Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə9/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   5   6   7   8   9   10   11   12   ...   272

üçün nə idisə, insan da bütün canlı məxluqat üçün elə bir şey olacaq! 

Bəli,  dayanmaq  vaxtı  deyil,  cəsarətlə  irəli!  Vətəndaşlar,  biz  hara 

gedirik? Biz elə bir dövlətə doğru gedirik ki, orada dövləti elm idarə 

edəcək,  biz  elə  bir  real  qüvvəyə  doğru  gedirik  ki,  bu  qüvvə  yeganə 

ictimai  qüvvə  olacaq,  biz  elə  bir  təbii  qanuna  doğru  gedirik  ki,  bu 

qanun özündə həm etiraf və təqdir hüququnu təcəssüm etdirəcək, həm 

də öz yəqinliyi ilə özünü təsdiq edəcək, biz elə bir həqiqət zühuruna 

doğru  gedirik  ki,  bu  zühuru  günəşin  doğmasına  bərabər  olacaq!  Biz 

xalqlar  birliyinə,  bəşəriyyət  birliyinə  doğru  gedirik.  Orada  saxta 

həqiqətlər  olmayacaq,  tüfeylilər  olmayacaq.  Bizim  məqsədimiz  - 

həqiqətlə ibarə olunan gerçəklikdir. Mədəniyyət Avropanın qəlbində, 

sonralar  qitənin  mərkəzində,  idrakın  böyük  parlamentində  iclas 

quracaq.  Əvvəllər  də  buna  bənzər  şey  olmuşdu.  Amfiktion-  ların 

iclası ildə iki dəfə olardı: bir dəfə Delfada - Allahlar məskənində, bir 

dəfə  də  Fermopildə  -  qəhrəmanlar  sərdabəsində.  Avropanın  da 

amfiktionları  olacaq,  yer  kürəsinin  də  amfiktionları  olacaq.  Bu 

əzəmətli  gələcək  Fransanın  bətnində  yaşayır.  On  doqquzuncu  əsr 

buna  hamilədir;  o  şeyin  ki  başlanğıcını  Yunanıstan  qoymuşdur, 

Fransa  onu  başa  çatdırmağa  layiqdir.  Xalq  oğlu,  xalqlar  oğlu, 

namuslu  fəhlə  Feyi,  qulaq  as,  gör  nə  deyirəm!  Mən  sənin  xətrini 

istəyirəm! Sən gələcəyi görürsən, əlbəttə, sən haqlısan! Feyi, sənin nə 

atan  var,  nə  anan,  sən  ana yerinə  bəşəriyyəti,  ata  yerinə  haqqı  seçib 

qəbul etmisən. Sənin qismətin burada ölməkdir, yəni qalib gəlməkdir. 

Vətəndaşlar,  biz  bu  gün  məğlubmu  olacağıq,  ya  qalibmi  gələcəyik, 

bizim  başımıza  nə  gəlsə  də,  fərqi  yoxdur,  biz  inqilab  yaradırıq. 

Yanğın  bütün  şəhəri  işıqlandıran  kimi,  inqilab  da  bütün  bəşəriyyəti 

işıqlandırır.  Siz  soruşa  bilərsiniz  ki,  biz  nəyin  naminə  inqilab 

yaradırıq?  Mən  indicə  dedim:  həqiqət  naminə!  Siyasi  nöqteyi- 

nəzərdən  yalnız  bir  prinsip  var:  O  da  insanın  öz  üzərində  olan  ali 

hakimiyyətidir.  Mənim  “mənliyim”  üzərində  olan  hakimiyyətimə 

Azadlıq  deyilir.  O  yerdə  ki  bu  cür  iki,  ya  ikidən  çox  ali  hakimiyyət 

birləşir, orada dövlət meydana gəlir. Lakin bu birləşmə heç də adamın 

öz xeyrindən əl çəkməsi deyil. Burada ali hakimiyyət, ictimai hüquq 

yaratmaq  üçün  müəyyən  bir  hissəsini  könüllü  olaraq  güzəştə  gedir. 

Güzəştə  gedilən  bu  hissənin  miqdarı  hamı  üçün  birdir.  Hər  adamın 

cəmiyyət  üçün  etdiyi  güzəştin  eyni  miqdarda  olmasına  Bərabərlik 

deyilir. İctimai hüquq - hər adamın aynlıqda hüququnun 

29 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

hamı tərəfindən müdafiə edilməsindən başqa bir şey deyil, hər adamın 



hüququnun  hamı  tərəfindən  belə  müdafiə  edilməsinə  Qardaşlıq 

deyilir. Ali hakimiyyətin bir yerə toplanılan bütün bu növlərinin bir-

birini kəsib-keçdiyi nöqtəyə Cəmiyyət deyilir. Bir-birini kəsib- keçmə 

özü  birləşmə  olduğundan,  belə  bir  nöqtə  düyün  olur.  Buradan  da 

ictimai  əlaqə  deyilən  şey  meydana  çıxır.  Bəziləri  bunu  ictimai 

müqavilə  adlandırır,  əslində,  bu,  eyni  şeydir:  “müqavilə”  sözü  öz 

mənşəyini “əlaqə” məfhumundan almışdır. Bərabərliyi necə anlamaq 

lazımdır,  bunu  müəyyən  edək.  Azadlıq  əgər  zirvə  isə,  bərabərlik 

bünövrədir.  Lakin,  vətəndaşlar,  bərabərlik  heç  də  böyüməyə  və 

inkişaf etməyə qabil olan bütün şeyləri bir səviyyədə saxlamaq, hün-

dür otlarla alçacıq palıd ağaclarını bir yerə toplamaq deyil, bir-birini 

səmərəsizləşdirən  həsədlə  bədxahlığın  heç  də  qonşu  olması  deyil; 

vətəndaşlıq cəhətdən bu, bütün qabiliyyətli şəxslər üçün açıq yoldur, 

siyasi cəhətdən - səs vermək məsələsində hamının eyni hüquqa malik 

olmasıdır,  dini  cəhətdən  -  hamı  üçün  eyni  dərəcədə  vicdan 

azadlığıdır.  Bərabərliyin  qüdrətli  bir  silahı  vardır,  o  da  pulsuz  və 

icbari  təhsildir.  Savadlı  olmaq  hüququ  -  bax  buradan  başlamaq 

lazımdır.  İbtidai  məktəb  hamı  üçün  məcburidir,  orta  məktəbə  hamı 

girə bilər, bax əsas qanun budur. Təhsil bərabərliyinin nəticəsi ictimai 

bərabərlikdir. Bəli, maarif! İşıq! İşıq! Hər şey işıqdan yaranır, işığa da 

qayıdır. Vətəndaşlar, on doqquzuncu əsr böyük əsrdir, lakin iyirminci 

əsr xoşbəxt əsr olacaq. İyirminci əsrdə əvvəlki tarixə oxşar heç bir şey 

olmayacaq.  Onda  indiki  kimi  fəthlərdən,  istilalardan,  hücumlardan, 

silahlanmış  millətlərin  bir-birilə  rəqabətindən,  mədəniyyətin 

inkişafında  padşah  ailəsindəki  nikahdan,  müstəbid  hökmdarlar 

sülaləsindən  bir  varisin  doğulmasından  asılı  olan  maneələrdən 

qorxmaq  lazım  gəlməyəcəkdir;  onda  konqres  tərəfindən  xalqların 

bölüşdürülməsi,  sülalələrin  dağılması  ilə  ölkənin  parçalanması, 

namütənahilik  körpüsü  üzərində  iki  cəhənnəm  keçisi  kimi  kəllə- 

kəlləyə  gələn  dinlərin  mübarizəsi  olmayacaqdır.  Onda  daha  nə  aclıq 

olacaq,  nə  zülm,  nə  ehtiyac  üzündən  fahişəlik,  nə  işsizlik  üzündən 

yoxsulluq,  nə  baş  kəsilən  edam  kürsüsü,  nə  xəncər,  nə  vuruşma,  nə 

hadisələr cəngəlliyində təsadüfi quldurluq! Mən lap deyə bilərəm ki: 

heç hadisələrin özü olmayacaq. Cİmumi xoşbəxtlik dövrü başlanacaq. 

Yer kürəsi öz vəzifəsini yerinə yetirən kimi, bəşəriyyət öz vəzifəsini 

yerinə yetirəcəkdir; qəlb və göy cisimləri arasında bir 

30 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə