Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə5/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   2   3   4   5   6   7   8   9   ...   272

lığında, parçalanmış gəmi göyərtəsini xatırladırdı. Barrikadanın için-

də  gəzişən  döyüşçülər  kölgə  kimi  görünürdü.  Zülmətin  bu  məşum 

yuvası  üzərində  sükuta  qərq  olmuş evlərin  qaraltısı  görünürdü, daha 

yuxarılarda  bacaların  tutqun  kölgəsi  nəzərə  çarpırdı.  Səma  qeyri- 

müəyyən,  füsunkar  bir  şəkil  almışdı:  o,  sanki,  gah  ağ,  gah  da  mavi 

rəngə  çalırdı.  Quşlar  havada  fərəhlə  cəh-cəh  vuraraq  uçuşurdular. 

Üzü  şərqə  baxan  və  barrikadanın  dayağı  olan  hündür  evin  taxtapu-

şuna bir parça çəhrayı  işıq  düşmüşdü. Üçüncü mərtəbənin dam pən-

cərəsində, güllə dəymiş adamın ağ saçını səhər mehi tərpədirdi. 

Kurfeyrak Feyiyə dedi: 

-

 

Mən  məşəli  söndürdüyümə  sevinirəm;  onun  işığı  məni  əsəbi-



ləşdirirdi, o, elə bil, qorxudan havada titrəyirdi. Məşəlin işığı qorxaq-

ların hikməti kimidir: titrədiyi üçün pis işıq saçır. 

Səhər şəfəqi quşlan oyadan kimi fikirləri də oyadır: hamı danış-

mağa  başladı.  Joli  dam  novçası  üstündə  bir  pişik  gördü,  bu,  onun 

fəlsəfi mühakimələr yürütməsinə səbəb oldu. 

O, həyəcanla dedi: 

-

 

Pişik  nədir?  Pişik  təshihdir.  Allah-taala  siçanı  yaradıb  dedi: 



“Dayan, mən səhv elədim”. Sonra pişiyi yaratdı. Pişik siçan səhvinin 

düzəlişidir.  Siçan,  sonra  da  pişik  -  bunlar  məxluqun  yoxlanılmış  və 

təshih edilmiş ilk çap vərəqidir. 

Tələbələr  və  fəhlələr  Kombeferin  başına  yığışmışdılar.  Kombe- 

fer vuruşmada ölənlərdən, Jan Pruverdən, Baoreldən, Maböfdən, hətta 

Kabükdən, həm də Anjolrasın amansız kədərindən danışırdı. O dedi: 

-

 

Harmodi,  Aristogiton,  Brut,  Hereas,  Stefanus,  Kromvel,  Şar- 



lotta  Korde  və  Zand  zərbə  endirərkən  böyük  bir  əzab  duymuşlar. 

Bizim qəlbimiz çox həssasdır, insan həyatı isə böyük bir sirdir, buna 

görə  də,  hətta  siyasət  və  ya  azadlıq  nöqteyi-nəzərindən  adam  öldür-

dükdə  insanın  duyduğu  peşmançılıq  bəşəriyyətə  xidmət  etmək  fərə-

hindən daha böyük olur. 

Söhbət zamanı fikirlər dönə-dönə qəribə şəkillər alır: bir az sonra 

Kombefer  Jan  Pruverin  şeirlərindən  “Georgika”nın  tərcüməçilərinin 

müqayisəsinə  keçdi.  Rou  Kurnanla,  Kurnanı  Delillə  müqayisə  etdi; 

Malfilartın  tərcüməsindən  ayn-ayn  parçalar  misal  gətirdi,  xüsusilə 

Sezarın  ölümü  haqqında  olan  gözəl  sətirləri  söylədi.  Seza-  rın  adı 

çəkildiyi üçün söhbət yenə də Brutun üstünə gəldi. 

17 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Kombefer dedi: 



-

 

Sezarın öldürülməsi ədalətli işdir. Siseron Sezara qarşı aman- 



sız olmaqda haqlı idi. Belə amansızlıq kinli bədguluq deyil, Zoil

Homeri, Mevi Vergilini, Vize Molyeri, Pop Şekspiri, Freron Volteri

təhqir edəndə, burada həsəd və kinin köhnə qanunu özünü gös- 

tərir: dahilər həmişə təqib edilir, böyük adamları həmişə gözümçıx-

dıya salırlar. Lakin Zoillə Siseron başqa-başqa adamlardır. Brut

qılıncla zərbə endirən kimi, Siseron da fikirlə zərbə endirir. Mən

şəxsən ədalətin Brut kimi yerinə yetirilməsinin əleyhinəyəm, lakin 

qədimdə buna yol verilirdi. Sezar Rubikonu keçməklə, ayrı-ayrı

şəxslərə öz adından yüksək vəzifələr verməklə - yüksək vəzifələri

ancaq xalq verə bilərdi - senat gələndə ayağa durmamaqla, 

Yevtropin dediyinə görə, bir padşah kimi, hətta padşahdan da 

artıq, zalım bir hökmdar kimi hərəkət etmişdi: redia ac pene turan-



nica

1

 Sezar böyük adamdı; bu daha pis, daha doğrusu, bu daha



yaxşı: çünki bu daha inandırıcı misal olur. Onun bədənindəki

iyirmi üç qılınc yarası məni İsanın üzündəki tüpürcəkdən daha az

mütəəssir edir. Sezarı senatorlar qılıncla öldürdülər. İsanı kölələr

şillələdilər. Allahı təhqirin dərəcəsinə görə tanıyırlar. 

Bossüe əlində karabin, daş yığını üstündə <

da yuxarıda görünürdü; o, həyəcanla dedi: 

-

 

Ey Kidateney, ey Mirrin, ey Probalinf, ey gözəl Eantid! Lavrlı



ya edapteonlu yunan kimi Homerin şeirlərini söyləmək xoşbəxtli yini 

kim mənə bəx

ş ed r?!

ı durmuşdu, hamıdan 



Üçüncü fəsil 

HAVA İŞIQLANDIQCA ZÜLMƏT ARTIR 

Anjolras  Mondetur  küçəsindən  keçərək,  divar  dibi  ilə  yavaşca 

sivişib kəşfiyyata getdi. Heç kəs onun getdiyini görmədi. 

Demək  lazımdır  ki,  qiyamçılar  böyük  ümidlə  yaşayırdılar. 

Axşamkı  hücumu  müvəffəqiyyətlə  dəf  etdiklərindən,  səhər  tezdən 

ediləcək  yeni  hücuma  indidən  etinasızlıq  göstərirdilər.  Onlar  bu 

hücumu  gülə-  gülə  gözləyirdilər.  Onlar  öz  işlərində  haqlı  olduqlarına 

inandıqları 

1

 Padşah kimi, az qala, lap zalım hökmdar kimi 

{lat.)

 

18 


downloaded from KitabYurdu.org


kimi,  müvəffəqiyyət  qazanacaqlarına  da  inanırdılar.  Bir  də  ki,  heç 

şübhəsiz, onlara kömək gəlməli idi. Buna onlar qəti əmin idilər. Fran-

sız  əsgəri  qələbə  qazanacağına  çox  asanlıqla  inanır,  bu,  onun  üstün 

cəhətlərindən biridir; qiyamçılar da belə asanlıqla qalib gələcəklərinə 

inanaraq, yeni başlanan günü üç müəyyən hissəyə bölmüşdülər. Səhər 

saat  altıda  “müvafiq  qayda  ilə  hazırlanmış”  polk  onların  tərəfinə 

keçəcək,  günorta  vaxtı  bütün  Paris  üsyan  qaldıracaq,  gün  batanda 

inqilab olacaqdır. 

Onlar  dünəndən  bəri  təhlükə  olduğunu  xəbər  verən  Sen-Merri 

kilsəsi zənglərinin bir an da olsa kəsilməyən səsini eşidirdilər; bu, onu 

sübut  edirdi  ki,  o  biri  barrikada,  böyük  Janna  barrikadası  hələ 

dayanıb-durur. 

Bütün bu arzuları, ümidləri, şayiələri qiyamçılar, pətəkdə anların 

davakar  vızıltısını  xatırladan  şən  və  qorxunc  pıçıltı  ilə  bir-birinə 

söyləyirdilər. 

Anjolras gəldi. O, ətrafa çökən mənhus qaranlıq içində cəsarətlə 

apardığı  kəşfiyyatdan  qayıtmışdı.  O,  qollarını  döşündə  çarpaz- 

layaraq  qiyamçılar  arasında  gedən  qızğın  söhbətə  bir  anlığa  dinməz 

qulaq asdı. 

O, səhər şəfəqinin işığında sağlam və təravətli görünürdü: 

-

 

Parisin  bütün  ordusu  döyüşə  hazırdır,  -  dedi.  -  Bu  ordunun 



üçdəbiri  bizim  barrikadanın  üstünə  gəlmək  istəyir.  Bundan  başqa, 

milli  qvardiya  da  oradadır.  Mən  beşinci  hissənin  kiverlərini,  altıncı 

legionun  nişançılarını  görə  bildim.  Bir  saatdan  sonra  bizə  hücum 

edəcəklər. Xalqa gəlincə, o, dünən qiyam etmişdi, bu gün səhər yerin-

dən  tərpənməyəcəkdir.  Heç  bir  şeyə  ümid  etməməliyik,  heç  bir  şey 

gözləməməliyik.  Parisin  heç  bir  civarı,  heç  bir  polku  bizə  köməyə 

gəlməyəcək. Hamı bizi tərk etmişdir. 

Tufan  başlarkən  ilk  yağış  damcıları  arı  yığınına  necə  təsir  gös-

tərirsə, bu sözlər də qiyamçılara elə təsir bağışladı. Hamı səsini kəsdi. 

Barrikadanı  bir  anlığa  ağır  sükut  bürüdü,  bu  sükut  içərisində,  sanki, 

ölümün uçuşu eşidilirdi. 

Lakin bu vəziyyət çox az davam etdi. 

Lap uzaqda, ən qaranlıq bucaqda duran bir dəstə adamın içindən 

kim isə çığıra-çığıra Anjolrasa dedi: 

-

 

Qoy nə olur-olsun! Barrikadanın hündürlüyünü iyirmi fut qal-



dırarıq, hamımız da burada qalarıq. Vətəndaşlar, gəlin ölülər andını 

19 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə