Dris qruplarına r



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix24.02.2018
ölçüsü0,87 Mb.
#27726
1   2   3   4   5   6   7   8   9   ...   28

 

 

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası



 

                

Səhifə 11

 



 

Effektiv peşəkar inkişaf  məlumatların toplanılması və analizini nəzərdə tutur. 

Məlumatlar müəllimə peşəkar inkişaf tələbatlarını müəyyənləşdirməkdə yardım edir. 

Peşəkar inkişafın mərhələsində məlumatlar sinif otaqlarında aparılan proseslərə 

monitorinqin aparılması imkanını verirlər.  Həmçinin, məlumatlar  vasitəsilə müəllimlər 

təlimin səmərəli olub-olmamasını qiymətləndirir və növbəti addımları planlaşdırırlar; 

 

Effektiv peşəkar inkişaf müəllimin peşəkar və təcrübəli olmasına əsaslanır. Tanınmış 



ekspertlərlə peşəkar əlaqə hər zaman faydalıdır, amma müəllimlər arasında peşəkar inkişaf 

məqsədilə ünsiyyət də çox faydalıdır. Hər hansı bir məktəbdə peşəkar inkişaf prosesinə 

rəhbərlik edə bilən müəllim tapılar;  

 



Effektiv  peşəkar inkişafın ən əsas prinsipi əməkdaşlıqdır.  Müəllimlər bir- birindən öyrənirlər. 

Bir-birinə məqsədlərin qarşıya qoyulması və onlara nail olunmasında  köməklik göstərirlər;

 



 



Effektiv peşəkar inkişaf həm təlimin, eləcə də tədrisin effektivliyinə yönəlmişdir; 

  

      *       Effektiv peşəkar inkişaf müəllimin



 

müxtəlif və maraqlı fəallıqlarda iştirakını nəzərdə  tutur

 

(Bean, 2010; Easton, 2008).  



 

 

 



 

 

 



 

 



Səhifə 12          

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası

 

   


Başlıq 2.2. G-PriEd-in peşəkar  inkişaf  modeli: müəllimlərin tədris 

qrupları 

   


G-PriEd-in müəllimlərin peşəkar  inkişaf modeli  effektiv  peşəkar  inkişaf prinsipinə əsaslanır və                  

dörd  əsas hissədən ibarətdir : elektron treninq  proqramlar, müəllimlərin tədris qruplarının 

aktivlikləri, xarici ekspertlərin  dərsləri müşahidəsi  və  məktəb direktorunun dərsləri müşahidəsi.  

 

 



 

 

 



 

 

 



 

 

 



Məktəbin bazasında müəllimlərin peşəkar inkişafı və qarşılıqlı aktiv təliminin dəstəkləndirilməsi 

məqsədilə,  G-PriEd məktəblərə müəllimlərin tədris qruplarının yaradılmasında köməklik 

göstərəcəkdir. Müəllimlərin tədris qrupları məktəbdə ibtidai siniflərin müəllimlərinin fənn və ya 

pillə üzrə dəstələrinin yaradılmasını nəzərdə tutur, onların ümumi görüşləri və məqsədləri var və 

bu məqsədlərə nail olmaq üçün səmərəli şəkildə əməkdaşlıq edirlər.  

 

Müəllimlərin  tədris  qrupları  pedaqoqların  müxtəlif  aktivliklərə  cəlb edilməsini   nəzərdə tutur: 



(1)

 

Məlumatların analizi. Məlmatları   analiz etmək  üçün görüş zamanı müəllimlər   diaqnostik və  



başqa növ qiymətləndirmələrin nəticələrini birlikdə analiz edəcəklər ,tədris  prosesini   qeyd 

olunan  nəticələrə nəzərən  müzakirə edəcəklər və  onların yaxşılaşdırılması  yollarını  və 

strategiyaları  müzakirə edəcəklər. 

(2)


 

Birgə  dərslər. Birgə  dərslər müəllimlərə həmkarları ilə birlikdə  tədris prosesinin  

strategiyalarını  planlaşdırmaq,onların dərs  otağında  tətbiq edilməsi və  onun nəticələrinin  

effektliliyini konkret sinif və şagirdlərə nəzərən qiymətləndirməyə imkanı  verir.Birgə  dərslər  

aktivliyi bir neçə mərhələdən ibarətdir: planlaşdırma ,tədris-müşahidə  və  əks əlaqə. 

(3)


 

Tədris situasiyasının analizi . Tədris situasiyasının analizi  müəllimlərə imkan verir ki,  

həmkarları ilə birlikdə  başqa-başqa real sinif  situasiyasını müzakirə  etsinlər,  müəllimlər və 

şagirdlər qarşısında duran özünə məxsus çətinlikləri  və onların həll  edilməsi yolları   haqqında  

mühakimələr yürütsünlər.   

(4)


 

Nümunəvi(model)  dərslər.Model dərslər sessiyasında  iştirak etmək müəllimlərə  effektiv 

planlaşdırılmış və həyta keçirilmiş  dərsi( video  dərsi, fasilitatorun və yaxud müəllimin keçdiyi 

dərsi) görmək /eşitmək  imkanı verir.Model dərsləri müəllimlər  əvvəlcədən hazırlanmış 

müşahidə forması əsasında  müşahidə edirlər . Sonra isə onu  analiz edir   və  araşdırırlar. 

(5)


 

Bir-birinin dərsində iştirak etmək. Təcrubənin paylaşılması məqsədi ilə  müəllimlər bir-birinin 

dərslərində iştirak edirlər   və  tədrisin başqa-başqa strategiyalarının  praktikada  tətbiqini 

görürlər.Dərslərdə iştirak etməzdən əvvəl müəllimlər dərs haqqında  qısa məlumatları  həmkarları 

ilə  bölüşdürürlər.Dərsi müşahidə etdikdən sonra onlar yenidən görüşürlər  və dərs haqqında  öz 

fikirlərini mübadilə  edirlər.

 

  

G-PriEd-in modeli: müəllimlərin  peşəkar  inkişafı    



Elektron  treninq  

proqramlar 

Müəllimlərin 

tədris  qrupları 

Xarici ekspertlər 

tərəfindənm dərs-

lərin müşahidəsi 

Məktəb 


direktorlarının 

dərsin müşahidəsi 




 

 

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası



 

                

Səhifə 13

 

Qeyd  olunan aktivlik  akademik il ərzində  minimum  ayda bir dəfə olmaqla həyata keçirilir. 



Şagirdlərin və müəllimlərin ehtiyaclarından irəli gələrək   fasilitatorlar hər bir aktivliyin  

həyata keçirilməsi tezliyini  müəyyənləşdirilər və  tədris qrupunun  fəaliyyətinin   iş planını 

işləyib hazırlayırlar.  

 

Fasilitator müəllimlərin  tədris qrupuna rəhbərlik edir;o,peşəkar inkişaf  aktivliklərinin   



müntəzəm,konstruktiv  və  məhsuldar həyata keçirilməsinin qayğısına qalır.  

 

 




Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə