Dua insanın öz tanrısı ilə söhbəti, məxluqun Xaliqlə



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə1/81
tarix15.07.2018
ölçüsü2,88 Mb.
#56010
  1   2   3   4   5   6   7   8   9   ...   81



 NAŞİRDƏN 
Dua  insanın  öz  tanrısı  ilə  söhbəti,  məxluqun  Xaliqlə 
əlaqə  vasitəsi  sayılır.  Böyük  ariflər  duanı  mö’minin 
əməldə  tövhidə  olan  bağlılığı  kimi  tanıtmışlar.  Ona 
görə  də  peyğəmbərlər  və  Əhli-beyt  (ə)  duaya  çox 
əhəmiyyət vermişlər. 
Əhli-beytdən 
nəql 
olunmuş 
dualar 
arasında 
“Kumeyl”  duası  öz  ali  və  irfani  xüsusiyyətlərinə  görə 
müstəsna  yer  tutur.  Rəvayətlərə  görə  “Kumeyl”  duası 
həzrət  Xızr  (ə)  kimi  peyğəmbər  və  həzrət  Əli  (ə)  kimi 
mə’sum  imamın  biliyindən  qaynaqlanır.  “Kumeyl” 
duasını  ilahi,  irfani  və  insani  məsələləri  açıqlayan 
əhatəli  bir  məktəb  kimi  qəbul  edə  bilərik.  Bu  duadakı 
incə  həqiqətləri  dərk  etmək  üçün  onun  hər  cümləsinin 
şərhinə  ehtiyac  vardır.  Böyük  alim,  professor  Hüseyn 
Ənsariyan  lap  uşaq  yaşlarından  “Kumeyl”  duasına 
bağlı  bir  insan  olmuşdur.  Bu  dəyərli  insan  xalqın  bu 
misilsiz  xəzinədən  faydalanması  üçün  əlindən  gələni 
etmişdir. “Kumeyl” duasına ruhən bağlı olan müəllifin 
yazdığı  şərh  Qurani-Kərimə  və  mötəbər  rəvayətlərə 
əsaslanır. 
Ümid edirik ki, bu kitab həqiqətsevər insanların belə 
bir  bərəkətli  süfrədən  faydalanması  üçün  uyğun  şərh 
və yardımçı olacaqdır. 


 

ÖN SÖZ 
Mən  hələ  on  bir  yaşım  olan  zaman  atamla  birlikdə 
mübarək 
Ramazan 
ayının 
gecələrində 
dini 
mərasimlərdə  iştirak  edərdim.  Bu  məclislərdə  böyük 
alim,  mərhum  Seyyid  Muhəmməd  Məhdi  Laləzari, 
insanları  həqiqətə  çağırıb  şirin  söhbətlər  edərdi.  Cümə 
axşamları  isə  ilahi  avaz,  yanar  qəlb,  ağlar  gözlə 
“Kumeyl” duasını oxuyardı. Duada iştirak edən bütün 
insanlar bu böyük şəxsiyyətin oxuduğu duanın sehrinə 
düşərdi.  Mən  də  başqaları  kimi  onun  aşiqanə  halda 
oxuduğu əzəmətli duanın təsiri altında olardım. Bu dua 
ariflərin  mövlası,  aşiqlərin  imamının  qəlbindən 
qopmuş,  insanları  tövbəyə  ,  paklanmağa  sövq  edən 
ilahi bir çağırış idi. 
«Kumeyl» duasını ilk dəfə eşitdiyim vaxtdan üç gün 
sonra  Allahın  yardımı  ilə  onu  əzbərləmiş,  cümə 
axşamları ailə üzvləri, ya da dostlarla birlikdə bu duanı 
oxuyardım.  
Qum  elmi  mərkəzinə  gəldikdən  sonra,  dini  təbliğ 
etməyə  vəzifəli  olduğum  vaxtdan  başlayaraq  cümə 
axşamları  məclislərimi  “Kumeyl”  duasına  həsr  etməyi 
qərara  aldım.  Çox  çəkmədi  ki,  mənim  dua  məclisim 
bütün  İranda,  hətta  ölkə  xaricində  çox  məşhurlaşdı. 
Belə  ki,  duada  iştirak  edənlərin  sayı  təsəvvürə 
gəlməyən  səviyyədə  artdı.  Bir  çox  insanlar  öz 
dərdlərinin çarəsini bu məclisdə tapmışlar.  
Həzrət  Əli  (ə)-ın  mövlud  günlərinin  birində  alim 
dostlarımdan  biri  məsləhət  gördü  ki,  “Kumeyl” 
duasına  şərh  yazım  ki,  mö’minlər  bu  şərhdən  istifadə 
etməklə  dua  ilə  daha  dərindən  tanış  olub,  onun 


 

yardımından  faydalansınlar.  Allahın  yardımı  ilə  bu 
şərh yazıldı. 
Bu  kitabın  ərsəyə  gəlməsində  zəhməti  olan  bütün 
dostlara təşəkkür edirəm. 
Müəllif. 


 

DUAYA BİR BAXIŞ 
Dua  ehtiyacsız  Allaha  ehtiyacın  bildirilməsidir.  Dua 
mütləq  varlıq  olan  Allah  qarşısında  miskinliyin, 
fəqirliyin  bəyanıdır.  Dua  vəfasız  gədanın  vəfalı 
Xaliqdən,  zəif  varlığın  qadir  varlıqdan  istəyindən 
ibarətdir.  Dua  zəif  və  çarəsiz  bəndənin  mehriban, 
həkim, eşidən Yaradandan kömək diləməsidir. Dua pak, 
iqtidarlı, bağışlayan, dost, yeganə məbudun hüzurunda 
təvazö’,  xuşu’,  itaətkarlığın  izharıdır.  Dua  Allahın 
məhbubu, yol əhlinin məşuqu, ariflərin gözünün nuru, 
vurğunların  yalvarışı,  zülmətə  düşənlərin  çırağı, 
imkansızların 
sığınacağı, 
ehtiyaclıların 
qəlbinin 
nurudur. 
QURANDA DUA 
Sonsuz  feyz  mənbəyi,  sahilsiz  kəramət  okeanı, 
həqiqət  fəzasının  yaradıcısı,  elm  və  hikmət  süfrəsini 
açan  Cənab  Haqq  Qurani-Məciddə  buyurur:  “Ey 
peyğəmbər,  xalqa  de  ki,  əgər  dua  etməsələr,  Allah 
onlara etina göstərməz.”
1
  
Dua Allahın diqqət və rəhmətini insana yönəldən bir 
vasitədir.  Bu  rəhmət  vasitəsi  ilə  insan  bəlalardan 
uzaqlaşır,  səadətə  nail  olur.  Sevənlərin  məhbubu,  zikr 
edənlərin  üz  tutduğu,  şükür  edənlərin  həmsöhbəti, 
möminlərin  sığınacağı  olan  Rəbbimiz  belə  buyurur: 
“Əgər  bəndələrim  Mənim  haqqımda  soruşsalar, 
                                                 
1
 «Furqan», 77. 


 

(cavabı budur ki,) Mən həqiqətən yaxınam, dua edən 
Məni çağıran zaman onu qəbul edərəm.”
2
  
Bəli,  insana  Allahdan  daha  yaxın  olan  başqa  bir 
varlıq yoxdur. Məhz bu yaxınlıq insanı vücuda gətirmiş, 
onu  ana  bətnində  tərbiyə  etmiş,  dünya  həyatına 
gətirmiş, bu qonaq üçün maddi və mənəvi nemətlərdən 
süfrə  açmış,  xoşbəxtlik  yolunu  insana  göstərmək  üçün 
peyğəmbərlər  göndərmiş,  Quran  və  məsum  imamlar 
kimi  misilsiz  nemətlər  qərar  vermiş,  susuzluğunu  saf 
sularla 
yatırmış, 
aclığını 
dadlı 
yeməklərlə 
doyurmuşdur.  Məhz  bu  yaxın  varlıq  xəstəliklərə  şəfa 
vermiş,  ailə-övlad  və  dost-tanış  vasitəsi  ilə  insanı 
tənhalıqdan  qurtarmış,  ayıbları  libaslarla  örtmüş, 
qəlblərdə  Öz  məhəbbətini  icad  etmiş,  müşkülləri 
aradan  qaldırmış,  sağlamlığa  davam  vermişdir.  Axı 
insanın  dəyərini  Allahdan  başqa  kim  ucalda  bilər? 
İnsanın 
halından, 
ehtiyaclarından, 
arzu 
və 
istəklərindən  Allah  qədər  xəbərdar  olacaq  ikinci  bir 
varlıq varmı? 
Bəli,  insana  hamıdan  yaxın  olan  Odur.  “Qaf” 
surəsinin  16-cı  ayəsində  buyurulur:  “Doğrudan  da, 
insanı  biz  yaratmış  və  nəfsinin  ona  nələr  vəsvəsə 
etdiyini  də  bilirik.  Biz  ona  boyun  damarından  da 
yaxınıq.” 
Əql  və  bəsirətcə  hamıdan  üstün,  qəlbləri  bütün 
qəlblərdən  nurani,  qeyb  aləminə  hamıdan  daha  agah 
olan, həqiqəti olduğu kimi dərk edən peyğəmbərlər də 
bütün  vücudları  ilə  duaya  bağlı  olmuşlar.  Onların  nə 
gecəsi,  nə  də  gündüzü  duasız  ötüşə  bilməz.  Onlar 
                                                 
2
 «Bəqərə», 186. 


Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə