Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə8/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   4   5   6   7   8   9   10   11   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Beş adam cavab verdi: 



-

 

olsun ki, birimiz qalarıq. 



Yenə  də  onlardan  hər  biri  qalmağa  çalışırdı,  o  birilərini  inandı-

rırdı ki, “sən getməlisən”. Alicənablıq mübarizəsi yenidən başlandı. 

-

 

Sənin sevimli arvadın var.  - Sənin qoca anan var. - Sənin nə 



atan  var,  nə  anan,  bəs üç  xırdaca qardaşın  necə  olacaq?  -  Sənin  beş 

uşağın var. - Sən gərək yaşayasan, on yeddi yaşında ölmək çox tezdir. 

Böyük  inqilabi  barrikadalarda  qəhrəmanlıq  yanşı  gedirdi. 

Ağlasığ-  mayan  şeylər  orada  adi  bir  şey  olurdu.  Bu  adamlardan  heç 

biri o birinə təəccüb etmirdi. 

Kurfeyrak onları tələsdirirdi. 

-

 

Tez olun, tez olun! 



Adamların içindən çığırıb Mariusa dedilər: 

-

 



Kim qalmalıdır - siz təyin edin! 

Beş adamın beşi də dedi: 

-

 

Doğrudur, siz seçin, tabe olarıq. 



Marius bu cür həyəcan keçirməyə hələ də qabil olduğunu güman 

etmirdi.  Beş  adamdan  birini  seçib  ölümə  göndərəcəyini  düşünəndə 

ürəyi  qanla  doldu.  O,  ağappaq  ağardı  -  bundan  artıq  ağarmaq  daha 

mümkün deyildi. 

Beş  adama  yaxınlaşdı:  onlar  Mariusa  baxıb  gülümsəyirdilər, 

onların  gözü,  çox  qədim  zamanlarda  Fermopili  müdafiə  edənlərin 

gözü  kimi  müqəddəs  bir  alovla  alışıb-yanırdı;  onlardan  hər  biri 

çığırırdı. 

-

 

Məni, məni, məni! 



Marius  çaşqın  halda  onları  saydı;  onlar  yenə  də  beş  nəfər  idi. 

Sonra dörd mundirə baxdı. 

Elə  bu  anda  o  dörd  mundirin  üstünə,  sanki,  göydən  bir  mundir 

düşdü. 


Beşinci adam da ölümdən xilas edildi. 

Marius dönüb baxdı. Mundiri atan cənab Foşlevan idi. 

Jan Valjan barrikadaya indicə gəlmişdi. 

Soraqlaşa-soraqlaşamı,  ya  daxili  bir  hiss  iləmi,  ya  təsadüfi  ola- 

raqmı,  məlum  deyil,  ancaq  o,  bura  Mondetur  küçəsi  tərəfdən  gəlib 

çıxmışdı. Əynində milli qvardiya paltarı olduğundan, ona dəyib-dola-

şan olmamışdı. 

Qiyamçıların  Mondetur  küçəsində  qoyduğu  keşikçi  bir  nəfər 

milli qvardiyaçıdan ötrü hay-küy qaldırmamışdı. Onu barrikadaya 

26 


downloaded from KitabYurdu.org


köməyə gələn bir adam, ya bəlkə də, bir əsir hesab edib buraxmışdı. 

Çox  təhlükəli  bir  an  idi,  keşikçilər  öz  vəzifələrindən  yayınıb, 

müşahidə məntəqəsini buraxa bilməzdilər. 

Jan Valjanı  istehkamın  içində  heç  kəs  görməmişdi,  çünki  hamı-

nın gözü beş adamda və dörd mundirdə idi. Lakin Jan Valjan hər şeyi 

görür,  hər  şeyi  eşidirdi;  O,  mundirini  dinməz-söyləməz  əynindən 

çıxarıb, o biri mundirlərin üstünə atdı. 

Hamını elə bir həyəcan bürüdü ki, bunu təsvir etmək çətindir. 

Bossüe soruşdu: 

-

 



Bu adam kimdir? 

Kombefer ona cavab verdi: 

-

 

Başqalarını xilas edən! 



Marius ciddi bir ifadə ilə əlavə etdi: 

-

 



Mən onu tanıyıram. 

Onun zəmanəti kifayətdi. 

Anjolras Jan Valjana dedi: 

-

 



Xoş gəlmisiniz, vətəndaş. 

Sonra da əlavə etdi: 

-

 

Siz bilirsinizmi ki, biz burada öləcəyik? 



Jan Valjan cavab vermək əvəzinə, xilas etdiyi qiyamçıya öz mun-

dirini geyməkdə kömək etdi. 



Beşinci fəsil 

BARRİKADA YÜKSƏKLİYİNDƏN GÖRÜNƏN 

CİFÜQ 

Bu məşum saatda, heç bir nicat yolu olmayan bu yerdə hamının 

ruhi  vəziyyəti  Anjolrasın  böyük  kədərində  yüksək  bir  ifadə  ilə  əks 

olundu. 


Anjolras inqilabı özündə təcəssüm etdirirdi, lakin onda hər hakim 

adam  üçün  mümkün  ola  bilən  bir  az  məhdudluq  vardı:  o,  Sen-Jüstə 

həddindən  artıq  bənzəsə  də,  Anaxarsis  Klotsa  kifayət  qədər  oxşa-

mırdı.  Lakin  “Əlifba  dostları”  cəmiyyətində  onun  şüuru,  nəhayət, 

Kombeferin  ideyalarını  müəyyən  dərəcədə  qəbul  etmişdi;  bir  qədər 

vardı ki, o, ehkamçılığın dar çərçivəsindən yavaş-yavaş azad olaraq, 

27 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

tərəqqinin  fikri  genişləndirən  təsiri  altına  düşmüş  və  nəticəyə  gəl-



mişdi ki, Böyük Fransa respublikasının nəhəng dünya respublikasına 

çevrilməsi  təkamülün  müvəffəqiyyətlə  başa  çatdırılması  demək 

olacaqdır. Hərəkət  etmək  üsuluna  gəldikdə,  o,  hal-hazırda  zorakılığa 

qarşı  zorakılıq  işlətməyin  tərəfdarı  idi.  Bu  məsələdə  dəyişmədi  və 

“Doxsan  üçüncü  il”  sözləri  müəyyən  edilən  o  amansız,  əzəmətli 

cərəyana sadiq qaldı. 

Anjolras öz karabininin lüləsinə söykənərək daş pillələrin üstün-

də  durmuşdu.  O  fikrə  getmişdi  və  hərdən  səndirləyirdi,  sanki,  onu 

şiddətli külək çırpırdı. Ölüm uçan yerdə bəzən peyğəmbərlik ruhu da 

uçur.  Onun  böyük  bir  dalğınlıq  ifadə  olunan  gözlərindən  titrək  işıq 

saçılırdı.  Birdən  o,  başını  qaldırdı,  onun  sarışın  qıvrım  saçı  geriyə 

atıldı, başını parlaq bir halə kimi bürüdü, sanki, bu, gecənin ulduzlar 

arabasında uçan mələyin saçı idi, sanki, bu, dağılmış aslan yalı idi; o, 

ucadan dedi: 

-  Vətəndaşlar,  siz  gələcəyi  təsəvvür  edirsinizmi?  Şəhərlərin  işıq 

dolu  küçələri,  evlərin  astanasında  sallanan  yaşıl  budaqlar,  xalqlar 

qardaşlığı!  Orada  insanlar  ədalətli  olacaq,  qocalar  uşaqlarına  xeyir- 

dua verəcək, keçmişlə hal-hazır arasında narazılıq olmayacaq; mütə-

fəkkirlərə tam azadlıq, Allaha inananlara tam bərabərlik veriləcək, din 

yerinə  göylər  olacaq.  Dünyada  daha  nə  nifrət,  nə  ədavət  olacaq, 

məktəblərdə,  emalatxanalarda  qardaşlıq  olacaq,  mükafat  və  cəza 

cəmiyyətin  rəyilə  veriləcək,  əmək  hamı  üçün,  hüquq  hamı  üçün 

olacaq,  hamı  sülh  içində  yaşayacaq,  daha  qan  tökülməyəcək,  daha 

müharibə olmayacaq, analar xoşbəxt olacaq! Maddəni fəth etmək 

-

 

birinci  addım,  idealı  yerinə  yetirmək  -  ikinci  addım  olacaq. 



Tərəqqi indi çox şey əldə etmişdir! Vaxtilə ibtidai qəbilələr - okeanın 

sularını havaya sovuran doqquzbaşlı əjdahaya, od püskürən əjdahaya, 

havada  hökmranlıq  edən  aslan  caynaqlı,  qartal  qanadlı  əjdahaya 

dəhşətlə  baxardı.  Lakin  insan  ağlın  müqəddəs  tələsini  qurdu  və 

nəhayət, bu əjdahaları tutdu. Biz doqquzbaşlı əjdahanı əhilləşdirdik, 

-

 



indi ona paroxod deyilir; biz od püskürən əjdahanı əhilləşdirdik, 

-

 



indi ona lokomotiv deyilir; biz qartal qanadlı əjdahanı az qalıb ki, 

əhilləşdirək,  biz  onu  tutmuşuq,  ona  hava  şarı  deyilir.  O  gün  ki  bu 

Prometey qəhrəmanlığı başa çatdırılacaq, o gün ki insan iradəsi qartal 

qanadlı  əjdahaları  tamamilə  özünə  tabe  edəcək,  onda  insan  odun, 

suyun, havanın hökmdarı olacaq, qədim Allahlar vaxtilə insan 

28 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə