Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə3/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   2   3   4   5   6   7   8   9   ...   272

bir neçə muşketə şüşə qəlpələri, sümük qırıntıları, düymə, hətta gecə 

stolları ayaqlanndakı xırda çarxları doldurub atırdılar; bu çarxlar çox 

təhlükəli  idi,  çünki  misdən  düzəldilmişdi.  Barrikada  hirslənərək 

özündən  çıxmışdı.  Göylərə  şiddətli  fəryad  yağdırırdı.  Bəzən  onun 

üstünü  camaat  coşqun  sel  kimi  bürüyür,  üzərində  saysız-hesabsız 

qızğın  insan  başlan  yüksəlirdi,  sanki,  o,  onu  mühasirə  edənləri  ələ 

salırdı;  insanlar  onun  hər  yerində  qarışqa  kimi  qaynaşırdı;  o,  sanki, 

qabarmışdı  -  tüfəng,  qılınc,  ağac,  balta,  nizə,  süngü  onun  belində 

tikan kimi biz-biz dururdu; böyük qırmızı bayraq havada dalğalanırdı. 

Barrikadadan  komanda  bağırtılan,  döyüş  nəğmələri,  təbil  səsləri, 

qadın  ağlayışı,  acından  ölənlərin  dəhşətli  gülüşləri  eşidilirdi.  Bu 

barrikadanın ucu-bucağı yox idi; o, həyatla dolu idi, o, skat balığının 

beli kimi qığılcım saçırdı. İnqilabın ruhu bu zirvənin üzərində bulud 

kimi  yüksəlirdi;  orada  xalq  səsi  tann  səsi  kimi  guruldayırdı;  bu 

nəhəng zibil yığınında, sanki, qəribə bir əzəmət vardı. Bu həm zirzibil 

yığını, həm də Sinay idi. 

Yuxarıda  dediyimiz  kimi,  barrikada  inqilab  naminə  vuruşurdu. 

Kim  ilə  vuruşurdu?  İnqilabın  özü  ilə.  Qarışıqlıqdan,  təlaşdan,  təsa-

düfdən,  anlaşılmazlıqdan,  bilməməzlikdən  törənən  bu  barrikada 

Müəssislər məclisi ilə, xalqın baş hakimiyyəti ilə, ümumi seçki hüqu-

qu  ilə,  millətlə,  Respublika  ilə  üz-üzə  durmuşdu;  Karmanyola  Mar- 

selyezanı döyüşə çağırırdı. 

Bu, ağılsız, lakin qəhrəmancasına çağırışdı, çünki bu köhnə şəhər 

civarının özü qəhrəman idi. 

Şəhər civarı və istehkam bir-birini saxlayırdı. Şəhər civarı isteh-

kama  istinad  edirdi,  istehkam  şəhər  civarına  arxalanırdı.  Bu  nəhəng 

barrikada  bir  qaya  kimi  yüksəlirdi.  Afrika  yürüşlərində  şöhrət  qaza-

nan  generalların  strategiyası  bu  qayaya  dəyib  parçalanırdı.  Barri-

kadanın  bütün  çökəkləri,  çıxıqları,  şişləri,  donqarları  tüstü  dumanı 

içərisində onun üz-gözünü turşutması, dəcəlliyi, istehzası kimi görü-

nürdü. Top saçması onun biçimsiz kütləsi içərisində ilişib qalırdı, top 

gülləsi  itib-batırdı,  mərmilər  ancaq  deşikləri  deşirdi;  xaosu  topa 

tutmağın nə mənası  vardı? Müharibənin ən dəhşətli səhnələrinə adət 

edən  qoşun  da  bu  qaban  kimi  qıllı,  dağ  kimi  iri  əjdahaya  oxşayan 

istehkama təşvişlə baxırdı. 

Kim  cəsarət  edib  Daleman  mağazası  vitrininin  əmələ  gətirdiyi 

çıxıntının o tərəfinə, Şato-d’O yaxınlığında bulvara çıxan Tampl 

ıı 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

küçəsi  tininə  baxsaydı,  o,  buradan  iki  yüz  addım  uzaqda,  kanalın  o 



tayında,  Belvil  civarı  ilə  qalxan  küçənin  yuxarı  başında  ikimərtəbəli 

ev  hündürlüyündə  qəribə  bir  divar  görərdi.  Divar  düz  xətlə  küçənin 

sağ  tərəfindəki  evləri  sol  tərəfindəki  evlərlə  birləşdirirdi,  elə  bil  ki, 

küçə  özü  etibarlı  bir  sipər  yaratmaq  üçün  ən  hündür  divarını  geri 

çəkmişdi. Bu, yonma daşdan hörülmüş bir divar idi. Bu düz, hamar, 

dik  divar  hörüləndə  daşlar  iplə  diqqətlə  düzəldilmiş,  günyə  ilə 

ölçülmüşdü,  şaqulla  yoxlanmışdı.  O  sementlənməmişdi,  lakin  bəzi 

Roma  divarları  kimi  bu,  onun  düzgün  memarlıq  quruluşuna  xələl 

gətirmirdi. Onun qalınlığını hündürlüyünə görə təsəvvür etmək olardı. 

Divarın karnizi bünövrəsiylə tamamilə uyğyn idi. Onun boz səthində, 

müəyyən  aralıqla,  qara  xətt  kimi  güclə  nəzərə  çarpan  mazğal-  lar 

görünürdü;  mazğallar  bir-birindən  eyni  dərəcədə  aralı  idi.  Küçə 

başdan-başa  bomboşdu,  bütün  pəncərələr,  qapılar  bağlı  idi,  küçənin 

lap  içərilərində  isə  küçəni  dalana  döndərən  bu  sakit,  lal  divar 

yüksəlirdi.  Divarın  üstündə  heç  kəs  görünmürdü,  səs  də  eşidilmirdi: 

nə çığırtı vardı, nə hay-küy, nə də hənirti. O, sanki, məqbərə idi. 

İyunun parlaq günəşi bu qorxunc istehkama işıq saçırdı. 

Bu, Tampl civarının barrikadası idi. 

Ən  cəsarətli  adamlar  da  bu  yerə  yaxınlaşanda,  əsrarəngiz  bir 

xəyal  kimi  yüksələn  bu  barrikadanı  görəndə  mat  qalır,  fikrə  gedirdi. 

Burada hər şey düz xətt üzrə, diqqətlə, çox möhkəm, simmetrik qurul-

muşdu, həm də məşum idi. Burada elm sehrlə birləşmişdi. Adama elə 

gəlirdi  ki,  bu  barrikadanı  yaradan  ya  həndəsə  alimidir,  ya  da 

kabusdur. Adam ona baxanda ixtiyarsız olaraq səsini yavaşıdırdı. 

Arabir  ya  əsgər,  ya  zabit,  ya  da  hökumət  adamı  bu  boş  küçəni 

keçəndə nazik bir səs, bir vıyıltı eşidilərdi, küçəni keçən adam da ya 

yaralı,  ya  da  ölmüş  halda  yerə  yıxılardı.  Bu  adam  küçəni  keçə  bil-

səydi, atılan güllə bağlı pəncərə qapısını deşib keçər, divarın kərpic-

ləri,  ya  suvağı  arasında  ilişib  qalardı.  Bəzən top  saçması  da  atılardı. 

Barrikada  döyüşçüləri  iki  parça  çuqun  qaz  borusunun  bir  tərəfinə 

kilkə və gil tutaraq, iki balaca top düzəltmişdilər. Barıtı boş yerə sərf 

etmirdilər,  atılan  güllələr  hədəfə  dəyirdi.  Orada-burada  meyitlər 

sərilib  qalmışdı,  daş  yolda  qan  gölməçəsi  görünürdü.  Küçənin  orta-

sında bir ağ kəpənək uçurdu, bu, indi də mənim yadımdadır. Yay idi, 

yayın da öz dövranı var. 

Ətrafdakı evlərin darvazalarının altı yaralılarla dolu idi. 

12 

downloaded from KitabYurdu.org




Hər adam özünü gözə görünməyən düşmənin hədəfi hiss edirdi, 

bilirdi ki, bütün küçəni başdan-başa güllə tutur. 

Kanalın  donqar  körpüsü  arxasında,  Tampl  qarovulxanasının 

yanında  hücum  üçün  sıraya  düzülmüş  əsgərlər  qaşqabaq  tökərək, 

ölüm  saçan  bu  sakit,  duyğusuz,  qorxunc  istehkama  diqqətlə  baxır-

dılar.  Onlardan  bəzisi  sürünə-sürünə,  kiverlərini  göstərməməyə  çalı-

şaraq körpü qövsünün yarısına qədər gəlirdilər. 

Monteynar  adlı  qoçaq  bir  polkovnik  daxilən  qorxu  hiss  etsə  də, 

fərəhlə  barrikadaya  baxırdı.  O,  deputatlardan  birinə  dedi:  “Gör  nə 

gözəl qurulmuşdur! Heç bir daş o biri daşlardan qabağa çıxmamışdır. 

Elə  bil  ki,  farfordandır!”  Elə  bu  anda  güllə  onun  döşündəki  ordeni 

deşdi, o, yerə yıxıldı. 

Əsgərlər çığırırdılar: “Qorxaqlar! Hünəriniz var, özünüzü göstə-

rin! Qoyun bir sizə baxaq! Hə, cəsarət eləmirlər! Gizlənirlər!” Tampl 

barrikadasını  səksən  adam  on  min  adamdan  müdafiə  edirdi,  bu 

barrikada üç gün davam gətirdi. Dördüncü günü Zaaç və Kons- tantin 

ətrafında  gedən  vuruşma  kimi,  hücum  edən  düşmən  evlərə  soxuldu, 

evlərin  damına  qalxdı,  barrikadanı  tutdu.  Bu  səksən  “qor-  xaq”dan 

biri  də  qaçmadı,  heç  qaçmaq  fikrinə  düşmədi,  barrikadanın  rəisi 

Bartelemidən  başqa  hamısı  öldürüldü;  bu  Bartelemidən  sonra  bəhs 

olunacaqdı!^ 

Sent-Antuan  barrikadası  adamı  göy  gurultusu  kimi  nəriltilərilə, 

Tampl barrikadası öz sükutu ilə heyrətə salırdı. Dəhşətlə uğursuzluq 

arasında necə fərq varsa, bu iki istehkam arasında da elə fərq vardı. 

Onlardan  biri,  elə  bil,  vəhşi  heyvan  sifəti,  o  birisi  vəhşi  heyvan 

maskası idi. 

Əgər  möhtəşəm  və  qorxunc  iyun  üsyanında  hiddətlə  sirr  birlə-

şirdisə,  birinci  barrikada  əjdaha,  ikinci  barrikada  sfinks  kimi  təsəv-

vürdə canlanırdı. 

Bu iki qalanı Kurne və Bartelemi adlı iki adam yaratmışdı. Kume 

Sent-Antuan barrikadasını, Bartelemi Tampl barrikadasını qurmuşdu. 

Bu barrikadalardan hər biri onu yaradan adamın xüsusiyyətlərini əks 

etdirirdi. 

Kume ucaboylu, enlikürəkli, sağlambədənli, iriyumruqlu, təmiz- 

ürəkli, cəsarətli bir adamdı; onun zəhmli baxışlarında məqsəd aydın-

lığı ifadə olunurdu. O, qoçaq, qətihərəkətli, tez acıqlanan, davakar bir 

adamdı, eyni zamanda, onun kimi xoştəbiətli adam olmazdı, 

13 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə