həll yollarının 

təşviq edilməsi üçün hökumətlər, sosial tərəfdaşlar və digər tərəfl ərlə 

əməkdaşlığın olması

i. 


Uşaqların təhsilini və uşaq əməyinin əsas səbəblərinə qarşı davamlı həll yollarını 

təşviq etmək məqsədilə biznes rəqibləri, icmalar, uşaq hüquqları təşkilatları, 

həmkarlar ittifaqları və hökumətlərlə birgə çalışmaq.

ii. 


Sosial səfərbərlik və məlumatlılığın artırılması yolu ilə uşaq əməyinin aradan 

qaldırılmasına yönəlmiş icma, milli və beynəlxalq səviyyəli təşəbbüsləri, eləcə də 

uşaq əməyinin kökünün kəsilməsi məqsədilə yerli icma üzvləri və uşaqlarla birgə 

hazırlanaraq həyata keçirilən proqramları daha geniş şəkildə dəstəkləmək.

iii.  Uşaq əməyinə qarşı sənaye-miqyaslı yanaşma yaratmaq məqsədilə digər şirkətlər, 

sektoral assosiasiyalar və işəgötürənlərlə tərəfdaşlıq etmək, o cümlədən həmkarlar 



BÜTÜN BİZNES

STRUKTURLARI 

 


Yüklə 315,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə