Xam neft
Dünən günün ilk yarısında passiv hərəkət etməsinə baxmayaraq günün ikinçi yarısında AMB –nın sədri Draghinin çıxışında yaxın dövrdə yanacağın qiymətinin qalxacağı ifadəsi xam neftin dəyər qazanmasını təmin etdi. Dollardan artıq gün ərzində dəyər qazanan əmtəə 100.05 müqavimətini qıraraq günü bu müqavimət üzərində başa vurdu. Bu gün 100.05 müqaviməti üzərində günə başlayan əmtəə üçün iqtisadi təqvimdə Abş –dan gələcək məşğulluq və işsizlik səviyyəsi xəbərinin aktiv təsir edəcəyi və ortamüddətli mövqeyinə istiqamət verəcəyi göxlənilir. Qrafikə gündəlik zaman intervalında baxdıqda yüksələn trend daxilində aşağı xət yaxınlığında hərəkət edən əmtəə üçün dünən hədəf aşağı xətti test etmək nəzərdə tutulmuşdur. Ancaq Norveçin enerji nazirnin şərhi və Draghinin çıxışındakı ifadə əmtəənin gözlənilmədən yüksəlməsinə zəmin yaradsada əmtəənin uzunmüddətli satış mövqeyində olduğu müşahidə edilir.
Pivot: 101.06
Dəstək: 100.05,98.95,97.90
Müqavimət: 101.06,102.30,103.40
Dostları ilə paylaş: |