Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər



Yüklə 0,93 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix26.09.2018
ölçüsü0,93 Mb.
#70986
  1   2   3   4   5   6   7   8   9   10   11


 

                          



           

F.Köçərli adına Respublika

Uşaq Kitabxanası

 

 

                                       

 

                           

                    

 

 



 

 

 



 

 

                                                     



    

Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər  

 

İngilis yazıçıları Alan Aleksandr Milnin 135 illiyi, Duqlas Adamsın 65 illiyi, 

Henri Fildinqin 310 illiyi, Conatan Sviftin 350 illiyi,  Enn Faynın 70 illiyi,  

Amerika  yazıçısı    Endrü  Nortonun  105  illiyi,  Venesiyalı  dramaturq  Karlo 

Qoldoninin 310 illiyi,  Avstraliya yazıçısı  Alan Marşalın 115 illiyi, Belçika 

yazıçısı Moris Meterlinkin 155 illiyi,  İspan yazıçısı  Migel de Servantesin 

470  illiyi,  Amerika  yazıçısı  Ketrin  Patersonun  85  illiyi,    Alman  yazıçısı 

Vilhelm  Haufun  215  illiyi,  Alman  şairi  Haynrix  Haynenin  220  illiyi,  Türk 

şairi  Tofik  Fikrətin  150  illiyi  münasibətilə  mərkəzi  kitabxanaların  uşaq 

şöbələri, MKS-nin şəhər, qəsəbə,  kənd kitabxana filialları üçün hazırlanmış  

metodik vəsait 

 

Bakı-2017 




 

 



Tərtibçilər:                                     Lalə Qəmbərova 

                                           

          Sevil Əhmədova  

 

İxtisas  redaktoru və                      Şəhla Qəmbərova 

buraxılışa məsul:                           Əməkdar Mədəniyyət işçisi                                        

                                                          

 

 



 

Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər: metodik vəsait 

tərt. ed.: L.Qəmbərova; ix. red. və burax. məsul Ş.Qəmbərova; 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası.- Bakı, 2017.-43 

s. 


 

   


 

 

 



 

 

 



 

    ©F. Köçərli adına Respublika Uşaq Kitabxanası,  2017                                  




 

                                      Tərtibçidən 



       Dünya ədəbiyyatı yarandığı gündən müxtəlif, fərqli yollarla 

inkişaf etmiş, bizim günümüzə çoxşaxəli, çoxçalarlı bir mənəvi 

fenomen şəklində gəlib çatmışdır.  

       Dünya  ədəbiyyatı  eyni  zamanda  həm  də  çox  maraqlı 

formalara  malikdir.  Tarixin  müxtəlif  kəsiklərində,  dünyanın 

fərqli ölkələrində bədii ədəbiyyat fərqli janrlarda, ədəbi növlərdə 

və bədii formalarda yaranıb inkişaf etmişdir. 

      XVIII  əsrin sonları - XIX əsrin əvvəllərində  Qərbi Avropa 

ədəbiyyatlarında romantizm və tənqidi realizm ədəbi cərəyanları 

sürətlə  inkişaf  etdiyi  dövrdə  nağıl  janrı  ən  populyar  ədəbi 

növlərdən  biri  oldu.    XIX  əsrin  60-70-ci  illərinə  qədər  Qərbi 

Avropa  yazılı  bədii  ədəbiyyatında  nağıl  janrı  geniş  şəkildə 

işlənmiş və cilalanmış, böyük bir inkişaf  yolu  keçmiş, kifayət 

qədər təcrübə toplamışdır. 

       Kitabxanada  yubileyi  qeyd  edilən  dünya  ədəbiyyatı 

yazıçılarının kitabları haqqında oxucuları tanış etmək məqsədilə 

mütəmadi  olaraq  maraqlı  tədbirlər  keçirilir,    sərgilər  təşkil 

olunur, icmallar hazırlanır. 

      F.Köçərli  adına  respublika  uşaq  kitabxanasının  elmi 

metodika  şöbəsinin  tərtib  etdiyi  əlamətdar  və  tarixi  günlər 

təqviminə əsasən 2017-ci ildə yubileyləri qeyd olunacaq  xarici 

yazıçılarımız bunlardır: ingilis yazıçıları Alan Aleksandr Milnin 

135 illiyi, Duqlas Adamsın 65 illiyi, Henri Fildinqin 310 illiyi, 

Conatan  Sviftin  350  illiyi,    Enn  Faynın  70  illiyi,    Amerika 

yazıçısı  Andre Nortonun 105 illiyi, Venesiyalı dramaturq Karlo 

Qoldoninin 310 illiyi,    Avstraliya  yazıçısı    Alan Marşalın 115 

illiyi,  Belçika  yazıçısı  Moris  Meterlinkin  155  illiyi,    İspan 

yazıçısı  Migel de Servantesin 470 illiyi, Amerika yazıçısı Ketrin 

Patersonun 85 illiyi,  Alman yazıçısı Vilhelm Haufun 215 illiyi, 

Alman  şairi  Haynrix  Haynenin  220  illiyi,  Türk  şairi  Tofik 




 

Fikrətin 150 illiyi. Kitabxanada bu yubilyarlarla bağlı müxtəlif 



tədbirlər,  viktorinalar,  səhərciklər,  ədəbi-bədii  gecələr,  kitab 

sərgilərinin  keçirilməsi  məqsədəuyğundur.  Bu  yubilyarlar 

haqqında kitabxanada “Dünya ədəbiyyatı incilərini bizə bəxş 

edənlər” başlıqlı sərgi  təşkil olunur. 

 

Dünya ədəbiyyatı incilərini bizə bəxş edənlər 



 

 

 



 

 

 



 


 

                         Alan Aleksandr Miln – 135 



      Alan  Aleksandr  Miln  18  yanvar  1882-ci  ildə  London 

şəhərində anadan olmuşdur. O, atası Con Milnin sahiblik etdiyi 

kiçik  özəl  məktəbdə  oxumuş,  1889-1890-cı  illərdə  onun 

müəllimlərindən  biri  Herbert  Uels  olmuşdur.  O,  Vestmint 

məktəbinə  daxil  olmuş,  daha  sonra  Kembric  Universitetinin 

Triniti  kollecində  1900-1903-cü  illərdə  riyaziyyat  fakültəsində 

oxumuşdur.  Tələbəlik  illəri  vaxtı  qardaşı  Kent  ilə  birlikdə 

“Qrant”  qəzetinə  məqalələr  yazmışdır.  Onun  məqalələri 

Britaniyanın yumoristik “Panç” jurnalı tərəfindən bəyənilmiş və 

o, sonra jurnalda redaktorun köməkçisi işləmişdir. A. A. Miln 

Birinci  Dünya  müharibəsində Britaniya ordusunun zabiti  kimi 

iştirak etmişdir. O, Britaniya kəşfiyyatının təbliğat bölməsi Mİ 

7 üçün çalışmışdır.  

      A.A.Miln  uşaqlar  üçün  “Uşaqların  qalereyası”  (1925), 

“Vinni-Pux”  (1926),  “Pərğu  küncündə  ev”  (1928)  kitablarını 

yazmışdır. A.A.Milnin “Vinni-Pux” kitabı çapdan çıxmamışdan 

əvvəl,  o,  kifayət  qədər  tanınmış  dramaturq  idi,  lakin  “Vinni-

Pux” uğuru elə geniş miqyas almışdır ki, onun digər əsərlərini 

ötüb  keçmişdir.  O,  “Vinni-Pux”  kitabını  oğlu  Kristofer  Robin 

Milnə həsr etmişdir. 

    A.A.Miln  yanvar  ayının  31-i  1956-cı  ildə  74  yaşında  vəfat 

etmişdir. 



Kitabxanaçı:  Kitabxanada  A.A.Milni  kiçik  yaşlı  oxuculara 

tanıtmaq,  qələmə  aldığı  əsərlərlə    yaxından  tanış  etmək  üçün 

yazıçının  məşhur  nağılı  olan  “Vinni  Pux”  adlı  səhərcik  təşkil 

olunur,    sonra  balacalar    nağıl  otağında  “Vinni  Pux”  cizgi 

filminə tamaşa edirlər.. 

 

 

 

 


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə