Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə6/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   2   3   4   5   6   7   8   9   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

içək!  Sübut  edək  ki,  əgər  xalq  respublikaçılara  xəyanət  edirsə,  res-



publikaçılar xalqa xəyanət etməyəcəkdir! 

Bu  sözlər  bütün  qiyamçıların  şüurunu  şəxsi  təşviş  və  qorxunun 

əzabverici  dumanından  xilas  etdi,  onlar  bu  sözləri  vəcd  ilə  çığıra- 

çığıra qarşıladılar. 

Heç kəs bilmədi ki, bu sözləri söyləyən fəhlənin adı nədir. O, heç 

kəsin  tanımadığı,  bilmədiyi,  unudulmuş, naməlum  bir  qəhrəman  idi; 

elə  böyük  bir  qəhrəman  ki,  tarixin  böhranlı  dəqiqələrində,  yeni 

ictimai  quruluş  yarananda  o,  həmişə  meydana  gəlir:  ona  görə  mey-

dana gəlir ki, lazımi anda amiranə səslə qəti sözünü söyləsin, qısa bir 

an  içərisində  ildırım  parıltısında  xalq  və  tanrı  ruhunu  özündə 

təcəssüm etdirərək, yenə də zülmət içində yox olub-getsin. 

Bu yenilməz qətiyyət 1832-ci il 6 iyun ilə o qədər həmahəng idi 

ki, Sen-Merri barrikadasında eyni vaxtda belə bir səs yüksəldi: “Bizə 

köməyə gələcəklər, ya gəlməyəcəklər, bunun nə fərqi var! Biz hamı-

mız burada məhv olacağıq!” Bu sözlər tarixə yazıldı, məhkəmədə yad 

edildi. 


Görünür, bu iki barrikada ayrı-ayrı yerdə olsa da, ruhən bir idi. 

Dördüncü fəsil 

BEŞİ AZALDI, BİRİ ÇOXALDI 

“Ölülər  andı”nı  söyləyən  naməlum  adam  bu  düsturla  hamının 

ruhi  vəziyyətini  ifadə  etdikdən  sonra  bütün  qiyamçılar  bir  ağızdan 

sevinc və hiddətlə çığırdı: 

-

 

Yaşasın ölüm! Hamımız burada qalacağıq! 



Bu sözlər mənaca məşum olsa da, təntənə ilə səsləndi. 

Anjolras soruşdu: 

-

 

Hamı niyə? 



-

 

Hamı! Hamı! 



Anjolras etiraz etdi: 

-

 



Bizim  mövqeyimiz  yaxşıdır,  əlverişlidir,  barrikadamız  çox 

gözəl  barrikadadır.  Otuz  adam  kifayətdir.  Qırx  adam  niyə  qurban 

verək? 

Ona belə cavab verdilər: 



-

 

Çünki heç kəs getmək istəməyəcək. 



20 

downloaded from KitabYurdu.org




Anjolras: 

-

 



Vətəndaşlar!  -  deyə  çığırdı;  onun  səsində  əsəbi  bir  titrəyiş 

duyulurdu. - Respublikanın adamı o qədər çox deyil ki, onları havayı 

yerə tələf eləsin. Belə bir şöhrətpərəstlik israfçılıqdır. Əgər sizlərdən 

bəzilərinin qarşısında duran vəzifə getməyi əmr edirsə, onlar bu əmri 

başqa əmrlər kimi yerinə yetirməlidirlər. 

Anjolras  prinsip  təcəssümü  idi;  o,  öz  yoldaşları  arasında  böyük 

hakimiyyət  qüvvəsinə  malikdi;  belə  qüvvə,  ancaq  günah  işləməyən 

adamlarda  olur.  Lakin  onun  təsir  qüvvəsi  nə  qədər  böyük  olsa  da, 

narazılıq başlandı. 

Anjolras  lap  iliyinə,  qanına  kimi  komandir  idi;  o,  qiyamçıların 

narazılığını görüb öz sözündə təkid etdi, amiranə səslə dedi: 

-

 



Bizim  otuz  nəfər  qalmağımız  kimi  qorxudursa,  qoy  bunu 

desin. 


Narazılıq daha da artdı. 

Bir dəstə adamın içərisindən kimsə dedi: 

-

 

Məsələ  ki  belə  oldu,  onda  “gedin”  demək  asandır,  axı  barri-



kada hər tərəfdən mühasirə içindədir. 

Anjolras etiraz etdi. 

-

 

Yox, bazar tərəfdən mühasirə olunmayıb. Mondetur küçəsində 



heç kəs yoxdur, Vaizlər küçəsilə İnnosan bazarına qədər getmək olar. 

Başqa bir adamın səsi eşidildi. 

-

 

Elə orada da tutarlar! Düz gedib milli qvardiyaya, ya da Paris 



civarı  qvardiyaçılarının  keşikçi  dəstəsi  üstünə  çıxarsan.  Onlar  bluza 

geymiş,  furajka  qoymuş  adamı  o  saat  görərlər:  “Ey,  haradan  belə? 

Olmaya,  barrikadadan  gəlirsən?  -  O  saat  da  əlinə  baxarlar.  -  Hə, 

səndən barıt iyi gəlir. Güllələyin!” 

Anjolras  ona  cavab  vermək  əvəzinə,  əlini  Kombeferin  çiyninə 

toxundurdu, onlar aşağı zala getdilər. 

Bir  dəqiqə  sonra  qayıtdılar.  Anjolras  əlində  dörd  mundir  tut-

muşdu:  mundirləri  onun  əmrilə  saxlamışdılar.  Kombefer  də  onun 

dalınca gəlir, başqa təchizatı və kiverləri gətirirdi. 

Anjolras dedi: 

-

 

Belə  mundir  geyəndən  sonra  sıralara  qarışıb  gözdən  itmək 



olar. Bu paltar, hər halda, dörd adama çatar. 

Mundirləri yerə atdı. 

Bu  da  adamların  qətiyyətini  sarsıda  bilmədi.  Kombefer  sözə 

başladı: 

21 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-Yaxşı  da,  heç  olmasa,  başqasının  dərdinə  qalın.  Bilirsiniz, 



məsələ  nə  barədədir?  Qadınlar  barəsindədir.  Deyin  görüm,  sizin 

arvadınız varmı? Var, ya yox? Uşaqlarınız varmı? Var, ya yox? Beşik 

yelləyən,  başına  bir  yığın  xırda  uşaq  yığışan  ananız  varmı?  Sizin 

hansınız ana döşünü görməyib, əlini qaldırsın. Ah, siz istəyirsiniz ki, 

burada öləsiniz?! İnanın ki, mən özüm də bunu istəyirəm. Ancaq mən 

öz  ətrafımda  dərd  içində  boğulan  qadınların  kölgəsini  görmək 

istəmirəm.  Ölmək  istəyirsinizsə,  ölün,  ancaq  başqalarını  məhv 

etməyin.  Burada  bizim  özümüzü  öldürməyimiz  yüksək  bir  məqsəd 

üçündür,  lakin  adamın  özünü  öldürməsi  -  ciddi  surətdə 

məhdudlaşdırılmış,  müəyyən  çərçivə  içindən  kənara  çıxmayan  bir 

hərəkətdir. Adamın özünü öldürməsi onun yaxın adamlarına toxunsa, 

buna adam öldürmək deyilir. Sarışın, xırdaca uşaq başlarını, qocaların 

ağ  saçını  yadınıza  salın!  Anjolras  bu  saat  mənə  dedi  ki,  Qu  quşu 

küçəsinin  tinində,  beşinci  mərtəbədə  şam  işığı  görünən  ensiz 

pəncərədə  bir  qarının  titrək  kölgəsini  görmüşdür,  yəqin  ki,  o  qarı 

bütün  gecəni  yatmayıb  kimisə  gözləyir.  Bəlkə  də,  o,  buradakılardan 

kiminsə  anasıdır.  Əgər  elə  isə,  qoy  getsin,  tez  gedib  anasına  desin: 

“Anacan, mən gəldim!” Qoy bu adam narahat olmasın, biz onsuz da 

işi  başa  çatdıracağıq.  Kim  ki  öz  zəhmətilə  ailəsini  dolandırır,  onun 

özünü  fəda  etməyə  ixtiyarı  yoxdur.  Onun  özünü  fəda  etməsi  ailəsini 

başlı-başına buraxmaq deməkdir. O adamların ki evdə qızı qalmışdır, 

bacısı  qalmışdır,  onlar  bu  barədə  heç  düşünmüşmü?  Siz  ölümə 

gedirsiniz,  sizi  öldürəcəklər  -  çox  gözəl!  Bəs  sabah  nə  olacaq?  Qız 

evdə  ac  qalırsa,  bu,  dəhşətdir,  kişi  dilənir,  qadın  özünü  satır.  Ey 

saçlarını çiçəklə bəzəyən məsum, mehriban, gözəl qızlar! Onlar sizin 

evinizdə  nəğmə  oxuyurlar,  danışıb  gülürlər,  sizin  evinizi  ismət  işığı 

ilə  işıqlandırırlar,  təravətli  ətirlə  doldururlar;  onlar  yer  üzündəki  saf 

bakirəliyi  ilə  göydə  mələklərin  olduğunu  sübut  edirlər!  Siz  o 

Jannaları,  Mimiləri,  o  füsunkar,  nəcib  insanları  düşünün:  onlar  sizin 

ailənin fəxri və şərəfidir; onlar - ah, pərvərdigara - ac qalacaqlar! Mən 

sizə nə deyə bilərəm? Elə bir bazar var ki, orada insan bədənilə alver 

edirlər;  onlar  ora  getsələr,  sizin  ətrafda  uçan  kölgələriniz  qandan, 

candan məhrum olan əlləri ilə onları tutub saxlaya bilərmi? Küçələri, 

adamla  dolu  səkiləri,  mağazaları,  bu  mağazalar  qabağında  palçıq 

içində dolaşan yarıçılpaq qadınları yadınıza salın! Bu qadınlar da bir 

zaman  ismətli  idilər.  İndi  siz  öz  bacılarınızı  yadınıza  salın,  axı  sizin 

də çoxu 

22 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə