Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə4/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   2   3   4   5   6   7   8   9   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

döyüşçülərin  də  ən  təhlükəlisi  o  idi.  Müharibə,  mübarizə,  vuruşma 



onun  ürəyindəndi,  onu  sevindirirdi.  O,  bir  zamanlar  donanma  zabiti 

olmuşdu.  Kurnenin  hərəkətlərindən,  səsindən  hiss  olunurdu  ki,  o, 

okeanlar övladı, fırtınalar yavrusudur. Döyüşə o, qasırğa kimi girirdi. 

Dantonun  Herkulesə  oxşar  cəhətləri  olsa  da,  ilahi  mənşəyi  yox  idi. 

Kurnenin Dantona oxşar cəhətləri olsa da, dahiliyi yox idi. 

Bartelemi  isə  solğunbənizli,  arıq,  görkəmsiz,  qaradinməz  bir 

adamdı; o, facianə taleyi olan qameni xatırladırdı. Bir gün polis nəfəri 

ona bir sillə vurur, o da polis nəfərini izləyir, güdür, öldürür, on yeddi 

yaşında ikən katorqaya göndərilir. Oradan qayıdanda barrikada qurur. 

Xeyli sonra, onlar Londonda sürgündə ikən qəza-qədərin işi belə 

gətirir  ki,  Bartelemi  ehtirasla  əlaqədar  olan  qəribə  bir  işə  düşərək 

edam edilir - onu boğazından asırlar; bu, elə bir müsibətdi ki, fransız 

məhkəməsi  bunda  təqsiri  yüngülləşdirən  bir  hal,  ingilis  məhkəməsi 

isə ancaq adam öldürmək görürdü. Bartelemi, heç şübhəsiz, istedadlı 

adamdı, bəlkə də, o, böyük əqlə malik idi, lakin bizim ictimai quruluş 

elə  nöqsanlıdır  ki,  bu  bədbəxt  maddi  məhrumiyyətlər  nəticəsində  və 

əxlaq  cəhətdən  aşağı  səviyyədə  durduğundan,  həyatını  Fransada 

katorqa  ilə  başladı,  İngiltərədə  dar  ağacı  ilə  qurtardı.  O,  həmişə  bir 

bayraq qaldırırdı - o da qara bayraq idi. 

İkinci fəsil 

ÜÇÜRÜMDA SÖHBƏTDƏN BAŞQA 

AYRI NƏ ETMƏK OLAR? 

İnqilaba gizli hazırlaşmaq üçün on altı il az vaxt deyildi. 1848-ci 

ilin  iyunu  1832-ci  ilin  iyununa  nisbətən  çox  şey  öyrənmişdi.  Şanv- 

reri küçəsindəki barrikada, yuxarıda təsvir etdiyimiz iki nəhəng bar-

rikadaya  görə,  onun  ancaq  ilk  şəkli,  ancaq  rüşeymi  idi,  lakin  Şanv- 

reri küçəsindəki barrikada öz vaxtına görə dəhşətli idi. 

Qiyamçılar Anjolrasın nəzarəti altında gecədən öz faydaları üçün 

istifadə  etdilər.  Marius  daha  heç  bir  şeyə  əhəmiyyət  vermirdi. 

Barrikada  nəinki  bərpa  edilmiş,  hətta  böyüdülmüşdü  də.  Onun 

hündürlüyünü iki fut qaldırmışdılar. Daş yola sancılmış dəmir 

14 

downloaded from KitabYurdu.org




çubuqlar ələ alınmış nizəni xatırladırdı. Oradan-buradan gətirilmiş və 

barrikadanın  bayır  tərəfinə  tökülmüş  köhnə-kürüş  şeylər  ona  daha 

artıq  qatma-qarışıq  bir  şəkil  verirdi.  Ustalıqla  qurulmuş  bu  istehkam 

tərəfdən düz bir divar, bayır tərəfdən keçilməz, qalın meşə kimi idi. 

Qənbər daşından düzəldilmiş pilləkəni təmir etdilər; indi bu pil-

ləkənlə  qala  divarın  üstünə  çıxan  kimi  istehkamın  üstünə  çıxmaq 

olurdu. 

Barrikadanı qaydaya saldılar: aşağı zalın zirzibilini təmizlədilər, 

mətbəxi sarğı məntəqəsi elədilər, yaralıların yarasını bağladılar, yerə, 

stolların üstünə tökülən bantı  yığdılar, güllə tökdülər, patronları dol-

durdular,  kilkə  diddilər,  yerdə  atılıb  qalan  silahları  payladılar,  isteh-

kamın iç tərəfini səliqəyə saldılar, xırım-xırdanı çıxarıb atdılar, meyit-

ləri bayıra çıxartdılar. 

Ölənləri Mondetur küçəsində bir yerə yığdılar: küçə hələ qiyam-

çıların  əlində  idi.  Qan  rəngi  uzun  zaman  küçənin  bu  yerində  qaldı. 

Ölənlərin  arasında  şəhər  civarı  qoşunlarının  dörd  nəfər  milli  qvar-

diyaçısı  vardı.  Anjolras  tapşırıq  verdi  ki,  onların  mundirini  çıxarıb 

saxlasınlar. 

Anjolras  hamının  iki  saat  yatmasını  məsləhət  gördü.  Onun 

məsləhəti əmr kimi idi. Lakin onun məsləhətini üç-dörd adam yerinə 

yetirdi. 

Feyi  həmin  iki  saatı  qarşıdakı  evin  divarına  bu  sözləri  yazmağa 

sərf etdi: 1 

Yaşasın xalqlar! 

Mismarla daşa həkk olunmuş bu sözləri 1848-ci ildə də oxumaq 

olurdu. 

üç  arvad  gecə  vuruşmasının  kəsilməsindən  istifadə  edərək  yox 

oldu: yəqin, onlar qaçıb qonşu evdə gizlənmişdilər. Qiyamçılar onla-

rın qaçdığını bilib rahat nəfəs aldılar. 

Yaralıların  çoxu  vuruşmada  iştirak  edə  bilərdi,  iştirak  etmək  də 

istəyirdi. Sarğı məntəqəsinə çevrilmiş mətbəxdə beş nəfər ağır yaralı 

vardı,  onlardan  iki  nəfəri  bələdiyyə  qvardiyası  əsgəri  idi.  Onlann 

yarasını hamıdan əvvəl sarıdılar. 

Aşağı  zalda  ancaq  Maböf,  bir  də  Javer  qaldı:  Maböfün  üstünə 

qara örtük atmışdılar, Javeri dirəyə sarımışdılar. 

15 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Anjolras dedi: 



- Bura meyit damı olacaq. 

Şam işığı zalı azca işıqlandırırdı; zalın dib tərəfində, Javerin bağ-

landığı atqı tirinə oxşayan dirəyin dalında stol vardı, Maböfün meyiti 

qoyulmuş bu stolla, dirəyə sarınmış Javer uzaqdan böyük bir xaç kimi 

nəzərə çarpırdı. 

Omnibusun dişləsi atışma zamanı sınsa da, hələ möhkəm durur-

du, ona yenə də bayraq keçirmək olardı. 

Əsl komandir verdiyi sözü həmişə yerinə yetirir, onu başqaların-

dan  fərqləndirən  cəhət  də  budur;  Anjolras  da  belə  bir  komandir 

olduğundan, qoca Maböfün güllə ilə dəlik-deşik olmuş, qana bulaşmış 

paltarını bayraq kimi bu dişləyə bağladı. 

Yeməyə daha bir şey yox idi. Nə çörək qalmışdı, nə ət. Əlli adam 

barrikadada  keçirdiyi  on  altı  saatın  içində  meyxanada  az-çox  nə 

vardısa, hamısını yeyib qurtarmışdı. Hər bir vuruşan barrikada gec-tez 

mütləq “Meduza”nın salı olur. Aclığa dözməkdən başqa ayrı əlac yox 

idi.  İyunun  altıncı  gününün  spartacasına  amansız  saatları  başlandı: 

Sen-Merri  barrikadasında  Jannı  əhatə  edən  və  “Çörək!  Yeməyə  bir 

şey  verin!”  deyə  çığıran  qiyamçılara  o,  belə  cavab  verdi:  “Çörəyi 

neynirsiniz? İndi saat üçdür. Saat dörddə bizi öldürəcəklər!” 

Yeməyə  bir  şey  olmadığından,  Anjolras  içməyə  də  icazə  ver-

mədi. Şərabı qadağan elədi, arağı da qiyamçılar arasında bölüşdürdü. 

Zirzəmidə  ağzı  möhkəm  bağlanmış  on  beş  şüşə  tapdılar.  Anjol- 

rasla Kombefer şüşələri  yoxladı. Kombefer dedi: “Bu, Hüşlu əminin 

köhnə ehtiyatlarındandır, o, fəaliyyətə baqqallıqdan başlamışdı”. Bos- 

süe əlavə etdi: “Görünür, çox əla şərabdır, yaxşı ki, Qranter yatıb. O, 

ayaq üstə olsaydı, bu şüşələri ondan yayındırmaq olmazdı”. Anjolras 

qiyamçıların  narazılığına  baxmayaraq,  şərabın  içilməsini  qadağan 

elədi,  əmr  etdi  ki,  şüşələri  aparıb  qoca  Maböfün  meyiti  olan  stolun 

altına qoysunlar, onlara əl vurmasınlar. 

Gecə  saat  iki  radələrində  adlar  çağırıldı.  Barrikadada  hələ  otuz 

yeddi adam vardı. 

Səhər  açılırdı.  Qənbər  daşları  arasına,  əvvəlki  yerinə  sancılmış 

məşəli  təzəcə  söndürmüşdülər.  Barrikada  iç  tərəfdən  küçənin  orta-

sında  hasarlanmış  başqa  bir  həyətə  oxşayırdı;  məşəl  sönəndən  sonra 

o, qaranlığa qərq oldu: yuxarıdan bura, dan yerinin ala-qaran 

16 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə