Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə7/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   2   3   4   5   6   7   8   9   10   ...   272

nuzun bacısı vardır. May yasəməni kimi təravətli olan bu gözəlləri, bu 

zərif,  utancaq,  incə,  şux,  füsunkar  insanları  nə  gözləyir.  Dilənçilik, 

fahişəlik, polis idarəsi, Sen-Lazar xəstəxanası! Onların aqibəti budur! 

Hə,  deməli,  siz  özünüzü  ölümə  vermisiniz?  Siz  daha  bu  dünyada 

yoxsunuz?!  Çox  gözəl,  buna  daha  nə  söz  ola  bilər!  Siz  xalqı  kral 

hakimiyyətindən  xilas  etmək  istəyirsiniz,  amma  qızlarınızı  polis 

idarəsinə  atırsınız.  Ağla  gəlin,  dostlar,  belə  şey  olmaz,  mərhəmətli 

olun! Zavallı, yazıq qadınlar, ah, biz onlar haqqında nə az düşünürük! 

Biz  ona  arxayınıq  ki,  qadınlar  bizim  kimi  oxumuş  deyillər,  onlara 

oxuyub-yazmağa,  düşünməyə  mane  olurlar,  siyasətlə  məşğul  olmağı 

qadağan edirlər; lakin siz onlara bu axşam gedib meyit damında sizin 

meyitinizi  tapmağı  qadağan  edə  bilərsinizmi?  Qulaq  asın;  kimin  ki 

ailəsi var, qoy inad eləməsin, bizim əlimizi sıxıb getsin, biz sizsiz də 

bu  işin  öhdəsindən  gələrik.  Mən  bir  şeyi  çox  gözəl  başa  düşürəm: 

buradan getmək üçün mərdlik lazımdır; bu, çətin işdir. Ancaq bu, nə 

qədər çətin olsa da, xeyri bir o qədər böyükdür. Siz deyirsiniz: mənim 

əlimdə  tüfəngim  var,  mən  barrikadayam,  nə  olur-olsun,  mən  burada 

qalacağam.  Bu  “nə  olur-olsun”  sözü,  bəlkə  də,  qızğın  hisslə 

söylənmişdir?  Dostlar,  sabahla  gün  olacaq;  siz  sabaha  kimi 

yaşamayacaqsınız,  amma  sizin  ailəniz  yaşayacaq,  indi  görün  siz 

onları necə əzaba salacaqsınız! Siz  yanaqları alma kimi  qırmızı sağ-

lam  bir  uşaq  təsəvvür  edin:  O,  dil-dil  ötür,  civildəyir,  yorulmadan 

danışır,  gülür,  öpəndə  ondan  xoş  bir  iy  gəlir.  Bilirsinizmi,  o,  başsız 

qalanda  nə  hala  düşür?  Mən  lap  xırdaca,  bax,  bu  boyda  bir  uşaq 

gördüm. Onun atası ölmüşdü. Yoxsul adamların ona yazığı gəlmişdi, 

onu  aparıb  öz  yanlarında  saxlayırdılar,  onlann  heç  özlərinə  çörək 

çatmırdı, üşaq həmişə ac idi. Qış girmişdi, üşaq ağlamırdı. O, həmişə 

sobanın  ətrafında hərlənirdi,  sobada  heç  od olmurdu;  sobanın  bacası 

sarı  gillə  suvanmışdı,  üşaq  xırdaca  barmaqları  ilə  gildən  qoparıb 

yeyirdi.  Onun  döşü  xırıldayırdı,  üzü  solğundu,  qıçları  zəifdi,  qarnı 

köpmüşdü.  O  heç  danışmırdı,  suala  cavab  vermirdi.  O  öldü.  Onu 

ölməyə Neker xəstəxanasına gətirdilər, mən onu orada gördüm. Orada 

bir  intern  kimi  həkimlik  təcrübəsi  keçirdim.  Bəli,  sizin  içinizdə  ata 

olan varsa, o, böyük və qüvvətli əli ilə uşağının xırdaca əlindən tutub 

bazar günləri gəzməyə çıxmağı xoşlayırsa, bu, ona fərəh verirsə, qoy 

o, bu ölən uşağın onun uşağı olduğunu təsəvvür etsin. O bədbəxt tifil 

indi də mənim yadımdadır, onun təşrih stolu 

23 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

üstünə  qoyulan  balaca  bədəni  indi  də  gözümün  qabağındadır,  onun 



qabırğalan dəri altından, qəbiristanlıqda ot basmış xırdaca qəbir kimi 

çıxmışdı. Onun mədəsindən bir qırıq palçıq tapdılar, dişləri arasında 

kül  vardı.  Gəlin  biz  öz  qəlbimizə  baxaq,  vicdanımızdan  soruşaq, 

görək  o,  nə  məsləhət  görür.  Statistika  göstərir  ki,  yetim  qalan  uşaq-

ların əlli beş faizi ölür. Bir də deyirəm: söhbət qadınlardan, analardan, 

qızlardan gedir, xırda uşaqlardan gedir! Elə bilməyin ki, söhbət sizdən 

gedir! Biz bilirik, siz kimsiniz, sizin igid olduğunuzu bilirik, buna söz 

ola  bilməz!  Biz  çox  gözəl  bilirik  ki,  siz  bu  böyük  iş  üçün  fərəhlə, 

iftixarla öz canınızdan keçməyə hazırsınız! Biz bilirik ki, bu işin xeyri 

üçün siz şərəfli ölməyi lazım bilirsiniz! Biz bilirik ki, sizin hər biriniz 

bu  işin  qalibiyyətlə  nəticələnməsində  öz  vəzifəsini  yüksək  tutur!  Bu 

çox  gözəl,  uğur  olsun!  Ancaq  siz  bu  dünyada  tək  deyilsiniz,  başqa 

adamlar  da  var  ki,  siz  onların  halını  nəzərə  almalısınız.  Xudbin 

olmayın. 

Hamı qaşqabağını salladı. 

Belə  təntənəli  anda  insan  qəlbində  nə  qəribə  ziddiyyətlər  əmələ 

gəlir!  Bu  sözləri  söyləyən  Kombefer  heç  də  yetim  deyildi.  O,  başqa 

anaları  düşünürdü,  öz  anasını  yaddan  çıxarmışdı.  O,  ölümə  gedirdi. 

“Xudbin” elə onun özü idi. 

Aclıq və qızdırma Mariusu əldən salmışdı, o, bir-birinin ardınca 

bütün ümidlərini itirmiş, bütün fəlakətlərin ən dəhşətlisi olan ruh düş-

künlüyünə  məruz  qalmışdı,  coşqun  həyəcanlar  qəlbini  parçalamışdı, 

O,  son  günlərinin  yaxınlaşdığını  hiss  edirdi  -  bunun  da  nəticəsində 

get-gedə  qəribə  bir  vəziyyətə  düşürdü:  daha  artıq  keyləşirdi;  bu  hal 

könüllü ölməyin mənhus dəqiqələrindən əvvəl meydana gəlir. 

Fizioloq  onun  varlığında  adamın  öz  daxili  aləmi  ilə  daha  artıq 

məşğul  olmasını,  elm  tərəfindən  öyrənilən  və  təsnif  edilən  bu  xəstə 

halın get-gedə artan əlamətlərini tədqiq edə bilər: ehtiras kef və nəşə-

yə aid olan kimi, bu hal da iztiraba aiddir, ümidsizliyin də özünəməx-

sus vəcdlə dolu dəqiqələri var. Marius belə bir hal keçirirdi. Ona elə 

gəlirdi  ki,  o,  baş  verən  bütün  hadisələrin  xaricindədir;  o,  hər  şeyi, 

sanki,  uzaqdan  görürdü,  hadisələr  onun  təsəvvüründə  bütünlüklə 

canlanırdı,  o,  hadisələrin  təfərrüatını  seçmirdi  -  biz  bunu  əvvəl  də 

demişdik.  Sanki,  insanlarla  onun  arasında  odlu  bir  pərdə  vardı, 

adamlar  bu  pərdənin  o  üzündə  hərəkət  edirdilər,  səslər,  elə  bil  ki, 

quyu dibindən gəlirdi. 

24 

downloaded from KitabYurdu.org




Lakin  Kombeferin  nitqi  hamını  mütəəssir  elədi.  Bu  vəziyyətdə 

kəskin  və  əzabverici  bir  şey  vardı,  bu,  Mariusun qəlbinə  nüfuz  etdi, 

onu düşdüyü  unutqanlıqdan ayıltdı.  Onun  ancaq  bir  fikri  vardı,  o da 

ölməkdi,  buna  görə  də  heç bir  şeyin  onu  bu  fikirdən  yayındırmasını 

istəmirdi;  lakin  bu  məşum  unutqanlıq  vəziyyətində  o,  belə  düşündü: 

“Özünü  məhv  etmək  -  heç  də  başqalarını  xilas  etməyi  qadağan 

eləmir”. 

O, ucadan dedi: 

-

 

Anjolrasla  Kombefer  haqlıdırlar:  boş  yerə  qurban  vermək 



lazım deyil. Mən onların fikri ilə razıyam. Ancaq tələsmək lazımdır. 

Kimin ki ailəsi var, anası var, bacısı var, arvadı var, uşağı var, qabağa 

çıxsın! 

Heç kəs yerindən tərpənmədi. 

Marius bir də dedi: 

-

 



Kim evlidirsə, ailə başçısıdırsa, qabağa çıxsın! 

Mariusun oradakı adamlar üzərində böyük təsiri vardı. Doğrudur, 

barrikadanın rəhbəri Anjolras idi, lakin Marius onun xilaskan idi. 

Anjolras çığırdı: 

-

 

Mən əmr edirəm! 



Marius dedi: 

-

 



Mən sizdən xahiş edirəm. 

Kombeferin  nitqilə  sarsılan,  Anjolrasın  əmri  ilə  hərəkətə  gələn, 

Mariusun xahişi ilə yumşalan igidlər bir-birini göstərməyə başladılar. 

Cavan  bir  oğlan  yaşlı  bir  qiyamçıya  dedi:  “Bu  doğrudur,  sən  ailə 

başçısısan,  sən  get!”  -  “Yaxşısı  budur,  sən get,  sənin  iki  xırda bacın 

var”.  Görünməmiş  qızğın  bir  mübahisə  başlandı.  Hər  kəs  qəbirdən 

çıxarılmasına müqavimət göstərirdi. 

Kombefer: 

-

 

Tələsin, - dedi, - on beş dəqiqədən sonra gec olacaq. 



Anjolras öz sözündə israr etdi: 

-

 



Vətəndaşlar,  biz  burada  respublika  düzəltmişik,  hər  şey  səsə 

qoymaqla həll olunur. Kim getməlidirsə - özünüz seçin. 

Onun  sözünü  yerinə  yetirdilər.  Bir  neçə  dəqiqənin  içində  beş 

adam  seçildi;  hamı  onların  getməsinə  səs  vermişdi;  onlar  sıradan 

çıxdılar. 

Marius həyəcanla dedi: 

-

 

Bunlar beş adamdır! 



Mundir dörd dənə idi. 

25 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə