Dris qruplarına r



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix24.02.2018
ölçüsü0,87 Mb.
#27726
1   2   3   4   5   6   7   8   9   ...   28

Səhifə 14          

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası

 

   


 

Başlıq 2.3. Fasilitatorun, direktorun və müəllimlərin funksiyaları 

 

Müəllimlərin  tədris qruplarının müvəffəqiyyətli  fəaliyyəti ona cəlb olunan  bütün 



tərəflərin  -  fasilitatorların,  müəllimlərin  və  direktorların  öz  rollarını  və 

funksiyalarını layiqincə yerinə yetirmələrini tələb edir.  

 

Fasilitator: funksiyaları  



 

Fasilitatorun başlıca funksiyası 

müəllimlər arasında əməkdaşlığa dəstək vermək və pozitiv iş 

mühitini  yaratmaqdır.O,yuxarıda  adları çəkilən aktivliklərin planlaşdırılması və həyata 

keçirilməsinin qayğısına qalmalıdır,xüsusən

:   


 

 



Müəllimlərin tədris qruplarının  

iş planının  işlənib  hazırlanması 

(aktivliklərin 

növləri,tarixləri,iştirakçı 

müəllimlər);  

 



Aktivliklərin planlaşdırılması və 

lazımi ləvazimatların  

hazırlanması(iştirakçıların 

məlumatlamdırılması,işçi otağın 

texniki avadanlığı,peşəkar 

inkişafın ləvazimatları və 

dəftərxana ləvazimatları və sair); 

 



Görüşün konkret aktivliklər 

formatı əasasında həyata 

keçirilməsi; 

 



Aktivliklərin hesabatının (aktının)hazırlanması və elektron qeydiyyatı; 

 



Qrupun  işinin illik hesabatının hazırlanması; 

 



Məktəb vizitləri zamanı layihənin trenerləri ilə əməkdaşlıq etmək ; 

 



Tədrus qrupunun  aktivliklərinin həyata keçirilməsi məqsədi ilə  məktəb müdiriyyəti ilə 

əməkdaşlıq etmək (məs: bir-birinin dərslərində iştirak zamanı dərs cədvəlinin dəyşdirilməsi  və 

yaxud müəllimlərin dəyişdirilməsi);  

 



facebook-un və  elektron poçtun yardımı ilə  layihə ilə əlaqə saxlamaq ; 

 



Layihədən alınmış məlumatları müəllimlərlə paylaşmaq.  

 

Müəllimlərin tədris qrupunun fasilitatorunun vəzifəsinə aid deyildir:  



 

Müəllimlərin qiymətləndirilməsi və  kadr və yaxud oxşar qərarların qəbulu prosesində iştirak 



etmək;  

 



Başqa müəllimin işini yerinə yetirmək( dərs keçmək, şagirdlərlə fərdi işləmək,şagirdlərin 

nəticələrinin analizi,işlərin qiymətləndirilməsi    və sair.).  

 

Məktəb direktoru: funksiyaları 



 

 



Məktəbin  bazasında  müəllimlərin  tədris  qruplarının  müvəffəüiyyətli  fəaliyyəti 

məktəb direktoru tərəfindən qeyd edilən prosesin dəstəklənməsindən çox asılıdır. 




 

 

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası



 

                

Səhifə 15

 

Direktorlar  müəllimlərin  tədris  qruplarının  işinə  aşağıdakı  funksiyaları  həyata 



keçirməklə dəstək verə bilərlər:  

 



Peşəkar və motivasiyalı müəllimlərdən fasilitator seçimi;  

 



Tədris qruplarına müəllimlərin cəlb olunması haqqında yüksək gözləntilərin əks 

etdirilməsi və həmkarlarla paylaşılması; 

 

Müəllimlərin tədris qrupunun fasilitatoru ilə sıx əməkdaşlıq və müxtəlif fəallıqların  



planlaşdırılması və həyata keçirilməsi zamanı onun tərəfdaşlığı;  

 



Müəllimlərin tədris qruplarının işi üçün lazımi fiziki və iş mühitinin təmin edilməsi;         

 



Tədris qruplarında müəllimlərin iştirakının monitorinqi və həvəsləndirilməsi.  

 

əllim:funksiyaları 



 

Müəllimlərin tədris qruplarının işi, ilk növbədə, müəllimlərin cəlb olunması və iştirakından asılıdır. 

Vacibdir ki, müəllimlər ardıcıl və məktəbin bazasında peşəkar inkişafın əhəmiyyətini və qeyd 

edilən imkanı həmkarları  ilə  peşəkar müzakirələri, təcrübənin paylaşması və tədrisin 

yaxşılaşdırılması məqsədi ilə tətbiq etsinlər. Tədris qruplarına cəlb olunma nöqteyi-nəzərdən 

müəllimin funksiyaları aşağıdakılardır:  

 

Müəllimlərin tədris qrupunun iş planının və aktivliklərin planlaşdırılmasında  



iştirak etmək;   

 



Müəllimlərin tədris qrupunun fəallıqlarında iştirak etmək;  

 



Müəllimlərin tədris qrupunda iştirak etmək üçün vacib olan  məlumatları  toplamaq və 

hazırlamaq;  

  



 



Müəllimlərin tədris qruplarında iştirakın nəticəsində alınan yeni biliyin, bacarıqların və 

ideyaların  tədris prosesində istifadəsi və tətbiqi.  

 

  



Səhifə 16          

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası

 

   


 3-cü hissə. Müəllimlərin tədris qrupunun aktivlikləri  

Başlıq 3.1. Göstəricilərin analizi

 

Göstəricilərin analizi nədir? 

Göstəricilərin analizi müəllimlərin peşəkar inkişafının ən effektiv formasını təşkil edir. O, 

müəllimlər dəstəsi tərəfindən diaqnostik və inkişafetdirici qiymətləndirmələrinin göstəricilərinin 

öyrənilməsi və analizini nəzərdə tutur.Pedaqoqlar şagirdin tədris prosesinə və nəticələrinə xüsusi 

diqqət verirlər. Onlar elə sualları və qabiliyyətləri ayırd edirlər ki,bunlarda şagirdlərin kifayyət 

qədər yüksək nailiyyətləri yoxdur  və qarşılıqlı əməkdaşlıqla onların yaxşılaşdırılmasının 

strategiyalarını işləyib hazırlayırlar.                                                                                                    

Göstəricilərin analizinin görüşləri müəyyən tezliklə, əvvəlcədən hazırlanmış cədvələ və günün 

rejiminə əsasən keçirilir. Müəllimlər əksər hallarda öz siniflərində və ya paralel siniflərdə 

keçirdikləri qiymətləndirmənin nəticələrini təhlil edir və bir-birinə alınan göstəricilərin analiz 

edilməsində və tədrisin planlaşdırılmasında köməklik göstərirlər.  

 

Göstəricilərin analizi nə üçün vacibdir?  



 

Göstəricilər imkan verirlər ki, təlim-tədris prosesinin  nə dərəcədə effektiv şəkildə 

davam etdiyi qiymətləndirilsin və  bu prosesdə konkret olaraq nəyi yaxşılaşdırmaq 

lazım olduğu aşkar edilsin. Əsas o deyil ki, 

məktəblər qiymətləndirmələr və ya testlər 

keçirirlərmi, əsas odur ki,əldə edilmiş bu 

göstəricilər nədə və                                                                       

necə istifadə olunur. Müxtəlif tədqiqatlar 

göstərirlər ki, şagirdlərin nəticələrini elə 

məktəblər hiss ediləcək şəkildə                        

yaxşılaşdıra bildilər ki, onlar                         

müntəzəm olaraq və tez-tez şagirdləri      

qiymətləndirirlər və alınan                   

məlumatları  tədrisin                         

yaxşılaşdırılması  məqsədi ilə  

istifadə edirlər 

 

 Göstəricilərin analizi: əsas fazalar



                                                                                                         

Göstəricilərin analizi prosesi beş əsas mərhələdən ibarətdir. Qeyd edilən mərhələlər imkan verir 

ki,göstəricilərin analizi ardıcıllıqla və tam aparılsın.                                                                                     

Paralel siniflərin müəllimləri həmkarları  üçün göstəriciləri  təqdim edə bilərlər, onlar eyni yaşlı 

şagirdlərlə eyni tipdə qiymətləndirmə keçirmişlər və  göstəriciləri birlikdə analiz etməlidirlər. 

Göstəricilərin analizi prosesinin hər beş mərhələsi kiçik ölçülü məktəblərdə çox uğurlu alınır, Bu 

məktəblərin hər bir yaş qrupunda yalnız bir sinif vardır. Belə  halda bir müəllim həmkarları ilə öz 

sinfində keçirilən qiymətləndirmənin  nəticələri ilə bölüşür və onlarla əməkdaşlıqda təlimin və  

şagirdlərin nailiyyətlərin yaxşılaşdırılması üçün lazımi strategiyaları planlaşdıra bilir.  

 

 



 

 

Göstəricilərin analizi müəllimlərə və məktəbin 



administrasiyasına  qiymətləndirmə nəticələrindən      

və  göstəricilərdən təlimin yaxşılaşdırılması üçün 

istifadə etmək  imkanını verir.  

 

Duqlas Reves,  



Rəhbərlik və Təlim Mərkəzinin təsisatçısı 


Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə