Dss buklet indd



Yüklə 17,03 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü17,03 Kb.
#5789


Azərbaycan Respublikasında

Demoqrafiya və Sağlamlıq

Sorğusu (DSS-2011)

Seçmə


Seçmə 2009-cu ildə Azərbaycanda 

aparılmış  əhalinin  siyahıyaalınması 

əsasında Dövlət Statistika Komitəsi 

tərəfindən həyata keçirilib. 

Sorğu üçün 9 iqtisadi rayon üzrə 321 

klaster, onların hər birində isə təsadüfi 

üsulla 24 ev təsərrüfatı seçilib.

Əhatə edilən

iqtisadi regionlar

Bakı 


Abşeron 

Gəncə-Qazax 

Şəki-Zaqatala 

Quba-Xaçmaz

 

Buklet Səhiyyə Nazirliyinin İctimai Səhiyyə



və İslahatlar Mərkəzində hazırlanmışdır.

Sorğu alətləri



Ev Təsərrüfatının Sorğu Vərəqəsi:

Ev təsərrüfatının xarakteristikası

0-5  yaşlı  uşaqlarda  boy,  çəki  və  hemoqlobinin 

səviyyəsinin ölçülməsi

15-49 yaşlı qadınlarda boy, çəki və hemoqlobinin 

səviyyəsinin ölçülməsi



Qadın Sorğu Vərəqəsi:

Sosial-demoqrafik xüsusiyyətlər

Nəsilartırma qabiliyyəti 

Kontrasepsiya

Hamiləlik, doğuşdan sonrakı qulluq

Uşağın immunizasiyası və sağlamlığı

Uşağın və qadının qidalanması

Ailə vəziyyəti

Uşaq doğulmasına üstünlük verilməsi

Ər haqqında əsas məlumat

Qadınların məşğulluq fəaliyyəti

QİÇS və cinsi yolla keçən digər xəstəliklər

Sağlamlıq barədə digər suallar

Aran 


Lənkəran 

Yuxarı Qarabağ 

Dağlıq Şirvan

 



Demoqrafiya və Sağlamlıq Sorğusu nədir?

Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) çərçivəsində əhali, sağlamlıq 

və  qidalanma  göstəriciləri  üzrə  məlumat  toplanılır.  Milli  səviyyədə 

keçirilən  bu  tədqiqat  əhali,  ev  təsərrüfatlarının  xüsusiyyətləri,  ailə 

planlaşdırılması, ana və uşağın sağlamlığı, reproduktiv sağlamlıq, QİÇS 

və  digər  cinsi  yolla  keçən  xəstəliklər,  qidalanma  və  təhsil  haqqında 

məlumatla  təmin  edir.  1984-cü  ildən  dünyanın  85  ölkəsində  240-dan 

artıq DSS həyata keçirilib.

Azərbaycan Respublikasında

Demoqrafiya və Sağlamlıq 

Sorğusu haqqında məlumat

Demoqrafiya və Sağlamlıq Sorğusunun ölkədə 

vaxtaşırı  keçirilməsi  əhalinin  rifah  halının 

yaxşılaşdırılması  istiqamətində  əldə  olunmuş 

nailiyyətlərin  davam  etdirilməsi,  yoxsulluq 

səviyyəsinin  azaldılması,  habelə  bununla 

bağlı  BMT-nin  qəbul  etdiyi  “Minilliyin  İnkişaf 

Məqsədləri”ndən  irəli  gələn  vəzifələrin  yerinə 

yetirilməsi üçün zəruri şərtlərdən biridir.

2011-ci ildə Azərbaycan Respublikasında Demoqrafiya və Sağlamlıq Sorğusu 

(DSS-2011) Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2008-ci il tarixli 

3043 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan 

Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” 

çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. 

Səhiyyə Nazirliyinin 8 sentyabr 2010-cu il tarixli 70 nömrəli əmri ilə DSS-2011-in 

keçirilməsi  məqsədilə  tədbirlərin  əlaqələndirilməsi  və  icrası  Səhiyyə 

Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinə həvalə edilmişdir.

Azərbaycan Respublikasında Demoqrafiya və

Sağlamlıq Sorğusu 2006

Azərbaycanda ilk belə sorğu 2006-cı ildə Dövlət Statistika Komitəsi tərəfindən 

“Macro International İnc.” tədqiqatların aparılması üzrə beynəlxalq təşkilatla 

birgə keçirilib. 2011-ci ildə Azərbaycanda keçirilən DSS 2006-cı ildə istifadə 

olunmuş  metodologiyaya  əsaslanır.  Bu  da  sorğunun  nəticələrinin  keçmiş 

rəqəmlərlə müqayisəsinin aparılmasına zəmin yaradır.

Sorğunun məqsədi nədir?

“2008-2015-ci  illərdə  Azərbaycan  Respublikasında  yoxsulluğun  azaldılması 

və davamlı inkişaf Dövlət Proqramı”nın Tədbirlər Planına (2008-2010-cu illər) 

əsaslanaraq və BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən irəli gələn, xüsusilə 

də  ana  və  beş  yaşadək  uşaq  ölümünün  azaldılması  üzrə  vəzifələri  nəzərə 

alaraq 2011-ci ildə həyata keçirilən Demoqrafiya və Sağlamlıq Sorğusu əhalinin 

demoqrafiya və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi və təhlili üçün zəruri 

məlumatların toplanılması məqsədini daşıyır. 

Sorğu zamanı əldə edilən məlumatlar:

ev təsərrüfatlarının xüsusiyyətləri (cins və yaş tərkibi; içməli su, sanitariya 

şəraiti, ev təsərrüfatlarının əmlakı)

sosial-iqtisadi göstəricilər 

antropometriya

təhsil (məktəbəqədər, orta, texniki və ali təhsil səviyyəsi; təhsil əldə etmək 

imkanları)

körpə və 5 yaşadək uşaq ölümü

uşaqların sağlamlığı (peyvəndlə əhatəlilik, uşaq xəstəlikləri)

ana sağlamlığı (doğuşa qədər, doğuş zamanı və doğuşdan sonrakı 

xidmətlərin əlçatanlığı)

gender münasibətləri və qadınların ailədə səlahiyyətləri

fertillik, arzu olunan uşaqların sayı, ailə vəziyyəti

ailə planlaşdırılması

qidalanma (ana südü ilə qidalanma, mikronutriyentlərin istifadəsi və s.)

yetkinlik yaşına çatanların sağlamlığı (vərəm, anemiya, hipertoniya və s.)



QİÇS, cinsi yolla keçən xəstəliklər (bilik, münasibət və davranış)

Yüklə 17,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə