Dris qruplarına r



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix24.02.2018
ölçüsü0,87 Mb.
#27726
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

Səhifə 22          

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası

 

   


 

 

 



Göstəricilərin analizinin görüşünün  təşkili 

 



 

Tövsiyə edilir 

ki,göstəricilərin analizinin  

görüşü diaqnostik və başqa 

inkişafetdirici 

qiymətləndirmədən sonar 

həyata keçirilsin. 

Fasilitator və müəllimlər 

qiymətləndirmənin 

nəticələrinin  müzakirəsi 

üçün hansı tezlikdə 

görüşmələrini özləri təyin 

edə bilərlər;                                                                     

 



Fasilitator   müəllimlərlə razılıq əsasında öz siniflərində keçirdikləri qiymətləndirmənin 

nəticələrini təqdim edəcək müəllimi\müəllimləri seçirlər; 

 

Fasilitator seçilən müəllimlərin göstəricilərinin üzərində işlənməsi haqqında tövsiyələr verir.  



Paralel siniflərin müəllimləri  qiymətləndirmənin  nəticələrini təqdim etdikləri halda,  

fasilitatorun köməkliyi ilə müəllimlər arasında koordinasiya xüsusilə vacibdir. Yaxşı olardı  

ki, fasilitator əvvəlcədən müəllimlərdən bu məlumatı qəbul etsin və görüş üçün hazırlasın

;  


 

Müəllimlər həmkarları ilə şagirdlərin  qiymətləndirməsinin nəticələri və onların əsas  



xüsusiyyətləri haqqında fikir mübadiləsi edirlər. Həmkarlar müzakirə prosesinə qoşulurlar. 

Göstəricilərin analiz edilməsində və onların yaranma səbəblərinin təyin edilməsində 

müəllimlərə köməklik göstərirlər. Sonra onlar birlikdə şagirdlərin nəticələrinin nə qədər 

yaxşılaşdırılacağı və bu məqsədlərə nail olmaq üçün hansı strategiyaların istifadə ediləcəyi 

haqqında müzakirə edir və razılığa gəlirlər; müəllimlər növbəti görüşün tarixi haqqında 

razılığa gəlirlər;

 



 



 Müəyyən müddətdən sonra müəllimlər yenə də bir-biri ilə görüşürlər. Müəllimlər 

həmkarları ilə onlar tərəfindən analiz edilmiş göstəriciləri və planlaşdırılmış təlim 

nəticələri  haqqında fikir mübadiləsi edirlər. Həmin  görüşdə başqa müəllimlər də 

həmkarları ilə ilkin qiymətləndirmənin  nəticələrini haqqında fiikir mübadiləsi edə bilərlər

 

Görüş qurtardıqdan sonra fasilitator görüşün əsas məsələləri haqqında məlumatı qeyd edir 



və fasilitatorun hesabat qovluğuna yerləşdirir.  


 

 

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası



 

                

Səhifə 23

 

 



Başlıq 3.2. Bitgə dərslər 

 

Birgə dərs  nədir?  



                                                                                              

Birgə dərslər müəllimlərin peşəkar       

inkişafının ən səmərəli vasitələrindən       

biridir. O,  müəllimlərə  əməkdaşlıqla        

dərsi planlaşdırmaq, keçirmək,                        

müşahidə  etmək  və qiymətləndirmək 

imkanını verir. Qeyd edilən təcrübə    ilk dəfə 

Yaponiyada tətbiq edilmişdir,   son zamanlar 

isə onu aktiv olaraq     Amerika Birləşmiş 

Ştatlarında  və  başqa  ölkələrdə  də istifadə edirlər. 

Birgə dərs   “tərs planlaşdırma”adlandırılan prinsipə əsaslanır. Müəllimlər dərsin  məqsədini  

müəyyənləşdirirlər və sonra müvafiq olaraq, bu məqsədə nail olmaqda 

köməklik göstərəcək dərs strategiyalarını  və fəallıqlarını planlaşdırırlar. Dərsin  

planlaşdırılması  mərhələsində müəllimlər şagirdlərin dərs prosesində qarşılaşa 

biləcəkləri çətinliklər haqqında müzakirələr aparırlar. Onlar, həmçinin , qeyd 

edilən çətinliklərin qarşısının  necə alınacağını və ya dəf edilə biləcyini  

müzakirə edirlər.  

 

Birgə dərslərin hər bir mərhələsinin əsas fokusunu şagird və onun təhsil prosesi təşkil edir. Xüsusilə 



müəllimlər:

 



 

Dərsin planlaşdırılması zamanı şagirdlərin tədris üslubunu və xüsusiyyətlərini nəzərə 

alacaqlar

;  


 

Dərsin keçilməsi zamanı şagirdlərin tədris prosesini müşahidə edəcəklər; 



 

 



Dərsin qurtarmasından sonar şagirdlərin təhsil nəticələrini analiz edəcəklər; 

 



 

Daha effektiv dərsin planlaşdırılması üçün şagirdlərin təhsili haqqında məlumatdan istifadə  

edəcəklər.

  

 



Birgə dərslər nə üçün vacibdir?  

 

 Birgə dərslər təhsil  



prosesinin ən əsas  

məsələsinə  

yönəlmişdir: dərs vaxtı  

müəllim və şagirdlər  

arasında nə baş verir? 

Yaponiyalı müəllimdən  

soruşanda ki, ,,Nə üçün 

birgə  dərslər onlara bu 

qədər  vacibdir?”,o zaman  

müəllim aşağıdakı   

mühüm  olan 

aspektləri göstərmişlər:  

 

Birgə dərslər 



onlara 

mövzunu,dərsi və ya semestrin məqsədlərini yaxşı anlamaqda yardım edir

Birgə dərsin sessiyaları müəllimlərə bilik və 



bacarıqları qazanmaqda yardım edir, onları ertəsi 

gün müəllimlər öz siniflərində istifadə edirlər. 

 

Ketrin Levis, 



Baş alim, Mill kolleci  

 



Səhifə 24          

əllimlərin tədris qruplarına rəhbərlik. Fasilitatorun təlimat kitabçası

 

   


 

Birgə dərslər onlara fənn üzrə biliklərin və pedaqoji vərdiş və bacarıqların 



yaxşılaşdırılmasında kömək edir; 

  



 

 

Birgə dərslər onlara şagirdlərin uzunmüddətli məqsədləri haqqında düşünməyə  və bu 



məqsədlərə nail olmaq üçün şagirdlərin hər gün nəyi öyrəndiklərini qiymətləndirməyə imkan 

veririr;                                                                                                                                                                           

 



 



 Birgə dərslər  müəllimlər arasında əməkdaşlığın güclənməsini təmin edir;

 



 

 Birgə dərslər  müəllimlərə yardım edir ki, hər zaman fəaliyyətlərinin əsas fokusunu  

unutmasınlar: şagirdi. 

  

 



 

Birgə dərs: Əsas fazalar  

Birgə dərs kompleksli bir prosesdir və doqquz əsas fazadan ibarətdir, öz növbəsində, hər 

bir  fazanın  həyata  keçirilməsi  birgə  dərslərin  üç  əsas  mərhələsindən  ibarətdir:dərsin 

planlaşdırılması,dərsin keçirilməsi\müşahidə edilməsi və əks-əlaqə.  

Birgə  dərsin  sessiyalarında    eyni  fənn  müəllimləri  iştirak  edə  bilərlər.  Ola  bilsin  ki, 

müxtəlif  fənn  müəllimləri  də  bu  prosesə  qoşulsunlar.  Bu  halda,  onların  fokusu 

pedaqoji  vərdiş-bacarıqların  və  tədrisin  ümumi  strategiyalarını  daha  yaxşı  məşq 

etdir

məkdir.  



 

 

I faza 



Birgə dərsin 

sessiyasının 

məqsədinin 

əyyənləşdiril-

məsi

 



 

Müəllimlər öyrənmək istədikləri və təctübədə tətbiq ediləsi 

strategiyaları söyləyirlər;  

 



Müəllimlər  Milli Tədris Proqramından tədrisin mövzusunu

 ,

 sinfi və 



konkret qabiliyyətləri  seçirlər;  

 



Müəllimlər dərsin tədris məqsədlərini müəyyənləşdirirlər

.

 



 

I.

 

D

ə

rsi


n pl

anlaşd


ırıl

m

as



ı 

 

II faza 



 

Standartların və 

mövzuların 

müzakirəsi

 



 



Müəllimlər müvafiq standartları müzakirə edirlər (şagirdlərin 

Milli Tədris planından əldə edəcəkləri nəticələri);  

 

Müəllimlər semester və ya tematik planlarla müqayisəli şəkildə 



dərsin məqsədlərini təhlil edirlər; 

 



Müəllimlər dərs planlaşdırılması üçün lazımi və peşəkar tədris 

resursları haqqında müzakirələr aparırlar. 

 

III faza 



 

Tədris 

aktivliklərinin 

planlaşdırılması  

 

Müəllimlər aktivlikləri  və onların hər  birinin həyata keçirilməsi 



üçün lazım olan əsas sualları planlaşdırırlar

;

  



 

Müəllimlər hər bir aktivlik üçün lazımi  ləvazimatları  və  vaxtı 



müəyyənləşdirirlər  .  

IV faza 


 

Şagirdlərin təfəkkür 

prosesləri haqqında 

mühakimə 

 

Müəllimlər şagirdlər üçün verilən tapşırıqları əvvəlcə özləri yerinə 



yetirirlər;  

 



Müəllimlər şagirdlərin tədris zamanı qarşılaşa biləcəkləri suallar ,  

çətinliklər  və  mühakimələri  müzakirə edirlər;  

 

Müəllimlər şagirdlərin suallarına necə cavab verməyi ,çətinliklərin 



qarşısını  necə almağı və ya onların həll edilməsində şagirdlərə necə 

yardım göstərməyi müzakirə edirlər . 

 



Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə