Dünya Azərbaycanlılarının
Haqlarını Müdafiə Komitəsi
Ünvan: Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225; Email: dunazhak@hotmail.com
Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: dunazhak@hotmail.com
The Committee for the Defence of the
Rights of the World Azerbaijanis
Say (No.): 553/2012
İlaygün (Date): 29.08.2012
Hörmətli Ban Ki-moon, BMT-nin Baş Katibi, və
BMT, İnsan Haqları üzrə Ali Komissarlıq
Lütfən bu ilətişməni aşağıdakı qruplara yayın:
Çağdaş irqçilik, İrqi Ayrı-səçkilik və Qatlaşmazlıq üzrə Özəl Raportər
Öz-xoşuna Tutuqlular üzrə Çalışan Qrup
Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis və başqa raporterlər
Üzü Dyke bəy, Xanım Harrison, Amnesty International, London
Habelə Beynəlxalq İnsan Haqları üzrə Federasiya (Oslo Şöbəsi);
İnsan Haqlarını Gözətən; və İnsan Haqlarına Qulluqçu
Sayın Baş Katib, cənab Ban Ki Moon,
Genəl İlətişmə: Qaradağ deprəmi Güney Azərbaycana iki qat fəlakət gətirdi, İran yetkililərində
olan irqçilikdən bir daha pərdə götürdü. Güney Azerbaycan ilə İran arasında uçurumu daha da
genişləndirdi və geoloji tektonikini, toplumsal tektonik hərəkatına çevirməyə bir addım oldu.
Genəl İlətişmə 2012/1-i hüzurlarınıza sunuruq ki, Güney Azərbaycanın Qaradağ bölgəsində 11 Avqust 2012-də
baş vermiş seysmik silkələnmə diqqət mərkəzinizə gətirilsin. Birinci silkələnmə Rixter ölçüsündə (şkala) 6.4
gücündə idi və 11 dəyqə sonar 6.2 gücündə idi. Qeribədir ki, bu ortabab deprəm geniş surətdə uçuntuya yol açmış
və çoxlu can itgisinə nədən olmuşdur.
Bu ilətişməyə bir yığcam raport əklənmiş ki, orada İran yetkililərinin buraxdığı statistik bilgini gözdən keçirir və
onların bu irəli gəlmiş böhran durumunu örtbasdır etmələrini incələyir. Raportumuz İranın taktiklərini təhlil edir
və onların törətdiyi bilgi-qıtlığını və bilərəkdən tədbirsizliklərini aşkarlayır ki, onların utanmazcasına mövcud
durumu yayalamaqlarını göstərir. Raportumuzun başlıca bilgiləri bunlardır:
1.
Yanlış bilgi: Qaradağ deprəmində ölülərin sayı
hələ də bəlli deyil, axı İranın buraxdığı rəqəmlər həqiqi
mənada “Ittilaat Nazirliyi”-nin təndirində yapılmışdı. İran yetkililəri həqiqi məlumatlarda əl-gəzdirəndən
sonra bu hadisəni 13 Avqust 2012-də bu rəqəmlər ilə ifadə etdi:- Ölülər 227; yaralılar 1380; xəstəxanaya
qəbul olmuşlar 480 nəfər. Doğru rəqəmlər bir yaxud iki qatdan daha çox olmalıdırlar. Deprəmdən 24 saat
sonra bölgəyə gələn İran daxili işlər naziri, Nəccariyan İran televizyonundan elan etdi ki, uçuqlar təmizlənib,
dam duvar altında qalanların hamısı çıxarılıb, ölılər quylanıb, yaralılar dərman edilir. Halbuki, 5 gün ondan
sonra da ölülər çıxdı, bir həftə sonra bəzi kəndlərə birinci dəfə ulaşım xəbərləri kəndlilər tərəfindən bəlləndi.
2.
Qorumaq üzrə sorumluluq görəvini pozmaq: Nəyinki arama-qurtama əməliyyatı yalnız beynəlxalq
mediyasını aldatma niyyəti ilə televiziya üçün tərtib edilmişdi, biz İran yetkililərini ölümlərin artmasında
günahkar bilirik. Beynəlxalq norma və anlaşmalara görə İran yetkililəri Güney Azərbaycanlıları qorumağa
sorumlu olsalar da, onlar bu mükəlləfiyyəti yerinə yetirməyiblər.
3.
Bilgi qıtlığı: İran yetkililəri bu təbii hadisəni qəsdən fəlakətə çevirməklərini ört-basdır etmək üçün, onu
kiçiltmək ilə gözdən salmaq istəyirlər və buna görə bilgi qıtlığı yaradırlar. Güney Azərbaycan vətəndaşı
deprəm xəbərini öz təcrübələrindən, Şikaqodan yayımlanmış GünAzTV-dən və başqa radio/televizia
verilişlərindən öyrəndilər.
4.
Beynəlxalq İnsansevərlik Yardımları Əngəlləmək: İran yetkililəri Azərbaycan Respublikasından və
Türkiyyədən gələn yardımları əngəlləməkdə inanılmaz dərəcədə şəfqətsizliklərini göstərdilər. Hələ Qırmızı
Ayparanın
(Hilal
Əhmər)
başqanı
tərəfindən
cənab
Fəqih
elan
etdi
ki
(
http://www.ndmo.org/NewsBody.aspx?id=474
) bizim xarici ölkələrdən gələn yardımlara ehtiyacımız yoxdur. Bu
sadəcə “qanqaraldıcı qədər yalan” idi.
5.
Aldatmacalar: İran yetkililəri deprəmə görə bir neçə bəyaniyyə buraxdılar və burada hətta xarici
jurnalistlərin bölgəni ziyarət etmələrindən söz açıdılar. Burada yalan bilgilər verərək etdikləri çirkin işləri
ört-basdır edirdilər.
Bu ilətişmənin diqqət mərkəzi, yuxarıdakı qərəzli tutumları sübut üçün gərəkən bəlgələri təqdim etməkdir ki, bir
daha göstərir, İran yetkililəri güney Azərbaycanı qoruma görəvindən boyun qaçırırlar. Eləcə də bu bəlgələr aydın
Dünya Azərbaycanlılarının
Haqlarını Müdafiə Komitəsi
Ünvan: Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225; Email: dunazhak@hotmail.com
Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: dunazhak@hotmail.com
The Committee for the Defence of the
Rights of the World Azerbaijanis
edir ki, İran yetkililəri beynəlxalq anlaşmaları tapdamağa əcayib dərəcədə tutqunluqları var. Onda ki, deprəmin
qurbanları itgilərinin ucbatından ruhi sıxıntıya məruz idilər və hətta ibtidai ehtiyaclarının belə öhdəsindən gələ
bilmirdilər, İran yetkililəri onlara qarşı qeyri insani cinayətdən də çəkinmədi. Bu cinayətlər ancaq irqçilikdən irəli
gələbilərdi.
Qaradağ deprəmi Azərbaycan millətini və Güney Azərbaycanı dehşətli çaxnaşdırdı ki, bunun da səbəbi İranı
yoluxduran irqçilik məfkurəsidir. Bu müşahidədən sonra Güney Azərbaycan daha eyni ola bilməz. İndi hamı bilir
ki, İran yetkililəri, çoxlu uçuq altında qalanların qətlinə bais oldu. Deprəmdən irəli gələn acıları bilərəkdən
çoxaltdı, iftira quraşdırıb qurbanlara yaxdı, beynəlxalq anlaşmaları pozmaqdan heç də belə çəkinmədi. Bu millət
indi qoruyucu nemətindən məhrum olduğunu bilir. Üstəlik, şərəfli tarixi olan bu millət indi öz gizil gücünü bilir və
bilir ki, dələduzların öhdəsindən gəlməlidir. Bu gün siz bu millətin həmrəyliyinin şahidi oldunuz ki, tektonik
silkələnmənin öhdəsindən gəldi, deməli vaxtı ilə tektonik toplumsal hərəkatın da öhdəsindən gəlməlidir.
Şaşdırıcıdır ki, demokratik ölkələrin qurumları İranın bilgi qıtlığı yaradaraq çirkin siyasətlərinə görə heç bir
kritika göstərmir, bu da İranda gedən qəddar irqçiliyin barınmasına gətirib çıxarır. İranda fars hakimiyətlərinin
irqçilik qəddarlığı aydındır, ancaq demokratik ölkələrin ilgisizliyi də bu canavara meydan verir. Bu qurumlar
yanlış olaraq İranı bulaşdıran irqçilik siyasətini milli siyasət kimi görməkdədirlər. Biz ap-açıq bildiririk ki,
İrandakı irqçilik qəddarlığı insaflı beynəlxalq qurumları saymamazlıqdan gəlir və onların zəkavətinə ağız büzür.
Bu yol ilə onlar əvrənsəl İnsan Haqları Bildirgəsini puçluğa çıxardırlar.
İran yetkililəri sürüşkən dağ döşlərində büdrəməkdə, lakin onlar olduqları durumu anlamaqdan acizdirlər. Sizə
müraciət edərək Qaradağ qurbanlıqlarının durumlarını yüngüllətmək üçün kampaniya etməyinizi xahiş ederdik.
Özəlliklə, Güney Azərbaycanda yaxınlaşan ağır qışı nəzərdə alaraq Tehran hakimiyətinin əhalini köçürtmə
siyatsətinin qarşısını almaq üçün təcili evlərin tikilməsinə yardımcı olmanızı ciddən xahiş edirik.Üstəlik, İranda
gedən irqçiliyə qarşı yalnız sizin təmsilçilik etməyə mandatınız var və bu mandatlarınızı işlətmək üçün onlara ap-
açıq bildirməniz gərəkməkdədir. Yoxsa, o ölkədə Fars irqçiliyin çirkin sifəti bundan da bətər qatılaşacaqdır. Bu
sizə bir daha fürsətdır ki, Güney Azərbaycanda insani və milli haqların dirçəlişini müdafiə edəsiniz. Əyər
sükutunuza davam etsəniz İranda müəssisələnmiş irqçilik barınacaq və sizə minnətdar olacaq. Hər halda, Güney
Azərbaycandakı fəlakət uğrunda aparacağınız kampaniya üçün qabaqcadan minnətdarlığımızı bildiririk.
Hörmət ilə
Böyük Rəsuloğlu
Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi